Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə199/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   194   195   196   197   198   199   200   201   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

585 



 

Cabir    rəvayət  edir  ki,  Ubey  İbn  Kəb    Əhzab  günü  qolunda  olan  qan 

damarından vuruldu (kəsildi). Peyğəmbər  onu dağladı”

1758


.  

 

 



Cabir  rəvayət edir ki, Sad İbn Muaz  qan damarından vuruldu (kəsildi). 

Peyğəmbər  əlində olan uzun dəmir parçası (oxun ucunda olan dəmir parça) 

ilə onu dağladı. Sonra şişti və onu ikinci dəfə dağladı”

1759


.  

 

)



) (

(

 



Səhl  İbn  Sad    rəvayət  edir  ki:  “(Peyğəmbərin    yarasından  danışarkən 

bunları söylədi): “(Bu döyüşdə) onun ön dişi qırılmış, üzü yaralanmış, başında 

olan miğfəri isə qırılmışdı. (Mən, Peyğəmbərin   yarasını kim yuyurdu, onun 

üzərinə kim su tökürdü və nə ilə müalicə edilirdi? Bunları məndən daha yaxşı 

bilən bir kimsə bilirəm). Peyğəmbərin   qızı Fatimə  onun qanını silir, Əli 

  qalxanı  ilə  daşıdığı  suyu  tökürdü.  Fatimə    suyun  qanın  qarşısını 

kəsmədiyini  gördükdə  həsirdən  bir  az  götürərək  yandırdı  və  külünü  yaraya 

basdı. Bundan sonra qan kəsildi»

1760

.  


 



 

Ənəs İbn Malik  demişdir: “Peyğəmbər  ənsardan olan bir ailəyə (zəhərli 



heyvan)  sancmasını  və  qulaq  ağrısını  (müalicə  etmək  üçün)  ruqya  oxumağa 

izn  vermişdi.  Peyğəmbərin    sağlığında  plevrit  xəstəliyimdən  dolayı  mənim 

bədənimə  dağ  basmışdılar.  Əbu  Təlhə,  Ənəs  İbn  Nədr  və  Zeyd  İbn  Sabit   

bunun şahidi olmuşlar. Məni dağlayan isə Əbu Təlhə  olmuşdur”

1761

.  


 

                                                

1758

 Müslim 5877.  



1759

 Müslim 5878, Əbu Davud 3866, 3868, İbn Məcə 3494.  

1760

 Buxari 3037, 5722, 2872, 5390, İbn Məcə 2085, 3465.  



1761

 Buxari 5719, 5720.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

586 



 

  طا ع تْسا و  ةماَّج حْلا 

HİCAMƏ (QAN ALMAQ) ETMƏK VƏ BURUNA 

DƏRMAN DAMCILATMAQ 

 

 



Abdullah İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  hicamə (qan aldırmaq) 

etdirdi, hicamə edənin pulunu verdi və burnuna dərman damcılatdı”

1762

.  


 

 

İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    buruna  dərman 



damcılatmışdır”

1763


.  

 

 



Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizin  müalicə 

olunduğunuz şeylər içərisində xeyirli olanı varsa o da qan almaqdır”

1764

.  


 

 

Ubeydullah  İbn  Əli  İbn  Əbi  Rafi  nənəsi  Səlmədən  rəvayət  edir  ki,  O 



Peyğəmbər   xidmət  edərdi.  O  deyir  ki:  “Başındakı  ağrıdan şikayət  edən  elə 

bir kimsə yox idi ki, ona: “Qan aldır” deməsin. Ayaqlarındakı ağrıdan sızlanan 

elə bir kimsə də yoxdur ki, ona: “Onlara xına qoy” deməsin

1765


.  

 

 



Əbu  Kəbşə Ənməri    rəvayət  edir  ki,  Peyğəmbər    başının ortasından  və 

iki  çiyni  arasından  qan  aldırır  və  (alınan  qana  işarə  edərək):  “Kim  bu  qanı 

çıxararsa  artıq  başqa  bir  xəstəlik  üçün  bir  başqa  yolla  müzlicə  olmaması  ona 

                                                

1762

 Müslim 5879.  



1763

 Əbu Davud 3867, 3869, əl-Albani “Səhih”.  

1764

 İbn Məcə 3476, Əbu Davud 3857, 3859, əl-Albani “Səhih”.  



1765

 Əbu Davud 3858, 3860, əl-Albani “Səhih”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

587 



 

zərər verməz”

1766

.  


 

 

Abdullah  İbn  Buheynə    rəvayət  edir  ki,  Peyğəmbər    (Vida  Həccində) 



Ləhyi  Cəməl  adlanan  yerdə  ehramlı  olarkən  başının  ortasından  qan 

almışdır”

1767

.  


 

 

Cabir  rəvayət edir ki, Peyğəmbər  omba (budunda) olan ağrıdan dolayı 



qan aldırmışdır”

1768


.  

 

 



İbn Məsud   rəvayət edir ki, Peyğəmbər   İsra və Merac gecəsindən bəhs 

edərkən  buyurdu:  “Mələklərdən  hansı  bir  qrupa  rast  gəldimsə  onlar: 

“Ümmətindən qan aldır” dedilər

1769


.  

 

 



İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Qan  alan  qul 

(Allahın)  ən  gözəl  quludur.  (Çirkli)  qanı  gedər,  beli  (qaməti)  yüngülləşər  və 

görməsi yaxşılaşır”

1770


.  

 

 



Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim (Hicri təqvimi 

ilə  hər  ayın)  17,  19,  21  günlərində  qan  aldırarsa  (bu  qan  alması)  hər  bir 

xəstəliyə şəfa olar”

1771


.  

                                                

1766

 İbn Məcə 3484, Əbu Davud 3859, 3861, əl-Albani “Səhih”.  



1767

 İbn Məcə 3481, əl-Albani “Səhih”.  

1768

 Əbu Davud 3863, 3865, əl-Albani “Səhih”.  



1769

 İbn Məcə 2052, 3477, 3479, əl-Allbani “Səhih”.  

1770

 İbn Məcə 3478, əl-Albani “Zəif”.  



1771

 İbn Məcə 3486, 3487, Əbu Davud 3861, 3863, əl-Albani “Həsən”.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

588 



 

 

.



 

Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    başının  arxasında  olan  iki 

(damarından)  və  iki  çiyni  arasından  qan  aldırmışdı.  Qan  aldırmağı  isə  (hər 

ayın) 17, 19, 21-ci günləri etmişdir”

1772

.  


 

 

Kəsiyyə  Binti  Əbu  Bəkr  atasından  rəvayət  edir  ki,  ailə  əhlinə  ikinci  günü 



qan  aldırmağı  qadağan  edər  və  Peyğəmbərin:  İkinci  günü  qanın  (artma) 

günüdür.  O,  gündə  elə  bir  saat  vardır  ki,  (o  saatda  axıdılan  qan  bir  daha) 

dayanmaz” dediyini söylədi

1773


.  

 

 



Asim İbn Ömər İbn Qatədə belə rəvayət edir: “Biz ailəmizlə ikən yanımıza 

Cabir  İbn Abdullah   gəldi.  Bir  kişi əlindəki çiban və yaxud yaradan şikayət 

edirdi.  Cabir:  “Nədən  şikayət  edirsən?”  deyə  soruşdu.  Kişi:  “Əlimdəki  çiban 

mənə çox əziyyət verir!” deyə cavab verdi. O: “Ey oğlan, mənə bir hicamə edən 

çağır”.  Kişi:  “Ey  Abdullah,  hicamə  edəni  nə  edəcəksən?”  deyə  söylədi.  O: 

“Oraya  bir  hicamə  süşəsi  qoyacağam!”  deyə  cavab  verdi.  Kişi:  “Allaha  and 

olsun  ki,  mənim  üzərimə  milçəklər  qonur  və  ya  paltarıma  ilişərək  mənə 

əziyyət  edir.  Bu  mənə  ağır  gəlir”.  Cabir    kişinin  bundan  diksindiyini 

gördükdə  dedi:  “Mən  Peyğəmbərin    belə  dediyini  eşitmişəm:  “Əgər  sizin 

dərmanlarınızın  hansındasa  bir  xeyir  varsa,  bu  neştər  (cərrah  bıçağının) 

vuruşunda  (hicaməsində) ya  bal şərbətində  və  ya  odla  dağlamadadır”.  Sonra 

Peyğəmbər  belə buyurdu: “Mən dağ çəkməyi sevmirəm”. Sonra Cabir  bir 

hicamə edən gətirərək onu neştərlə kəsdi və kişidən, çəkdiyi ağrılar itdi”

1774


.  

                                                

1772

 Tirmizi 2051, 2053, əl-Albani “Səhih”. 



 

1773


 Əbu Davud 3862, 3864, əl-Albani “Zəif”.  

1774


 Müslim 2206, 5873.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə