Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə54/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   50   51   52   53   54   55   56   57   ...   66

- 169 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
İslam fundamentalistləri yeni şüardan – xarici qoşunlara qarşı 
mübarizə şüarından istifadə etməklə, əhali arasında təbliğat işi-
ni kəskin şəkildə genişləndirdilər. Bütün islamçı qruplaşmaları 
hökumət və SSRİ əleyhinə vahid cəbhədə birləşdirmək cəhdləri 
gücləndi.
 Sovet qoşunlarının yeridilməsindən sonra ABŞ, onun müttə-
fiqləri, bəzi ərəb və müsəlman ölkələri, eləcə də Çin açıq şəkildə 
müxalifəti dəstələdiklərini və kömək göstərəcəklərini bəyan et-
dilər. Bu kömək əvvəllər də göstərilirdi. Lakin indi əhəmiyyətli 
şəkildə artmışdır. Beynəlxalq aləmdə Əfqanıstan təcrid olunmuş-
dur və yalnız sosialist düşərgəsinə, başlıca olaraq SSRİ-yə arxala-
nır.
Əfqanıstana qoşun yeridilməsi ilə bizim siyasətimiz Üçüncü 
Dünyada qarşıdurmanın caiz hədlərini aşmışdır. Bu aksiyanın 
faydası bizim maraqlarımıza vurulan ziyanla müqayisədə çox ki-
çik olmuşdur. İki qarşıdurma cəbhəsinə – Avropada NATO ilə və 
Şərqi Asiyada Çin ilə – əlavə olaraq, SSRİ-nin cənub cinahında, 
əlverişsiz coğrafi və sosial-siyasi şəraitdə bizim üçün üçüncü təh-
lükəli hərbi-siyasi gərginlik ocağı yaranmışdır. 
SSRİ-ni qərbdən şərqə qədər əhatə edən dövlətlərin anti-sovet 
cəbhəsi xeyli dərəcədə genişlənmiş və möhkəmlənmişdir. SSRİ-nin 
Qoşulmama hərəkatına, xüsusən müsəlman aləminə təsiri əhəmiy-
yətli zərbə almışdır. Gərginliyin azaldılmasına maneə yaranmış və 
sürətlə silahlanmanın qarşısının alınması üçün ilkin siyasi şərtlər 
məhv edilmişdir.
Sovet İttifaqına iqtisadi və texnoloji təzyiq kəskin şəkildə art-
mışdır.
Qərb və Çin təbliğatı Qərbin, inkişaf etməkdə olan dövlətlə-
rin, eləcə də sosialist ölkələrinin ictimai rəyində SSRİ-nin nüfu-
zunu zədələmək üçün apardığı kampaniyanı genişləndirməkdən 
ötrü güclü kozırlar əldə etmişdir.
Əfqanıstan hadisələri Sovet-Çin münasibətlərinin mümkün 


- 170 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
normallaşması üçün əsasları uzun müddətə məhv etmişdir.
Bu hadisələr İran ilə ABŞ arasında böhranlı münasibətlərin ara-
dan qaldırılması və barışıq üçün katalizator rolunu oynamışdır.
Yuqoslaviya Sosialist Federativ Respublikası, Rumıniya və 
Koreya Xalq Demokratik Respublikası tərəfindən sovet siyasə-
tinə inamsızlıq və ondan uzaqlaşmaq meyli güclənmişdir. Hətta 
Macarıstan və Polşa mətbuatında da ilk dəfə olaraq, Sovet İtti-
faqının Əfqanıstandakı hərəkətlərinə münasibətdə ehtiyatlılıq 
əlamətləri açıq şəkildə özünü göstərmişdir. Bunda, çox güman ki, 
ictimaiyyətin əhval-ruhiyyəsi və qeyd edilən ölkə rəhbərlərinin 
Sovet İttifaqının qlobal aksiyalarına cəlb olunmaqla bağlı nara-
hatlığı öz əksini tapmışdır, çünki bizim tərəfdaşlarımız həmin ak-
siyalarda iştirak üçün kifayət qədər resurslara malik deyillər.
Qərb dövlətlərinin diferensiallaşmış siyasəti güclənmişdir, bu 
da Sovet İttifaqı ilə digər sosialist ölkələri arasında münasibətlərə 
fəal müdaxiləyə yönəlmiş yeni taktikada, onlar arasındakı ziddiy-
yətlər və mənafelərin üst-üstə düşməməsi üzərində açıq şəkildə 
oynamaqda özünü göstərir.
20 yanvar 1980-ci il
Sov.İKP MK Siyasi Bürosunun iclası 
10 mart 1983-cü il
Tam məxfi
Sədrlik edirdi: yoldaş Andropov Y.B.
İştirak edirdilər: yoldaş Əliyev H.Ə., Qorbaçov M.S., Qromı-
ko A.A., Pelşe A.Y., Tixonov N.A., Çernenko K.Y., Demiçev P.N., 
Dolgix V.İ., Kuznetsov V.B., Solomentsev M.S., Kapitonov İ.V., 
Rıjkov N.İ.


- 171 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
6. Əfqanıstandakı vəziyyət və onun yaxşılaşdırılmasına 
dair əlavə tədbirlər haqqında
Qromıko:  Siyasi Büronun qərarına uyğun olaraq, məsul par-
tiya, sovet, təsərrüfat işçiləri və hərbçilərdən ibarət qrup Əfqanıs-
tana getmişdi. Qrup orda yaxşı işləyib. O, Əfqanıstanda vəziyyə-
tin sonrakı sabitləşməsi üçün kompleks təkliflər hazırlayıb. Biz 
bu təkliflərə Siyasi Büronun Əfqanıstan üzrə komissiyasının icla-
sında baxmışıq.  Təkliflərdə yaxın gələcəkdə həm əfqan, həm də 
sovet tərəfinin həll etməli olduğu vəzifələr öz əksini tapıb (maddi 
baxımdan bu, üç il ərzində ayrılmalı olan təqribən 300 milyon 
rubla başa gələcək.  Bu böyük, lakin minimal məbləğdir və görü-
nür, bu məsrəfə getmək lazımdır).
Əfqanıstanda ümumi vəziyyət, bildiyiniz kimi, mürəkkəbdir. 
Son dövrdə hansısa konsolidasiya elementləri gözə dəyir, lakin 
bu proses ləng gedir. Bandaların sayı azalmır. Düşmən silahı yerə 
qoymur. Pakistanla Cenevrədə aparılan danışıqlar ağır və çətin 
keçir.  Buna görə biz siyasi tənzimləmənin qarşılıqlı məqbul va-
riantlarını tapmaq üçün əlimizdən gələni etməliyik.  Qabaqca-
dan demək olar ki, bu proses uzun çəkəcək. Burada xüsusi mü-
zakirə olunmalı məsələlər var. Ancaq onu nəzərə almaq lazımdır 
ki, hələlik Pakistana qoşunlarımızın çıxarılması ilə bağlı konkret 
vaxt barədə razılıq vermək olmaz. Burada ehtiyatlı olmaq lazım-
dır. Bəli, vəziyyət sabitləşir. Yaxşıdır ki, əfqan ordusu 140 min 
nəfərə qədər artıb. Lakin əsas problem odur ki, mərkəzi hakimiy-
yət orqanları hələ yerlərə gedib çatmayıb, kütlələrlə nadir hallar-
da ünsiyyətə girirlər, uyezdlərin üçdə biri mərkəzi hakimiyyətin 
nəzarətində deyil, dövlət rəhbərliyində süstlük hiss olunur.
Sonda onu demək istəyirəm ki, görünür, sizin müzakirənizə 
təqdim olunmuş tövsiyələrdə əksini tapan tədbirlərə getmək la-
zımdır. Görünür, hardasa aprel ayında Karməl ilə və Əfqanıstan 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə