Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə59/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   55   56   57   58   59   60   61   62   ...   66

- 185 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
ümidləri doğrulmağa başlayırdı. Son nəticədə Nəcib hər şeyi itir-
di.
- 1990-cı illərin ortalarında Əfqanıstanda tez-tez deyilirdi ki, siz 
Taliban hərəkatının atalarından birisiniz. Hətta deyirdilər ki, Molla 
Ömər adı altında siz gizlənirsiniz. Doğrudanmı Talibanı siz yarat-
mısınız?
- Bu, yalandır. Mənim haqqımda, ümumiyyətlə, çox şayiələr 
gəzir. Məsələn, çox vaxt deyirlər ki, mənim mücahidlərin tanın-
mış lideri Gülbəddin Hikmətyarla əlaqəm olub və o, guya Nəci-
bullaya qarşı qiyamın təşkilində mənə kömək edib. Lakin mən 
Hikmətyarla ilk dəfə yalnız qiyamdan sonra bura, Pakistana gəl-
diyim zaman görüşmüşəm. Mən Əfqanıstanda olanda mücahid-
lərlə heç bir əlaqəm olmayıb. Eləcə də Taliban məsələsi. Onların 
meydana çıxmasında mənim rolum çox şişirdilir. Bu, mənim siya-
si düşmənlərimin təbliğatıdır.
- Nə üçün Taliban rejimi belə asanlıqla süqut etdi?
- Bunun bir neçə səbəbi var. Əvvəla, taliblərin hava hücumla-
rını dəf etməyə imkan verən müasir silahları yox idi. Amerikalılar 
faktiki olaraq, quru qoşunları gəlməzdən qabaq hava zərbələri 
sayəsində onlara qalib gəldilər. İkincisi, taliblərə qarşı bütün dün-
ya birləşmişdi. Digər tərəfdən, həmin ərəfədə onlar Əfqanıstanın 
özündə də dəstəklərini itirməyə başlamışdılar. Lakin əsas səbəb 
başqadır. Hətta taliblərin zenit silahları olsaydı və onlar daha ar-
tıq duruş gətirsəydilər belə, yenə də uduzacaqlar, çünki onların 
peşəkar ordusu yox idi. İndi taliblər partizan müharibəsinə başla-
yıblar, lakin hələlik onların fəaliyyəti çox da uğurlu deyil, üstəlik 
mücahidlərdən fərqli olaraq, onların geniş xarici dəstəyi yoxdur.
- Əfqanıstanda Amerikanın əməliyyatı barədə nə düşünürsünüz? 
Bu əməliyyat uğurla başa çatacaqmı?
- Qeyd edim ki, əgər 2001-ci ilin 11 sentyabrından sonra talib-
lər Vaşinqtonun tələbini yerinə yetirsəydilər, bəlkə də ABŞ hərbi 


- 186 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
əməliyyata başlamazdı. Amerika Əfqanıstanda öz maraqlarını, 
Qərbin maraqlarını müdafiə edir. İstisna deyil ki, ABŞ regionda 
Rusiya və İranın təsirini azaltmağa nail olacaq. Lakin amerikalı-
lar tam qələbəyə nail ola biləcəklərmi? Əgər Əfqanıstanda fəaliy-
yət göstərən beynəlxalq koalisiya əvvəlki kimi bütün dünyadan 
dəstək alacaqsa, onda hə, Amerika uğur qazana bilər. Lakin tək-
başına ABŞ Əfqanıstanda qalib gələ bilməz…
 
10 fevral 2005-ci il


- 187 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
PERSONALİA


- 188 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Məhəmməd Davud xan
XX əsr Əfqanıstan tarixinin önəmli simalarından biri olan 
Məhəmməd Davud xan 1909-cu ildə aristokrat bir ailədə doğul-
muşdu. Onun atası Məhəmməd Əziz xan Əfqanıstan hökmdarı 
Nadir şahın ögey qardaşı idi. Davud xan özü isə 1933-1979-cu il-
lərdə ölkənin şahı olmuş Zahir şahın əmisi oğlu idi, həm də onun 
bacısı Zəminə Bəyimlə ailə qurmuşdu. Etnik baxımdan puştu 
olan Davud xan həm də puştu millətçisi kimi tanınmışdır.
İlk təhsilini Kabuldakı ingilisdilli «Həbibiyyə» liseyində 
almış, sonra Fransada hərbi məktəbdə oxumuş, geri döndük-
dən sonra isə Kabulda Hərbi Akademiyanı bitirmişdir. General 
rütbəsində bir sıra ordu birləşmələrinin komandanı olmuşdur. 
1946-cı ildə baş nazir Şah Mahmudun kabinetində daxili işlər 
naziri olmuş, bir il sonra onunla fikir ayrılıqlarına görə Fransaya 
səfir  göndərilmişdir. 1948-1951-ci illərdə ölkənin müdafiə naziri 
postunu tutmuşdur. 1953-cü ildə Zahir şah tərəfindən baş nazir 
təyin olunmuş və on il bu vəzifədə çalışmışdır. Onun «idarə olu-
nan iqtisadiyyat» siyasəti ölkənin iqtisadi həyatında müsbət nə-
ticələr vermiş, sənaye və kənd təsərrüfatında bir sıra iri layihələr 
həyata keçirilmişdir.
Hələ baş nazir olmamışdan öncə yaratdığı Puştu Milli Klubu 
onun millətçi düşüncələrinin güclənməsinə və nəticə etibarilə 
Puştunistan problemi üstündə qonşu Pakistanla münasibətlərin 
gərginləşməsinə yol açmışdır. ABŞ Pakistanı dəstəklədiyi üçün 
SSRİ ilə yaxınlaşmış, o cümlədən, iri hərbi müqavilələr imza-
lamışdır. Bütün bunlar Zahir şahın narazılığına və 1963-cü ilin 
martında onun istefaya göndərilməsinə səbəb olmuşdur.
1963-1973-cü illərdə dövlət vəzifəsi tutmamış, Zahir şahla 
əlaqələrini kəsmişdir. Eyni zamanda antimonarxist, sol-radikal 
qüvvələrlə, narazı gənc hərbçilərlə yaxınlaşmış, bir növ dünyəvi 
müxalif cərəyanların birləşdirici liderinə çevrilmişdir.


- 189 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
1973-cü ilin iyul ayında onun rəhbərliyi ilə hərbi çevriliş 
baş vermiş və həmin vaxt İtaliyada olan Zahir şah taxt-tacdan əl 
çəkmişdir. Ölkədə respublika elan olunmuş, Davud xan baş na-
zir postu ilə yanaşı, müdafiə və xarici işlər naziri vəzifələrini də 
tutmuşdur. Hakimiyyətdə sol qüvvələrin təmsilçilərinə bir çox 
postlar versə də, sonradan onları kənarlaşdırmış, eyni zamanda 
dini-siyasi müxalifətə qarşı repressiyalar həyata keçirməklə avto-
ritar idarəçiliyə meyllənmişdir.
1977-ci ildə ölkədə yeni Konstitusiya qəbul olunmuş, prezi-
dent postu təsis edilmiş və ölkədə təkpartiyalı sistem qurulmuş-
dur. Prezident vəzifəsini tutan Davud xanın yaratdığı Milli İnqi-
lab Partiyası hakim partiyaya çevrilmişdir.
Davud xanın avtoritar idarəçiliyi ölkədə etiraz çıxışları və sui-
qəsd planlarına səbəb olmuş, eyni zamanda xarici siyasətdə SSRİ-
dən uzaqlaşaraq Qərbə, Səudiyyə Ərəbistanı, İran, Misir kimi 
dövlətlərə meyllənmə baş vermişdir. Son nəticədə bu, SSRİ-nin 
dəstəklədiyi Əfqanıstan Xalq Demokratik Partiyasının rəhbərliyi 
ilə 1978-ci ilin aprel hərbi çevrilişinə gətirib çıxarmışdır. Çevriliş 
zamanı təslim olmaqdan imtina edən Davud xan prezident 
sarayında qətlə yetirilmişdir. Onunla bərabər 17 nəfər ailə üzvü, 
o cümlədən qardaşı Məhəmməd Nəim öldürülmüş və onlar gizli 
şəkildə Kabul ətrafında kütləvi qəbiristanlıqda basdırılmışlar.
2008-ci ildə xüsusi hökumət komissiyası Davud xanın və yaxın-
larının qalıqlarını aşkar etmiş və Kabul yaxınlığındakı bir yüksək-
likdə xüsusi mərasimlə torpağa tapşırmışdır. 2016-cı ilin fevralında 
Əfqanıstan prezidenti dövlət vəsaiti hesabına Davud xanın məzarı 
üstündə məqbərə ucaldılması barədə sərəncam vermişdir.
Nur Məhəmməd Tərəki
1917-ci il iyulun 14-də Qəzni vilayətində maldar ailəsində 
anadan olmuş, ilk təhsilini orada almışdır. Milliyyətcə puştu idi. 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə