Əhli Beytin fəzilət



Yüklə 274,49 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix14.07.2018
ölçüsü274,49 Kb.
#55521
1   2   3   4   5   6   7   8

Cəfər bin Əbu Talib (r) fəziləti 

 

1. Əbu Hureyrə (r) peyğəmbərin (s) belə dediyini rəvayət edir: “Cəfəri Cənnətdə mələklərlə 



birlikdə uçan gördüm”

 (ət-Tirmizi, “Mənaqib”, 3767). 

2.  Əş-Şəbi  (r)  rəvayət  edir  ki,  bn  Ömər  (r)  Cəfərin  (r)  oğlu  Abdullaha  salam  verərkən: 

“Sənə salam olsun, ey iki qanadlı adamın oğlu!” – deyərdi. (Buxari, “Kitabul-fadail əshab”, 10/57). 

3.  Əbu  Hureyrənin  (r)  belə  dediyi  rəvayət  olunur:  “ nsanlar:  “Əbu  Hureyrə  çox  hədis 

rəvayət  edir”  –  deyirlər.  Halbuki  mən  qarnımın  doyması  müqabilində  Rəsulullahdan  (s) 

ayrılmazdım. Hətta mən maya vurulmuş çörək yeməzdim, təzə və gözəl paltar geyinməzdim. Mənə 

heç  bir  kişi  və  qadın  xidmət  etməmişdir.  Mən  aclıqdan  qarnıma  daş  bağlayardım.  Halımı  başa 

düşərlər  ümidi  ilə  mən  əzbər  bildiyim  ayələri  bir  kimsəyə-o  məni  evinə  aparsın,  məni  doyursun 

məqsədi ilə oxumaq istəyirdim. Fağırlar, miskinlər, kasıblar üçün insanların ən xeyirlisi Cəfər bin 

Ə

bu Talib idi. O bizi evinə aparar, evində olanlardan bizi yedirərdi. Hətta bəzən içi boşalmış yağ 



qabını  verirdi,  biz  də  onu  kəsər  və  içində  qalan  yağ  qırıntılarını  yalayardıq”  (Buxari,  “Kitabul-

fadail əshab”, 10/56; Tirmizi, “Mənaqib”, 3770). 

4. Əl-Bəra (r) Rəsulullahın (s) Cəfərə (r) belə dediyini rəvayət edir: Əxlaq və yaradılış baxı-

mından  sən  mənə  oxşayırsan”

  (Buxari,  “Kitabus-  sülh”,  6/9,  “Kitabul-məğazi”,  45/263;  Müslim, 

“Cihad”, 90 (178); ət-Tirmizi, “Mənaqib”, 3769). 

Bu hədislər Cəfər bin Əbu Talibin (r) fəzilətinə dəlalət edir. 

lk  müsəlmanlardan  sayılan  Cəfər  bin  Əbu  Talib  (r)  Əlidən  (r)  10  yaş  böyük  və  onun 

doğma  qardaşıdır.  Həbəşistana  hicrət  etmiş,  peyğəmbər  (s)  onunla  kral  Nəcaşiyə  məktub 

göndərmiş,  onu  mühacirlərə  başçı  və  krala  elçi  təyin  etmişdi.  ki  dəfə  hicrət  etmişdir.  Xeybərin 

fəthi günü həbəşistandan Mədinəyə gəlmişdir. Peyğəmbər (s) onu qucaqlayıb

17

, alnından öpüb və: 



“Bilmirəm, Cəfərin gəlişi, yoxsa Xeybərin fəthi səbəbi ilə daha çox sevinməliyəm”

 – demişdir. 

Ləqəbi  Əbu  Abdullah  ət-Təyyardır  (Qanadlı  Cəfər).  Bu  ləqəbi  hicrətin  8-ci  ilində  41 

yaşında  ikən  şəhid  olduğu  Muta  döyüşündə  almışdır.  Bu  döyüş  zamanı  Zeyd  bin  Haris 

öldürüldükdən  sonra  Peyğəmbərin  (s)  dediyi  kimi,  sərkərdə  oldu  və  bayrağı  götürdü.  Döyüş 

zamanı əllərini itirmiş və şəhid olmuş Cəfər  (r) haqqında Rəsulullah  (s): “Qolları kəsildi, ancaq 



Allah onların əvəzinə iki qanad verdi, Cənnətdə uçur”

 – müjdəsini verdi. Bədəninin 10 hissəsində 

70-dən artıq yara aldığı qeyd olunur

18



Ə

bu  Hureyrə  (r)  Cəfərin  (r)  kasıblara  qarşı  münasibətinə,  əliaçıqlığına  görə  ona  Əbu 

Məsakin (kasıbların atası) ləqəbini vermişdir. 

Rəsulullah  (s)  demişdir:  “Məndən  əvvəl  hər  peyğəmbərə  yeddi  seçilmiş  vəzir  verilmişdir. 



Mənə on dörd vəzir verildi: Həmzə, Cəfər, Əli, Həsən, Hüseyn, Əbu Bəkr, Ömər, Miqdad, Huzeyfə

Səlman, Ammar və Bilal”

. Rəsulullah (s) Cəfərin ölümünə üzülmüş, gözlərinin yaşını axıtmışdır. 

Aişə (r) deyir ki, “Cəfərin ölüm xəbəri gəldikdə Rəsulullahın kədərləndiyini gördük”. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                 

17

 “Mяcmя яz-Zяvaиd”, 9/271-272. 



18

 “яl-Bиdayя vя яn-Nиhayя”, 4/285; “Cяrh vя tяdиl”, 2/482. 




Həsən və Hüseynin (r) fəziləti 

 

1. Əl-Bəra (r) belə rəvayət edir: “Mən peyğəmbərin (s) Əlinin oğlu Həsəni çiyninə alıb: 



“Allahım,  mən  bunu  sevirəm,  bunu  Sən  də  sev!”

  –  buyurduğunu  gördüm.”  (Buxari;  “Kitabul-

fadail-əshab”, 24/89; Müslim, “Fadail-səhabə”, 58-59 (2422); ət-Tirmizi, “Mənaqib”, 3784). 

2.  Üsamə  bin  Zeyddən  (r)  rəvayət  olunur  ki,  “Peyğəmbər  Üsaməni  Həsənlə  bərabər 

qucağına  alıb:  “Allahım,  mən  bunları  sevirəm,  Sən  də  bunları  sev”,  yaxud  buna  oxşar  bir  söz 

deyərdi” (Buxari, “Kitabul-fadail əshab”, 24/87). 

3. Rəsulullah (s) Həsən və Hüseynə baxıb: “Allahım mən bunları sevirəm, sən də sev!” – 

deyərdi. (Tirmizi; “Mənaqib”, 3784). 

4. Uqbə bin əl-Haris (r) belə demişdir: “Əbu Bəkr (r) ikindi (əsr) namazını qıldı, sonra Əli 

(r)  ilə  getdi.  Yolda  o,  Həsəni  uşaqlarla  oynayan  görüb  onu  çiyninə  aldı  və  ona:  “Peyğəmbərə 

oxşayan, Əliyə oxşamayan, atam sənə fəda olsun” – dedi. Əli isə güldü” (Buxari, “Kitabul-fadail 

ə

shab”, 24/90). 



5.  Ənəs  (r)  rəvayət  edir  ki,  “Bir  kimsə  Rəsulullahdan  (s)  Əhli-beytindən  kimi  daha  çox 

sevdiyini  soruşanda,  o  (s):  “Həsən  və  Hüseyni”  –  deyərdi.  Rəsulullah  (s)  Fatiməyə:  “Mənim 



oğullarımı  çağır”

  – deyər, onları qucaqlayar  və öpüb ətirlərini duyardı” (ət-Tirmizi,  “Mənaqib”, 

3774). 

6. Yəla bin Murrəh (r) Rəsulullahın (s) belə dediyini rəvayət edir: “Hüseyn məndəndir, mə



də  Hüseyndənəm.  Allah  Hüseyni  sevəni  sevər.  Hüseyn  “Əsbat”dan  biridir”

  (ət-Tirmizi, 

“Mənaqib”,  3774;  bn  Macə,  “Muqəddimə”,  144).  Hədisdəki  “əsbat”  sözü  3  məna  verir:  nəvə, 

qəbilə, ümmət. 

7.  Əbu  Səid  (r)  Rəsulullahın  (s)  belə  dediyini  rəvayət  edir:  “Həsən  və  Hüseyn  Cənnə

ə

hlinin iki gəncidir”

 (ət-Tirmizi, “Mənaqib”, 3778). 

8.  Abdullah  bin  Şəddad  (r)  atasından  (r)  rəvayət  edir  ki,  Rəsulullah  (s)  iki  axşam 

namazından  (məğrib  və  ya  işa)  birində  yanımıza  gəldi.  Həsən  və  Hüseyn  onun  belində  idi. 

Peyğəmbər  (s)  qabağa  keçib  uşağı  yerə  qoydu,  təkbir  edib  namaza  başladı.  Namaz  vaxtı  onun 

səcdəsi  çox  uzun  çəkdi”.  Atam  deyir  ki:  “Səcdə  uzun  çəkdiyi  üçün  başımı  qaldırıb  baxdım. 

Gördüm  ki,  səcdədə  olan  peyğəmbərin  belində  uşaq  oturub  və  mən  tez  səcdə  halıma  qayıtdım. 

Namaz  qurtaranda səhabələr Rəsulullahdan (s) soruşdular:  “Ey  Allahın Rəsulu!  Namaz vaxtı elə 

uzun  səcdə  etdin  ki,  bir  hadisə  baş  verdiyini  və  ya  sənə  vəhy  endiyini  zənn  etdik!”  Peyğəmbər 

cavab  verdi  ki:  “Xeyr,  bunlardan  heç  biri  olmadı.  Lakin,  oğlum  belimə  mindi.  Mən  özü  düşənə 

qədər onu düşürməyi uyğun bilmədim”

 (ən-Nəsai, “ ftitah”, 83 (2, 229, 320)). 

9.  Ənsardan  Səlma  adlı  bir  qadın  rəvayət  edir  ki,  “Ummu  Sələmənin  (r)  yanına  girdikdə 

gördüm ki, ağlayır. Soruşdum ki, niyə ağlayırsan? Cavab verdi ki: “ ndicə Rəsulullahı (s) başı və 

saqqalı torpaqlı halda yuxumda gördüm. “Sənə nə olub, ya Rəsulullah?” – deyə soruşdum. O, dedi: 

“Bir az əvvəl Hüseynin öldürüldüyünün şahidi oldum” (ət-Tirmizi, “Mənaqib”, 3774). 

10. Ənəs bin Malik (r) rəvayət edir ki, “Hüseynin (r) başı gətirildiyi zaman Übeydullah bin 

Ziyadə  əlindəki  süngü  ilə  kəllənin  burnuna,  gözlərinə  vuraraq:  “Bu  qədər  gözəlini  görmədim”  – 

dedi.  Mən  də:  “O,  Əhli-beyt  içində  Rəsulullaha  (s)  ən  çox  oxşayan  şəxs  idi”  –  dedim.  (Buxari, 

“Kitabul-fadail əshab”, 24/88, ət-Tirmizi, “Mənaqib”, 3780). 

Übeydullah  bin  Ziyad  bin  Əbu  Sufyan  –  Müaviyənin  oğlu  Yezidin  xəlifəliyi  dövründə 

Kufə valisi idi. Hüseyn bu dövrdə şəhid edilmişdi. 

11. Ammar bin Uməyr (r) rəvayət edir ki, “Übeydullah bin Ziyad və yoldaşlarının kəlləsini 

Kufəyə gətirəndə Rahəbə məscidində çoxlu adam toplaşmışdı. Mən də onlara yaxınlaşdım. “Gəldi! 

Gəldi!”  –  deyirdilər.  Gələn  nə  idi?  –  marağı  ilə  bir  az  da  onlara  yaxınlaşdım.  Bir  ilan  kəllələr 

arasına girib yox olur, təkrar çıxırdı.  lan Übeydullah bin Ziyadın burun deşiyinə girdi və bir qədər 

qaldı.  Sonra  çıxıb  getdi  və  qeyb  oldu.  Bir  az  sonra  “Yenə  gəldi!  Yenə  gəldi!”  deyərək  camaat 

qışqırdı. Bu hal 2 və ya 3 dəfə təkrarlandı” (ət-Tirmizi, “Mənaqib”, 3782). 

12.  Əbu  Musa  (r)  Həsən  əl-Bəsridən  (r)  Əbu  Bəkrin  (r)  belə  dediyini  eşitdiyini  rəvayət 

edilir: “Mən peyğəmbərin (s) minbərdən bir dəfə insanlara, bir dəfə də yanındakı nəvəsi Həsənə (r) 

baxaraq belə dediyini eşitdim: “Mənim bu oğlum seyyiddir. Allah onun əli ilə iki müsəlman kütləni 



Yüklə 274,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə