Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə60/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   56   57   58   59   60   61   62   63   ...   66

- 190 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Yeniyetmə yaşlarında iş axtarmaq üçün Qəndəhara getmiş və 
orada iri ticarət şirkətində çalışmağa başlamışdır. Az sonra şirkə-
tin Hindistandakı nümayəndəliyinə göndərilmiş və Bombeydə 
işləməklə bərabər, ingilis orta məktəbini bitirmişdir. Bəzi mən-
bələrdə onun Kabul universitetini bitirdiyi göstərilsə də, Tərəki 
ali təhsil almamışdır.
1937-ci ildə Əfqanıstana qayıtmış, bir müddət Kabulda iqtisa-
diyyat və mətbuat nazirliklərində işləmiş, daha sonra iki il ərzin-
də Bədəxşan vilayətində dövlət idarəsində çalışmışdır.
1940-cı illərdə jurnalist və yazıçı kimi geniş fəaliyyət göstər-
miş, publisistik məqalələr, hekayə və povestlər yazmışdır. 1947-ci 
ildə «Viş zəlmiyan» («Oyanmış gənclik») ictimai-ədəbi hərəka-
tına qoşulmuş, kəskin ictimai məzmunlu yazılarla çıxış etmişdir. 
1952-ci ildə «Baxtər» dövlət informasiya agentliyində direktor 
müavini olmuş, az sonra Əfqanıstanın ABŞ-dakı səfirliyinə mət-
buat attaşesi kimi təyinat almışdır. Lakin Amerika mətbuatında 
dərc olunmuş tənqidi məqaləsinə görə səfirlikdəki işindən geri 
çağırılmışdır. Bəzi məlumatlara görə, həmin dövrdə Tərəki ABŞ-
da siyasi sığınacaq almaq istəsə də, buna nail ola bilməmişdir.
ABŞ-dan Pakistana, oradan da Əfqanıstana qayıdan Tərəki 
bundan sonra dövlət işində çalışa bilməmişdir. O, 1955-1962-ci 
illərdə ABŞ-ın Kabuldakı səfirliyində və ABŞ-ın inkişaf etməkdə 
olan ölkələrə yardım təşkilatının nümayəndəliyində tərcüməçi 
kimi fəaliyyət göstərmiş, eyni zamanda özünün «Nur» tərcümə 
mərkəzini yaratmışdır. Bu dövrdə bir çox kitabları dəri dilinə tər-
cümə və çap etməklə yanaşı, intensiv ədəbi-publisistik yaradıcı-
lıqla məşğul olmuşdur. Ölkədə yoxsulların ağır həyatını öz əsərlə-
rində realistcəsinə əks etdirdiyinə görə ona «Əfqanıstanın Mak-
sim Qorkisi» deyirdilər. Həmin dövrdən etibarən Tərəki özünü 
marksist kimi göstərməyə başlayır.
1965-ci ilin yanvarında Tərəkinin evində qeyri-leqal şərait-
də Əfqanıstan Xalq Demokratik Partiyasının (ƏXDP) I (təsis) 


- 191 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
qurultayı keçirilir və o, partiyanın baş katibi seçilir. Həmin ilin 
sentyabrında o, ölkədə keçirilən parlament seçkilərində iştirak 
edir, lakin uğur qazana bilmir. Az sonra o, SSRİ Yazıçılar İttifaqı-
nın dəvəti ilə Moskvaya gəlir və Sov.İKP MK-nın rəhbər şəxsləri 
ilə görüşür. 1967-ci ildə ƏXDP iki fraksiyaya parçalanır və Tərəki 
«Xəlq» fraksiyasına rəhbərlik etməyə başlayır.  1977-ci ildə iki 
fraksiyanın birlik konfransında yenidən ƏXDP-nin baş katibi se-
çilmiş və ömrünün sonuna qədər bu postu tutmuşdur. 1978-ci 
ilin aprel çevrilişindən sonra dövlət və hökumətin başçısı olmuş, 
bir müddət sonra hökumətə rəhbərliyi H.Əminə həvalə etmişdir. 
1979-cu ilin sentyabrında Əmin tərəfindən hakimiyyətdən kə-
narlaşdırılmış və az sonra  qətlə yetirilmişdir.
Nur Bibi adlı xanımla ailə qursa da, Tərəkinin övladı olmamış-
dır. Onun təşkilatçılıq və natiqlik qabiliyyətinin zəif olduğu bildi-
rilir. Şöhrətpərəst olmaqla yanaşı, yumşaq xarakterli və tez təsirə 
düşən bir insan olmuşdur. Onun Əfqanıstanda yaşayan şiələrə və 
pakistanlılara təhqiramiz münasibəti barədə məlumatlar vardır.
Həfizulla Əmin
ƏXDP və ƏDR-in ən müəmmalı və qaranlıq lideri olmuş Həfi-
zulla Əmin 1929-cu ildə Kabul yaxınlığındakı Pəğman qəzasında 
doğulmuş, atasını erkən itirmiş, böyük qardaşının himayəsində 
böyümüşdür. Milliyyətcə puştu idi. Kabulda pedaqoji məktəbi, 
sonra isə Kabul universitetini fizika-riyaziyyat ixtisası üzrə bitir-
miş, əvvəlcə oxuduğu pedaqoji məktəbin direktor müavini, son-
ra isə nüfuzlu «İbn Sina» orta məktəbinin direktoru olmuşdur. 
Həmin dövrdə ictimai işlərdə xüsusi fəallıq göstərməmiş, elə o 
vaxtlardan puştu millətçisi kimi tanınmışdır.
1957-ci ildə ABŞ-ın Kolumbiya Universitetində magistr təh-
sili almış, qayıtdıqdan sonra Kabul universitetində dərs demiş, 
sonra yenidən «İbn Sina» məktəbinin direktoru olmuşdur. Elə 


- 192 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
bu dövrdə Nur Məhəmməd Tərəki ilə  tanış olmuşdur. Lakin bəzi 
məlumatlara görə bu tanışlığın kökü 1950-ci ilin əvvəllərinə – 
Davud xanın yaratdığı Puştu Milli Klubuna gedib çıxır.
Bir müddət Maarif Nazirliyində işlədikdən sonra Əmin 1962-
ci ildə yenidən ABŞ-a – Kolumbiya universitetinin doktorantu-
rasında oxumağa gedir. Həmin vaxt o, ictimai fəallığı ilə seçilir, 
əfqan tələbələri birliyinin rəhbəri olur. O, Puştunistan məsələsi 
ilə bağlı Davud xanın siyasətini dəstəkləyən aksiyalar təşkil edir. 
1965-ci ildə doktorluq dissertasiyasını müdafiə etmədən Kabula 
qayıdır və yenicə yaranmış ƏXDP-yə qoşulur («Xəlq» fraksiya-
sına). Elə həmin il Əfqanıstanda keçirilən parlament seçkilərində 
iştirak edir, lakin uğur qazanmır. 1969-cu il seçkilərində isə parla-
mentin deputatı seçilir.
Davud xanın hakimiyyətə gəlişindən sonra «Pərçəm»dən 
fərqli olaraq, «Xəlq» fraksiyasının orduda kifayət qədər dayaq-
larının olmadığı üzə çıxır və Tərəki bu işlə məşğul olmağı Əminə 
tapşırır. Son dərəcə güclü təşkilatçı və məqsədyönlü siyasətçi 
kimi Əmin bu işin öhdəsindən bacarıqla gəlir; belə ki, bir neçə il 
sonra 1978-ci ilin aprel çevrilişində həlledici rolu məhz «Xəlq»-
çi zabitlər oynayır.
ƏXDP hakimiyyətə gəldikdən sonra Əmin baş nazirin müa-
vini və xarici işlər naziri olur. Az sonra ƏXDP Siyasi Bürosunun 
üzvü və MK-nın katibi seçilir. Tərəkinin ona hədsiz etimadın-
dan istifadə edərək, əvvəlcə rəqib fraksiyanın üzvlərini, sonra isə 
onun özünü hakimiyyətdən kənarlaşdırır. 1979-cu ilin martında 
o Baş nazir, iyul ayından etibarən müdafiə naziri olur. Həmin ilin 
sentyabrında Nur Məhəmməd Tərəkini öldürtdürərək, ƏXDP 
MK-nın baş katibi və İnqilab Şurasının sədri olmuşdur.
Əmin sovet qoşunlarının Əfqanıstana gəlməsinin əsas təşəb-
büsçüsü kimi çıxış etmişdir. Lakin elə sovet qoşunlarının gəlişi ilə 
də qətlə yetirilmişdir.
Əminin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casusu olması 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə