Əhli Beytin fəzilət



Yüklə 274,49 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix14.07.2018
ölçüsü274,49 Kb.
#55521
1   2   3   4   5   6   7   8

istəyirsinizsə,  gəlin  sizə  talaq  haqqınızı  verim  və  gözəl  bir  tərzdə  boşayım!  Yox,  əgər  Allahı, 

Onun  Rəsulunu  və  axirət  yurdunu  istəyirsinizsə,  Allah  içərinizdən  yaxşı  işlər  görənlər  üçün 

böyük  bir  mükafat  hazırlamışdır.  Siz  ey  peyğəmbərin  arvadları!  Sizdən  hansı  biriniz  açıq-

aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır! Sizdən hər kim Allaha 

və  Rəsuluna  itaət  edib  yaxşı  işlər  görsə,  onun  mükafatını  ikiqat  verərik.  Biz  onun  üçün 

tükənməz  gözəl  və  minnətsiz  ruzi  hazırlamışıq.  Siz  ey  Peyğəmbərin  arvadları!  Allahdan 

qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. Buna görə də yad kişilərlə 

yumşaq  danışmayın,  yoxsa  qəlbində  mərəz  (şəkk,  nifaq  və  günah  mərəzi)  olan  tamaha  (özgə 

təmənnaya) düşər.  (Danışdığınız zaman) gözəl danışın. Evlərinizdə qərar tutun.  lkin  cahiliyyə 



dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna iitaət edin. 

Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək etmək istər! Allahın 

evlərinizdə oxunan ayələrini və hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah 

(möminlərə) lütfkardır və xəbərdardır” («əl-Əhzab», 28-34). 

Bu ayələrdən görünür ki, “ev” deyildikdə Peyğəmbər və arvadlarının yaşadığı məskənlər 

nəzərdə tutulur və müraciət arvadlaradır. 

2) Səhabələrdən Əbu Səid əl-Xudri, Mücahid, Qatadə isə ev-əhlinin Əli, Fatimə, Həsən 

və Hüseyn (Allah onlardan razı olsun!) olduğunu demişlər. Onların belə demələrinin dəlili “Siz 

ey  ev  əhli”  ayəsində  müraciət  formasının  ərəb  dilinə  görə  zahirən  qadınlara  deyil,  kişilərə 

olmasıdır. 

Birinci rəy tərəfdarları 2-cini belə rədd edirlər ki, müraciətin qadınlara deyil, kişilərə olması 

dəlil ola bilməz, çünki bu ərəb dilinin bəlağətindən irəli  gəlir.  Bəzən təkə cəm kimi, ikiliyə  cəm 

kimi, qadınlara bir nəfər kişi kimi və s. formalarda müraciət edilir. Və Quranda bunlara sübutlar 

var. Məsələn əl-Maidə surəsinin 6-cı ayəsində dirsək və əlin iki olmasına baxmayaraq, “iki dirsəyi” 

və “iki əlinizi” deyil, cəm formada “dirsəkləriniz də daxil olmaqla əllərinizi” yuyun deyilir. Hansı 

ki,  ərəb  dilində  “iki  dirsəyi”  və  “dirsəklərinizi”,  “iki  əlinizi”  və  “əllərinizi”  sözlərinin  müxtəlif 

deyiliş  forması  var.  Eləcədə  “topuqlar”  sözü  cəm  formasında  olmasına  baxmayaraq,  ayədə  “iki 

topuq”  kimi  işlədilib.  Həmçinin  Quranda  başqa  yerdə  –  «Hud»  surəsinin  72-73-cü  ayəsində: 

“( brahimin arvadı): “Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda 

mən  necə  doğa  bilərəm?!  Bu  çox  təəccüblü  bir  şeydir!”  (Mələklər  ona)  dedilər:  “Allahın 

ə

mrinə  təəccübmü  edirsən?  Ey  ev  əhli!  Allahın  bərəkəti  və  mərhəməti  üstündə  olsun...”  - 

deyilir.  Burada  da  müraciət  edilərkən,  qadınlara  xas  olan  “sizə”  şəxs  əvəzliyi  kimi,  “aleykunnə” 

ə

vəzinə “aleykum” - kişilərə müraciət forması işlədilir. Hətta ərəb dilində “keyfə əhlukə” (arvadın, 



ailən necədir?) sualına “hum bixeyr” (onlar yaxşıdır) kimi cavab verilir. “Hum” isə kişi cinsinə aid 

şə

xs əvəzliyidir. 



Deməli,  Peyğəmbərin  (s.a.v.)  arvadları  əhli-beytə  daxildirlər.  Əgər  müraciət  forması 

kişilərədirsə,  bəs  Fatimə?  Onda  gərək  Fatimə  ev  əhlinə  daxil  edilməsin.  Yox,  əgər  Fatimənin 

ə

hli-beytə  daxil  edilməsinə  səbəb  onu  Peyğəmbər  öz  əbasının  altına  salmasıdırsa,  onda  yalnız 



ə

ba altına salınan 4 nəfər - Əli,Fatimə,Həsən və Hüseyn (Allah onlardan razı olsun!) əhli-beytə 

daxildirlər. Bu da doğru deyil. Çünki əhli-beyt məfhumu geniş olub, ora çoxları daxildir.  

Bu  iki  fikir  arasındakı  ixtilafların  təfərrüatını  araşdırmamaq  üçün  3-cü  orta  bir  fikir  var 

ki, o da budur: 

3). Qurtubi və  bn Kəsir kimi təfsir alimlərinə görə “Siz ey ev əhli” ayəsində zikr olunan “ev 

ə

hli”-nə  həm  Peyğəmbərin  (s.a.v.)  arvadları,  həm  də  Əli,  Fatimə,  Həsən  və  Hüseyn  (Allah  onların 



hamısından razı olsun!) aiddir. Çünki,  bn Abbas və başqalarının rəvayətləri də bildirir ki, Rəsulullahın 

(s.a.v.)  evində  sakin  olanlar  onun  arvadlarıdır  və  ayələrdə  müraciət  onlaradır.  Digər  tərəfdən  Əli, 

Fatimə, Həsən və Hüseyn də (Allah onlardan razı olsun!) nəsəb və ailə baxımından əhli-beytə daxil-

dirlər. Ayənin onların səbəbi ilə nazil olmasını bildirən rəvayətlər də bu fikirdə olmaq üçün dəlildir. 

«Əl-Əhzab» surəsinin 30-cu ayəsində: «Siz ey Peyğəmbərin zövcələri!…», 31-ci ayəsində: 

«Sizdən  hər  kim…»,  32-ci  ayəsində:  «Siz  ey  Peyğəmbərin  zövcələri!…»,  33-cü  ayəsində: 

«Evlərinizdə  qərar  tutun…»,  34-cü  ayəsində:  «Allahın  evlərinizdə  oxunan  ayələrini…»  kimi 

Peyğəmbərin  zövcələrinə  müraciət  edildiyi  halda,  «…Siz  ey  ev  əhli!…»  hissəsini  ayıraraq  bunun 

Peyğəmbərin zövcələrinə aid olmadığını iddia etmək düzgün deyil.  



Yüklə 274,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə