Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə190/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   186   187   188   189   190   191   192   193   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

557 



 

Gözü dəyən adamın kimliyi məlum olduqdan sonra ona dəstamaz aldırılır 

və  bu  sudan  gözə  gələn  kimsə  qüsl  almalıdır.  Həmçinin  – 

İxlas,  Fələq,  Nəs, 

Fatihə,  Ayətul  Kursi,  əl-Bəqərə  285-286-cı

  ayələri  suya  oxuyaraq  dil  ucu 

yüngülcə  tüfürməli.  Sonra  xəstə  bu  sudan  içməli  və  qalanı  ilə  qüsl  almalıdır. 

Həmçinin  –  Zeytun  yağına  oxunaraq  bədənə  də  sürtülə  bilər.  Əgər  oxunulan 

su  yağış  və  Zəm-zəm  suyu  olarsa  bu  daha  gözəldir.  Həmçinin  –  xəstənin 

qulağına Azan oxumaq olar. Çünki şüytan bu səsdən qaçır.  

 

 



 

Aişə    rəvayət  edir  ki,  (Peyğəmbərin    zamanında  bir  nəfərə  göz 

dəymişdi.  Peyğəmbər  )  gözü  dəyən  kimsə  (dəstəmaz  alması)  əmr  edildi  və 

(dəstəmaz) alar, sonra da (onu dəstamaz suyu bir qabda toplanar) göz dəyilən 

kimsə o, sudan qüsl alardı”

1664


.  

 

 



 

Aişə    rəvayət  edir  ki,  Bəni  Zureyq  yəhudilərindən  Ləbid  İbn  əl-Əsləm 

adında  bir  yəhudi  Peyğəmbərə    sehr  etdi.  Hətta  Peyğəmbər    bəzi  işləri 

etmədiyi halda ona elə gəlirdi ki, bu işləri edib. Nəhayət günün birində, yaxud 

da gecənin birində Peyğəmbər   dua etdi, sonra təkrar dua etdi, sonra təkrar 

yenə də dua etdi. Sonra mənə buyurdu: “Ey Aişə! Allahdan fətva istədiyim şey 

haqqında  Allahın  mənə  fətva  verdiyini  bildinmi?  Mənim  yanıma  iki  nəfər 

gəldi  (Cəbrail  və  Mikail).  Bunlardan  biri  baş  tərəfimdə,  digəri  isə  ayaq 

tərəfimdə  oturdu.  Baş  tərəfimdə  olan  ayaq  tərəfimdə  olana  və  ya  ayaq 

tərəfimdə  olan  baş  tərəfdə  olana:  “Bu  kimsənin  xəstəliyi  nədir?”-  deyə 

soruşdu.  O  da:  “Sehrlənmişdir”-  deyə  cavab  verdi.  O:  “Kim  onu  sehr 

etmişdir?”-  deyə  soruşdu.  Digəri:  “Ləbid  İbn  əl-Əsləm”-  deyə cavab verdi.  O 

dedi:  “Sehr  nə  ilə  edilib?”  Digəri:  “Daraqdan  götrülmüş  saç,  saqqal  tükü  və 

                                                

1664

 Əbu Davud 3880, 3882, Tirmizi 2062, əl-Albani “Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

558 



 

erkək  xurmanın  tumurcuğunun  qurusu  ilə”-  deyə  cavab  verdi.  Digəri  dedi: 

“Harada  edilmişdir?”  O:  “Zu-Zərvan  quyusunda”-  deyə  cavab  verdi.  Səhəri 

Peyğəmbər    səhabələrdən  bəziləri  ilə  çıxıb,  o  quyunun  yanına  getdi. 

Qayıtdıqdan  sonra  mənə  buyurdu:  “Ey  Aişə!  Allaha  and  olsun  ki,  quyunun 

suyu xına suyu kimi qırmızı, ətrafdakı xurma ağacının budaqlarının ucları isə 

şeytanın  başları  kimi  idi”.  Mən:  “Ya  Rəsulullah!  Sən  o  sehri  çıxarıb 

basdırdınmı?”-  deyə  soruşdum.  Peyğəmbər    buyurdu:  “Xeyr,  basdırmadım. 

Çünki, Allah mənə şəfa verdi. Bir də sehri çıxarmaqla insanlar arasında sehrin 

şərinin  yayılmasını  istəmədim”.  Quyunun  ağzının  bağlanmasını  əmr  etdi  və 

quyu basdırıldı”.

1665


  

 

 



.

 

Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  (Bir  dəfə)  Peyğəmbərin   



əshabələrindən  bir  dəstə  səfərə  yola  düşdü.  Nəhayət,  onlar  gəlib  bədəvi 

qəbilələrindən birinə məxsus bir kənddə dayandılar. Əshabələr onların evində 

qonaq  olmaq  istədilər,  lakin  onlar  əshabələri  (yeməyə)  qonaq  etmək 

istəmədilər.  Bu  əsnada  qəbilə  başçısını  (əqrəb)  sancdı.  Kənddəkilər  ona 

əllərindən  gələn  köməyi  göstərməyə  çalışdılar,  lakin  bu  cəhdlərin  heç  bir 

faydası olmadı.  Onlardan  bəzisi  dedi:  “Yaxşı olar  ki,  gedib  (kəndimizə)  təşrif 

buyurmuş  adamlara  müraciət  edəsiniz,  bəlkə  onlarda  nə  isə  tapıla”.  Onlar 

əshabələrin  yanına  gəlib  dedilər:  “Ay  camaat!  Qəbilə  başçımızı  (əqrəb) 

sancmışdır. Nə qədər çalışdıqsa, əlac tapa bilmədik. Bəlkə sizdən birinizdə bir 

şey  tapıla?”  Əshabələrdən  birisi  dedi:  “Bəli,  vallahi  ki,  mən  ruqya  oxuya 

bilirəm.  Vallahi,  biz  sizin  qonağınız  olmaq  istədik,  lakin  siz  bizi  (yeməyə) 

qonaq  etmədiniz.  Elə  buna görə də  bizə  zəhmət haqqı  verməyincə,  mən  sizin 

(xəstəniz)  üçün  ruqya  oxumayacağam”.  Sonra  onlar  (müalicə  müqabilində) 

əshabələrə  bir sürü  qoyun  verəcəklərinə  razılaşdılar.  Bundan sonra o,  (qəbilə 

başçısının yanına gəlib onun yarasına) yüngülcə tüpürdü və “

Fatihə

” surəsini 

                                                

1665


 Muslim 2189.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

559 



 

oxudu.  (Bir  az  keçdikdən)  sonra  qəbilə  başçısı  sanki  buxovdan  azad  oldu  və 

xəstə  deyilmiş  kimi  ayağa  qalxıb  gəzməyə  başladı.  Onlar  əshabələrə 

razılaşdıqları zəhmət haqqını verdilər. Bu vaxt əshabələrdən biri: “(Qoyunları) 

bölüşdürün!”– dedi. Ruqya oxuyan əshabə isə: “Peyğəmbərin  yanına gedib 

hadisəni  ona  danışmayınca  və  onun  nə  hökm  verəcəyini  öyrənməyincə,  heç 

(bir  şey)  etməyin!”–  deyə  etiraz  etdi.  Onlar  Peyğəmbərin    yanına  gəlib 

hadisəni  ona  danışdıqda  o  soruşdu:  “Sən  nə  bilirdin  ki,  bu  (Fatihə  Surəsi) 

ruqyadır?” Sonra əlavə  edib dedi: “Siz  düz etmisiniz. (Qoyunları) bölüşdürün 

və  özünüzlə  yanaşı  mənim  üçün  də  bir  pay  ayırın.”  (Bunu  deyəndən)  sonra 

Peyğəmbər  gülümsədi”

1666


.  

 

)



(

)

(



.

 

 



Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  bir  dəfə  biz  səfərə  çıxdıq.  Nəhayət 

gəlib  bir  vahəyə  (yaşıllıq  olan  bir  yerə)  çatdıq.  Oranın  sakinlərindən  birini 

əqrəb sancmışdır. Bu vaxt bir kəniz bizim yanımıza gəlib: “Aranızda ovsunla 

müalicə  edən  bir  kimsə  varmı?  Vahədə  yaşayanlardan  birini  əqrəb 

sancmışdır!”–  dedi.  Səhabələrdən  biri  qalxıb  xəstənin  yanına  getdi.  Biz  onun 

ovsunla  müalicə  etdiyini  bilmirdik.  O,  xəstəyə  (Başqa  rəvayətdə:  yeddi  dəfə 

oxudu  və  üfürdü)  (

Fatihə

)  surəsini  oxuduqdan  sonra  xəstə  sağaldı.  Bunun 

müqabilində  ona  otuz  qoç  verdilər.  O  bu  qoçları  bizim  yanımıza  gətirdi.  Biz 

ondan:  “Sən  ovsunmu  oxudun?”–  deyə  soruşduq.  O:  “Mən  Kitabın  anasını 

oxuyub  onu  müalicə  etdim!”–  deyə,  cavab  verdi.  Səhabələr  dedilər: 

“Peyğəmbərdən    soruşanadək  buna  dair  heç  bir  hökm  verməyin!”  Biz 

Mədinəyə  –  Peyğəmbərin    yanına  gəldikdə  bu  hadisəni  ona  danışdıq. 

Peyğəmbər:  “O  nə  bilirdi  ki,  (



Fatihə)

  surəsini  oxuyub  xəstəni  müalicə  etmək 

olar?! O qoçları bölüşdürün və mənə də bir pay ayırın”

1667


.  

 

 



)

(



.

 



                                                

1666


 Muxtəsər Müsılim 1449, Buxari 2276, Əbu Davud 3900, 3902.  

1667


 Buxari 5007, 5749, 2156, 5417, Müslim 2201, Tirmizi 2063, 2064, Əbu Davud 3420, 3418.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə