formalaşmasında müəyyən təsirə malikdir. ÜDM-də böyük həcmə malik olan xam
neftin və qazm əsas hissəsinin xaricdə satılması bu mərhələdə milli val- >'Utaya
faktiki tələbatı hesablamalaıa nisbətən azaldır. Ancaq sonrakı mərhələdə ixracdan
ölkəyə daxil olan xarici valyutamn müəyyən hissəsi dövlət və özəl qurumlar
tərəfindən milli valyutaya dəyişdirilməklə, ölkə daxilində istifadə olunur. Bu da milli
valyutaya təlabatı artırır. Milli valyutaya təlabaü artıran mühüm amillərdən biri də
idxaldır. Son 3 ildə (2010-2012-ci illər) Azərbaycanda pul emissiyası 5,3 milyard
manat təşkil etmişdir ki, bu da əvvəlki illərlə müqayisə olunmaz dərəcədə çoxdur.
İndiki mərhələdə isə bu nisbətin artıniması iqtisadiyyatın inkişafım, xüsusilə istehsal
sektorlannm və kiçik biznesin inkişafim sürətləndirən amillərdən biri olmuşdur.
Son illər iqtisadiyyatın pul təminatınm yaxşılaşdıniması ilə yanaşı
mərkəzləşdirilmiş kredit resurslanmn artıniması da daxili investisiya imkan- lanm
genişləndirən amillərdəndir.
Ölkənin Mərkəzi Bankı bəyan etmişdir ki, 2014-cü və sonrab illərdə faktiki
inflyasiyadan və qe
50İ-neft sektorunun iqtisadi artımmdan asılı olaraq pul siyasətinin
yumşaldılması imkanlarma baxılacaqdır. 2014-cü ildə pul kütləsinin azalması
meylləri davam etdiriləcəkdir. Dövlət proqnozlanna görə 2014-2018-ci illərdə
qeyri-neft sektorunda UDM-in orta illik artımı 7,3 faiz olacaqdır. 2010-2013-cü
illərdə pul kütləsinin orta illik artımı isə 30,8 faizə bərabər olmuşdur. Həmin dövrdə
qeyri-neft sektorunda UDM-in orta illik artımının (artım 6,4 faiz) hər faizinə pul
kütləsinin 4,8 artım faizi düşmüşdür. Əgər bu meyli yaxın 5 ilə şamil etsək, onda
2014-2018-ci ildə pul kütləsinin orta illik artımı 35 faiz ola bilər (7,3x4,8). Əlbəttə,
belə yüksək artım real görsənmir. Ona görə də hesab edirik ki, Mərkəzi Bankın pula
tələbin stabilləşdirilməsi barədə bəyanatı məqbul sayılmalıdır. Çünki pul kütləsinin
artım tempi UDM-in artım tempini üstələmək yox, əksinə olmalıdır. Hər iki
göstəricinin artım templəri arasında müəyyən proporsiya gözlənilməlidir.
Hal-hazırda Mərkəzi Bankın iqtisadi siyasətində bank sektorunun stabilliyinin təmin
olunması dominant təşkil edir. Bu, özünü makroiqtisadi sabitlikdə, pul-kredit
siyasətində, maliyyə bazanna xarici banklann daxil olmasına məhdudiyyətlərdə, bank
sektorunun xarici öhdəliklərində (20 faizə qədər) öz əksini tapir.
Azərbaycanda 2006-cı ilə qədər sərt pul-kredit siyasətinin həyata
keçirilməsinə baxmayaraq, ölkədə iqtisadi inkişafın əhəmiyyətli artımına və onunla
bərabər işsizliyin və yoxsulluğun azaldılmasına nail olmaq mümkün olmuşdur. Bu
da, ölkə iqtisadiyyatında neft-qaz hasilatımn həlledici rola malik olmalan ilə izah
edilə bilər.
Uzun müddət milli valyuta kursumm stabil saxlamiması istiqamətində
Mərkəzi Bankın həyata keçirdiyi tədbirlər, xüsusilə böyük məbləğdə (2010-
2012-
ci illərdə 7,2 milyard dollar) sterlizasiya əməliyyatımn keçirilməsi öl
439
kə ekspertləri tərəfindən bir mənalı qarşılanmır. Bəziləri milli valyuta kursunun
bazar vasitəsi ilə, digərləri isə indiki kimi Mərkəzi Bank tərəfindən
tənzimlənməsində israrlıdırlar. Bizim fikrimizcə, indiki iqtisadi və sosial durum
şəraitində milli valyuta kursunun dövlət tənzimlənməsi məqsədəuyğundur.
Bazar iqtisadiyyatlı ölkələrdə inkişafın əsas amili kimi bank kreditlərindən
geniş istifadə olunur. 2012-ci ildə banklar tərəfindən hüquqi və fiziki şəxslərə
verilmiş kreditlər 2010-cu illə müqayisədə 1,3 dəfə artaraq 12,2 milyard manata
çatmış, bunun da 71 faizini uzunmüddətli kreditlər təşkil etmişdir. Bütün kreditlərin
investisiya məqsədləri üçün 827 milyon manatı istifadə edilmişdir ki, bu da əsas
kapitala investisiyalann cəmi 5,4 faizini təşkil etmişdir (cədvəl 5.10). Son illər əsas
kapitala banklar tərəfindən kredit qoyuluşu əhəmiyyətli dərəcədə artsada, məcmu
kredit məbləğində əsas kapitala bank kreditinin xüsusi çəkisi 2005-ci ildə 26%-dən
2012-ci ildə 7%-ə qədər azalmışdır. Beləliklə, ölkə üzrə kreditin yalnız az bir hissəsi
əsas kapitala yönəldilir, yəni yeni istehsal güclərinin yaradılmasında, mövcud
obyektlərin yenidənqurulmasında istifadə edilir. Özü də belə kreditlər özəl sektor
tərəfindən, əsasən, yaşayış binalan və infrastruktur təyinatlı obyektlərin inşası üçün
istifadə olunur. İnkişaf etmiş ölkələrdə əsas kapitala investisiyalann tərkibində bank
krediti 80 faizə yaxmdır. Qərbi Avropa ölkələrində bütün növ bank kreditlərinin
həcmi ÜDM 80-120 faizini təşkil edir (67, s.35). Müqayisə üçün göstərək ki,
2003-cü ildə Azərbaycanda bu göstərici 6,5 faiz, 2012-ci ildə 22,6 faiz olmuşdur.
İqtisadiyyatın real sektorunun inkişafına kredit qoymağa mane olan bir çox
amillər mövcuddur. Buraya kredit faizinin yüksək olması, borc götürənlərin
etibarlılıq səviyyəsinin aşağı olması, aqrar sektorda təşkilatlanma və təmərküzləşmə
proseslərinin ləng getməsi, regionlarda likvid girovlann məhdudluğu, torpaq və
digər daşınmaz əmlak bazannm lazımi səviyyədə formalaşmaması və s. səbəblər
daxildir. Bank sisteminin kommersializasi- yası ona gətirib çıxardı ki, banklar kredit
resurslanm xidmət sektoruna yönəltməyə üstünlük verirlər. Kredit faizi mənfəət
normasından yüksək olduğuna görə, çox hallarda istehsalın modemizasiyası üçün
tələb olunan uzunmüddətli kreditləri götürmək investorlar üçün sərfəli olmur.
İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Mirsəməd Sa- dıxov
haqlı hesab edir ki, “kreditlər verildikdə əsas məqsəd onu verən təşkilat tərəfindən
yüksək gəlir əldə etmək deyil, dağ kəndlərinin boşalmasının qarşısmı almaqdan,
toıpaqlardan və ıhövcud resurslardan səmərəli istifadə etməkdən, əhalinin iri
şəhərlərə köçməsi ilə bu şəhərlərdə yaranan mənzil, nəqliyyat və digər problemlərin
qarşısım almaqdan ibarət olmalıdır” (31,28.09.2014).
440