Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə195/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   191   192   193   194   195   196   197   198   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

572 



 

 

 ِءا مْلاِب ا ه دُرْبأف  مَّن ه ج ِحْي ف  ْنِم ىمحلا  

QIZDIRMA CƏHƏNNƏMİN KÜKRƏMƏSİNDƏNDİR, 

ONU SU İLƏ SƏRİNLƏŞDİRİN! 

 



 

 



Əsma  bint  Əbu  Bəkrin    yanına  qızdırmadan  əziyyət  çəkən  qadın 

gətirildikdə  o,  (xəstə)  üçün  dua  edər,  sonra  su  götürüb  onu  qadının  sinəsinə 

tökər  və  deyərdi:  “Peyğəmbər    bizə  qızdırmanı  su  ilə  soyutmağı  əmr 

edərdi”


1712

.  


 



)

(

)



(

 

 



Abdullah  (İbn  Məsud)    rəvayət  edir  ki,  Peyğəmbər    (ağır)  xəstələndiyi 

zaman  mən  onun  yanına  gəldim  (və  baxdım  ki,)  o,  qızdırma  içində  yanır. 

Dedim:  “(Ya  Rəsulullah,)  sən  qızdırma  içində  yanırsan!  Yəqin  bu,  sənin  iki 

savab qazanmağın üçündür?” O dedi: “Düzdür, mən sizdən iki kişinin çəkdiyi 

qızdırmanı  (xəstəliyi)  çəkirəm.  Başına  müsibət  gəlmiş  elə  bir  müsəlman 

yoxdur  ki,  Allah,  ağac  yarpaqları  töküldüyü  kimi,  onu  günahlardan 

təmizləmiş olmasın”

1713


.  

 

 



Sovban    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Biriniz  qızdırma 

xəstəliyinə tutularsa bilsin ki, qızdırma Cəhənnəm atəşindən bir parçadır. Onu 

su  ilə  söndürün.  Sübh  namazından  sonra  günəş  doğmadan  əvvəl  bir  çay 

başına  gələrək  axar  suya  girsin  və  suyun  axarına  qarşı  duraraq:  “



Bismilləh, 

Allahummə İşfi Abdəkə Və Saddiq Rasuləkə - 

Allahın adı ilə, Allahım! Quluna 

                                                

1712


 Buxari 5724, 5887, 2211, Tirmizi 2073, 2074.  

1713


 Buxari 5647, 5660, 5661, Müslim 2571.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

573 



 

şəfa ver, Peyğəmbərini təsdiqlədim – de və dəfə suya gir. Sağalmasa bunu 5, 7, 



dəfə təkrar et. Allahın izni ilə doqquz dəfə olmaz ki, sağalar”

1714


.  

 

 



Cabir  rəvayət edir ki, Peyğəmbər  Ummu Saib və ya Ummi Museyyibin 

yanına  daxil  oldu  və:  «Ya  Ummu  Saib  sənə  nə  olub  ki,  titrəyirsən?»  deyə 

buyurdu.  O:  «Allah  ona  bərəkət  verməsin  qızdırmadır»  dedi.  Peyğəmbər: 

«Qızdırmanı söyməyin. Çünki o, körükçü dəmirin pasını apardığı  kimi Adəm 

oğullarının günahlarını silir» deyə buyurdu

1715


.  

 

)



(

)

(



)

:

(



 

İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Qızdırmanın 

şiddələnməsi  Cəhənnəmin  qaynamasındandır.  Onu  soyuq  su  ilə  sərinlətin”. 

Amirin oğlu daxil olub bu duanı oxudu: 



“İkşifil Bəs, Rabbən Nəs, İləhən Nəs –

 

Xəstəliyi qaldır, ey insanların Rəbbi, insanların İlahı”



1716

 



 

 

İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    onlara  humma  (qızdırma) 



xəstəliyi  və  ağrılar  (sancılar)  üçün  bu  duanı  oxumağı  buyurmuşdu: 



Bismilləhil Kəbiri, Əuzu Billəhil Aziym Min Şərri İraqin Nəaar Və Min Şərri 



Hərrin  Nər  –

  Böyük  olan  Allahın  adı  ilə,  Qan  axıdan  damarın  şərindən  və 

atəşin hərarətindən Allaha sığınıram”

1717


.  

 

وادتلا



ي

 

لبلإا لاوبأب

 

DƏVƏ SİDİYİ İLƏ MÜALİCƏ 

 

                                                



1714

 İbn Məcə 2084, əl-Albani “Zəif”.  

1715

 Müslim 2575, İbn Məcə 3469.  



1716

 Müslim 2209, 2210, 5881, 5882, İbn Məcə 3471, 3473, 3475.  

1717

 İbn Məcə 2075, 3526, əl-Albani “Zəif”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

574 



 

)

 (



 

Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Uraniyə  qəbiləsindən  (bir  qrup) 

Peyğəmbərin    yanına  Mədinəyə  gəldilər  və  İslam  üzərinə  onunla  beyət 

etdilər.  Mədinə  ərazisinin  havası  onlara  ağır  gəldi  və  İshal  oldular  (qarın 

yatalağı). Onlar bu xəstəliklərini Peyğəmbər   ərz etdilər. Peyğəmbər: «Bizim 

çobanlarımızla  bərabər  (zəkat  üçün  ayrılmış)  dəvələrin  yanına  gedin  və 

onların sidiklərindən və südlərindən için» deyə buyurdu. Onlar Peyğəmbərin 

  dediyi  şəkildə  etdilər  və  sağaldılar.  Bundan  sonra  çobanları  öldürdülər, 

İslam dinindən çıxdılar və dəvələri də sürüb apardılar. Bu xəbər Peyğəmbər   

çatdıqda onların ardınca bir dəstə göndərdi. Tez bir zamanda əsir edilərək geri 

gətrildilər.  Peyğəmbər   əmr  etdi  əlləri  və  ayaqları  kəsildi.  Gözləri  çıxarıldı. 

Harre  deyilən  yerə  atıldılar  və  öldülər  (Başqa  rəvayətdə:  Çünki  onlar  da 

çobanların gözlərini çıxarmışdılar)»

1718


.  

 

اسنلا قرع ءاود



 

ÇANAQ SÜMÜYÜNDƏ OLAN AĞRILARDAN MÜALİCƏ 

 

 



Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Peyğəmbərin    belə  buyurduğunu 

eşitdim: “



Araqin Nəsə

 (çanaqda, aşıq sümüyündə olan ağrılardı) şəfası ərəb 

qoyunun  quyruğudur.  Bu  quyruq  kəsilib  üç  hissəyə  bölünür.  Sonra  hər 

günün səhəri ac qarnına bir parçası içilir”

1719

.  


 

يشملا ءاود

 

İSHAL OLMAQ ÜÇÜN MÜALİCƏ 

 

 



 

 

 



 

 

                                                



1718

 Buxari 1501, 4192, Müslim 1671, 4445, İbn Məcə 2042, 3503.  

1719

 İbn Məcə 3463, əl-Albani “Səhih”.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə