Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə58/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   54   55   56   57   58   59   60   61   ...   66

- 182 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
sab edirik ki, bu radikalizmdir. Onların islam anlayışı 99,9 faizi 
müsəlman olan əfqanların anlayışından nəinki fərqlənir, hətta 
ona ziddir. Mən həm də bəyan etdim ki, taliblərin hədəfi təkcə 
Əfqanıstan deyil, əks təqdirdə Pakistan taliblərinə, Bin Ladenə 
və onun terrorçularına ehtiyac olmazdı. Onların hədəfi yalnız ilk 
növbədə Əfqanıstandır, sonra isə Orta Asiya, ərəb ölkələri, Avro-
pa və dünyanın qalan hissəsidir. Öz baxışlarının ixracına dəstək 
üçün onlar narkotik maddələrdən istifadə edirlər. Üstəlik onlar 
bunu qeyri-müsəlmanlara qarşı mübarizə taktikası hesab edirlər. 
Həmçinin taliblər belə hesab edirlər ki, terrorizm cihadın tərkib 
hissəsidir.
Biz elə qruplara qarşı mübarizə aparırıq ki, onlar insan hüquq-
ları Bəyannaməsini tanımır, qadın haqlarını pozur və qadınlara 
hansısa hüquqların verilməsini özlərinə yaraşmayan bir iş hesab 
edirlər. Taliblər seçki keçirtmək istəmirlər, onlar xalq iradəsinin 
ifadəsinə inanmırlar. Onlar ölkənin dirçəldilməsi barədə düşün-
mürlər, əksinə, onu özləri üçün poliqona çevirmək istəyirlər. 
Qonşuların və bütün dünyanın simasında onlar düşmənlərini 
görürlər.
Eyni zamanda mən hər yerdə deyirdim ki, hakimiyyətdə 
olub-olmamağımıza baxmayaraq, biz insan hüquqları Bəyan-
naməsinə hörmətlə yanaşırıq. İnsan haqları baxımından qadınlar 
kişilərdən heç nə ilə fərqlənmir və biz onların hüquqlarını tanıyı-
rıq, həm də ki, onlar cəmiyyətin yarısını təşkil edirlər.
Seçkilərə gəldikdə, mən qeyd etdim ki, bu problemi mən bu 
günün ən başlıca məsələlərindən biri hesab edirəm. Mənim fik-
rim belədir ki, seçki keçirilmədən və demokratiya bərqərar olma-
dan Əfqanıstanda vəziyyət normallaşmayacaq. Yalnız ümumxalq 
səsverməsi ilə seçilmiş rejim sülhü təmin eldə bilər.
 Mən bəyan etdim ki, narkotiklərə və terrorizmə qarşı kəskin 
mənfi münasibət bəsləyirəm, belə ki, gələcək Əfqanıstan qonşu-


- 183 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
larla mehriban əlaqələrə malik olmaq istəyir. Buna görə də mən 
danışıq apardığım tərəfdaşlardan ölkəmizdə sülhün bərqərar ol-
masına yardım göstərmələrini xahiş etdim. Lakin bunun üçün 
müharibənin köklərini tapmaq lazımdır. Əfqanıstanda müharibə-
nin əsas qızışdırıcısı Pakistan və onun ordusudur. Mən hər yerdə 
yorulmadan təkrar edirdim ki, yuxarıda qeyd olunan üç radikal 
qruplaşmanın arxasında Pakistan, onun ordusu və ISI dayanır. 
Pakistan hesab edir ki, Əfqanıstan onun strateji məqsədlərinə çat-
ması önündə başlıca maneədir. Pakistanlılar hələ Ziyaül-Həqqin 
dövründə hazırlanmış strateji proqramı həyata keçirmək istə-
yirlər. Bu proqrama görə, Pakistan Əfqanıstanda oyuncaq rejim 
qurmalı, sonra isə Orta Asiyaya keçməlidir. Tam aydındır ki, öz 
məqsədlərinə nail olmaq üçün Pakistan məhz bu radikal qrup-
lardan istifadə edir. Pakistanın bizim ölkəmizdə yandırdığı alov 
gec-tez Pakistanın özünü də bürüyəcək.
Görüşlərdə biz avropalıların diqqətini buna cəlb etmək istə-
yirdik ki, bu böhranlı dövrdə onlar Əfqanıstanda sülhün bərqərar 
olması naminə öz insani və mənəvi borclarını yerinə yetirsinlər. 
Mən dedim ki, əgər onlar Əfqanıstanda sülhün yaranmasını istə-
yirlərsə, üç məqama diqqət yetirməlidirlər:
1.  Pakistana zəruri siyasi təzyiq göstərmək;
2.  Əfqanıstanın özündə müqavimətin mövqelərini güclən-
dirmək;
3.  Humanitar yardım məsələsində yalnız vədlərlə kifayət-
lənməyib operativ qərarlar qəbul etmək.
Nə Fransada, nə Avropa Parlamentində, nə də digər görüşlər-
də bu təkliflər mənfi qarşılanmadı…
11 aprel 2001-ci il


- 184 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Əfqanıstanın keçmiş müdafiə naziri 
Şahnəvaz Tənəyin müsahibəsindən
- Bir müddət əvvəl Rusiyada sovet qoşunlarının Əfqanıstana yeri-
dilməsinin 25 illiyi qeyd olundu. Bu gün siz SSRİ-nin Əfqanıstanda-
kı rolunu necə qiymətləndirirsiniz?
- Sovet ordusu Əfqanıstana girəndən sonra ölkədə vəziyyət 
pisləşdi. Qoşunların yeridilməsi xaricdən maliyyələşən vətəndaş 
müharibəsinin başlanmasına təkan verdi. SSRİ-yə güclü bey-
nəlxalq müqavimət yarandı və Moskva onunla bacarmadı. Eyni 
zamanda Əfqanıstanda SSRİ-yə kömək edən öz silahlı qüvvələ-
rimizə inam azalmağa başladı. Orduda parçalanma başlandı və 
son nəticədə əfqan ordusu mövcudluğunu itirdi. Əfqanıstana gir-
mək asan idi, lakin belə bir ölkəni nəzarətdə saxlamaq mürəkkəb 
məsələdir. SSRİ-də daha çox əfqan müharibəsinin ucbatından 
ciddi iqtisadi çətinliklər yarandı. Son nəticədə Əfqanıstana qo-
şun yeridilməsi SSRİ-nin dağılmasına gətirib çıxardı.
- Siz Nəcibulla hökumətinin süqutunun başlanğıcı sayılan hərbi 
çevrilişin təşkilatçısı olmusunuz. Hakimiyyətə qarşı çıxmağınızın sə-
bəbi nə idi?
- Mən artıq dedim, Əfqanıstanda vəziyyət getdikcə pisləşirdi. 
Ordu dağılırdı. Əhalinin puştu əksəriyyətinin mənafeləri nəzərə 
alınmırdı. Nəcibulla bir çox zabitlərə qarşı repressiyalara başladı. 
Mən və mənim silahdaşlarım daha buna dözə bilmədik.
- Məhəmməd Nəcibulla rejimi nə üçün süqut elədi?
- Onu deyə bilərəm ki, əgər SSRİ əfqan ordusuna köməyi 
davam etdirib onun dağılmasının qarşısını alsaydı, mücahidlər 
Nəcibullanı devirib öz hökumətlərini qura bilməzdilər. Bundan 
əlavə, süqut ərəfəsində Nəcibin qruplaşması real gücünü itir-
mişdi, ölkədə ona etimad azalmışdı. Əfqanıstanda anarxiya baş 
alıb gedirdi. Mücahidlərin əhval-ruhiyyəsi isə güclənirdi, onların 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə