Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə65/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   58   59   60   61   62   63   64   65   66

- 205 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
dir. Nəcibulla tərəfindən 2 dəfə “Əfqanıstan qəhrəmanı” adına 
layiq görülmüşdür. Lakin Nəcibullanın hakimiyyəti zəiflədikdə 
mücahidlərlə ittifaqa girmiş və 1992-ci ildə Kabulun alınmasında 
Əhməd şah Məsudla birgə mühüm rol oynamışdır.  
Ümumiyyətlə, o, tez-tez müttəfiqlərini dəyişən bir şəxs kimi 
diqqəti çəkir. Belə ki, Nəcibullaya qarşı Məsudla, Məsuda qarşı 
Hikmətyarla, Hikmətyara qarşı Taliblərlə müvəqqəti koalisiya-
lara girmişdir. 1992-ci ildə Əfqanıstan Milli İslami Hərəkatı adlı 
partiya yaratmışdır. Mücahidlərin hakimiyyəti zamanı ordu ge-
neralı rütbəsi almış, onlarla qısamüddətli əməkdaşlıqdan sonra 
öz nəzarətində olan dörd vilayətdə faktiki müstəqil dövlət ya-
ratmışdır. Həmin müddətdə «Dustumistan» adlanan bu əra-
zilər sosial-iqtisadi inkişafı, hərbi qüdrəti, beynəlxalq əlaqələri 
baxımından Əfqanıstanın digər regionlarından kəskin fərqlən-
mişdir. 1995-ci ildə Dustum Özbəkistan prezidenti İslam Kəri-
movla görüşmüş, bu ölkə ilə sıx əlaqələr qurmuşdur. 1996-cı ildə 
o, Taliban əleyhinə Şimal alyansına qoşulmuşdur. Taliban onun 
nəzarətində olan əraziləri ələ keçirəndə Dustum Özbəkistana və 
Türkiyəyə mühacirət etmişdir.
2001-ci ildə Taliban hökumətinin süqutundan sonra Əfqanıs-
tana qayıtmış və yeni hakimiyyətdə müdafiə nazirinin müavini 
təyin olunmuşdur. 2004-cü il prezident seçkilərində iştirak etmiş 
və 10 % səs toplamışdır. 2005-ci ildə prezident Hamid Kərzəy 
tərəfindən Əfqanıstan silahlı qüvvələri birləşmiş qərargahının 
rəisi təyin olunmuş, 2007-ci ildə vəzifəsindən kənarlaşdırılıb 
Türkiyəyə mühacirət etsə də, 2009-cu ilin sonlarında ölkəyə qa-
yıdaraq, yenidən bu vəzifəni tutmuşdur. 2014-cü ilin prezident 
seçkilərində ölkənin vitse-prezidentlərindən biri seçilmişdir.
Dustum Əfqanıstanda mötədil islam dövlətinin qurulmasını 
dəstəkləyir, ölkənin federativ quruluşa malik olmasının tərəfdarı 
kimi çıxış edir.


- 206 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Molla Məhəmməd Ömər
Taliban lideri Molla Ömərin həyatı barədə dəqiq məlumatlar 
azdır. O, 1960-cı ildə Qəndəhar yaxınlığında yoxsul bir ailədə 
doğulmuşdu. Milliyyətcə puştu idi. Yerli mədrəsədə dini təhsil 
almışdır. 1970-ci illərin ortalarında qısa müddətə Pakistana get-
miş və orada Həqqani mədrəsəsində biliklərini artırmışdır. So-
vet işğalı zamanı sıravi döyüşçü kimi mücahidlərə qoşulmuşdur. 
Onun Məhəmməd Nəbi Məhəmmədinin rəhbərlik etdiyi «İslam 
İnqilabı Hərəkatı»nda olduğu bildirilir. Həmin dövrdə dörd dəfə 
yaralanmış, o cümlədən, bir gözünü itirmişdir.
Sovet qoşunları Əfqanıstandan çıxdıqdan sonra o, Qəndəhar 
yaxınlığında kənd məscidinin imamı kimi fəaliyyət göstərmişdir. 
1994-cü ildə Taliban lideri kimi siyasi-hərbi səhnəyə çıxmışdır. 
1996-cı ildə Qəndəharda 1500-dən çox talibin iştirakı ilə keçi-
rilən Şurada ona «əmir əl-möminin» ləqəbi verilmişdir.
1996-cı ildə Taliblər Kabulu aldıqdan sonra da Qəndəharda 
yaşamağa davam etmiş, cəmi bir neçə dəfə paytaxta gəlmişdir
Molla Ömərin həyatında yuxuların mühüm rol oynadığı bildi-
rilir. Deyilənə görə, 1998-ci ildə Məzari-Şərifi almasını da yuxuda 
görmüş və buna görə Kabulda nəqşbəndi təriqətinin şeyxi Fazil 
Ömər Mücəddidinin məqbərəsini bərpa etdirmişdir.
2001-ci ildə ABŞ və müttəfiqləri Əfqanıstana hücum edərkən 
Molla Ömər gizlənmiş, onun yerini müəyyənləşdirmək mümkün 
olmamışdır. ABŞ onun ələ keçməsinə yardımçı olacaq informa-
siyaya görə mükafat təyin etmişdir. Onun məhvi üçün çoxsaylı 
əməliyyatlar keçirilmiş, yaralanması və ölümü ilə bağlı müxtəlif 
xəbərlər yayılmışdır.
2015-ci ilin iyul ayında Əfqanıstan hökuməti Taliban lideri-
nin yaralandıqdan sonra 2013-cü ilin aprelin 23-də Kəraçi şəhə-
rindəki bir xəstəxanada öldüyü barədə rəsmi məlumat yaymışdır. 
Ertəsi gün Taliban sözçüsü də bunu təsdiqləmiş və Molla Əxtər 


- 207 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Mənsurun Taliblərin lideri seçildiyini bildirmişdir.
Molla Ömərin dörd arvadı olmuşdur. Onun iki oğlu və iki qızı 
vardı,  qızlarından biri 1999-cu ildə bomba partlayışı nəticəsin-
də həlak olmuşdur. Uzun müddət belə hesab edilmişdir ki, Molla 
Ömərin arvadlarından biri məşhur terrorçu Üsamə bin Ladenin 
yeganə qızı imiş, lakin sonradan bu xəbər təsdiqini tapmamışdır.


- 208 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
BİBLİOQRAFİYA
        
İngilis dilində
1.  Anthony Arnold. Afghanistan: The Soviet invasion in perspective. 
Hoover Institution press, 1981  
2.  Artemy M. Kalinovsky. A long goodbye: The Soviet withdrawal 
from Afghanistan. Harvard University press, 2011
3.  Barnett R. Rubin. Afghanistan from the cold war trough the war 
on terror. Oxford University press, 2013
4.  Carter Malkasian. War comes to Garmser: thirty years of conflict 
on the Afghan frontier. Oxford University press, 2013  
5.  David B. Edwards. Before Taliban: Genealogies of the Afghan 
jihad. University of California press, 2002
6.   Dawood Azami. World powers jostle in Afghanistan’s new ‘Great 
Game’. – http://www.bbc.com/news/world-asia-38582323 
7.  Deobandi Islam vs. Barelvi Islam in South Asia. – http://www.
geocurrents.info/cultural-geography/deobandi-islam-vs-barelvi-
islam-in-south-asia   

8
Diego Cordovez, Selig S. Harrison. Out of Afghanistan: The inside 
story of the Soviet withdrawal. Oxford University press, 1995

9
Soviet invasion of Afghanistan. E-Dossier No. 4. Cold war 
international history project. Woodrow Wilson international 
center for scholars. – https://www.wilsoncenter.org/sites/
default/files/e-dossier_4.pdf 

10 Douglas MacEachin. Predicting the Soviet invasion of Afghanistan: 
The intelligence community's record. – https://goo.gl/fqFDqH 

11 Elias Kühn von Burgsdorff. Soviet Decision-Making and the 
War in Afghanistan. – http://graphitepublications.com/wp-
content/ uploads /2013 / 04 / Soviet-Decision-Making-and-the-
Afghanistan-War.pdf 

12 Frank Clements. Conflict in Afghanistan: A Historical 
Encyclopedia. California, 2003


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə