Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə61/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   58   59   60   61   62   63   64   65   66

- 193 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
barədə geniş söz-söhbət olsa da, bununla bağlı dəqiq faktlar əldə 
yoxdur. Sovet DTK-sının bir çox zabitləri də onun MKİ agenti 
olması barədə danışmış və yazmışlar. Onun şəxsiyyət və fəaliyyəti 
ilə bağlı bir çox müəmmalar hələ də açılmamış qalır. 
Əmini yaxından tanıyanlar onu son dərəcə işgüzar, çevik, 
cəsarətli, qürurlu, özünə güvənən, eyni zamanda məkrli, intriqa 
ustası, heç kəsə etibar etməyən birisi kimi xarakterizə etmişlər. 
Onun yüksək təşkilatçılıq istedadı hətta rəqibləri tərəfindən də 
etiraf olunmuş, qatı puştu millətçisi olduğu əksəriyyət tərəfindən 
vurğulanmışdır.
Bəbrək Karməl
1929-cu il yanvarın 6-da Kabul yaxınlığında general Məhəm-
məd Hüseyn xanın ailəsində dünyaya gəlmişdi. Onun atası ordu-
da yüksək vəzifələr tutmaqla yanaşı, bir müddət Paktiya vilayə-
tinin qubernatoru olmuşdur. Atasını kiçik yaşlarında itirmişdir. 
Atası puştu, anası tacik olmuşdur.
Orta təhsilini Kabulda, almandilli «Nicat» liseyində almışdır. 
Gənc yaşlarından tələbə demokratik hərəkatına qoşulmuşdur. Bu 
üzdən universitetə qəbul olunması bir il gecikmişdir. 1951-ci ildə 
Kabul Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1952-ci 
ildə siyasi fəaliyyətinə görə həbs edilmişdir. Həbsxanada tanınmış 
dissident Mir Əkbər Xəybərlə tanış olmuş və onun təsiri ilə mark-
sizmə yönəlmişdir. 1956-cı ildə həbsxanadan çıxdıqdan sonra al-
man və ingilis dili tərcüməçisi kimi fəaliyyət göstərmişdir. Hərbi 
xidmətdən sonra yarımçıq qalmış təhsilini başa vurmuş və 1960-cı 
ildə hüquqşünas diplomu almışdır. Həmin dövrdə Xəybərlə birgə 
Əfqanıstanda ilk gizli marksist dərnəyin əsasını qoymuşdur. 
1965-ci ildə Əfqanıstan Xalq Demokratik Partiyası yarananda 
Karməl  Tərəkidən sonra partiyada ikinci postu tutmuş, ƏXDP 


- 194 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
parçalandıqdan sonra isə «Pərçəm» fraksiyasının lideri kimi fəa-
liyyət göstərmişdir.
1965 və 1969-cu illərdə Karməl Əfqanıstan parlamentinin 
aşağı palatasının deputatı seçilmiş və alovlu çıxışları ilə geniş po-
pulyarlıq qazanmışdır.
Əfqanıstanda 1973-cü ildə monarxiyanın devrilməsindən 
və respublika elan olunduqdan sonra Karməl ölkə prezidenti 
Məhəmməd Davud xanla yaxından əməkdaşlıq etmişdir. Özü 
rəsmi vəzifə tutmasa da, onun «Pərçəm»dəki bir neçə silahdaşı 
nazir postuna və digər yüksək dövlət vəzifələrinə təyin olunmuş-
dur. Lakin 1975-ci ildən etibarən Davud xan bir növ öz yerini 
möhkəmlətdikdən sonra siyasi partiyalara qarşı repressiyalara 
start vermişdir. Karməlin üzərinə nəzarət qoyulmuş, onun silah-
daşları vəzifələrdən uzaqlaşdırılmışdır.
Belə bir şəraitdə, 1977-ci ilin yayında Karməlin rəhbərlik etdi-
yi «Pərçəm» Tərəkinin «Xəlq» fraksiyası ilə birləşdi. Partiyaya 
qarşı repressiyalar güclənməklə yanaşı, Mir Əkbər Xəybər qət-
lə yetirildi. Karməl onun məzarı üstündə qəzəbli çıxışından bir 
neçə saat sonra ƏXDP-nin digər liderləri ilə birlikdə həbs olundu. 
Lakin ertəsi gün 1978-ci il aprelin 27-də ordunun qiyamı nəticə-
sində Davud xan devrildi və Karməl həbsxanadan çıxdı.
Əfqanıstan Demokratik Respublikası yarandıqdan sonra Kar-
məl İnqilab Şurası sədrinin və baş nazirin müavini oldu. Lakin 
partiyadaxili münaqişənin kəskinləşməsi nəticəsində bu post-
lardan azad edilib Çexoslovakiyaya səfir göndərildi. Az sonra bu 
vəzifəsindən də azad edilib həmin ölkədə siyasi mühacir həyatı 
yaşayan Karməl 1979-cu ilin dekabrında sovet ordusu Əfqanıs-
tana girərkən Kabula gəldi və dövlət başçısı, eləcə də ƏXDP-nin 
baş katibi seçildi. 1986-cı ilin may ayına qədər bu vəzifələri tutan 
Karməl SSRİ rəhbərliyinin təkidi ilə öz postlarını Məhəmməd 
Nəcibullaya təhvil verdi və az sonra ailəsi ilə birlikdə Moskvaya 
getdi.


- 195 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
1991-ci ilin iyun ayında Karməl yenidən Kabula qayıtmış, 
1992-ci ilin aprelində mücahidlər şəhəri tutduqda isə şimala – 
general Dustumun nəzarətində olan Məzari-Şərif şəhərinə yol-
lanmışdır. Ömrünün son illərini Özbəkistanla sərhəddə yerləşən 
ucqar Həyrətan qəsəbəsində yaşayan Karməl qaraciyər xərçən-
gindən əziyyət çəkmiş və 1996-cı il dekabrın 3-də müalicə olun-
duğu Moskvada vəfat etmişdir. Onun nəşi Həyratana aparılaraq, 
torpağa tapşırılmışdır.
Məhbubə adlı qadınla evli olan Karməlin iki oğlu, iki qızı var-
dı. Xaraktercə mülayim insan kimi tanınan Karməl spirtli içkilərə 
meyli ilə məşhurlaşmışdı, hərçənd bəziləri bunu əleyhdarlarının 
təbliğatı kimi qiymətləndirirlər. Şahidlərin dediyinə görə, Həyrə-
tanda yaşadığı dövrdə çox az adamla ünsiyyət saxlayır və güclü 
depressiya keçirirmiş.
Məhəmməd Nəcibulla
ƏDR-in son rəhbəri olmuş Məhəmməd Nəcibulla (ölkəsində 
daha çox «doktor Nəcib» adı ilə tanınırdı) 1947-ci ilin avqust 
ayında Kabulda imkanlı və nüfuzlu dövlət qulluqçusunun ailə-
sində doğulmuşdur. Etnik baxımdan  puştu idi. Atası bir müddət 
Pakistanın Pişavər şəhərindəki Əfqanıstan konsulluğunda ticarət 
attaşesi olmuşdur.
1964-cü ildə Kabuldakı «Həbibiyyə» liseyini bitirən Nə-
cibulla Kabul Universitetinin tibb fakültəsinə qəbul olmuşdur. 
Əfqanıstan Xalq Demokratik Partiyası (ƏXDP) yaranandan 
onun sıralarına qoşulmuşdur. Siyasi fəaliyyətinə, mitinq və nü-
mayişlərdə iştirakına görə 1969 və 1970-ci illərdə iki dəfə həbs 
olunmuşdur. 1977-ci ildə ƏXDP-nin birlik qurultayında parti-
yanın Mərkəzi Komitəsinə üzv seçilmişdir (əvvəllər «Pərçəm» 
fraksiyasının üzvü, Bəbrək Karmələ yaxın şəxslərdən biri idi). 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə