Əhli Beytin fəzilət



Yüklə 274,49 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix14.07.2018
ölçüsü274,49 Kb.
#55521
1   2   3   4   5   6   7   8

Görkəmli islam alimi  bn əl-Qeyyim peyğəmbərin (s.a.v.) zövcələrinə xitabən nazil olan 

yuxarıda  qeyd  etdiyimiz  «əl-Əhzab»  surəsinin  30-34-cü  ayələrindən  bəhs  edərkən  deyir: 

«Peyğəmbərin  (s.a.v.)  zövcələri  onun  Əhli-beytindən  sayılırlar.  Bu  ayələr  onlar  haqqında  nazil 

olduğuna görə onları istisna etmək düzgün deyil. Daha doğrusunu Allah bilir».

6

 

Həmin  məsələyə  təfsir  alimi  Hafiz  bn  Kəsirin  münasibəti  isə  belədir:  "Əl-Əhzab 



surəsinin 33-cü ayəsi peyğəmbərin (s.a.v.) zövcələrinin Əhli-beytdən olmalarına dəlalət edir. Bu 

ayə  onların  haqqında  nazil  olub  və  onun,  peyğəmbərin  (s.a.v.)  zövcələrini,  eləcə  də  onlarla 

bərabər başqa insanları əhatə etməsi daha həqiqətə uyğundur". Sonra o deyir:  "Quranı diqqətlə 

oxuyan şəxs «əl-Əhzab» surəsinin 33-cü ayəsində qeyd olunan Əhli-beyt ifadəsinin peyğəmbərin 

(s.a.v.)  zövcələrinə  işarə  etdiyinə  şübhə  etməz,  çünki  ayənin  məzmunu  buna  dəlalət  edir.  Ona 

görə Allah-təala bütün bunlardan sonra buyurur: 



«Allahın  evlərinizdə  oxunan  ayələrini  (Quranı)  və  Hikməti  (Peyğəmbərin  qoyduğu 

qayda-qanunu) xatırlayın…» («əl-Əhzab», 34). 

Bu o deməkdir ki, ey peyğəmbərin (s.a.v.) zövcələri, Allah-təalanın peyğəmbərinə (s.a.v.) 

Quran ayələrini və Sünnəni sizin evinizdə nazil etdiyini bilin". Bu ayəni böyük alim Qatədə belə 

şə

rh edir:  "Bütün insanlardan fərqli olaraq sizə verilən bu neməti xatırlayın. Çünki vəhy başqa 



insanların yox, məhz sizin evdə nazil olurdu. Bu nemətə və rəhmətə ən çox layiq görülən qadın 

isə peyğəmbərin (s.a.v.) zövcəsi Aişədir (r) ". Peyğəmbər (s.a.v.) bildirib ki, zövcələri içərisində 

yalnız  Aişə  (r)  ilə  birlikdə  olduğu  zaman  ona  vəhy  nazil  olub.  Bəzi  alimlər  bunun  Aişənin  (r) 

peyğəmbərin  (s.a.v.)  bakirə  olaraq  evləndiyi  yeganə  qadın  olması  və  peyğəmbərdən  (s.a.v.) 

başqa  heç  kimlə  bir  yastığa  baş  qoymaması  ilə  bağlı  olduğunu  bildirirlər.  O  bütün  bu 

xüsusiyyətlərə görə həmin şərəfə layiq görülüb və beləliklə, əgər peyğəmbərin (s.a.v.) zövcələri 

Ə

hli-beytdən sayılırlarsa, onda onun qohumlarının bu adla çağırılmağa haqları daha çox çatır. Bu 



barədə  peyğəmbər  (s.a.v.)  hədislərindən  birində  buyurur:  «Ey  Rəbbim!  Bunlar  mənim  Əhli-

beytimdir və Əhli-beytim daha haqlıdır!»

7

 

Məhəmməd  peyğəmbər  (s.a.v.)  kimlərin  onun  Əhli-beytindən  olduğunu  öz  hədislərində 

bildirib.  mam Buxari Ənəs bin Malikə (r) istinadən peyğəmbərin (s.a.v.) Zeynəb bint Cəhş (r) 

ilə  evlənməsi  hadisəsini  rəvayət  edib.  Həmin  hədisdə  peyğəmbərin  (s.a.v.)  Aişənin  (r)  otağına 

gəlib: «Ey Əhli-beyt! Allahın rəhməti və salamı sizə olsun!» – dediyi və Aişənin (r) ona: «Sənə 

də Allahın rəhməti və salamı olsun! Əhlin necədir? Allah mübarək etsin!» – deyə cavab verdiyi, 

sonra  peyğəmbərin  (s.a.v.)  bütün  zövcələrinin  otaqlarını  gəzərək  onlara  eyni  sözlərlə  müracəit 

etdiyi və Aişənin (r) verdiyi cavabı təkrar etmələri qeyd olunur.

8

 

Bununla  peyğəmbər  (s.a.v.)  zövcələrinin  onun  Əhli-beytindən  olduqlarını  bildirir.  Bu 



barədə  yalnız  islam  ümmətinin  ən  fəzilətli  şəxsiyyətlərindən  sayılan  peyğəmbərin  (s.a.v.) 

səhabələrinə (Allah onlardan razı olsun!) qarşı ürəyi kinlə dolu olan şəxs mübahisə edə bilər. 

Böyük  alim  bn  əl-Qeyyim  alimlər  arasında  Əli-beyt  ifadəsinin  kimləri  əhatə  etməsi 

məsələsi ətrafında da fikir ayrılığının mövcud olduğunu qeyd edir. O, bu məsələ ilə bağlı dörd 

fikrin irəli sürüldüyünü bildirir: 

Birincisi.  Peyğəmbərin  Əli-beyti  sədəqə  qəbul  etmələri  haram  buyurulan  şəxslərdir. 

Həmin şəxslərin kim olması ilə bağlı üç fikir söylənilmişdir: 

1–  Şafii  məzhəbinə  və  mam  Əhməddən  nəql  edilən  bir  rəvayətə  görə  onlar  Həşim  və 

Müttalibin oğullarıdır. 

2–  mam  Əbu  Hənifəyə  və  mam  Əhməddən  nəql  edilən  digər  bir  rəvayətə  görə 

peyğəmbərin  (s.a.v.)  Əli-beyti  yalnız  Həşim  oğullarıdır.  Maliki  məzhəbindən  olan  bn  əl-

Qasimin də rə.yi belədir. 

3– Əli-beyt Həşimin oğullarından başlayaraq Qalib oğullarına qədər olan bir nəsli əhatə 

edir. Beləliklə, Müttalibin, Ümeyyənin və Nofəlin oğulları da Əli-beytdən sayılırlar. Bu Maliki 

məzhəbindən olan Əşhəbin rəyidir. 

Sonra  o,  Əli-beyt  dedikdə  sədəqə  qəbul  etmələri  haram  buyurulan  şəxslərin  nəzərdə 

                                                 

6

 Ибн ял-Геййим. «Ъяля ял-яфщям фи яс-салят ва яс-сялям», сящ. 117. 



7

 Ибн Кясир. «Тяфсир ял-Гуран ял-азым», ъ.5, сящ.452-458. 

8

 Ял-Бухари, «ял-Ъами. яс-Сащищ», ъ.3, сящ.177. 




tutulması fikrinin  mam Şafiiyə, Əhmədə və onların əksəriyyət təşkil edən yoldaşlarına mənsub 

olduğunu bildirir. 

kincisi. Peyğəmbərin (s.a.v.) ailəsi onun övladları və zövcələridir. Bunu Abd əl-Bərr «ət-

Təmhid» kitabında qeyd edir. O, kitabının Abdullah bin Əbu Bəkrdən bəhs edən hissəsində Əbi 

Həmid  əs-Səidinin  hədisini  şərh  edərkən  bəzi  alimlərin  peyğəmbərin  (s.a.v.)  ailəsinin  onun 

zövcələrindən  və  övladlarından  ibarət  olduğunu  bildirdiklərini  nəql  edir.  Çünki,  Malikin  Nəim 

ə

l-Mucmirdən rəvayət etdiyi hədisdə deyilir: «Allahım! Məhəmmədə və onun ailəsinə xeyir-dua 



ver!».

9

  Əbu  Həmid  əs-Səidinin  hədisində  isə  deyilir:  «Allahım!  Məhəmmədə,  zövcələrinə  və 



övladlarına  xeyir-dua  ver»

.  Alimlər  bu  hədisin  birinci  qeyd  etdiyimiz  hədisi  şərh  etdiyini 

bildirirlər.  Bu  hədislərdən  peyğəmbərin  ailəsinin  onun  zövcələrindən  və  övladlarından  ibarət 

olduğu aydın olur. 

Üçüncüsü.  Peyğəmbərin  (s.a.v.)  ailəsi  Qiyamət  gününə  qədər  onun  ardınca  gedən 

insanlardır. Bunu  bn Abd əl-Bərr bəzi alimlərdən rəvayət edib. 

Dördüncüsü. Peyğəmbərin (s.a.v.) ailəsi ümmətinin təqvalı insanlarıdır. Bu qazi Hüseyn 

və dilçi alim Rağibin rəyidir. 

Sonra o hər bir rəyin müəllifinin istinad etdiyi dəlillərə toxunur və hansının səhih və ya 

zəif  olduğunu  aydınlaşdıraraq,  birinci  rəyin,  ondan  sonra  isə  ikinci  rəyin  düzgün,  üçüncü  və 

dördüncü  rəyin  isə  zəif  olduğunu  bildirir.  Çünki  Məhəmməd  peyğəmbər  (s.a.v.):  «Həqiqətən, 

sədəqə  almaq  Məhəmmədin  ailəsinə  yaraşmaz»

10

,  «Məhəmmədin  ailəsi  məhz  bu  maldan 

yeyə

11

,  «Ey  Allahım!  Məhəmmədin  ailəsinin  ruzisini  qut  et»

12

  –  hədisləri  ilə  onun  ailəsi  ilə 

bağlı  şübhəni  aradan  qaldırmışdır.  Beləliklə,  bu  hədislərdə  qeyd  olunan  Məhəmmədin  (s.a.v.) 

ailəsi ifadəsi bütün islam ümmətini əhatə etmir. Həmçinin namazda dediyimiz «Əli-Məhəmməd» 

sözləri ilə hədislərdə oxuduğumuz «Əli-Məhəmməd» ifadəsinin mənası eynidir! Bu sözləri başqa 

cür şərh etmək düzgün deyil. Zövcələr və övladlar kəlməsinin ayrıca qeyd olunmasına gəldikdə 

isə,  bu  təkcə  onların  Əli-Beytdən  olmalarına  yox,  əksinə,  peyğəmbərin  (s.a.v.)  ailəsinin  təkcə 

onlardan  ibarət  olmadığına  dəlalət  edir.  Çünki,  Əbu  Davud  Nəim  əl-Mucmirə  istinadən  Əbu 

Hureyrənin peyğəmbərə (s.a.v.) belə salavat etdiyini rəvayət edir: «Ey Allahım!  brahimə xeyir-

dua  verdiyin  kimi  Məhəmməd  peyğəmbərə,  onun  möminlərin  anaları  olan  zövcələrinə

övladlarına və Əhli-beytinə xeyir-dua ver»

.

13



 Bu hədisdə zövcələr, övladlar və Əhli-beyt sözləri 

bir  yerdə  qeyd  olunur.  Bunun  səbəbi  onların  həqiqətən  peyğəmbərin  (s.a.v.)  ailəsindən 

sayılmaları və bu ada layiq görülməyə ən çox haqları çatan insan olmalarıdır.

14

 



Böyük  alim  əş-Şaukəni  də  alimlər  arasında  ayədə  qeyd  olunan  Əhli-beyt  ifadəsinin 

kimləri əhatə etməsi məsələsi ətrafında fikir ayrılığının yarandığını qeyd edir.  bn Abbas,  krimə, 

Ata, əl-Kəlbi, Muqatil və Səid bin Cübeyr həmin ayənin peyğəmbərin (s.a.v.) zövcələrindən bəhs 

etdiyini  və  orada  qeyd  olunan  evin  peyğəmbərin  (s.a.v.)  zövcələrinin  yaşadığı  ev  olduğunu 

bildirmişlər. Onlar aşağıdakı ayələrə əsaslanaraq həmin fikirləri söyləmişlər: 

«Ya  peyğəmbər!  Zövcələrinə  belə  de:…»;  «Allahın  evlərinizdə  oxunan  ayələrini 

(Quranı)  və  Hikməti  (Peyğəmbərin  qoyduğu  qayda-qanunu)  xatırlayın.  Allah  (möminlərə) 



lütfkardır, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!» 

(«əl-Əhzab», 28, 34).

15

 

Həmçinin Məhəmməd Abd ər-Rəhman əl-Mübarəkfuri şeyx Abd əl-Haqqın «əl-Ləməat» 



kitabında belə dediyini rəvayət edir: «Bilmək lazımdır ki, peyğəmbərin (s.a.v.) Əhli-beyti sədəqə 

qəbul  etmələri  haram  buyurulan  şəxslərdir.  Onlar  Həşim  oğullarıdır.  Buraya  Abbasın,  Əlinin, 

Cəfərin,  Aqilin  və  Harisin  də  ailələri  daxildir.  Bu  ailələrin  üzvlərinə  sədəqə  almaq  haramdır. 

Həmçinin peyğəmbərin (s.a.v.) zövcələri də onun Əhli-beytindəndirlər. Burada müraciət onlara 

                                                 

9

 Имам Малик. «Ял-Муватта», ъ.1, сящ.165. 



10

 «Сящищ ял-Муслим», ъ.3, сящ.753. 

11

 «Сящищ ял-Бухари», ъ.2, сящ.301. 



12

 «Сящищ ял-Бухари», ъ.4, сящ.123. 

13

 Ибн ял-Геййим. «Ъяля ял-яфщям фи яс-салат ва яс-сялям», сящ. 112. 



14

 Йеня орада. 

15

 Яш-Шаукяни. «Фятщ ял-Гадир», ъ.4, сящ.278. 




Yüklə 274,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə