Əhli Beytin fəzilət



Yüklə 274,49 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix14.07.2018
ölçüsü274,49 Kb.
#55521
1   2   3   4   5   6   7   8

Allahın  kitabını  tutun  və  ondan  möhkəm  yapışın”

.  Quran  haqqında  təsiredici  sözlər  söylədikdən 

sonra  dedi:  “ kincisi  Əhli-beytimdir.  Əhli-beytim  haqqında  Allahdan  qorxmağı,  xəta  etməməyi 

unutmayın”

 – deyərək bunu 3 dəfə təkrarladı. 

Hüseyn:  “Ey  Zeyd,  peyğəmbərin  Əhli-beyti  kimdir?  Onun  zövcələri  Əhli-beytdən 

deyilmi?”  –  deyərək  soruşdu.  Zeyd  dedi:  “Peyğəmbərin  qadınları  da  Əhli-beytdəndir.  Həmçinin 

Ə

hli-beyt sədəqə almaları haram buyurulan şəxslərdir” – dedi. “Onlar kimdir?” – deyə soruşulanda 



Zeyd  dedi:  “Əhli-beyt  Əlinin,  Aqilin,  Cəfərin,  Abbasın  ailəsidir”.  Hüseyn:  “Onların  hamısına 

sədəqə  almaq  haramdır?”  –  deyə  soruşanda,  Zeyd:  “Bəli”  –  dedi.  (Müslim,  Fadailus-  səhabə, 

2408). 

Hədisi  rəvayət  edən  Yezid  bin  Həyyan  güvənilmiş  rəvayətçidir.  Orta  yaşlı  tabiinlərdən  – 



səhabələri görənlərdəndir. 

Zeyd bin Ərqam Rəsulullahla (s) 17 döyüşdə iştirak edib. Peyğəmbərdən 70 hədis rəvayət 

edib, hicrətin 56-cı ilində Kufədə vəfat edib. 

Hədisdə “sədəqə” sözü zəkat mənasında işlənib. Bu hədis başqa rəvayətdə belədir: 

7.  Yezid  bin  Həyyan,  Zeyd  bin  Ərqamdan  (r)  rəvayət  edir  ki,  Rəsulullah  buyurmuşdur: 

“Xəbəriniz olsun! Mən sizə iki ağır şey tərk edirəm: bunlardan birincisi Allah-təalanın Kitabıdır. 

O, Allahın ipidir. Kim ondan bərk yapışsa, Allaha tabe olsa, o , doğru yoldadır. Kim onu tərk etsə

düz yoldan çıxmış olar.  kincisi isə itrətim, Əhli-beytimdir”

. Biz soruşduq: “Peyğəmbərin qadınları 

onun Əhli-beytindəndirlərmi?” Dedi: “Xeyr. Allaha and olsun ki, qadın əri ilə bir müddət bərabər 

olur. Boşandıqda o atasının  yanına, öz qövmünə qayıdır. Rəsulullahın Əhli-beyti, nəslindən olub 

özündən  sonra  sədəqə  almaları  haram  olan,  ata  tərəfdən  qohum  olan  insanlardır”.  (Müslim, 

Fadailus-səhabə, 2408). 

Sual  verilə  bilər  ki,  peyğəmbər  (s)  öz  əbası  ilə  təkcə  Əli,  Fatimə,  Həsən  və  Hüseyni  (r) 

örtmüşdüsə,  sonrakı  nəsil  peyğəmbərin  vaxtında  yaşamadığı  və  həmin  hadisədə  (əba  altına 

salınma)  iştirak  etmədiyi  halda  Əhli-beytə  necə  daxil  edilib?  Bunu  belə  izah  etmək  olar  ki, 

peyğəmbərin (s) öz əbasının altına yalnız Əli, fatimə, Həsən və Hüseyni (r) salmasına baxmayaraq 

sonrakı  nəsillərin  də  Əhli-beytə  aid  edilməsinin  səbəbi  onların  Əlinin  ailəsi  və  ata  tərəfdən 

peyğəmbərə yaxın olmalarıdır. Bu onu göstərir ki, Əhli-beytə yalnız Əli, Fatimə, Həsən və Hüseyn 

(r) daxil deyil.  

Hədisdə  peyğəmbərin  (s)  bizə  tərk  etdiyi  ikinci  əmanət  onun  Əhli-beytidir.  Hədis 

müsəlmanlardan  peyğəmbərin  (s)  Əhli-beytini  zəkat  malı  alan  insanların  vəziyyətinə  salmamağı 

tələb edir. 

8.  bn  Ömər  (r)  Əbu  Bəkrin  (r)  belə  dediyini  rəvayət  edir:  “Məhəmmədə  Əhli-beytinin 

içində hörmət edin” (Buxari, Kitabul-fadail-əshab 12/60, 24/91). 

Ə

bu Bəkr (r) insanlara bu cür müraciət edərək onları Rəsulullahın (r) Əhli-beytinə hörmət 



etməyə  çağırmışdır.  Hədisdə,  Rəsulullahın  əhli-beytinə  hörmətə,  sevgiyə,  əhli-beytini  ucaltmağa 

işarə edilir. Bu “Əhli-beytə əziyyət verməyin, pis söz deməyin” deməkdir. 

Ev sahibini sevən o evin ailə üzvlərini də sevməlidir. Ailə üzvlərinə edilən əziyyətin o ev 

sahibini narahat edəcəyini düşünmək lazımdır. Şübhə yoxdur ki, ailə üzvləri ilə yaxşı münasibətdə 

olmaq, ailə başçısını məmnun edər. Buna görə də hamı peyğəmbərin (s) Əhli-beytini sevməli və 

onlar haqqında yaxşılıqdan başqa bir şey düşünməməlidir.  lk müsəlmanların tövsiyyələri belə ol-

muşdur. 

Allah bizi onların sevgisi ilə yaşatsın və öldürsün və bizi onlarla birlikdə diriltsin! Amin! 

 

 

 

 

 



 

 

 



Ə

li bin Əbu Talibin (r) fəziləti 

 

1.  Ənəs  bin  Malik  (r)  rəvayət  edir  ki,  “Rəsulullah  (s)  bazar  ertəsi  günü  peyğəmbər 



göndərildi, Əli (r) çərşənbə axşamı günü namaz qıldı” (ət-Tirmizi, Mənaqib, 3976, hədis qəribdir). 

Bəzi  alimlər  bu  hədisə  əsaslanaraq  Əlinin  (r)  gənclərdən  ilk  müsəlman  olduğunu 

söyləyirlər. 

2. Abdullah bin Ömər (r) rəvayət edir ki, “Rəsulullah (s) səhabələri bir-biri ilə qardaş etdi. 

Ə

li  (r)  onun  yanına  gəldi  və  dedi:  “Səhabələri  bir-biri  ilə  qardaş  etdin,  amma  məni  heç  kimlə 



qardaş etmədin”. Rəsulullah (s) dedi: “Sən mənim həm bu dünyada, həm də axirətdə qardaşımsan” 

(ət-Tirmizi, Mənaqib, 3722). 

3. Zeyd bin Ərqam (r) rəvayət edir ki, “Rəsulullah (s) demişdir: “Mən kimin dostuyamsa, 

Ə

li də onun dostudur” 

(ət-Tirmizi, Mənaqib, 3714). 

4. Səd bin Əbu Vaqqas (r) rəvayət edir ki, “Rəsulullah (s) Təbuk döyüşünə gedərkən Əlini 

arxada  (Mədinədə)  saxlamışdı.  Əli  (r)  soruşdu:  “Ey  Allahın  Rəsulu,  məni  qadın  və  uşaqların 

yanında  saxlayırsan?”  Rəsulullah  cavab  verdi:  “Sən  Harunun  Musa  yanında  aldığı  yeri  mənim 



yanımda  almaqdan  razı  deyilsən?  Bu  fərqlə  ki,  məndən  sonra  peyğəmbər  yoxdur”

  (Buxari; 

Kitabul-məğazi 80/409, Fadail-əshab 9/54, Müslim, Fadail-əshab, 31 (2404), ət-Tirmizi, Mənaqib, 

3731). 


5. Müslim və Tirmizinin rəvayətlərində deyilir: 

“Rəsulullah (s) Xeybər günü dedi: “Sabah bayrağı elə bir şəxsə verəcəyəm ki, O, Allahı və 



Rəsulunu  sevir,  Allah  və  Rəsulu  da  onu  sevir”

.  Bu  sözə  görə  adamların  çoxu  boyunlarını  irəli 

uzadırdılar  ki,  Rəsulullah  onları  görsün.  Amma  o  dedi:  Əlini  yanıma  gətirin”.  Əlini  gətirdilər, 

onun gözləri ağrıyırdı. Peyğəmbər onun gözlərinə üfürdü və bayrağı ona verdi. Allah onun əliylə 

fəthi  müyəssər  etdi”.  Rəvayəti  edən  daha  sonra  deyir  ki:  “...  gəlin  biz  də  oğlanlarımızı,  siz  də 

oğlanlarınızı;  biz  də  qadınlarımızı,  siz  də  qadınlarınızı...”  (Ali- mran,  61)  ayəsi  nazil  olduğu 

zaman  Rəsulullah  (s)  Əlini,  Fatiməni,  Həsən  və  Hüseyni  (r)  yanına  çağırdı  və:  “Allahım  bunlar 



mənim  ailəmdir!”

  –  buyurdu”  (Buxari,  Kitabul-məğazi,  4/231,  Müslim,  Fadailus-səhabə  32, 

(2404), ət-Tirmizi, Mənaqib, 3726). 

Hədisin  birinci  hissəsində  Xeybərin  fəthində  Əlinin  fəziləti  qeyd  edilir.  Peyğəmbərin 

buyurduğu kimi Əli: 

•  Allah və Rəsulunu sevir 

•  Allah  və  Rəsulu  da  onu  sevir.  Bu  böyük  müjdədir.  Rəsulullahın  (s)  belə  məqamda 

şə

hadəti insan üçün dünyada əldə edə biləcəyi ən böyük nemətlərdən biridir. 



•  Xeybərin  fəthi  Əlinin  (r)  əliylə  müyəssər  olmuşdur.  Bu  döyüş  ərəfəsində  bayrağın 

Ə

liyə  verilməsi  səhabələrin  gözündə  mühüm  hadisə  idi.  Çünki  bu,  Allah  və  Rəsulunun  Əlini 



sevdiyinə sübut idi. Dünya səadətindən xeyirli olan bu məqama çatmaq ümidi ilə hər kəs boynunu 

irəli uzatmış və peyğəmbərin (s) onu görməsini istəmişdi. Hətta Ömər bin Xəttabın (r) belə dediyi 

rəvayət  olunur:  “Heç  vaxt  döyüşə  rəhbərlik  etməyi  arzulamadığım  halda,  o  gün  “nə  olardı, 

Rəsulullah (s) bayrağı mənə verərdi” ümidi ilə onun məni görməsi üçün başımı irəli uzatdım”. 

Hədisin  ikinci  hissəsində  Əlinin  başqa  fəziləti  göstərilir:  Əli  və  ailəsi  Peyğəmbərin  (s) 

ailəsindəndir. 

6. Zirr bin Hübeyşi Əlidən (r) belə eşitdiyini rəvayət edir: “Toxumu çatladan və canlıları 

yaradana and olsun ki, ummi peyğəmbər (s) mənə möminin məni sevəcəyinə, münafiqin məndən 

üz çevirəcəyini əhd etdi” (Müslim,  man 131, (78); ət-Tirmizi, Mənaqib, 3737; Nəsai,  man, 20, (8, 

117). 


“Toxumu çatladan” – toxumları cücərdən deməkdir. Hər gün seyr etdiyimiz bu hadisə bizə 

adi bir hal kimi görünür. Əslində bu bir möcüzədir. Bəsit bir dən torpağa düşdükdə ondan gövdə, 

yarpaq,  çiçək,  meyvə,  rəng,  qoxu,  dad  və  s.  əmələ  gəlir.  Bunlar  “dənin  açılması”nın  nəticəsidir. 

Buna  görə  Əli  (r)  hadisənin  sahibi  Allaha  and  içməklə  sözə  başlayır.  Çünki  Allah  əl-Ənam 

surəsinin 95-ci ayəsində Şübhəsiz ki, toxumu da, çərdəyi də cücərdib çatladan, ölüdən diri, 

diridən ölü çıxardan” kimi tanıdılır. 

“Ummi” – anaya mənsubluğu bildirir. Bununla yazıb-oxumağı bilməmək nəzərdə tutulur. 




Yüklə 274,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə