Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə5/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   2   3   4   5   6   7   8   9   ...   66

- 16 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Uzun müzakirələrdən sonra partiyanın qruplar şəklində fəaliyyət 
göstərməsinin zəruriliyi barədə qərar qəbul olundu. Birinci qrup 
tanınmış şəxslərdən ibarət idi ki, bunlar müxalifətdə qalmağa da-
vam edəcəkdilər. İkinci və üçüncü qrup isə çox da tanınmayan 
üzvlərdən təşkil olunmuşdu. Bunlardan biri hökumət orqanla-
rına, xüsusilə də orduya girərək mühüm vəzifələr tutmağa çalış-
malı idi. Digəri isə hökumətin önəmli adamlarına qarşı fəaliyyət 
göstərəcəkdi» [43, 90].
Əslində Davud xan hakimiyyətə gəldikdən az sonra verdiyi üç 
fərmandan biri ilə siyasi partiya və ictimai birliklərin fəaliyyətini 
məhdudlaşdırmışdı. 1977-ci ilin fevralında qəbul olunmuş yeni 
Konstitusiya isə təkpartiyalı sistemi təsbit etməklə, digər parti-
yalarını mövcudluğunu qanundan kənar duruma saldı. Bununla 
belə, əksər siyasi təşkilatlar qeyri-leqal fəaliyyətini davam etdirir-
di, yəni Davud sona qədər rəqib qruplaşmaları tam olaraq aradan 
qaldıra bilmədi. ƏXDP-yə gəldikdə isə, bu, çox çətin məsələ idi. 
Xatırladaq ki, Davud xanın hakimiyyətə gəlişi zamanı «Pərçəm» 
təkcə qeyd olunan nazir postlarına yiyələnməmişdi: ölkənin 11 
vilayətinin və  64 qəzasının rəhbəri onun nümayəndələri idi [70, 
383]. Üstəlik, çevrilişdə fəallıq göstərən gənc zabitlərin yuxarı 
postlara çəkilməsi partiyanın gücünə güc qatmışdı. Hökumətdə 
təmsil olunmayan «Xəlq» fraksiyası öz qüvvələrini qorumuş, 
eyni zamanda Həfizulla Əminin  fəaliyyəti sayəsində orduda üs-
tün mövqelərə sahib olmuşdu. Davud xan hökuməti nə qədər tə-
mizləsə də, sol qüvvələrə və SSRİ-yə bağlı şəxslərin axırına çıxa 
bilməmişdi.  Belə ki, bir çox müəlliflər onu daim xarici səfərlər-
də müşayiət edən ticarət naziri Məhəmməd xan Cəlalərin SSRİ 
Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) agenti olduğunu və 
prezidentin apardığı danışıqlarla bağlı bütün məlumatları Ka-
buldakı sovet səfirliyinə və «Pərçəm» rəhbərliyinə ötürdüyünü 
qeyd edirlər [124, 77].
Təqribən iki il ərzində başlıca siyasi rəqiblərini zərərsizləş-


- 17 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
dirən Davud xan sosial-iqtisadi sahədə bir sıra mühüm addım-
lar atmağa nail olmuşdu: «idarə edilən iqtisadiyyat» prinsipinə 
uyğun olaraq, hökumət ilk növbədə zəruri istehlak mallarının 
qiymətlərini tənzimləmək istiqamətində tədbirlər gördü, o cüm-
lədən, ən vacib ərzaq məhsullarına sabit qiymətlər tətbiq etdi: 
həmin qiymətlərin siyahısı bütün dükanlarda asılmışdı. Ölkədə 
minimum əmək haqqı 2 dəfə artırıldı. 1973-1974-cü illərdə bir 
sıra iri müəssisələr, ölkədəki bütün banklar milliləşdirildi. 1975-
ci ilin avqustunda torpaq islahatı haqqında Qanun dərc edildi. 
Bu qanuna əsasən, mülkədarlar 10 hektar torpağı öz ixtiyarında 
saxlaya bilərdi, qalanını nağd pul müqabilində hökumətə təhvil 
verməli idi: həmin torpaqların fidyə əsasında kəndlilərə verilməsi 
nəzərdə tutulurdu [137]. Təhsil, vergilər, gömrük sahəsində də 
bir sıra islahatlar həyata keçirildi.
Dövlətin iqtisadiyyatda fəal roluna müvafiq olaraq, 1973-cü 
ildə beşillik plan qəbul edilmişdi, lakin o, başa çatmamış 1976-
1982-ci illəri əhatə edən yeni, yeddiillik plan irəli sürüldü. Bu 
planda 200-dən çox sosial-iqtisadi layihənin gerçəkləşdirilməsi 
nəzərdə tutulurdu [70, 377]. Bu layihələrin həyata keçirilməsin-
də əsas kömək SSRİ-dən ediləcəkdi. 1974-cü ildə Davud xanın 
SSRİ-yə rəsmi səfəri zamanı əldə edilən razılaşmaya görə, sovet 
hökuməti Kabulun 100 milyon dollarlıq borcunu ödəməsinə 10 
il möhlət vermiş, eyni zamanda yeddiillik plan çərçivəsində 600 
milyon dollar həcmində yeni kredit ayırmağı vəd etmişdi. 1975-
ci ilin sonuna qədər həmin məbləğin 437 milyon dolları Əfqa-
nıstanın ixtiyarına verilmiş, iqtisadi-ticarət və texniki əməkdaşlıq 
sahəsində yeni müqavilələr bağlanmışdı. Davudun hakimiyyətdə 
olduğu ilk üç il ərzində SSRİ ilə Əfqanıstan arasında ticarət döv-
riyyəsi 3 dəfə artmışdı [70, 395].
Şimal qonşusu ilə sürətlə inkişaf edən əlaqələrə rəğmən, cə-
nub qonşusu – Pakistanla Əfqanıstanın münasibətləri Davudun 
prezidentliyinin ilk illərində son dərəcə gərgin xarakter almışdı. 


- 18 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Bunun da əsas səbəbi, artıq deyildiyi kimi, Puştunistan məsələ-
si idi. Pakistanın Şimal-qərb əyalətinin Əfqanıstanın ayrılmaz 
hissəsi olması barədə Davud xanın bəyanatı qonşu ölkəni ciddi 
şəkildə narahat etmiş və o, Pakistanın daxili işlərinə qarışmaqda 
ittiham olunmuşdu. Hər iki ölkədə bir-birinə qarşı kəskin mənfi 
təbliğat kampaniyası vüsət almışdı. Həmin dövrdə Pakistan ha-
kimiyyətinin bəluçlara qarşı repressiv tədbirləri onların qaçqın 
kimi Qəndəhara pənah gətirməsinə səbəb oldu. Əfqanıstan bu-
nunla bağlı 1974-cü ilin dekabrında BMT baş katibinə müraciət 
etdi. Eyni zamanda bəluçlara hərbi təlim keçilərək, Pakistana – 
Bhutto rejiminə qarşı mübarizəyə göndərilirdi. Analoji olaraq, 
Pakistan əfqan islamçılarına hərbi-təşkilati dəstək verib Davud 
xan hakimiyyətinə qarşı təhrik edirdi. Pakistan hökuməti hətta 
Əfqanıstanda yaşayan həzarələr üçün radio açmışdı və onların 
hüquqlarının müdafiəçisi kimi çıxış edirdi [115, 154-155]. Qeyd 
edək ki, həmin dövrdə «Pərçəm» nümayəndələri də “Dürand xət-
ti”ni tanımamaq istiqamətində qızğın təbliğat aparırdılar.
Hadisələrin ən gərgin vaxtında qonşu dövlətlər, ilk növbə-
də İran işə qarışdı və münasibətləri normallaşdırmaq üçün fəal 
təşəbbüslərə əl atdı. Bununla da Əfqanıstan xarici siyasətində 
yeni dönəm başladı. Əslində əvvəlki dövrdən fərqli olaraq, SSRİ 
də Davudun Puştunistanla bağlı mövqeyini dəstəkləmir, Pakis-
tanla ziddiyyətləri dinc yolla nizama salmağı tövsiyə edirdi. 
SSRİ-nin Əfqanıstana qoşulmağı təklif etdiyi Asiyada kollektiv 
təhlükəsizlik ideyası da mövcud sərhədlərin toxunulmazlığını 
nəzərdə tuturdu. Bunu qəbul etməklə, Davud xan «Dürand xət-
ti»ni tanımış olurdu.
Əfqanıstan tarixinin haqqında danışdığımız dönəmini tədqiq 
edən əksər tədqiqatçılar Davud xanın təqribən beş illik hakimiy-
yəti dövrünü iki mərhələyə ayırırlar: 1973-1974 və 1975-1977-ci 
illər. Bu mərhələlərin hər biri daxili və xarici siyasətdə özünəməx-
sus cəhətləri ilə seçilsə də, əsas amil kimi SSRİ ilə münasibət-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə