Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə26/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   22   23   24   25   26   27   28   29   ...   143

 

 

77 



vilayətlərinin eyni, vahid dövlət  tərkibində  olması  hər iki 

bölgənin  inteqrasiyası meylini gücləndirdi,  onların  mədəni 

baxımdan  yaxınlaşmasını  təmin etdi. Albaniya feodal dövləti 

Sasanilərin tam təsiri altında deyildi. 

Eramızın əvvəllərindən etibarən Azərbaycanın şimalından 

ölkəyə  kütləvi  surətdə  türk  tayfalarının  (hunların,  sabirlərin  və 

b.)  axını  gücləndi. Sasani şahənşahları  imperiyanın  şimal 

bölgələrində  öz  mövqelərini  möhkəmləndirmək  üçün  həmin 

dövrdə  Şimali  Azərbaycana (Albaniyaya) xeyli İran  tayfaları 

köçürmüşdülər.  Beləliklə,  eramızın ilk əsrləri  Azərbaycan  üçün 

intensiv etnik proseslərlə  səciyyəvi  olmuşdur. Qafqaz, türk  və 

İran etnik elementlərinin  Azərbaycan  xalqının etnogenezi 

prosesində  iştirakı  dərəcəsi  müxtəlif  olmuşdur.  Eramızdan 

əvvəlki tarixi dövrdə  də Albaniyada türk  tayfalarının 

məskunlaşdığını toponimik materiallar isbat edir. "Bir sıra  türk 

mənşəli  coğrafi  toponimlər  qədim  dövrə  və  eramızın ilk 

əsrlərinə gedib çıxır».

246


  Həmin fikri ərəb  mənbələrinin 

məlumatları da sübuta yetirmişdir.

247

 Lakin qeyd etmək vacibdir 



ki, etnosun (xalqın)  mühüm  elementləri  sırasında dil yeganə, 

həlledici amil deyildir. Azərbaycan  xalqında onun etnogenetik 

təkamülündə  iştirak  etmiş Qafqaz, İran  elementlərinin  mədəni-

psixoloji keyfiyyətlərinin dinamik məcmusu da yaşamaqdadır. 

Qafqaz  Albaniyasının  (şimali  Azərbaycanın) ictimai-

siyasi, dini, ideoloji, mədəni  uğurları da islamaqədərki  təkamül 

dövrümüzün tarixi gerçəkliklərindəndir. «Qafqaz  Albaniyasının 

taleyi  ilə  hamıdan  çox  azərbaycanlılar  məşğul  olmalıdırlar. Bu 

sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya 

elminə borcludurlar».

248

 Qafqaz Albaniyası  Azərbaycan 



Respublikasının ərazisini və hal-hazırda Rusiya Federasiyasının 

tərkibində olan Dağıstan  ərazisinin    cənub  hissəsini  əhatə 

etmişdir. Albaniya dövlətinin er. əv. IV-III əsrlərdə  təşəkkül 

tapdığı ehtimal olunur. Dövlətin ilk paytaxtı Kabalaka (Qəbələ) 

olmuş,  eramızın V əsrindən  etibarən  isə  Bərdə  şəhəri bu 

funksiyanı  yerinə  yetirmişdir. Bu dövlət,  ərazi antik (yunan və 

Roma)  mənbələrində  «Albaniya»,  orta fars dilində  tərtib 

olunmuş qaynaqlarda «Ardan», ərəb  mənbələrində  «Arran», 




 

 

78 



gürcü  mənbələrində  «Rani», ermənidilli  mənbələrdə  «Ağvan», 

Suriya  qaynaqlarında  «Aran» şəklində  xatırlanır  (Ərəb  Xilafəti 

dövründə isə adətən Kür və Araz çayları arasındakı ərazi «Aran» 

adlanırdı). Lpina, Kambisena, Kabalaka (Qəbələ),  Şəki, Heceri, 

Çola, Kaspiana, Uti, Sakasena, Girdiman, Arsax və  Sünik 

Albaniyanın  əsas  vilayətləri  olmuşlar.

249

 Kaspiana eramızın IV 



əsrinin II yarısından Albaniya hakimiyyətinə  qaytarılmışdı. Al-

baniya  əhalisi  təbiət  qüvvələrinə (Ay, Səma,  Günəş)  sitayiş 

edirdi. Aya sitayiş  albanların inamlar sistemində  önəmli yer 

tutmuşdur. Bu sitayiş obyektinin şərəfinə  ölkənin bir çox 

yerlərində  məbədlər  inşa  olunmuşdu.  Qədim  və  erkən orta əsr 

qaynaqlarında 30-dan artıq Albaniya şəhərinin  adı  çəkilmişdir. 

Eramızın I əsrinin ortalarınadək dövləti yerli mənşəli hökmdar-

lar idarə etmişlər. Sonralar Parfiya Arşakilərindən asılı vəziyyətə 

düşmüş Albaniyada da bu sülalənin  nümayəndələri hakim 

mövqelər  qazandılar.  Beləliklə, VI əsrə  qədər  ölkəni alban 

Arşakiləri  idarə  etmişlər. IV əsrin  əvvəllərində (313-cü  ildə) 

başda  hökmdar Urnayr olmaqla alban zadəganları  xristianlığı 

qəbul  etdilər.

250


  Beləliklə, Albaniya nəinki Qafqazda, eləcə  də 

Yaxın  və Orta Şərqdə ilk xristian ocaqlarından biri olmuşdur. 

Həmin zamandan etibarən Albaniyada xristianlıq  dövlət dini 

elan olundu, lakin geniş yayılmadı. Albaniya əhalisinin bir qismi 

bütpərəstliyi,  digər qismi isə mazdaizmi qoruyub saxladı. 

Təşkilat  baxımından avtokefal (müstəqil) olan Alban apostol 

kilsəsinin  başında patriarx – katolikos dururdu. Albaniya IV 

əsrin  əvvəllərindən Sasani imperiyasının  tərkibində  olmuşdur. 

Lakin  ölkənin strateji əhəmiyyətini  nəzərə alan Sasani 

şahənşahları daxili idarəetmə sistemini imperiyanın  yalnız bu 

bölgəsində saxlamışdılar. V əsrin ortalarına qədər Sasanilərlə al-

ban hökmdarları arasında sülalə nikahları ilə möhkəmləndirilmiş 

münasibətlər  mövcud  olmuşdur. 462-ci ildə Sasani Şahənşahı 

Alban hökmdarlığını ləğv etdi. Lakin 481-484-cü illərdə Sasani 

hakimiyyəti əleyhinə baş vermiş üsyanın təsiri ilə şahənşah 487-

ci  ildə III Vaçaqanın (487-510) simasında alban Arşakilərinin 

hakimiyyətini  bərpa  etməli oldu. Məhz III Vaçaqanın 

hakimiyyəti 

illəri 

Albaniyanın siyasi müstəqilliyinin 




 

 

79 



möhkəmləndirilməsi  və  mədəni  dirçəliş  dövrü idi. V-VI 

yüzilliklərdə Albaniyaya türk  tayfalarının (hunlar, bulqarlar

barsillər,  xəzərlər)  ardıcıl  axınları  başlandı.  Hunların  ardıcıl 

hücumlarının  təsiri  altında V əsrdə  Albaniyanın  paytaxtı 

Qəbələdən  Bərdəyə  köçürüldü.  Artıq VI əsrdə xeyli savir və 

xəzər  Qəbələ  ərazisində  yaşayış  məntəqələri  saldı. VI əsrin so-

nunda  – VII əsrin  əvvəlində  ölkədə Girdiman hakimlərinin-

Mehranilərin  sülaləsi  gücləndi. Bu sülalənin  ən  nüfuzlu 

hökmdarı  Cavanşir  ölkənin  müstəqilliyini qorumaq üçün 

müxtəlif vaxtlarda Sasanilərə, Bizansa, xəzərlərə  və  ərəblərə 

qarşı  mübarizə  aparmalı  olmuşdu.  Mehranilərin  hakimiyyəti 

illərində Albaniya siyasi və  mədəni  cəhətdən  çiçəklənmə 

dövrünü  keçirmişdir.  Dərbənd,  Şabran,  Şamaxı,  Qəbələ,  Şəki, 

Şəmkir,  Gəncə,  Bərdə,  Beyləqan  şəhərləri  Albaniyanın  başlıca 

iqtisadi, siyasi və  mədəni  mərkəzləri  idilər. Bu dövrdə  Bərdə 

şəhəri  Yaxın  və Orta Şərqin  mühüm  ticarət  mərkəzlərindən 

birinə  çevrilmişdi.

251


  Eramızın IV-VII əsrlərində alban 

mədəniyyəti 

xristianlığa 

qədərki 


inamların 

və xristian 

baxışlarının  təsiri  altında  inkişaf  etmişdir. V əsrin  əvvəllərində 

artıq alban əlifbası mövcud idi. V əsrin I rübündə yaradılmış al-

ban əlifbasında 52 hərf (10 sait və 42 samit) vardı. Bu əlifba V-

VII  əsrlərdə Albaniya ərazisində  geniş  yayılmış,  məktəblərdə 

tədris  olunmuş, bu əlifba  ilə dini, elmi və  bədii  əsərlər 

yazılmışdır. V-VI əsrlərə aid olan alban təqvimi  də bu əlifba 

əsasında  tərtib  olunmuşdur.  Erməni (qriqoryan) və alban 

kilsələləri arasında gedən mübarizədə erməni kilsəsinin üstünlük 

qazanması  ilə  bağlı olaraq alban dilinin və bu dildə  müxtəlif 

məzmunlu  ədəbiyyatın  qadağan  olunması,  habelə Albaniyada 

sonralar  ərəb  hökmranlığının  möhkəmlənməsi,  ərəb dili və 

əlifbasının yayılması nəticəsində Alban əlifbası VIII əsrdə tarixə 

çevrildi. 

VII  əsrdə Albaniya Sasani-Bizans müharibələrinə  cəlb 

olundu. 654-cü  ildən  isə  Albaniyanın  ərəblər  tərəfindən  işğalı 

prosesi  başlandı.  Bizansın,  Ərəb  Xilafətinin  və  Xəzər 

Xaqanlığının ardıcıl hücumlarına məruz qalmış Albaniya 685-ci 

ildən hər üç dövlətə bac verməyə məcbur olmuşdu. 705-ci ildən 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə