Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə198/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   194   195   196   197   198   199   200   201   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

581 



 

Zeyd  İbn  Ərqam    rəvayət  edir  ki,  Peyğəmbər   



Zətul  Cənb

  Xəstəliyinə 

qarşı zeytun yağı ilə 

Vərs

 adlanan (sarı və qoxulu) bir bitkidən istifadə etməyi 

tövsiyə etdi”. Qatadə  deyir ki: “İçmək qaydası ağzın bir tərəfi ilədir

1743


.  

 

نويعلا ليحكت  



GÖZLƏRƏ SÜRMƏ ÇƏKMƏK 

 

 



İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Ağ  libas  geyinin. 

Çünki  ağ  libas  geyimlərinizin  ən  xeyirlisidir.  Ölülərinizi  də  ağ  (parça)  ilə 

kəfənləyin. Sürmələrinizin ən xeyirlisi İsmid (sürmə daşıdır). O, gözün nurunu 

artırır, kiprikləri qüvvətləndirir”

1744

.  


 

.

 



Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  gözlərinə 

sürmə çəkərsə tək (sayda) etsin (Bir, üç). Kim belə edərsə gözəl etmişdir. Kim 

belə (tək sayda) etməzsə (ona) heç bir günah yoxdur”

1745


.  

 

 



İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbərin    bir  sürməliyi  vardır.  Ondan 

hər gözünə üç dəfə sürmə çəkərdi”

1746

.  


 

ءانحلاب يوادتلا

 

XINA İLƏ MÜALİCƏ 

 

 



                                                

1743


 İbn Məcə 2078, əl-Albani “Zəif”.  

1744


 Əbu Davud 3878, 3880, İbn Məcə 3495, 3496, 3497, əl-Albani “Səhih”.  

1745


 İbn Məcə 3498, əl-Albani “Zəif”.  

1746


 İbn Məcə 3499, əl-Albani “Zəif”.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

582 



 

Ubeydullah nənəsi Səlmədən rəvayət edir ki, O Peyğəmbər  xidmət edirdi. 

Peyğəmbər    bıçaq  yarası,  daş  və  tikan  yarası  baş  verərdisə  o,  yara  üzərinə 

Xına qoymağı əmr edərdi”

1747

.  


 

دودللاب يوادتلا

 

LƏDUD (XƏSTƏNİN AĞZININ BİR TƏRƏFİNDƏN 

AXIDILAN VƏ YA BARMAQLA SÜRTÜLÜB 

OVUŞTURULAN DƏRMAN) İLƏ MÜALİCƏ 

 

 



Aişə 

 

rəvayət edir ki, Peyğəmbər  xəstləndikdə, Onu Lədud ilə müalicə 



etdik.  O,  Lədud  sürtməyək  deyə,  bizə  işarə  etdi”.  Biz  xəstənin  dərmandan 

xoşlanmadığı  üçün  belə  etdiyini  söylədik  (düşündük)”.  O  ayıldıqda  belə 

buyurdu: “Sizlərdən Lədud sürtülməmiş bir kimsə qalmasın! Yalnız  Abbas  

müstəsnadır. Çünki o sizi görməmişdir!”

1748

.  


 

 ِضيِر مْلا ِدا ؤُفِل ٌةَّم ج م ُة نيِبْلَّتلا 

SIYIQ XƏSTƏNİN QƏLBİNİ RAHAT EDƏR 

 

 



Aişə  rəvayət edir ki, Peyğəmbər  ailəsindən kim isə öldükdə, qadınlar 

yığışardılar. Sonra dağılışaraq gedər və yalnız yaxınları, ailə üzvləri qaldıqda, 

bir saxsı qabda sıyıq bişirilməsini əmr edər və bişirilərdi. (Əlavə olaraq) Sərid 

adlanan duru yemək bişirərək sıyığı onun üzərinə tökərdilər. Sonra onlara belə 

deyərdi: “Ondan yeyin! Mən Peyğəmbərin  sıyıq xəstənin qəlbini rahat edər. 

Onun bəzi kədərini aparar!” dediyin eşitmişəm

1749

.  


 

 

                                                



1747

 İbn Məcə 2054, 3502, əl-Albani “Səhih”.  

1748

 Müslim 2213, 5891.  



1749

 Müslim 2216, 5900.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

583 



 

Aişə    rəvayət  edir  ki,  Peyğəmbər    ailəsindən  kimsə  qızdırma 

xəstəliyinə  tutulduqda  duru xörək  (şorba)  edilməsini  əmr  edərdi.  Şorba  hazır 

olduqda  ondan  içməyi  əmr  edər  və  deyərdi:  “Bu  kədərli  kimsənin  qəlbini 

gücləndirir,  xəstənin  qəlbindən  ağrını  aparır  və  üzdən  kiri  su  apardığı  kimi 

aparır”


1750

.  


 

 

Uqbə  İbn  Amir  əl-Cuhəni    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu: 



“Xəstələrinizi  yemək və  içməyə  məcbur  etməyin.  Çünki  Allah onları yedirdir 

və içirdir”

1751

.  


 

 

İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  bir gün xəstə birini ziyarət etdi. 



Ona:  “Nəyə  iştahan  var?”  deyə  buyurdu.  O:  “Buğda  çörəyinə”  dedi. 

Peyğəmbər: “Kimdə buğda çörəyi varsa qardaşına göndərsin. Birinizin xəstəsi 

bir  şeyi  yeməyi  çox  istədiyi  zaman  xəstəsinə  (ondan)  yedirtsin”  deyə 

buyurdu


1752

.  


 

 

Ummu Munzir Binti Qeys əl-Ənsari  rəvayət edir ki, Peyğəmbər   (bir 



gün)  yanıma  daxil  oldu.  Onunla  bərabər  xəstəlikdən  yeni  qurtarmış  Əli   

vardır.  Bizim  asılı  xurma  salxımımız  vardır.  Peyğəmbər    qalxıb  ondan 

yeməyə  başladı.  Əli    yemək  üçün  ayağa  qalxdı.  Peyğəmbər:  “Nə  badə,  sən 

xəstəlikdən  təzə  qurtarmısan”  deyə  buyurdu.  Əli    yeməkdən əl çəkdi. Mən 

onlara  arpa  və  şalgam  (çuğundur)  hazırlayıb  gətirdim.  Peyğəmbər:  “Bundan 

                                                

1750

 İbn Məcə 2039, əl-Albani “Zəif”.  



1751

 İbn Məcə 2040, 3444, əl-Albani “Səhih”.  

1752

 İbn Məcə 1439, 1440, 3440, 3441, əl-Albani “Zəif”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

584 



 

ye, bu sənin üçün daha faydalıdır” deyə buyurdu

1753

.  


 

يكلا يف درو ام

 

DAĞLAMAQ BARƏSİNDƏ NƏ GƏLİB 

 

 



İmran  İbn  Huseyn    rəvayət  edir  ki,  Peyğəmbər    dağlamaq  ilə  müalicə 

etməyi qadağan edərək buyurdu: “Bizim başımıza bir xəstəlik gəldi. Dağlamaq 

ilə müalicə etdik nə (bu xəstəlidən) qurtulduq, nə də müalicə olunduq”

1754


.  

 

 



Muğira İbn Şöbə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim dağlamaq 

ilə  müalicə  olunmağa  çalışarsa  və  Amulet  daşıyarsa  Allaha  təvəkkül 

etməkdən uzaqlaşmışdır”

1755


.  

 

 



Ənəs    rəvayət  edir  ki, Peyğəmbər    Əsəd  İbn Zurarəni  bədənində çıxan 

bəzi qırmızılıqdan dolayı dağlamaqla müalicə etmişdir”

1756

.  


 

 

Cabir   rəvayət edir ki, Peyğəmbər   Ubey İbn Kəbin   yanına bir həkim 



göndərdi. O, da ondan bir damar kəsdi və dağladı”

1757


.  

 

 



                                                

1753


 Tirmizi 2037, İbn Məcə 3442, Əbu Davud 3856, 3858, əl-Albani “Həsən”.  

1754


 Əbu Davud 3884, 3886, İbn Məcə 2049, 3490, əl-Albani “Səhih”.  

1755


 İbn Məcə 3489, əl-Albani “Səhih”.  

1756


 Tirmizi 2050, İbn Hibban 6080, əl-Albani “Səhih”.  

1757


 Müslim 5875, Əbu Davud 3865, 3867, İbn Məcə 3493.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə