ƏHLİ-beytiN (ƏleyhiMÜs-salam) matəMİNDƏ MƏRSİYƏLƏR, ŞE`RLƏR, XÜTBƏLƏr toplayan m. ƏLİzadə


*** Başın dalınca, gəldim tənurə, Döndü bu mənzil, vadiye surə Anavam mən məhrəmi aşkarə, Bu yaralı başuvə zəvvarəm ***



Yüklə 3,87 Mb.
səhifə11/15
tarix18.05.2018
ölçüsü3,87 Mb.
#44618
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   15

***

Başın dalınca, gəldim tənurə, Döndü bu mənzil, vadiye surə

Anavam mən məhrəmi aşkarə, Bu yaralı başuvə zəvvarəm

***

Din üstə dözdüm, mən hər bəlayə, Düşdü güzarım Kərbübəlayə

Boyadın gisulərimi qanə, Bura gəldim şami qəribanə
HƏZRƏTİ ZEYNƏBƏ XİTAB
Zeynəb, Zeynəb, Zeynəb

Kənzi həya3 Zeynəb, kani vəfa4 Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb

Dərd aşina Zeynəb, qərqi bəla Zeynəb



Qəm qəhrəmanı (2) Zəhra nişanı

Ey ruhi ba iman,5 (2) canım sənə qurban

***

Zeynəb, Zeynəb, Zeynəb

Sərgəşteyi dövran, avareyi tufan6

Zeynəb, Zeynəb, Zeynəb

Məcdi əhdi peyman,7 şiri şahi mərdan

Zeynəb, Zeynəb, Zeynəb

Məhbubeyi canan,8 Quranına qurban

***

Zeynəb, Zeynəb, Zeynəb

Şəmşiri du balından, borrəndə bəyan9 Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb

Qardaş başı üstündə, zülfü ağaran Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb

Səhrayi müsibətdə, qəmdən qocalan Zeynəb

***

Zeynəb, Zeynəb, Zeynəb

Qardaş başının qanı, zülfündə həna Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb

Peymani Həqqə məfxər,2 Qurana olan yavər

Zeynəb, Zeynəb, Zeynəb

Hücbü-ədəbə məhzər,3 şənü-şərəfi mənbər

***

Zeynəb, Zeynəb, Zeynəb

Daim gözü qan yaşlı, başında qara məcər

Zeynəb, Zeynəb, Zeynəb

Zəhrası ölən gündən, amaci bəla4 Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb

Təvili rəsa Zeynəb, təşbihi Xuda5 Zeynəb

***

Zeynəb, Zeynəb, Zeynəb

Mehrabi ibadətdə, təfsiri dua Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb

Müşgüldə rəca6 Zeynəb, hər yerdə dəva Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb

Pərvəndeyi xunini Şahi-şühəda7 Zeynəb

***

Zeynəb, Zeynəb, Zeynəb

Möhkəm sözü üstündə, mərdanə duran Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb

Kaxi sitəmü-zülmü, qol bağlı yıxan Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb

Çox qəmçi dəyən başın, qəmdə ağaran Zeynəb

***

Zeynəb, Zeynəb, Zeynəb

Yollarda pərəstari yorğun üsəra1 Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb

Hər qafileyi nehzətdə, öz nehzətinə qiymət

Zeynəb, Zeynəb, Zeynəb

Əvvəldə görən izzət, axırda çəkən zillət

***

Zeynəb, Zeynəb, Zeynəb

Ağlar gözü qürbətdə, qardaşlarına həsrət

Zeynəb, Zeynəb, Zeynəb

Can sinədə söylərdi, vay bəxti qara Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb

Həm nayibə Zəhrayə, həm dininə pirayə2

***

Zeynəb, Zeynəb, Zeynəb

Ağzında şirin sözlər, qəmdən dolanan “vay”ə

Zeynəb, Zeynəb, Zeynəb

İstəkli Ruqəyyəylə, səbri olan həm sayə

Zeynəb, Zeynəb, Zeynəb

Heç tapmıyan ömründə, bir ləhzə səfa Zeynəb

***

Zeynəb, Zeynəb, Zeynəb

Can nəqdini bi nüsxə, ərzani verən3 Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb

55 il ömründə, göz yaşı tökən Zeynəb

Zeynəb, Zeynəb, Zeynəb

Qürbətdə ölən yalqız, möhtaci kəfən Zeynəb

EY XANİDANİ HEYDƏRİN QƏMXARI ZEYNƏB



Ey xanidani Heydərin qəmxarı Zeynəb (2)

Şamə apar bu pərişan qızları Zeynəb (2)

Gülzarımız oldu xəzan bu Kərbəladə

Sən qur əza qurbanlara viran səradə

Oxşa Hüseyni, Fatimə oxşarı Zeynəb



***

Səbr eylə səbrin səddini dünyada yıxma

Zəhra anan tək səbridən bir ləhzə çıxma

Hər şəhridə didaruvə gəlləm darıxma

Ey karivani möhnətin saları1 Zeynəb

***

Başım gedibdi Xuliyi nadana mehman

Sər nizədə pişvaz elə gəlmə pərişan

Dəysə yaralı başıma daş etmə əfğan

Yarın yaralı görsə xoşdur yarı Zeynəb

***

Baxma yaralı əllərə gəlmə fəğanə

Mən aşiqəm səngi qəmə olam nişanə

Düşsə gözün düşmən evində xeyzəranə

Möhkəm danış bidar elə əğyarı Zeynəb

***

Oldu Ruqənyyəm kərçi düşmən dəstgiri

Dünyaya gəlməz bu qızın bir də nəziri

Şamə kimi ağuşə al qəmli səfiri

Qoyma ola əşki üzarə cari Zeynəb

***

Səy et bunu salim yetir viran sərayə

Eylə nəvaziş hər zaman gəlsə nəvayə

Ahı Yezidin qəsrini versin fənayə

Sərkub edər2 xırda qızın əşrarı Zeynəb

***

Az səinnilə çox səbr edib dərdi bəladə

Qəlbim yanıbdı möhnətində fövqəladə

Həsrətlə can versə bu qız viransəradə

Ollam bunun mən əvvəli zəvvarı Zeynəb

ƏHLİ-BEYTİN KUFƏYƏ DAXİL OLMASI


61-ci ilin məhərrəm ayının onu keçib getdi, şənbə, məhərrəmin 11-ci günü, İbni Səd öz ölülərinin cəsədlərini kəfənə bükdü, onlara meyit namazı qılıb hamısını bir yerdə basdırdı. Lakin şəhidlərin parça-parça olmuş bədənlərini elə o cür, günün altında qoyaraq öz qoşunu ilə birlikdə Kufəyə yola düşdü. Kufə darvazasına çatanda, İbni Ziyadın tərəfindən göndərilən qasid ona dedi: –Bu gün əsirləri şəhərdən kənarda saxla!

Übeydullahın bu işdən məqsədi bu idi ki, əsirlərin şəhərə girməsi üçün lazım olan şəraiti tənzim etsin. Məhərrəmin 12-də Əhli-beyt əsirləri Kufəyə gətirildi, əsirlərin qabağında 72 kəsik baş nizələrə vurulmuş halda aparılırdı.

Şimr ibni Zilcövşən sevinc, şadlıq bürümüş halda hamıdan qabaq atını çapır, öz ətrafındakılara əmr edirdi ki, camaatı nəzarət altında saxlasınlar. Arvad-kişi, böyük-kiçik hamı əqirlərə tamaşa etmək üçün yolun ətrafında dayanmışdılar.

Əsirlər şəhərə daxil olanda camaat nizələrdə İmam Hüseynin (əleyhis-salam), Həbib ibni Məzahirin, Müslüm ibni Ovsəcənin başlarını görüb hamısını tanıdılar. Sonra Əhli-beyt arvad-uşaqlarını, Həzrət Zeynəbi, Ümmü-Gülsümü gördülər, Camaatın gözündan həsrət, peşmançılıq yaşı axırdı.

“Tamaşaçılar”dan bəziləri deyirdilər –Tfu! Lənət olsun sizə, ey alçaq yırtıcılar! Rəsulullahın ciyərinin parəsini də”vət etdiniz, sonra öldürdünüz, arvad-uşağını Roma əsirləri kimi özünüzlə gətirdiniz.

«Camaatdan ağlamaq səsi hər tərəfi bürüdü.


HƏZRƏTİ ZEYNƏB (əleyha-salam)IN XÜTBƏSİ

Birdən əsirlərin içərisindən Zeynəbi Kübra (əleyha-salam) əli ilə işarə etdi ki, sakit! Hamı onu tanıdı. O, Əmirəl-mömininin (əleyhis-salam) qızıdır, uzun illər elə bu Kufədə bu camaatın yanında yaşamışdı. Hamı onun ehtiramına sakit oldu, hətta dəvələrin zınqırovlarının səsi də kəsildi, qorxunc bir sükut hər yeri bürüdü. Birdən o alimə xanım sözə başladı:

–Həmd olsun Mütəal Allaha, salam olsun Mühəmməd Rəsulullaha (səlləllahu əleyhi və alihi və səlləm) və onun övladlarına, yaxşı insanlara, pak insanlara.

Ey kufəlilər! Ey hiyləgər və riyakar camaat, ey vəfasızlar, əhd-peyman pozanlar. Bizə ağlayır, göz yaşı axıdırsınızmı? Bizə təəssüflənirsinizmi? Həmişə göz yaşınız axar olsun, nalələriniz kəsilməsin. Çünki bizim gözlərimizi ağlar, qəlbimizə dağ vurdunuz. Siz saçlarını yaxşı-yaxşı darayıb sonra hörüklərinin hamısını açıb bir-birinə qırışdıran arvada oxşayırsınız. Siz əvvəl də məkr, hiylə ilə saçlarınızı möhkəm hördünüz, sonra isə açdınız. Sizin aranızda yalandan, xudbinlikdən, fitnə-fəsaddan, düşmənçilikdən başqa bir şey yoxdur.

Siz kənizlər kimi yaltaqlanır, düşmənlər kimi hiylə işlədirsiniz. Siz eynilə zibillikdə köyərən bitgiyə, qəbrə zinət verən gümüşə bənzəyirsiniz.

Doğrudan da axirətiniz üçün nə qədər də pis azuqə toplamısınız! Çünki Allahı qəzəbləndirmiş, özünüz üçün əbədi əzab hazırlamısınız. Bizi öldürəndan sonra halımıza ağlayırsınızmı? Allaha and olsun ki, ağlamağa layiqsiniz; daha çox ağlayıb, az gülün; çünki siz öz adınıza elə bir əbədi rüsvayçılıq damğası vurmusunuz ki, heç bir su onu pak etməz. Xatəmən-nəbinin ciyər parasını, behişt əhlinin cavanlarının ağasını, öz əməlisaleh adamlarınızın pənahgahı olan bir insanı öldürməyi necə cübran edəcəksiniz? Hər halda və hər hadisədə ona pənah aparırdınız, o sizin qanunlarınızı icra edirdi, düşmənlərlə höcətlətməşdə sizin yol göstərəniniz idi, narahatçılıq baş verəndə, ona təvəssül edirdiniz. O sizin böyüyünüz idi, şəriət hökmlərini ondan öyrənirdiniz. Ey camaat! Çox piis bir günaha batmısınız. və qiyamətiniz üçün çox pis bir şey hazırlamısınız. Ölüm olsun sizə, məhv olasınız! Sizin səyləriniz daha fayda verməyəcək. Əlləriniz qırılsın. Özünüz üçün ziyan zərər yığmısınız. Dünya və axirət ziyanına düçar, ilahi əzaba layiq olmusunuz. Xarlıq və yoxsulluq sizə qələbə çaldı. Vay olsun sizə, ey Kufə camaatı! Heç bilirsinizmi ki, Allah Peyğəmbərinin hansı ciyərinin parçalamısınız? Peyğəmbərin hansı hörmətini tapdalamısınız? Və necə ismət hərəmlərini pərdəsiz çölə salıb, əsir etmisiiz? Ey camaat, böyük bir zülm, son dərəcədə çirkin bir iş görmüsünüz, az qalır ki, sizin bəd əməllərinizdən asimanlar yarılsın, yer parçalansın, qayalar uçsun. Sizin iyrənc işləriniz, rüsvayçı hərəkətləriniz yerləri, göyləri bürümüşdür. Göydən qan yağmasına təəccüb edirsinizmi? Amma bilin ki, axirət əzabınız ən şiddətli tərzdə, xaredici, rüsvayedici olacaqdır. Heç kəs sizə kömək etməyəcək. Allahın sizə verdiyi bu möhlət əzabınızı heç də yüngülləşdirməyəcək, çünki, O, günahkarları cəzalandırmaqda heç vaxt tələsməz; O, intiqam vaxtının keçib getməsindən heç də qorxmur. Bilin ki, Allah pusquda, günahkarların intizarındadır.”1

Həzrəti Zeynəb (əleyha-salam) əli ilə işarə etdi ki, hamı sakit olsun. Onlar səslərini elə kəsdilər ki, elə bil nəfəslər sinələrdə həbs edilmişdi. Çoxları belə bir kütləni sakitləşdirməyə, səs-küylərini yatırtmağa qadir deyildi, lakin Zeynəbin peyğəmbərcəsinə olan ilahi heybəti, onların dillərini qurutdu. Sonra öz ildırım kimi gurultulu xütbəsini xatircəmliklə, sonsuz şücaətlə və vüqarla axıra kimi söylədi.

Həzrəti Zeynəb (əleyha-salam) o böyük izdihamın içərisində, daha doğrusu, düşmən nizələrinin arasında Bəni Üməyyənin rüsvayçı əməl dəftərini ifşa etməklə, onları əbədiyyətə qədər rüsvay etdi, onlarda azacıq da olsa, izzət, şövkət qoymadı. Ravi deyir: Camaat pərişanlıq və peşmançılığın şiddətindən xəcalətli halda başlarını aşaağı salaraq hönkür-hönkür ağlayırdılar. Nübüvvət sülaləsinin, risalət mədəninin, behişt cavanlarının sərvərinin qətlə yetirilməsi kimi qara ləkəni özlərindən necə dəf edəcəklərini bilmirdilər. Artıq iş-işdən keçmişdi, əbədi ziyankarlığı, ilahi qəzəbi özləri üçün satın almışdılar, dünya rüsvayçılığını özlərində görmüşdülər. Bəli, axirət əzabı daha çətin, üzücüdür. Əgər bunu bilsəydilər!


İMAM HÜSEYN (əleyhis-salam)-IN QIZI HƏZRƏTİ FATİMƏNİN (salamullahi əleyha) SÖYLƏDİYİ XÜTBƏ

Həzrəti Zeynəb (əleyha-salam)-ın xütbəsindən sonra İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimə birz xütbə söyləyərək, kufəlilərin hiylərinin üstündən pərdələri götürdü. O xütbənin bir hissəsi belə idi: “Ey Kufə camaatı! Ey hiyləgər hoqqabazlar! Bilin ki, Allah təbarək və təala bizi sizin vasitənizlə, sizi isə bizim vasitəmizlə imtahan etdi. Bizim imtahanımızın nəticəsi çox yaxşı oldu–Allah bizə Öz lütfünü şamil etdi. Lakin siz Allahın yer üzündəki höccətini, elm və hikmət xəzinəsini nahaq yerə şəhid etdiniz, Böyük Allah Öz Peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in vasitəsi ilə bizim ailəmizə lütf etdi, bizi Öz məxluqlarının çoxundan üstün etdi. Amma siz nankor camaat, bizi təkzib edib kafir oldunuz, qanımızı nahaq yerə axıtdınız, əmlakımızı qarət etdiniz, elə təsəvvür etdiniz ki biz qeyri-müsəlman övladıyıq. Siz bir az bundan qabaq cəddim Həzrət Əli (əleyhis-salam)-ni, dünən isə atam Hüseyni şəhid etdiniz. İndi bizim qanımız sizin əllərinizdən damır, bu da ürəklərinizdə bizə qarşı bəslədiyiniz keçmiş kin-küdurətdən irəli gəlmişdi. İndi gözləriniz aydın, qəlbləriniz şad olsun. Siz Allaha qarşı hiylə işlətdiniz, amma O, ən yaxşı tədbir tökəndir. Allah sizi öz cəzanıza çatdıracaq, Onun əzabının intizarında olun. Allah sizi bir-birinizin canına salacaq, çünki siz bizim qanımızı axıtmış, əmlakımızı qarət etmisiniz. Əlinizdən çıxanlara təəssüf etməyiniz faydasızdır. Baş verən hadisəyə şadlıq etməyiniz də səmərəsizdir. Bu dünyada bir-birinizin canına düşəcək, axirət əzabında da əbədi qalacaqsınız. Allah zülmkarlara lənət etsin. Ey kufəlilər, vay olsun sizə, heç bilirsinizmi ki, hansı əllərlə bizi vurdunuz? Hansı ayaqlarla bizə tərrəf gəldiniz? Heç bilirsinizmi ki, bizimlə necə döyüşə atıldınız? Allaha and olsun ki, qəlbləriniz rəhmsiz, ürəkləriniz daşdır. Allah qəlbinizə, qulaqlarınıza, gözlərinizə möhür vurmuş, şeytan sizin çirkin əməllərinizi gözünüzdə gözəl cilvələndirmiş, gözlərinizə pərdə çəkmişdir. Hidayət yolunu seçə bilmirsiniz. Ey Kufə əhli, əlləriniz kəsilsiin, görün risalət xanədanından nə qədər qanlar sizin boynunuzdadır! Siz Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qardaşına–cəddim Əliyyibni Əbitalibə qarşı, onun övladlarına, pak ailəsinə qarşı nə hiylələr etmədiniz!”

İmam Hüseyn (əleyhis-salam)-ın qızının sözləri elə bu minvalla davam etdi. Nəhayət camaat dedi: –Ey Peyğəmbər oğlunun qızı, daha bəsdir, qəlbimizi yandırdın, kökümüzü odladın.

Bu vaxt Ümmü-Gülsüm sözü xülasələşdirib dedi: –Üzünüz qara olsun, niyə İmam Hüseynə (əleyhis-salam) kömək etmədiniz? Niyə onu şəhid etdiniz? Niyə bizim mal-dövlətimizi qarət və özümüzü əsir etdiniz? Niyə o pak qanları axıtdınız?


İMAM SƏCCAD (əleyhis-salam)IN XÜTBƏSİ

Sonra İmam Zeynül Abidin (əleyhis-salam) camaata buyurdu ki, sakit olsunlar, hamı dərhal sakitləşdi. Həzrət xütbəni belə başları: Həmd olsun Allaha, salam olsun Peyğəmbərə və onun Əhli-beytinə! Ey Kufə camaatı, hər kəs məni tanıyırsa heç, hər kəs də məni tanımırsa, bilsin ki, mən Əliyyibni Hüseyn ibni Əliyyibni Əbitalibəm. Mən o kəsin oğluyam ki, Fəratın sahilində heç bir günahı olmadan, heç bir cinayət işi görmədən başını kəsdilər, mal-dövlətini qarət etdilər, arvad-uşağını əsir etdilər. Mən o kəsin oğluyam ki, işkəncə altında şəhid edildi və bu iftixar bizə kifayətdir. Ey camaat, sizi Allaha and verirəm, deyin görüm siz atama məktub yazıb məkr və hiylə üzündən onunla peyman bağlayan, sonra isə onu öldürənlər deyilsinizmi? Ölüm olsun sizə ki, axirət üçün çox pis nameyi-əm”mal hazırlamısınız. Əgər Peyğəmbər sizə desə ki, “siz mənim oğlumu öldürdünüz, hörmətimi saxlamadınız, ona nə üzlə baxacaqsınız?

Həzrət Səccad (əleyhis-salam)-ın sözü bura çatanda, kufəlilər uca səslə ağlamağa başladılar, Həzrət buyurdu:–Allah rəhmət eləsin o kəsə ki, mənim Allah, Onun peyğəbəri və Əhli-beyti barədə öyüd-nəsihətimi qəbul edir. Çünki bizim getdiyimiz yol Peyğəmbərin yoludur.

Birdən kufəlilər hamılıqla haray çəkib dedilər ki, biz səninləyik Lakin Həzrəti Səccad (əleyhis-salam) onlara cavab verdi: –Heyhat, heyhat, ey hiyləgərlər! Atamın başına gətirdiklərinizi mənim də başıma gətirmək istəyirsiniz? Heç vaxt! Allaha ond olsun ki, bizim yaralarımız hələ də sağalmamışdır. Atam dünən şəhid oldu, arvad-uşağı əsir oldu. Bu, unudulası deyildir. Bütün varlığım yaralıdır. Xahişim budur ki, bizim əleyhimizə qiyam etməyin, heç xeyrimizə də qiyam etməyin.


ƏHLİ-BEYT İBNİ ZİYADIN MƏCLİSİNDƏ

Əsirlər daha sonra İbni Ziyadın məclisinə gətirildi. O, fəthdən qürurlanıb sərməst halda, əlindəki çubuqla İmam Hüseyn (əleyhis-salam)-ın pak başına, dişlərinə vururdu. Zeyd ibni Ərqəm ona kəskin etiraz edib, məclisdən çıxdı. Həzrət Zeynəbi Kübra tanınmaz halda məclisə daxil olub oradakı qadınlardan ayrıldı, kənizləri onu dövrəyə aldılar. Lakin nübüvvət cəlaləti, İmamət heybəti onun şərif vücudundan elə aşkar olurdu ki, İbni Ziyadı özünə cəlb etdi, dedi:–Özünü bizdən gizlədən və qadınlardan kənarda duran bu arvad kimdir?

Dedilər: –Əlinin qızıdır.

O məlun qərara aldı ki, Zeynəbin (əleyha-salam) üryinə daha başqa bir yara vursun, dedi:–Allaha şükür olsun ki, sizi rüsvay etdi, sizi qılıncdan keçirtdi, həyatınızı bərbad etdi.

Heydəri Kərrarın qızı burada o məlunla zillət cəbhəsindən üzləşmədi; uşaqları qocaldan, başı fələklərə çatan, dağları qübarlı edən müsibətləri dilə gətirmədi; bundan böyük müsibət ola bilərdimi? –Özünün qanına qəltan olmuş ailəsini, Kərbəla çölündə, bədən üzvləri parça-parça olmuş, kəfənsiz, qüslsüz bədənlərindən başqa bir şey gözə dəyməyən halda qoyub gəlmişdi. Öldürülənlərin başında əziz qardaşı, behişt cavanlarının sərvəri dururdu ki, öz qanı ilə qüsl olmuş, atların nalları bədənini doğram-doğram etmişdi, Kərbəlanın isti qumlarını kəfən etmişdi. Ailəsinin, qardaşlarının ölümündən sonra qardaşının pərişan qəlbli övladını bir halda himayə etdi ki, arvadlar şivən qoparmış, uşaqlar əl-ətəş naləsini asimana ucaltmışdı. Amma Zeynəbin ümdə vəzifəsi İmam Səccad (əleyhis-salam)-ı himayə etmək idi. O həzrət xəstəliyin hərarətindən yanırdı, amma bu qızdırmaya baxmayaraq, kafirlər onun boynuna ağır zəncir vurmuşdular

Bu müsibətlərdən təkcə biri insanın qəlbini dağlayar, hətta qəzəblənmiş aslanı da belə acizliyə, süstlüyə düçar edərdi. Amma Əmr ibni Əbdüvəddi, Mərhəbi öldürən, Xeybər darvazasını yerindən qoparan Əli (əleyhis-salam) qızı xatircəmlik, qəlbi yəqinlə dolu olan okeanın sahilinə yan aldı, ən nüfuzlu bəsirətdən bəhrələndi. O həzrətin şənində təkcə bunu demək kifayətdir ki, onun bu elmi, zəkası heç bir müəllim, alim tərəfindən olmamış, əksinə, Allah tərəfindən ona verilən ilahi bəxşişlərdən bəhrələnirdi.

İmam Səccad (əleyhis-salam) bu barədə buyurur: “Ey əmmə, əlhəmdülillah sən təlim görməmiş bir alimə, dərrakəli bir insansan ki, bu dərrakəni bəşərin öyrəndiyi yolla öyrənməmisən (Yəni bunu Allah vermişdir).”

Məhz bu səbəbə körə də Zeynəbi kübra bu ağır müsibətlərə baxmayaraq, atası Əmirəl-möminin (əleyhis-salam) kimi elə qüdrətli kəlamlar danışdı ki, qılıncdan iti olan bu kəlamlar ox kimi Übeydüllahın qəlbinə sancılırdı. Həzrəti Zeynəb buyurdu: -Bunlar elə bir tayfa idilər ki, Allah şəhid olmağı onlar üçün yazmışdı. Onlar öz əbədi yerlərinə tələsdilər. Çox çəkməz ki, Allah onlarla səni bir yerə yığar, sizi (onların qarşısında) haqq-hesaba çəkər, onda bax gör qələbə kimin olacaqdır, ey Mərcanənin oğlu, anan matəmində otursun!

Bundan sonra İbni Ziyad İmam Səccad (əleyhis-salam)ı məclisdə gördü, soruşdu: -Bu cavan kimdir?

Dedilər: –Əliyyibni Hüseyndir.

İbni Ziyad dedi: –Məkər Allah Əliyyibni Hüseyni öldürmədimi?

İmam Səccad buyurdu: –Mənim Əli adlı böyük qardaşım var idi ki, camaat onu öldürdü.

İbniZiyad dedi: –Yox, onu Allah öldürdü!

İmam Səccad (əleyhis-salam) “Zümər” surəsinin 43-cü ayəsini qiraət etdi: “Allah əcəl çatan vaxt canları alar.”

İbni Ziyad dedi: –Mənim hüzurumda hazırcavablıq edirsən? Əmr edərəm, boynunu vurarlar!

Zeynəb (əleyha-salam) bu sözü eşitcək dərhal buyurdu: –Ey ibni Ziyad, sən daha bizdən heç kimi sağ qoymadın. Mənim də qətlimə hökm ver!

İmam Səccad (əleyhis-salam) öz əmməsini sakitləşdirdi, ibni Ziyada xitabən dedi: –Məni ölümlə hədələyirsən? Məgər bilmirsən ki, (Alah yolunda) öldürülmək bizim adətimizdir və bizim əzəmətimiz şəhadətdədir?1
HƏZRƏTİ ZEYNƏBİN İBNİ ZİYADIN MƏCLİSİNDƏKİ NİTQİ
Mahi mehrabi ibadət,1 gövhəri kərbü-vəfa2

Zeyni əb3, fəxrül-əimmə4, şərəfi əhli həya5

Şir zən6, düxti Əli7, məzhəri Xatuni cəza8

Aşiqi-dərbədəri-eşqi qəməfzayi-Hüseyn9

Vaqifi niyyəti sövdayi mühənzayi Hüseyn10

Zinəti teşneyi por cuşişi kəlmati Xuda11

Sözü möhkəm, özü ərzəndə12 vəkili-şühəda13

Əmmeyi Məhdiye möv”ud14, kəfili üsəra15

Atəşin kəlmələri zinəti tarixi bəşər16

Müstəbid17 şəxslərə məntiqi elami xətər18

Kə”beyi məqsədü-məqsudi olan Kərbübəla

Fidyəgahı19 şühəda məqtəli20, ehramı qara

Xeyməvü-təll21 arasında eləyən səyi Səfa22

Zəmzəmi bəhr kimi mövc eliyən1 nəhri Fərat2

Nisfi yanmış çadırı rütbədə fəxri Ərəfat

Hafizi əhli hərəm3, hamiye fərzəndi Rəsul4

Helmidə misli Həsən, zöhdü-ibadətdə Bətul

Ağlayan, qibleyi taətdə verən səcdəyə tul5

Qəmi çox, qüssəsi çox, cami bəladən mədhuş6

Zülfü ağ, qaməti xəm, qəlbi yara, xanə beduş7

Yeri var ərz ola Zəhra evin abad olsun

Baği üdvanidəki qəm ürəyin şad olsun

Səndən ilham alan qız gərək ustad olsun

Ana sözü deyilsə, müsəlləmdi8 sər məktəb olar

Zəhra, hər ana sən kimi olsa, qızı da Zeynəb olar

Olmasaydı qızuvun məntiqi bürrası9 əgər

Oğluvun nehzətinə10 yetmiş idi dəsti xətər11

Neynəva faciəsindən yox idi indi əsər

Dəsti təhrif12 ilə xuni şühəda bitmişdi

Beyrəqi13 küfr ucalıb din ələmi yatmış idi

Üməmin14 nəslini sərkub eliyən Zeynəbdi

Kufə əşrarini15 məğlub eliyən Zeynəbdi

Səni bu bəzmdə16 məhbub eliyən Zeynəbdi

Onun eşqi səbəb olmuş o axan göz yaşuva

Səni Zeynəb gətirib, gəlməmisən öz başuva

Məclisə Zeynəbin eşqilə cəm olmuş hüzzar17

Hərənin qəlbidə bir hacəti, bir mətləbi var

Dərgəhində mütəvəssildi hamı təziyədar

Hamı mayildi o mərziyyə şiyəndən2 danışaq

Xanımın Kufədəki çəkdiyi qəmdən danışaq

Valiyi Kufə Rəsulullah ilən etdi inad

Məclisə çəkdi Əli qızlarını ibni Ziyad

Ləkkədar eylədi tarixi o napak nihad3

Dövrəyə aldı o məclisdə oğul qardaşını

Təxtinin üstünə qoydurdu Hüseynin başını

Elə məğrur eləmişdi onu fəthin əsəri

Şad olub güldü, kəsik başa düşəndə nəzəri

O qəzibi gətirib əldə cəfa gərdişinə4

Neçə yol qamçını endirdi Hüseynin dişinə

Zeydi Ərqəm dayana bilmədi durdu ayağa

Saxla əl! İbni Ziyadə dedi–ey şumi dəğa5

Heç bilirsən ki qəzibin dəyir hansı dodağa?

Vurma o qanlı dodağa mənə səlb oldu6 dözüm

Görmüşəm Xatəmi Peyğəmbər öpəndə mən özüm

Gətirib qeyzə Ziyad oğlunu Zeydin süxəni7

Qoymayırsan, dedi şad olmağa məclisdə məni

Ömrümün xoş günüdür, cəşn edirəm mən ələni8

Çək xəcalət üzüvə tökmə belə göz yaşuvi

Pirsən9, yoxsa bu saət kəsərəm mən başuvi

Tərk edib Zeyd gözü yaşlı o bəzmi xətəri10

Üsərayə dolanıb ibni Ziyadın nəzəri

Gördü bir iddə11 yetimə qızı əfsürdələnib12

Məclisin rö”bü1 veribdir onlara hökmü-sükut

Arada bir uca boy ovrət2 oturmuş məhbut3

Üsərayə tutb üz aldı Ziyad oğlu xəbər:

Kimdi bu övrəti bi vahimə, məğrurə sifət?

Öləni yoxdu bunun Kərbü-müəlladə məgər?

Eliyib məclisimin əhlini təhdid oturub

Üsəranın vəsətində elə bil şir oturub

Vermədi Zeynəbi Xatun o namərdə cavab

Ayağa durdu kənizin birisi etdi xitab:

Məzhəri Fatimə Zeynəbdi bu ey xanə xərab

Zeynəb adın eşidən vəxtidə ol kani fəsad4

Fəvəran eylədi5 qəlbində olan büğzü-inad6

Dedi Zəhra qızına: Həmd edirəm Allaha

Zeynəb!Bizi nüsrətlə7 yetirdi hədəfi dilxahə8

İstəyirdi gedə övladi Əli birahə9

Dəsti Mənnan10 sizi rüsvay elədi, xar olduz!

Zahir oldu yalanız, zarü-giriftar olduz!

Dedi Zeynəb: –Edirəm Zati Xudavəndə səna

Bizi Peyğəmbər ilə eyləyib əngüştnüma11

Pakidir damənimiz12 eybdən, ey şumi dəğa!

Baği xilqətdə13 tikansız, vəli biz misli gülük

Fasiqi Həqq eləyər xar, o da ki biz deyilik

O şəqi14 gəldi dübarə belə qoftar elədi15

Bu şəmatətli sözü Zeynəbə izhar elədi:

Qardaşınla de görüm Haqq necə rəftar elədi?

Də”viye səltənət1 eylirdi Hüseyn ibni Əli

Verməyibdi o səbəbdəndi bizə beyət əli

(Qan Zeynəbin damarlarında cuşə gəldi)

Gördü ki, Zeynəb Übeydullah olub özbaşına

Ələnən2 bəzmdə tövhin3 eliyir qardaşına

Elə fikr etmə pənahəndə olub4 göz yaşına! Yox!

Bəhri por mövcilə5 tufanə özün vurdu xanım

Üsəranın vəsətindən6 ayağa durdu xanım

Dedi qızlara: nə qorxun nə də gül tək saralın!

Ləşgərim, siz düzülün nəzmilə dövrəmdə qalın

Dedi Gülsumə bacı, sağaldan hanı bu dil yaranı?

Danışım mən bacı, sən saxla Ruqəyyə balanı

Qardaşın başın nida eyliyib meracın

Kə”beyi eşqə çəkib yetmiş iki üşşaqın

Sipər etdi özünü itrətinə, Quranə

Qoymadı sədmə yetə, sureyi Ərrəhmanə

Tez olur, qalibi, məğlubu tanır əhli cahan

Mədh edər qardaşımın nehzətini7 pirü-cavan

Sənə tarixdə lənətdi fəqət namü-nişan8

İftixar oldu şəhadət xələfi Tahayə9

Qabiliyyət hanı səndə baxasan mənayə?!

Zinəti cənnəti məvadi10 Hüseyn sən kimsən?

Höccəti Zati təvanadı11 Hüseyn, sən kimsən?

Sinə pərvərdeyi Zəhradı12 Hüseyn, sən kimsən?

Dayəsi oldu viladətdə behişt hurası

Mənbəyi feyz olacaq dəhheyi Aşurası13

Qardaşımdır şərəfi əhli yəqin, sən kimsən?

Fəxr edir adına Firdövsi bərin2, sən kimsən?

Tərpədibdir beşiyin Ruhul Əmin, sən kimsən?

Olma sən fikr elədin Kufədə münsif3 yoxdu?

Fatimə oğlunu burda tanıyan çox-çoxdu!

Y Ə B N Ə Z İ Y A D !

Həmd ola zümreyi mərdani Xuda4 bizdəndi!

Əhli əzkarü-ibadatü5 dua bizdəndi!

Nücəba6 zümrəsi bizdən, şühəda7 bizdəndi!

Elmü-helmü-siləvü8 cudü9 kərəm bizdəndi!

Rahi vəhdətdə10 olan pişqədəm bizdəndi!

Əvəzində buların zülmü-cəfa sizdəndi!

Fasiqü-facirü-bişərmü11 həya sizdəndi!

Əhli mey, əhli xəta, əhli zina sizdəndi!

Dinü Quranilə də”vayə çıxan sizdəndi

Atamı Kufədə mehrabə yıxan sizdəndi!

Hövzü-Kövsərdə siqayət eliyən12 bizdəndi!

Düz yola xəlqi hidayət eliyən bizdəndi!

Mərəzi şirkə13 təbabət eliyən bizdəndi!

Beyti Məmuridə14 təfsir deyən bizdəndi!

Qabi qovseynidə15 təkbir deyən bizdəndi!

Zülmilə qəsbi xilafət eliyən sizdəndi!

Qan töküb qətlü-cinayət eliyən sizdəndi!

Baş açıb xeyməni qarət eliyən sizdəndi!

Şərəfin cifeyi dünyayə1 satan sizdəndi!

Südəmər dilsiz uşağə ox atan sizdəndi!

Od sizin, şö”lə çəkən xeymə səra bizdəndi!

Əl kəsən sizdən olub dəsti səfa2 bizdəndi!

Sili sizdən, rüx Əli nüma3 bizdəndi!

Xeyzəran4 çatdı sizə, qanlı dodaq bizdəndi!

Küllər üstündəki məzlum qonaq bizdəndi!

M Ə R C A N O Ğ L U !!

Elə fikr eyləmə payəndədi5 fəthü-zəfərin

Aşkar oldu bu gün fitnələrin, hiylələrin

İnqilab eyləmişəm Kufədə, yoxdu xəbərin

Mən özüm nazir idim6 mərdümün7 ey vay səsinə

Qeyrətin var qulaq as sən də Hüseyn vay səsinə!

Atəşin kəlmələrim qüdrətivi etdi zəif

Tanıdı məhmilimin üstə məni nisvani ətiq8

Riqqət əli verdi batıb əşgi qəmə surətlər

Başların yoldu tamaşayə gələn övrətlər

Zeynəbin nitqi Ziyad oğluna çox gəldi giran

Təxtin üstə otura bilmədi səlb oldu təvan


HƏZRƏTİ ZEYNƏBİN YÜKSƏK MƏQAMI


İmam Cavad (əleyhis-salam)-ın qızı Həkimədən itaətləri vacib olan şəxslər barəsində soruşum o, İmamları (əleyhis-salam) bir-bir mənə saydı, nəhayət Höccətibnil-Həsənə çatdı, onun da adını çəkdi. Ondan soruşdum ki, on ikinci İmam haradadır. Cavab verdi ki, qeyb aləmindədir.

Soruşdum: –Bəs onda şiələr kimə pənah aparsın?

Dedi: –Onun nənəsinə, İmam Həsən Əsgərinin anasına.

Dedim: –Mənə əmr edirsən ki, bir arvadı öz yerinə canişin qoyan bir adamı özümə İmam seçim?

Dedi: –Bu, İmam Hüseyn (əleyhis-salam)a iqtida etməkdir, zahirdə bacısı Zeynəbə vəsiyyə etdi. İmam Səccad (əleyhis-salam)-ın elmlərindən çıxan hər bir şey Zeynəb (əleyha-salam)-ın dilindən idi, beləliklə İmamət işi gizli qaldı1

Elə bu dəqiq məsələyə görə də izzət və din yolunun şəhidi öz bacısını özü ilə yanaşı apardı, çünki, o həzrət bilirdi ki, onun müqəddəs hədəfləri öz şəhadəti ilə, Bəni Üməyyənin səltənət hiyləsi ilə başqa cür olacaq; və əgər bacısının kəskin nitqləri olmasa, o şəhadətin həqiqəti məsx olunacaq (tərsinə cilvələndiriləcək), xüsusilə də Peyğəmbər ailəsi qılıncların, nizələrin mühasirəsində olan ağır vəziyyətdə Həzrət Zeynəb (əleyha-salam) qılıncdan da kəsərli olan bir nitq ilə İbn Ziyadın, Yezidin cinayətləri üstündən pərdələri götürdü.


Etdi əvvəl başda möhkəm məcərin Zəhra qızı

Ay kimi gün surətin əfraddan pünhan eylədi

kufədə Zəhra qızı məhşər nümayan eylədi2 (2)

Başladı bir xütbə dərsi xəlqi heyran eylədi (2)


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə