Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə193/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   189   190   191   192   193   194   195   196   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

566 



 

oxudum.  Qalxıb  oturdu.  Peyğəmbər:  “Ey  İbn  Ummu  Abd!  Qulağına  nə 

oxudun?”  deyə  buyurdu.  Mən:  “Anam  atam  sənə  fəda  olsun: 

“Siz  isə  onları 

məsxərəyə  qoyurdunuz.  Sonda  bu  məsxərə  Məni  yada  salmağı  belə  sizə 

unutdurdu.  Siz  onlara  gülürdünüz”.  (əl-Muminun  110) 

ayəsini  dedim.  Məni 

haqq ilə göndərənə and olsun ki, onu yəqinliklə dağa oxusaydın dağ əriyərdi” 

deyə buyurdu

1687

.  


 

الله هلزنأ يتلا ضارملأا 

ALLAHIN NAZİL ETDİYİ XƏSTƏLİKLƏR 

 

 



Usamə  İbn  Şərik    rəvayət  edir  ki,  Peyğəmbərin    yanına  gəldim. 

Səhabələr  sanki  başlarına  quş  qonub  kimi  sakit  durmuşdular.  Salam  verib 

oturdum.  Filan  filan  yerlərdən  bədəvi  ərəblər  gəlib  dedilər:  “Yə  Rəsulullah! 

Müalicə  ala  bilərikmi?”.  Peyğəmbər:  “Müalicə  olunun,  çünki  Uca  və  Böyük 

olan  Allah  dərmanı  olmayan  xəstəlik  yaratmamışdır.  Bir  xəstəlikdən  başqa: 

Qocalıq” deyə buyurdu

1688

.  


 

 

Əbu  Xuzamə    rəvayət  edir  ki,  Peyğəmbərdən    soruşdular:  “Müalicə 



üçün istifadə etdiyiniz dərmanlar, şəfa üçün oxunan dualar və (düşmənlərdən) 

qorunmaq  üçün  istifadə  etdiyiniz  qoruyucu  şeylər  haqqında  nə  buyurursan? 

Bütün bunlar Allahın qədərindən bir şey dəyişərmi?”. Peyğəmbər: “Bunlar elə 

Allahın qədərindəndir” deyə buyurdu

1689

.  


 



 

Əbu  Səid  əl-Xudri  və  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər   

buyurdu:  “Müsəlmana  üz  vermiş  elə  bir  yorğunluq,  elə  bir  naxoşluq,  elə  bir 

                                                

1687

 əl-Albani “Zəif Və Movdu Hədislər Silsiləs” 2189.  



1688

 Tirmizi 2038, İbn Məcə 3436, Əbu Davud 3855, 3857, əl-Albani “Səhih”.  

1689

 İbn Məcə 2065, 3437, əl-Albani “Zəif”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

567 



 

kədər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd, hətta (ayağına) batan elə bir 

tikan  yoxdur  ki,  onun  sayəsində  Allah  (həmin)  müsəlmanın  günahlarını 

bağışlamasın”

1690

.  


 

 



Əbu Hureyra   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Allah kimə xeyir 

nəsib etmək istəsə, onu imtahana çəkər”

1691

.  


 



 

Əta  İbn  Əbu  Rəbah  demişdir:  “(Bir  dəfə)  İbn  Abbas    mənə  dedi:  “Sənə 

Cənnət  əhlindən  olan  bir  qadın  göstərimmi?”.  Mən:  “Göstər”-  dedim.  İbn 

Abbas dedi: “Bu, zənci qadın (bir zaman) Peyğəmbərin  yanına gəlib demişdi: 

“(Ya  Rəsulullah,)  mən  (bəzən)  bayılıram  və  üstüm-başım  açılır.  Mənim  üçün 

Allaha  dua  et!”  Peyğəmbər:  “İstəyirsən  səbir  et,  sənə  Cənnət  nəsib  olsun, 

istəyirsənsə,  dua  edim,  Allah  sənə  can  sağlığı  versin.” Qadın  dedi:  “Mən  səbir 

edərəm,  amma  mənim  üstüm  açılır.  Allaha  dua  et  ki,  üstüm  açılmasın.” 

Peyğəmbər  də onun üçün dua etdi”

1692


.  

 



 

Əbu  Hureyra    rəvayət  edir  ki,  mən  Peyğəmbərin    belə  dediyini 



eşitmişəm: “Heç bir kəsi əməlləri Cənnətə daxil edə bilməz.” (Əshabələr): “Səni 

də,  ya  Rəsulullah?”–  deyə  soruşdular.  Dedi:  “Hətta  məni  də.  Yalnız  Allahın 

mənə mərhəmət göstərməsi və mənə rəhm etməsi istisnadır. Elə isə doğru yol 

tutun,  (ən  kamil  olanı  yerinə  yetirə  bilməsəniz,  heç  olmasa  ona)  yaxınlaşın! 

Sizdən  heç  kəs  özünə  ölüm  diləməsin.  (Əgər  o,  həyatda  qalarsa,)  əməlisaleh 

adamdırsa,  yaxşı  işlər  görüb  savabını  artırar,  yox  günahkar  adamdırsa,  ola 

bilər ki, tövbə etsin”

1693


.  

 

                                                



1690

 Buxari 5642.  

1691

 Buxari 5645.  



1692

 Buxari 5652.  

1693

 Buxari 5673.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

568 



 

 



Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    demişdir:  “Xəstəni  sağlam 

olanların arasına gətirməyin”

1694

.  


 



 

Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah  elə  bir 

xəstəlik nazil etməmişdir ki, onun şəfasını nazil etmiş olmasın”

1695


.  

 

 



Cabir    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hər  bir  xəstəliyin  bir 

dərmanı var. Əgər dərman xəstəliyə toxunarsa (uyğun gələrsə), Allahın izni ilə 

şəfa tapar”

1696


.  

 

 



Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Xəstənin 

yanına  daxil  olduğunuz  zaman  ömrünün  uzunluğu  xüsusunda  onu 

ümüdləndirib,  kədərini  dağıdın. Çünki  bu  ümüd  (qədərdən)  heç  bir şeyi  geri 

döndərməz və xəstənin kölnünü xoş edər”

1697

.  


 

 

Əli    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Dəvanın  ən  xeyirlisi 



Qurandır”

1698


.  

 

 ُك ي ْم ل ا م ى قُّرلاِب   سْأ ب  لا



 ٌك ْرِش ِهيِف  ْن

 

İÇƏRİSİNDƏ ŞİRK OLMAYAN ŞEYLƏRLƏ RUQYƏ 

ETMƏKDƏ BİR GÜNAH YOXDUR 

 

                                                



1694

 Buxari 5774.  

1695

 Buxari 5678, İbn Məcə 3438, 3439, əl-Albani “Səhih”.  



1696

 Müslim 5871, 2204.  

1697

 İbn Məcə 1438, əl-Albani “Zəif”.  



1698

 İbn Məcə 3501, 3533, əl-Albani “Zəif”.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə