Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə63/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   58   59   60   61   62   63   64   65   66

- 199 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Gülbəddin Hikmətyar
Əfqanıstanda dini-siyasi hərəkatın ən önəmli liderlərindən 
biri olan Gülbəddin Hikmətyar 1947-ci ildə Kunduz vilayətin-
də mülkədar ailəsində anadan olmuşdur.  Milliyyətcə puştudur. 
İlk təhsilini öz kəndində aldıqdan sonra Kabuldakı hərbi lisey-
də oxumuş, lakin oradan qovulmuşdur. Kunduzdakı «Şirxan» 
liseyində orta təhsil alıb, Kabul Universitetinin mühəndislik fa-
kültəsinə daxil olmuşdur. Tələbə ikən radikal islamçı baxışları 
ilə tanınmış, Əhməd şah Məsudun da üzvü olduğu «Müsəlman 
Gənclər Təşkilatı»nın hərbi qanadına rəhbərlik etmişdir. 1972-
ci ildə «Şöleyi-cavid» adlı maoçu təşkilat üzvünün öldürülmə-
sində iştirakına görə həbs edilmişdir. Davud xanın hakimiyyətə 
gəlişi ilə ona qarşı silahlı mübarizə çağırışları isə əlaqədar təqib 
olunmuş, uğursuz qiyam cəhdlərindən sonra Pakistana getmiş-
dir. Burada o, bir müddət üzvü olduğu Rəbbaninin partiyasından 
ayrılmış və 1976-cı ildə müasir Əfqanıstan tarixində böyük yer 
almış Əfqanıstan İslam Partiyasını yaratmışdır. Həmin vaxtdan 
etibarən Hikmətyar hədsiz iddialı və barışmaz xarakteri ucbatın-
dan, demək olar, Əfqanıstandakı bütün hökumətlərlə münaqişə-
də olmuş, onlara qarşı silahlı mübarizə aparmışdır. 
Əlbəttə, onun siyasi-hərbi karyerasının ən parlaq dövrü sovet 
işğalı dönəminə təsadüf edir. Pakistan xüsusi xidmətləri tərəfin-
dən ciddi şəkildə dəstəklənən Hikmətyarın silahlı dəstələri bü-
tün ölkə ərazisində fəaliyyət göstərirdi və müxtəlif etnik qrupları 
əhatə edirdi. Həmin dövrdə mücahidlərə edilən beynəlxalq yar-
dımın əhəmiyyətli hissəsi onun partiyasına çatırdı. Paralel olaraq, 
o, digər mücahidlərlə də silahlı mübarizə aparmışdır. Hikmətyar 
mücahidlər arasında birliyin yaranmamasının əsas günahka-
rı kimi tanınır. Öz ixtiyarında olan çoxminlik yaxşı silahlanmış 
qüvvə ilə o, xüsusən «əbədi rəqibi» Rəbbaniyə, onun tərəfdarı 
Məsuda qarşı güzəştsiz mübarizə aparmışdır. Mücahidlərin ha-


- 200 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
kimiyyəti dövründə Kabulu raket və artilleriya atəşinə tutmaqla, 
minlərlə adamın ölümünə səbəb olmuşdur. Bu üzdən camaat ara-
sında «Kabul qəssabı» adlandırılmışdır.
Taliban hakimiyyəti illərində İrana gedən Hikmətyar ABŞ-ın 
ölkəyə hərbi müdaxiləsindən sonra istəklərinə çatmadığını görüb 
yeni hökumətin əleyhinə çıxışlar etmişdir. 2003-cü ildə ABŞ-da 
terrorçu elan olunmuşdur. 2016-cı ilin sentyabrında Əfqanıstan 
hökuməti Hikmətyarla sülh sazişi imzalamış, bu da paytaxt əha-
lisinin etirazı ilə qarşılanmışdır. Bu saziş hazırda Pakistanda olan 
Hikmətyara ölkəyə qayıtmaq imkanı verir.
Güclü təşkilatçılıq və natiqlik qabiliyyətinə, möhkəm iradəyə 
malik Hikmətyar eyni zamanda güzəştsiz və hiyləgər bir şəxs kimi 
səciyyələndirilir.
Əhməd şah Məsud
«Şiri-Pəncşir» («Pəncşir şiri») ləqəbi ilə məşhur olan Əh-
məd şah Məsud 1953-cü il sentyabrın 2-də Əfqanıstanın şi-
mal-şərqində yerləşən Pəncşir vilayətində anadan olmuşdur. Ata-
sı əfqan ordusunun polkovniki idi. Milliyyətcə tacik olmuşdur.
Orta təhsilini Kabuldakı fransızdilli «İstiqlal» liseyində al-
mış, 1972-ci ildə Kabul Politexnik İnstitutuna daxil olmuşdur. 
Elə orada «Müsəlman Gənclər Təşkilatı»na qoşulmuşdur. 1973-
cü ildə Davudun hakimiyyətə gəlməsi ilə ona qarşı hərəkatın 
üzvünə çevrilmiş və bu üzdən təhsilini yarımçıq qoyaraq əməli 
fəaliyyətə keçmişdir. Təqiblərdən sonra ölkəni tərk etmiş və Pa-
kistana yollanmışdır. Elə o vaxtdan Hikmətyarla aralarında mü-
naqişə yaranmışdır.
 Az sonra Əhməd şah Fələstin döyüşçülərinin Liviya və İraqda 
olan təlim mərkəzlərində olub döyüş hazırlığı keçmişdir. Daha 
sonra hərbi hazırlığını Pakistanda davam etdirmiş, Mao Tsze Du-


- 201 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
nun, Çe Gevaranın əsərlərini, eləcə də II Dünya müharibəsi illə-
rində sovet partizan hərəkatının təcrübəsini öyrənmişdir.
1975-ci ilin yayında doğma Pəncşirə gələrək kiçik bir qüvvə 
ilə (30 nəfərlik dəstə ilə) Davud hökumətinə qarşı silahlı qiyam 
qaldırmış, iki yaşayış məntəqəsini ələ keçirmişdir. Lakin hö-
kumət qüvvələri ilə qeyri-bərabər döyüşdə məğlub olmuş və ya-
ralanmışdır. Yenidən Pakistana qaçan Məsud Rəbbaninin «İslam 
cəmiyyəti»nə qoşulmuş, sonralar bir növ bu təşkilatın ölkədəki 
qüvvələrinin komandanı kimi tanınmışdır.
ƏXDP hakimiyyətə gəldikdən bir neçə ay sonra Məsud ye-
nidən 30 nəfərlik dəstə ilə Pəncşir vadisində qiyam qaldırmış, 
Rəbbaninin maliyyə dəstəyi sayəsində yeni qüvvələr və silahlar 
əldə edərək, hökumətə qarşı silahlı mübarizəyə başlamışdır. So-
vet qoşunları Əfqanıstana girdikdən sonra Məsud onların qarşı-
sına ən təhlükəli qüvvə kimi çıxmışdır. Məsələ burasındadır ki, 
Məsudun nəzarət etdiyi Pəncşir vilayəti yüksək dağlıq ərazi idi 
və SSRİ sərhədindən Kabula gedən yeganə avtomobil magistralı 
məhz buradakı Saləng aşırımından (tuneldən) keçirdi. Odur ki, 
Məsudun qüvvələri quru ilə hərəkət edən hərbi texnika və yüklər 
üçün vahiməli qüvvəyə çevrilmişdi.
Məlumatlara görə, Məsudun dəstələrində 1980-ci ildə 1000 
nəfər, 1981-ci ildə 2200 nəfər, 1984-cü ildə 5000 nəfər, sovet 
qoşunlarının ölkədən tam çıxdığı 1989-cu ildə isə 13000 nəfər 
silahlı var idi. Sovet qoşunları Əfqanıstana daşınan canlı qüvvə 
və yüklərin təhlükəsiz hərəkətini təmin etmək üçün Məsudun 
qüvvələrinə qarşı 12 hərbi əməliyyat keçirmiş, lakin uğur qazana 
bilməmişdi. 1982-ci ilin sonunda sovet komandanlığı  Məsudla 
danışıqlara gedərək, atəşkəs razılığı əldə etmişdi, lakin 1984-cü 
ilin martında Məsud bu razılığın müddətini uzatmaqdan imtina 
etmişdi. Paralel olaraq o, nəzarətində olan bölgədə Hikmətyarın 
dəstələri ilə də vuruşurdu.
Sovet qoşunları Əfqanıstandan çıxdıqdan sonra Məsud ölkə-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə