Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə62/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   58   59   60   61   62   63   64   65   66

- 196 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Aprel çevrilişindən sonra iki ay ərzində ƏXDP Kabul şəhər 
partiya Komitəsinin katibi olmuş, sonra İrana səfir göndərilmiş-
dir. «Pərçəm»çilərə qarşı repressiyalar başlayanda o da vəzifəsin-
dən azad olunmuş, siyasi mühacir kimi Yuqoslaviyada yaşamışdır.
1979-cu ilin dekabrında sovet qoşunlarının Əfqanıstana gir-
məsi və Karməlin hakimiyyətə gəlməsi ilə vətəninə qayıtmış və 
Dövlət Təhlükəsizlik Xidmətinin (XAD) sədri təyin olunmuş-
dur. Bu vəzifədə özünü bacarıqlı təşkilatçı və qətiyyətli rəhbər 
kimi göstərmiş, general-leytenant rütbəsi almışdır. Bununla belə 
XAD-ın cəza tədbirləri onun ictimaiyyət arasında nüfuzuna zər-
bə vurmuşdur. Bu mənfi imic onun ölkə rəhbəri olduğu illərdə 
fəaliyyətinə təsirsiz ötüşməmişdir. 
Karməl vəzifəsindən azad edildikdən sonra Nəcibulla 1986-cı 
ildən ƏXDP MK-nın baş katibi, 1987-ci ildən isə həm də İnqilab 
Şurasının sədri olmuşdur. Ölkə Konstitusiyası dəyişdikdən sonra 
prezident postunu tutmuşdur. Hakimiyyətə gəldiyi ilk dövrdən 
ölkədəki vətəndaş müharibəsinə son qoymaq məqsədilə milli ba-
rışıq siyasəti elan etmiş, lakin bu istiqamətdə apardığı danışıqlar 
və atdığı addımlar ciddi uğur qazanmamışdır.
1987-ci ilin may ayından başlayaraq, sovet qoşunlarının Əfqa-
nıstandan tədricən çıxarılması prosesi Nəcibullanın hakimiyyə-
tini daha da zəiflətmişdir. Bir yandan mücahidlərin daha da fəal-
laşması, bir yandan da hakimiyyətdaxili ziddiyyətlər onun hö-
kumətinin süqutunu sürətləndirmişdir. 1992-ci ilin əvvəlindən 
şimaldan edilən yardımların tam kəsilməsi ilə Nəcibullanın sonu 
yaxınlaşmış və  həmin ilin aprelində mücahidlərin Kabula daxil 
olması ilə proses başa çatmışdır. Hakimiyyətdən məhrum olan 
Nəcibulla təyyarə ilə ölkəni tərk etməyə çalışsa da, buna imkan 
verilməmiş, o, ailəsi və qardaşı ilə BMT-nin Kabuldakı nümayən-
dəliyində gizlənmişdir. Bir müddət sonra ailəsini Hindistana 
göndərməyə müvəffəq olmuş, özü və qardaşı isə dörd ildən artıq 
BMT-nin nümayəndəliyində yaşamışdır.


- 197 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
1996-cı ilin sentyabrında Taliban ölkə paytaxtını tutduqdan 
sonra BMT-nin nümayəndəliyində Nəcibullanı və qardaşı Əh-
mədzəyi ələ keçirmiş, işgəncə və təhqirlərdən sonra qətlə yetir-
miş, daha sonra onların meyitlərini prezident iqamətgahı yaxınlı-
ğında yolayrıcında elektrik dirəyindən asmışdır. Sonradan onun 
və qardaşının cəsədləri ata-baba yurdu sayılan Paktiya vilayətinə 
aparılaraq dəfn olunmuşdur.
Bürhanəddin Rəbbani
Əfqanıstanda siyasi islamın ən önəmli təmsilçilərindən biri 
olmuş Bürhanəddin Rəbbani 1940-cı ilin sentyabr ayında Bədəx-
şan vilayətində anadan olmuşdur. Milliyyətcə tacik idi. Bədəxşa-
nın mərkəzi Fəyzabadda və Kabuldakı teoloji liseydə orta təhsil 
alan Rəbbani Kabul Universitetinin ilahiyyat fakültəsinə daxil 
olmuş, oranı bitirdikdən sonra Misirdəki məşhur “əl-Əzhər” uni-
versitetində təhsilini davam etdirmişdir. Orada oxuduğu müd-
dətdə «Müsəlman qardaşları»nın təsiri altına düşmüşdür.
1968-ci ildə Əfqanıstana qayıtdıqdan sonra Kabul Universi-
tetində dərs demiş, eyni zamanda «Müsəlman qardaşları»nın 
ideologiyasını təbliğ etmişdir. Digər islamçılardan fərqli olaraq, 
o, mötədil xətt tərəfdarı olmuş, Davud xan rejiminə qarşı silahlı 
mübarizəni dəstəkləməmişdir. Lakin ölkədə islamçılara qarşı rep-
ressiyaların gücləndiyi bir şəraitdə 1974-cü ildə Pakistana qaç-
mağa məcbur olmuşdur. Burada radikal islamçıların təzyiqlərinə 
dözməyərək, bir müddət Səudiyyə Ərəbistanında mühacir həyatı 
yaşamışdır. 1976-cı ildə sonralar ölkənin siyasi-hərbi həyatında 
mühüm rol oynamış «Əfqanıstan İslam Cəmiyyəti»ni yaratmış-
dır. 
Sovet qoşunları Əfqanıstana girərkən artıq Pakistanda olan 
Rəbbani öz tərəfdarlarını işğalçılara qarşı cihada çağırmışdır. 


- 198 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Onun partiyasına aid silahlı dəstələr əsasən ölkənin şimalı və şi-
mal-şərqində mübarizə aparmışlar. Əhməd şah Məsudla müttə-
fiqliyi onun nüfuz və təsirini daha da artırmışdır. Hələ o dövrdə 
Rəbbani ölkədə vəziyyətin normallaşması üçün müzakirə və tə-
maslara açıq şəxs kimi tanınmışdır.
Nəcibulla hökumətinin süqutundan sonra mücahid qrup-
laşmaları arasında Pakistanda əldə olunmuş razılaşmaya əsasən, 
Sibğətulla Mücəddididən sonra Əfqanıstan İslam Dövlətinin mü-
vəqqəti prezidenti olmuşdur (1992-ci ilin iyun ayından). Lakin 
ölkədəki vəziyyət və razılaşmanın pozulması onun prezidentliyi-
nin 1996-cı ilə qədər davam etməsinə səbəb olmuşdur. Taliban 
hakimiyyəti illərində o, şimalda məskən salmış və Əfqanıstanın 
rəsmi prezidenti olaraq tanınmışdır. 2001-ci ildə Talibanın məğ-
lubiyyətindən sonra Kabula gəlmiş və rəsmi mərasimdə hö-
kuməti Hamid Kərzəyə təhvil vermişdir. 2004-cü ilin prezident 
seçkilərində o, Kərzəyin namizədliyini müdafiə etmişdir. Sonrakı 
parlament seçkilərində Bədəxşandan deputat seçilmişdir. 2007-
ci ildə ölkədə ən iri siyasi birlik – Əfqanıstan Milli Cəbhəsini ya-
ratmışdır. 2010-cu ildə prezident Kərzəy onu Əfqanıstan Ali Sülh 
Şurasının sədri təyin etmişdir. Həmin Şura Talibanla sülhə və si-
lahlı toqquşmaları dayandırmağa dair danışıqlar aparırdı. 2011-ci 
il sentyabrın 20-də, doğum günündə, o, Taliban nümayəndələri 
ilə öz evində növbəti görüş zamanı intihar həmləsinə məruz qalıb 
həlak olmuşdur: görüşə gələn taliblərdən biri partlayıcı maddəni 
əmmaməsinin arasında gizlətmişdi!
İlahiyyat üzrə professor olan Rəbbani bir çox kitabların müəl-
lifi olmuş, eyni zamanda «Müsəlman qardaşları»nın ideoloqları 
Həsən əl-Bənnanın, Seyid Qütbün əsərlərini dəri dilinə tərcümə 
etmişdir.


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə