Əhli Beytin fəzilət



Yüklə 274,49 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix14.07.2018
ölçüsü274,49 Kb.
#55521
1   2   3   4   5   6   7   8

barışdıracaq” 

(Buxari, “Kitabul-fadail əshab”, 24/86). 

13.  Ənəs  bin  Malik  (r)  demişdir:  “Heç  kim  Həsən  bin  Əli  (r)  kimi  peyğəmbərə  (s)  çox 

oxşamırdı” (Buxari, “Kitabul-fadail əshab”, 24/92). 

14. Şubə, Məhəmməd bin Yaqubdan rəvayət edir ki, “Mən  bn Əbu Numdan Abdullah bin 

Ömərin  ona belə dediyini eşitdim: “ raq əhlindən  bir adam məndən öldürülmüş milçəyin  hökmü 

haqqında soruşanda cavab verdim ki: “ raq əhalisi milçəyin öldürülməsi haqqında soruşur. Halbuki 

onlar  peyğəmbərin  (s)  qızının  oğlunu  (Hüseyni)  öldürmüşdülər.  Peyğəmbər  (s)  isə  o  iki  nəvəsi 

haqqında:  “Onlar  mənim  dünyada  (ətrini  duyduğum)  iki  reyhanımdır”  –  demişdir.”  (Buxari, 

“Kitabul-fadail əshab”, 24/93). 

Bu hədislər Həsən və Hüseynin (r) fəzilətinə nümunədir. Həsən və Hüseyn (r) peyğəmbərin 

(s) Əli və Fatimədən (r) olan nəvələridir. 

Həsən  (r)  hicrətin  3-cü  ili  Ramazan  ayında  Mədinədə  anadan  olmuşdur.  Peyğəmbərə  (s) 

çox  oxşayan  həlim  xasiyyətli  və  yüksək  dərəcəli  təqva  sahibi  olan  Həsən  (r)  hərtərəfli  müsbət 

xüsusiyyətlərə malik olub, var-dövlətə və dünyaya bağlı deyildi. Atasının ölümündən sonra xəlifə 

Müaviyənin (r) ordusu ilə ona bağlı olan əsgərlərdən ibarət iki ordu qarşılaşdı. O, qan töküləcəyi 

anda Müaviyə (r) ilə danışıqlar apararaq, bir ovuc qan hesabına belə olsa Məhəmmədin ümmətinə 

xəlifə  olmaq  istəmirəm  deyərək  xilafəti  ona  vermiş,  və  beləliklə  müsəlmanlar  arasında  qan 

tökülməsinin qarşısını almışdır. 

49, 50 və ya 51 yaşında arvadı tərəfindən zəhərləndirilərək vəfat etmişdir. 

Hüseyn  (r)  hicrətin  4-cü  ilində  Şaban  ayında  anadan  olmuş,  61  yaşında  Kərbəla  adlanan 

yerdə Məhərrəm ayının 10-da şəhid olmuşdur. 

Ümumiyyətlə  istər  Həsənin,  istərsə  də  Hüseynin  xəlifəliyi  dövründə  və  daha  sonralar 

xilafətdə  fitnələr  gündən-günə  çoxalırdı.  slam  tarixində  bu  hadisələr  haqqında  dəqiq  məlumat 

göstərilməyib. Müxtəlif müəlliflər müxtəlif rəvayətlər edirlər. Daha ətraflı məlumat üçün “Tarix-

Təbəri” kitabına müraciət etmək olar. 

Hüseynin (r) şəhid edilməsinin tarixi haqqında mövcud rəvayətlərdən biri belədir: 

Müaviyə  (r)  oğlu  Yezidi  xəlifə  təyin  edərək  öləndən  sonra,  Kufə  əhalisi  Hüseynə  (r) 

məktub yazaraq onu xəlifə görmək istədiklərini və ona itaət edəcəklərini bildirdilər. Hüseyn (r) 

Müaviyə  oğlu  Yezidə  biət  etmir  və  Məkkəyə  gəlir.  Kufəlilərin  məktubunu  Məkkədə  alır  və 

Kufəyə yollanmaq üçün hazırlaşır. Dövrün böyük səhabələrindən olan Ömərin oğlu Abdullah, 

Abbasın oğlu Abdullah və qardaşı Məhəmməd bin Hanəfiyyə (Əlinin (r) digər arvadından olan 

oğlu) kimi bir çox hörmətli adamlar ona Kufəyə getməməsini tövsiyyə edirlər. Lakin Hüseyn 

(r)  yolundan  qalmır.  Yezid  Kufəyə  Ubeydulla  bin  Ziyadı  vali  təyin  edər  və  Hüseyni  (r) 

qarşılamaq  üçün  qoşun  hazırlayır.  Qoşuna  Ömər  bin  Səd  bin  Əbu  Vaqqas  başçılıq  edir. 

Məqsəd heç də Hüseyni (r) və onunla olanları öldürmək olmasa da, bu qarşıdurma 72 nəfərin, 

o cümlədən Hüseyn (r) və 19 nəfər əhli-beyt adamlarının şəhid olması ilə nəticələnir. 

Hüseynin (r) kəsilmiş başını təhqir edən Ubeydullah bin Ziyadı, Allah  brahim bin əl-

Əş

tər  adlı  şəxsin  əli  ilə  öldürür.  brahimi  Muxtar  bin  Əbu  Ubeydə  əs-Saqafi  göndərir. 



Ubeydullahın  və  yoldaşlarının  kəsilmiş kəllələrini  gətirərkən  nazik  bir ilanın  kəllələrin  burun 

və ağız deşiklərindən girib-çıxması rəvayət olunur. Doğrusunu Allah bilir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Fatimənin (r) fəziləti 

 

1. Cəmi bin ət-Teymiyyi rəvayət edir ki, “Xalamla birlikdə Aişənin (r) yanına getmişdim. 



Soruşdum  ki,  peyğəmbər  hansı  qadını  daha  çox  sevirdi.  “Fatiməni”  –  deyə  cavab  verdi.  “Bəs 

kişilərdən kimi?” – deyə soruşduqda: “Fatimənin ərini! Bildiyimə görə o çox oruc tutur, çox namaz 

qılır” – dedi. (ət-Tirmizi, “Mənaqib”, 3873). 

2.  Ummu  Sələmə  (r)  rəvayət  edir  ki,  “Fəth  ilində  Rəsulullah  (s)  Fatiməni  (r)  çağıraraq 

onunla  xüsusi  söhbətləşdi.  Fatimə  (r)  ağladı.  Təkrar  söhbət  etdilər,  bu  dəfə  Fatimə  (r)  güldü. 

Rəsulullah  (s)  vəfat  etdikdə  Fatimədən  ağlamağının  və  gülməyinin  səbəbini  soruşduqda,  dedi: 

“Əvvəlcə  Rəsulullah  (s)  mənə  öləcəyini  xəbər  verdi,  ağladım.  Daha  sonra  məni  Məryəm  bint 

mrandan  başqa  bütün  Cənnət  qadınlarının  seyyidi  (xanımı)  olacağım  ilə  müjdələdi.  Buna  görə 

güldüm” (ət-Tirmizi, “Mənaqib”, 3872). 

3.  Misvər  bin  Məxrəmə  Rəsulullahın  (s)  belə  dediyini  rəvayət  edir:  “Fatimə  məndən  bir 



parçadır.  Kim  onu  qəzəbləndirsə  məni  qəzəbləndirmiş  olar”

  (Buxari,  “Kitabul-fadail  əshab”, 

12/61, 31/107). 

4. Aişədən (r) rəvayət olunur ki, “Peyğəmbər vəfatından əvvəl xəstələndiyi zaman Fatiməni 

(r)  yanına çağırdı və ona gizli bir şey dedi. Fatimə ağladı. Sonra bir daha çağırıb Fatiməyə  yenə 

gizli bir şey dedi. Bu dəfə Fatimə güldü. Fatimədən bu ağlama və gülmənin səbəbini soruşduqda, 

Fatimə: “Peyğəmbər (s)  mənə  gizlincə  bu xəstələyinin sonunda  ruhunun alınacağını xəbər verdi. 

Buna  görə  ağladım.  Sonra  mənə  yenə  gizlincə,  mənim  onun  Əhli-beytindən  ona  ilk  çatan  insan 

olacağımı  və  ondan  sonra  gələcəyimi  xəbər  verdi.  Buna  görə  də  güldüm”  –  dedi”.  (Buxari, 

“Kitabul-fadail əshab”, 12/62). 

Rəsulullah (s) qızlarından Fatiməni (r) daha çox sevirdi. Bu səbəbdən hətta Əliyə (r) Fatimə 

(r) ilə eyni zamanda başqasıyla evlənməyə icazə verməmişdir.  

5.  Misvər  bin  Məxrəmə  peyğəmbərin  (s)  belə  dediyini  rəvayət  edir:  “Haşim  bin  Muğirə 

oğulları qızlarını Əli bin Əbu Talibə vermək üçün məndən izin istədilər. “Mən izin vermirəm!  zin 



vermirəm!  zin  vermirəm!  Əgər  Əbu  Talibin  oğlu  istəsə  qızımı  boşasın,  sonra  onların  qızları  ilə 

evlənsin. Çünki Fatimə məndən bir parçadır. Onu incidəşey məni də incidir, ona əziyyət verə

ş

ey mənə də əziyyət verir”

 – dedim” (Buxari, “Kitabun-nikah”, 110/159). 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xədicə bint Xuveylidin (r) fəziləti 

 

1. Əbu Hureyrə (r)  rəvayət edir ki,  “Cəbrayıl  (Ona salam olsun!) Rəsulullahın (s)  yanına 



gələrək: “Ey Allahın Rəsulu! Xədicə içində qatıq, və yaxud yeyiləcək və ya içiləcək başqa bir şey 

olan qabla  gəlir. O,  yanına çatanda ona Rəbbindən salam söylə və onu təm-təraqlı və  yorğunluq 

olmayan, incidən hazırlanmış bir evlə müjdələ”. (Buxari, “Kitabul-mənaqibul-ənsar”, 19, “Kitabut-

tovhid”, 33/110; Müslim, “Fadailus-səhabə”, 71/2432). 

Bu  hədisə  görə  bəzi  alimlər  Xədicənin  (r)  Aişədən  daha  fəzilətli  olması  hökmünü 

vermişlər.  Çünki  Aişəni  (r)  Cəbrayıl  (Allahın  ona  salamı  olsun!)  öz  adından  salamlamışsa, 

Xədicəni (r) Rəbbinin adından salamlamışdır. 

2. Aişə (r) rəvayət edir ki, “Mən Peyğəmbəri (s) arvadlarından heç birinə Xədicə qədər çox 

qısqanmadım.  Halbuki  mən  Xədicəni  dərk  edəcək  yaşımda  görməmişdim.  Fəqət  Peyğəmbər  (s) 

onu çox xatırlayırdı, hər dəfə qoyun kəsəndə Xədicənin dostlarına göndərirdi. Bəzən mən: “Sanki 

Xədicədən  başqa  bu  dünyada  qadın  yoxdur”  –  deyərdim.  Rəsulullah  (s)  da:  “Xədicə  belə  idi, 

Xədicə belə idi və ondan mənim övladlarım oldu”

 – deyərdi”. (Buxari, “Kitabul-mənaqibul ənsar”, 

19/43;  Müslim,  “Fadailus-səhabə”,  73,  74,  77,  78  (2434,  2435,  2436,  2437);  ət-Tirmizi, 

“Mənaqib”, 3885, 3886). 

Ə

hməd bin Hənbəlin bir rəvayətində peyğəmbərin (s) belə dediyi rəvayət olunur: “ nsanlar 



mənim risaləmi inkar edərkən, o inandı, hamı məni təkzib edəndə, o malını mənim üçün xərclədi. 

Allah onunla mənə uşaq nəsib etdi, ancaq digər arvadlarımdan uşağım olmadı”

3.  Həzrət  Əli  (r)  Peyğəmbərin  (s)  belə  dediyini  rəvayət  etmişdir:  “Dövrünün  ən  xeyirli 



qadını  mranın qızı Məryəmdir, bu ümmətin ən xeyirli qadını Xuveylidin qızı Xədicədir”

 (Buxari, 

“Kitabus-səhabə”, 69/2430; ət-Tirmizi, “Mənaqib”, 3887). 

4.  Əbu  Musa  əl-Əşari  (r)  Peyğəmbərin  (s)  belə  dediyini  rəvayət  edir:  “Kişilərin  çoxu 



kamala  çatmışdır.  Qadınlardan  isə  mranın  qızı  Məryəm,  Fironun  arvadı  Asiya,  Xuveylidin  qızı 

Xədicə  və  Məhəmmədin  qızı  Fatimədən  başqa  heç  kim  kamala  çatmadı.  Aişənin  qadınlardan 

üstünlüyü,  sərid  yeməyinin  digər  yeməklərdən  üstünlüyü  kimidir”

  (Buxari,  “Kitabul-ənbiya”, 

48/105; Müslim, “Fadailus-səhabə”, 70 (2431); ət-Tirmizi, “Ətimə”, 31/1835). 

Xədicə  (r)  Xuveylid  bin  Əsədin  qızı  olub,  peyğəmbərlə  (s)  eyni  nəsildəndirlər.  Arvadları 

içərisində  peyğəmbərə  nəsəbi  ən  yaxın  olan  Xədicədir.  brahimdən  başqa  digər  övladlarının 

(Qasim, Zeynəb, Ruqiyyə, Gülsüm,Fatimə və Abdullah) anası Xədicə olub. Hicrətdən 3 il əvvəl, 

Ə

bu Talibdən 3 gün sonra 65 yaşında ramazan ayında vəfat etmişdir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Aişənin (r) fəziləti 

 

1.  Aişə  (r)  rəvayət  edir  ki,  “Peyğəmbər  (s)  mənə:  “Ey  Aişə!  Bu  Cəbraildir.  Sənə  salam 



deyir!”

  –  dedi.  Mən  də:  “Ona  da  Allahın  salamı,  rəhməti  və  bərəkəti  olsun!”  –  dedim.  Çünki, 

Rəsulullah  (s)  mənim  görmədiyimi  görürdü”.  (Buxari,  “Kitabul-fadail  əshab”,  32/109;  Müslim, 

“Fadailus-səhabə”,  91/2447;  Əbu  Davud,  “Ədəb”,  166/5232;  ət-Tirmizi,  “Mənaqib”,  3876;  ən-

Nəsai, “ şretun-nisa”, 3/7, 69). 

2.  Əbu  Musa  (r)  rəvayət  edir  ki,  “Biz,  peyğəmbərin  (s)  səhabələri  hədislərin  mənalarını 

başa  düşməkdə  çətinliklərlə  qarşılaşdıqda  Aişəyə  müraciət  edərdik  ki,  ondan  elm  öyrənək”  (ət-

Tirmizi, “Mənaqib”, 3877). 

3. Əbu Vail rəvayət edir ki, “Əli (r) əsgər toplamaq üçün Ammar bin Yasir və oğlu Həsəni 

Kufəyə  göndərəndə  Ammar  xütbə  edib  dedi:  “Qəti  surətdə  bilirəm  ki,  o,  dünyada  və  axirətdə 

peyğəmbərin arvadıdır. Lakin Allah sizi Öz hökmünə ( mama itaət edəcəyiniz), yoxsa Aişəyə tabe 

olacağınız ilə imtahana çəkir” (Buxari, “Kitabul-fadail əshab”, 32/112). 

Bu rəvayət Cəməl  (Dəvə) döyüşü  ərəfəsində Əli  (r) və Aişə (r) qarşıdurması ilə əlaqədar 

söylənilmişdir.  

Ə

slində  bu  qarşıdurma  düşmənçilikdən  deyil,  Aişədən  başqa  sağlığında  Cənnətlə 



müjdələnmiş  Təlha  və  Zubeyr  kimi  böyük  səhabələrin,  Osmanın  (r)  qatillərinin  tapılması  və 

qisasının alınması tələbindən yaranmışdı. Həm Əli (r), həm də Aişə (r)  slam dünyası üçün xeyir 

istəyirdilər. 

4.  Abdullah  bin  Abdurrəhman,  Ənəs  bin  Malikdən  (r)  belə  eşitdiyini  rəvayət  edir:  “Mən 

Rəsulullahdan (s) eşitdim ki: “Aişənin digər qadınlardan üstünlüyü sərid aşının digər yeməklərdə

üstünlüyü kimidir”

 (Buxari, “Kitabul-fadail əshab”, 32/110). 

5.  bn Aun əl-Qasim bin Məhəmməddən rəvayət edir ki: “Aişə (r) xəstələnmişdi. Abdullah 

bin Abbas (r) onu ziyarət etməyə gəldi və: “Ey möminlərin anası, sən Rəsulullah (s) və Əbu Bəkrin 

(r)  səndən  əvvəl  Cənnətə  girib  hazırladıqları  gözəl  bir  məqama  gedəcəksən”  –  dedi.  (Buxari, 

“Kitabul-fadail əshab”, 32/111). 

Abdullah bin Abbas (r) dövrünün ən elmli şəxsiyyəti idi və şübhəsiz ki, Aişəyə (r) dediyi 

sözləri o, peyğəmbərdən (s) eşidib. 

6.  Aişədən  (r)  rəvayət  edilir  ki,  o,  bacısı  Əsmadan  bir  boyunbağı  almışdı.  Bu  boyunbağı 

səfər  zamanı  itdi.  Rəsulullah  (s)  səhabələrindən  bəzilərini,  o  cümlədən  Useyd  ibn  Hüdeyri  də 

həmin boyunbağını axtarmağa göndərdi. Onlar namazın vaxtı olduğuna və su tapmadıqlarına görə 

dəstəmazsız  namaz  qılmalı  oldular.  Peyğəmbərin  (s)  yanına  gələndə  vəziyyəti  ona  deyərkən 

təyəmmüm  ayəsi  (əl-Maidə,  6)  nazil  oldu.  Bu  zaman  Useyd  bin  Hudeyr  Aişəyə:  “Allah  səni 

xeyirlə  mükafatlandırsın.  Vallahi  sənin  başına  gələcək  elə  bir  iş  yoxdur  ki,  onda  Allahdan  sənin 

özün və müsəlmanlar üçün bir xeyir olmasın” dedi” (Buxari, “Kitabul-fadail əshab”, 32/113). 

Rəvayətin  başqa  variantları  Buxarinin  “Təyəmmüm  kitabı”nda  1-ci  və  3-cü  hədislərdə 

verilmişdir. 

Həqiqətən  Aişənin  boyunbağısının  itməsi  müsəlmanlar  üçün  bir  rəhmət  olan  təyəmmüm 

ayəsinin  nazil  olmasına  səbəb  olmuşdur.  Təyəmmüm  ayələri  «əl-Maidə»  surəsinin  6-cı  və  «ən-

Nisa» surəsinin 43-cü ayələridir. 

7. Urva bin əz-Zubeyr belə demişdir: “ nsanlar hədiyyələri Peyğəmbərə (s) Aişənin yanında 

olarkən verməyə çalışırdılar. Aişə rəvayət edir ki: “Qadın yoldaşlarım bundan qısqandıqda Ummu 

Sələmənin  yanına  toplaşdılar  və:  “Ey  Ummu  Sələmə,  bilirsən  ki,  adamlar  hədiyyələrini 

Peyğəmbərə Aişənin evində verməyə çalışırlar. Halbuki biz də Aişə kimi xeyir istəyirik. Nə olar, 

Rəsulullaha  de,  o  insanlara  hədiyyələrini  hansı  arvadının  evində  olsa  orda  verməyi  tapşırsın”  – 

dedilər.  Ummu  Sələmə  bunu  Peyğəmbərə  (s)  xatırlatdı.  Ummu  Sələmə  dedi:  “Mən  bunu 

Peyğəmbərə xatırlatdım. O məndən üz çevirdi. Növbəti dəfə də xatırlatdım. O məndən üz çevirdi. 

Üçüncü dəfə də xatırlatdıqda o, mənə: “Ey Ummu Sələmə, Aişə barədə mənə əziyyət vermə. Bu bir 



həqiqətdir  ki,  Aişədən  başqa  sizdən  heç  bir  qadının  yanında  olduğum  zaman  mənə  vəhy  nazil 

olmadı”

 – buyurdu” (Buxari, “Kitabul-fadail əshab”, 32/115, “Kitabul-Hibə”, 6/15,16). 

Bu hədislər Aişənin (r) fəziləti üçün kifayət qədər dəlildir. 

Qeyd  etmək  lazımdır  ki,  «ən-Nur»  surəsinin  11-20-ci  ayələri,  Aişəyə  (r)  səfər  zamanı 




itirdiyi boyunbağını axtarması ilə əlaqədər yaxılmış iftiralara cavabdır: 

"Həqiqətən,  (Aişə  barəsində)  yalan  xəbər  gətirənlər  öz  içərinizdə  olan  bir  zümrədir 

(münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O 



zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü 

öz  üstünə  götürəni  (Abdullah  bin  Ubeyyi)  isə  (qiyamət  günü)  çox  böyük  (şiddətli)  bir  əzab 

gözləyir.  Məgər  o  yalan  sözü  eşitdiyiniz  zaman  mömin  kişilər  və  qadınlar  öz  ürəklərində 

(özləri  haqqında  yaxşı  fikirdə  olduqları  kimi,  dostlarının  da  əhli-əyalı  barəsində)  yaxşı  fikirdə 



olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildirlərmi? (Aişəyə iftira yaxanlar) nə üçün 

özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmə-

dilər,  deməli,  onlar  Allah  yanında  əsl  yalançıdırlar!  Əgər  Allahın  dünyada  və  axirətdə  sizə 

neməti  və  mərhəməti  olmasaydı,  o  yalan  sözünüzə  görə  sizə  şiddətli  bir  əzab  toxunardı.  O 

zaman  ki,  siz  (münafiqlərin  yaydığı)  yalanı  dilinizə  gətirir,  bilmədiyniz  sözü  ağzınıza  alır  və 

onu yüngül (asan, insana günah gə

tirməyən) bir şey sanırsınız. Halbuki bu (peyğəmbərin əhli-

ə

yalı  haqqında  nalayiq  söz  danışmaq)  Allah  yanında  çox  böyük  günahdır!  Məgər  siz  onu 



eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (AllaH)! Bu, çox böyük 

bir böhtandır!”  – deməli deyildinizmi? Allah sizə öyüd nəsihət verir ki, əgər  möminsinizsə

bir  daha  belə  şeylər  etməyəsiniz.  Və  Allah  sizin  üçün  ayələrini  (belə  ətraflı,  açıq-aydın)  izah 

edir.  Allah  (hər  şeyi)  biləndir  və  hikmət  sahibidir.  Möminlər  arasında  (onları  nüfuzdan, 

hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab 



gözləyir.  (Hamının  əməlini,  yayılan  şayələrin,  atılan  böhtanların  doğru  olub-  olmadığını)  ancaq 

Allah bilir, siz bilməzsiniz! Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli 

və  rəhmli  olmasaydı,  (halınız  necə  olardı)?  (Dediyiniz  yalanlara,  yaxdığınız  iftiralara  görə  sizi 

dərhal məhv edərdi”) 



(«ən-Nur» 11-20). 

 

Yüklə 274,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə