Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə64/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   58   59   60   61   62   63   64   65   66

- 202 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
nin şimal-şərqindəki 4 vilayəti əhatə edən müstəqil bölgə qur-
muşdu. Əsasən taciklərdən ibarət 2,5 milyon əhalinin yaşadığı bu 
regionun öz hakimiyyət orqanları, pulu və 60 minlik ordusu var 
idi.
1992-ci ilin aprelində Məsud onun tərəfinə keçmiş hökumət 
qoşunları, o cümlədən, general Dustumun 53-cü diviziyası ilə 
Kabula yaxınlaşaraq, Nəcibulla rejiminin süqutunda həlledici 
rol oynadı. Mücahidlərin  hökumətində o, müdafiə naziri olmuş, 
Hikmətyar və Taliban qüvvələri ilə uzun-uzadı döyüşlər aparmış-
dır.
1996-cı ilin sentyabrında Taliblər Kabulu ələ keçirdikdən 
sonra yenidən əvvəlki ərazilərinə çəkilmiş və onlara qarşı Şimal 
alyansının baş komandanı kimi mübarizəsini davam etdirmişdir.
2001-ci ilin martında Əfqanıstan nümayəndə heyətinin rəh-
bəri kimi Avropaya ilk və son səfərini etmişdir. Həmin il sentyab-
rın 9-da jurnalist qiyafəsində ondan müsahibə almaq üçün gələn 
terrorçu-kamikadzelər tərəfindən qətlə yetirilmiş, Pəncşirdə, 
doğma Bazarək kəndində dəfn olunmuşdur.
1988-ci ildə öz silahdaşlarından birinin qızı ilə evlənmiş Mə-
sudun 6 uşağı olmuşdur. Son dərəcə sadə, diqqətcil, öyrənməyi 
xoşlayan bir adam kimi səciyyələndirilən Məsud daim oxuyan
yanında kitab gəzdirən birisi kimi tanınmışdır. Kiçik qardaşı Ziya 
Məsud 2004-2009-cu illərdə Əfqanıstanın vitse-prezidenti ol-
muşdur.
Sibğətulla Mücəddidi
Təkcə Əfqanıstanda deyil, bütün müsəlman aləmində məşhur 
olan ruhani nəslinin nümayəndəsidir. Onun şəcərəsi nəqşbəndiy-
yə təriqətinin önəmli şeyxi Mücəddid Əhməd Sirhindiyə (XVI-
-XVII əsrlər) bağlanır. 1925-ci ildə Heratda  anadan olmuşdur. 
Milliyyətcə puştudur. Mənsub olduğu nəslin digər nümayəndələ-


- 203 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
ri də Əfqanıstanın ictimai-siyasi və dini həyatında rol oynamışdır.
Mücəddidi Kabuldakı “Həbibiyyə” liseyini bitirdikdən sonra 
1948-ci ildə Misirə gedib məşhur “əl-Əzhər” universitetinə daxil 
olmuşdur. Həmin dövrdə “Müsəlman qardaşları” təşkilatı ilə 
yaxınlaşmışdır. 1954-cü ildə həmin təşkilatın Misirin baş naziri 
(sonralar prezidenti) Camal Əbdülnasirə qarşı uğursuz  sui-qəsd 
cəhdində iştirakına görə Əfqanıstanın Misirdəki səfiri olan əmisi 
ilə birlikdə ölkədən xaric edilmişdir. Kabula qayıdaraq, müxtəlif 
universitet və liseylərdə dərs demişdir. 1960-cı ildə Kabula gələn 
sovet nümayəndə heyətinə qarşı sui-qəsdin təşkilində ittiham 
olunaraq həbs edilmiş və dörd il yarım zindanda saxlanmış, iki il 
sürgündə yaşamışdır.
1971-ci ildə Səudiyyə Ərəbistanı kralının təklifi ilə Kopenha-
gendəki məscidin imamı, eyni zamanda Liviyanın maliyyələşdirdi-
yi “Skandinaviya ölkələri islam mərkəzi”nin rəhbəri təyin olunmuş-
dur. 1977-ci ildə Səudiyyə Ərəbistanı vətəndaşlığını qəbul etmişdir.
Əfqanıstanda “Aprel inqilabı”ndan sonra Pakistana getmiş 
və orada ƏXDP rejiminə qarşı mübarizə üçün Əfqanıstan Mil-
li Qurtuluş Cəbhəsi (“Cebheye-melliye-necate-Əfğanestan”) 
adlı partiya yaratmışdır. Əfqanıstandakı sovet qoşunlarına qarşı 
cihad fətvası verən ilk şəxs olmuşdur. 1979-cu ilin yanvarında 
onun nəslinin Kabulda olan 79 üzvü Həfizulla Əminin əmri ilə 
güllələnmişdir. Cihad illərində onun partiyasının əsgərləri Əfqa-
nıstan-Pakistan sərhədindəki bölgələrlə yanaşı, Kunduz, Təxar və 
Faryab vilayətlərində döyüşmüşlər.
Mücahidlər hakimiyyətə gəldikdən sonra qabaqcadan əldə 
olunmuş razılaşmaya əsasən, Mücəddidi 2 ay müddətinə (28 ap-
rel - 28 iyun 1992-ci il) Əfqanıstan İslam Dövlətinin prezidenti 
olmuş, sonra bu postu Bürhanəddin Rəbbaniyə təhvil vermişdir 
və Cihad Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. Taliban ha-
kimiyyəti dövründə o, yenidən Pakistanda yaşamış və mübarizə 
aparmışdır.


- 204 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Talibanın süqutundan sonra Əfqanıstana qayıtmış və ölkədəki 
nizamlama prosesində fəal iştirak etmişdir. 2003-cü ildə Əfqanıs-
tanın yeni Konstitusiyasını qəbul etmiş Loyə Cirgənin sədri ol-
muşdur. 2005-2010-cu illərdə Əfqanıstan parlamentinin yuxarı 
palatasına – “Meşrano Cirgəyə” (Senata) rəhbərlik etmişdir. Eyni 
zamanda “Sülhü möhkəmlətmək komissiyası”nın sədri olmuş-
dur. Əfqanıstanın Talibandan sonrakı prezidentləri Hamid Kər-
zəy və Əşrəf Qənini dəstəkləmişdir.
2006-cı ilin martında Kabulda Mücəddidiyə qarşı sui-qəsd ol-
muş, lakin o, yüngül yaralanmaqla salamat qurtarmışdır.
2016-cı il fevralın 9-da Mücəddidinin vəfat etdiyi barədə xə-
bərlər yayılsa da, sonradan bu informasiya təsdiqini tapmamışdır.
Mücəddidi mötədil ruhani və din alimi sayılır. O qadınların 
siyasi həyatda iştirakının əleyhinə çıxmır və qadınlarla əl verib 
görüşməyi haram bilmir. Hələ 1970-ci illərdən islam fəlsəfəsinə 
dair çoxsaylı beynəlxalq konfranslarda (İngiltərə, ABŞ, Liviya  və 
s. ölkələrdə) iştirak etmişdir.
Əbdürrəşid Dustum
1954-cü il avqustun 15-də Əfqanıstanın şimalındakı Cuzcan 
vilayətində doğulmuşdur. Atası özbək, anası türkmən olmuşdur. 
1980-ci ildə SSRİ-də 6 aylıq kursda oxumasını nəzərə almasaq
xüsusi təhsili yoxdur. Aprel çevrilişinə qədər qazçıxarma idarə-
sində fəhlə işləmiş, həmkarlar təşkilatına rəhbərlik etmişdir. 
1979-cu ildə ƏXDP-yə daxil olmuş, yerli özünümüdafiə dəstə-
sinə komandirlik etmişdir. 
Onun ulduzunun parlaması Nəcibullanın hakimiyyəti illərinə 
təsadüf edir. Məhz onun dövründə Dustumun başlıca olaraq öz-
bəklərdən ibarət özünümüdafiə qüvvələri əsasında 53-cü diviziya 
yaradılmış, 1986-cı ildə Dustum ƏXDP MK-nın üzvü seçilmiş-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə