Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə2/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   2   3   4   5   6   7   8   9   ...   143

 

 



 

 

 

GİRİŞ 

 

Yeni  əsrin  başlanğıcında da Azərbaycan  cəmiyyəti, elmi 



bir 

sıra 


mühüm 

problemlərin 

həll 

olunması 



zərurəti 

qarşısındadır. Təqribən son 50 il ərzində Azərbaycan tarix elmi 

xeyli  uğurlar  qazanmışdır. Arxeoloji və etnoqrafik araşdırmalar 

nəticəsində elmi tədqiqat  üçün  zəngin material toplanmış, bir 

çox  yazılı tarixi qaynaqlar aşkar olunaraq Azərbaycan  (və rus) 

dilinə  tərcümə  edilmiş, elmi araşdırmaların  nəticələri olan 

əsərlər  nəşr  olunmuşdur. Lakin etiraf olunmalıdır ki, 

Azərbaycan tarix elminin tədqiqat potensialı hələ də tam surətdə 

gerçəkləşməmişdir.  Azərbaycan  coğrafi  və iqtisadi vahiddir, 

müxtəlifliyə  əsaslanan  mədəni  tamdır, bir-biri ilə  üzvi  şəkildə 

bağlı olan ziddiyyətlərin kompleksidir. Vahid proses olan 

Azərbaycan tarixi daha dərindən,  hərtərəfli  öyrənilməyə 

möhtacdır. Bu əsaslı  araşdırma olmadan ölkəmizin  inkişaf 

səviyyəsini, onun səciyyəvi  xüsusiyyətlərini  və  mahiyyətini 

anlamaq  mümkün deyildir. «Tarixi prosesin dərinliklərinə 

varmaq  müasir  dövrün  öyrənilməsinin  və  dərk  olunmasının 

əsasını  təşkil edir. Tarixin dərslərini  başa  düşmədən ictimai 

münasibətlərin  mürəkkəb  labirintindən  çıxmaq  mümkün 

deyildir.  İctimai sistemin strukturu nə  qədər  mürəkkəbdirsə, 

onun  başlıca  qanunlarının  və  dəyişən  formalarının, onun 

meydana  gəlməsinin,  inkişafının  və  ölüb  getməsinin konkret-

tarixi tədqiqi bir o qədər vacibdir».

1

 

Azərbaycan tarixinin vahid, müəyyən  qədər sabit, tarixi 



gerçəkliklərə  uyğun olan, obyektiv konsepsiyasının  yaradılması 

zərurəti  keçən  əsrin  sonlarına  doğru siyasi müstəqilliyini 

yenidən  qazanmış  ölkəmiz  üçün  xüsusi  aktuallıq  kəsb edir. 

Azərbaycanın  şimal  torpaqları XIX əsrin ilk onilliklərində rus 

işğalına  məruz  qaldıqdan sonra xalqımızın  öz  mədəni  irsindən 

uzaqlaşdırılması  istiqamətində xeyli «tədbirlər» görüldü. Etiraf 

etmək lazımdır ki, Azərbaycan tarixinin bir çox məsələləri Sovet 



 

 



hakimiyyəti  illərində (1920-1991) də  təhrif  olunmuş  surətdə, 

irəli sürülmüş ideoloji tələblərə üyğun şəkildə işıqlandırılmışdır. 

İmperiya  mərkəzi (Moskva) hər  vasitə  ilə  Azərbaycan  xalqının 

(eləcə  də  digər  SSRİ  xalqlarının) etnogenezi, mədəniyyət tarixi 

problemlərinin  həllolunmaz  səviyyədə  qalmasına can atır, 

«xalqlar  dostluğu» ideyasını  təbliğ  etməklə  asılı  xalqların 

özünütanıma prosesini ləngitməyə 

çalışır, 

yalnız rus 

mədəniyyətini «dünya səviyyəsinə uyğun olan dəyərlər sistemi» 

kimi  təbliğ edir, «rus amilinin geridə  qalmış xalqlara 

mədəniləşdirici  təsir  göstərməsi  faktına» diqqəti  cəlb edirdi. 

Həmin  dövrdə  ölkəmizin  tarixinə  həsr  olunmuş  əsərlərin 

əksəriyyətində  «Rusiya-Azərbaycan  münasibətləri,  əlaqələri» 

bölməsi vacib, məcburi ünsürə çevrilmişdi. Təsadüfi deyildir ki, 

ən  azı orta təhsil  almış  Azərbaycan  vətəndaşlarının  əksəriyyəti 

milli tarix faktlarından daha çox  Rusiyanın  keçmişinə aid olan 

faktları daha yaxşı bilirdi. Lakin xalqın  öz  tarixindən,  mədəni 

irsindən  uzaqlaşması prosesi 1991-ci ilin sonlarınadək davam 

etdi.  Mütərəqqi olan əks-proses  başlandı. Yeni əsrin 

«Azərbaycan  nəsli milli mədəniyyət  məsələlərinə  böyük bir 

həssaslıqla  yanaşır.  Mədəniyyət  adamları,  yəni  ədəbiyyatçılar, 

sənətkarlar,  müəllimlər, humanitar sahələrə  mənsub olanlar – 

tarixçilər  və  başqaları milli mədəniyyətləri  ilə  atəşin bir eşqlə 

bağlıdırlar. Onlar bu mədəniyyətin  ümumtürk  dəyərləri  və 

bağlarına çox böyük əhəmiyyət verirlər: onlar milli mədəniyyəti 

məzmunca da, formaca da yüksək tuturlar».

2

 Müasir Azərbaycan 



ictimai  fikrində  belə bir qənaət  formalaşmışdır ki, vətən 

tarixinin,  mədəniyyətinin obyektiv şəkildə,  xalqın  ümdə 

mənafelərinə uyğun tərzdə araşdırılmasının başlıca şərti ölkənin 

siyasi  müstəqilliyidir. «Xalqın  düşüncəsində  Azərbaycan 

məfhumu  coğrafi bir mənadan  ziyadə fikir və  əməl  şəklində 

təcəssüm ediyor. İstiqlal  xaricində onun üçün bir Azərbaycan 

yoxdur».

3

 



Monoqrafiyanın  başlıca  tədqiqat obyekti orta əsrlərin 

Azərbaycan  mədəniyyəti, onun təkamülünün  əsas  mərhələləri, 

mühüm  cəhət  və  xüsusiyyətləridir. XXI əsrin  əvvəllərinədək 

Azərbaycan tarixşünaslığında milli mədəniyyətin orta çağlardakı 




 

 



inkişafı  prosesinə  həsr  olunmuş,  xüsusi monoqrafiya yox idi 

(X.Qasımovun 1992-ci ildə  müdafiə etdiyi namizədlik 

dissertasiyası XVI-XVII əsrlərin  Azərbaycan  mədəniyyətinin 

tədqiqinə  həsr  olunmuşdu,  əsər monoqrafiya şəklində  yalnız 

2002-ci ilin sonlarında  nəşr  edilmişdir).  Təbiidir ki, bir 

araşdırıcının 

fəaliyyəti, 

bircə 


monoqrafiyanın 

varlığı 


Azərbaycan  tarixşünaslığında  önəmli olan bir sahənin  – 

mədəniyyət tarixinin uğurlu  inkişafı  üçün  yetərli deyildir. 

Çoxəsrlik,  zəngin  və  ziddiyyətli proses olan Azərbaycan 

mədəniyyətinin 

tarixçilərin 

nöqteyi-nəzərindən xronoloji 

ardıcıllıqla,  hərtərəfli, tam tədqiqi son dövrün aktual elmi 

problemlərindəndir. Bu problemin müsbət  həlli  xalqın  öz 

mədəni  irsinə maksimal dərəcədə  yaxınlaşmasına,  özünü 

tanımasına,  özünü  beynəlxalq  aləmə  tanıtmasına, bu aləmdə 

layiqli mövqe qazanmasına  yardım edə bilər. Məlumdur ki, hər 

hansı bir xalqı digər xalqlardan fərqləndirən başlıca cəhət onun 

mədəniyyəti,  mədəni  dəyərlər sistemi, mədəni  potensialıdır. Bu 

baxımdan qeyd etmək  zəruridir ki, mədəniyyət tarixi 

öyrənilmədən  Azərbaycan tarixinin vahid (yəni  Azərbaycan 

araşdırıcılarının  əksəriyyəti  tərəfindən  qəbul olunan), tarixi 

gerçəkliklərə  uyğun olan, obyektiv konsepsiyasını yaratmaq 

qeyri-mümkündür. 

Monoqrafiyanın I fəslində  mövzunun  tarixşünaslıqda, 

digər elm sahələrində  araşdırılması  səviyyəsi  haqqında  ətraflı 

surətdə bəhs olunmuşdur. Burada isə yalnız onu qeyd etmək olar 

ki,  Azərbaycan  tarixçilərinin, milli mədəniyyətin  müxtəlif 

cəhətlərini 

sənətşünas 

nöqteyi-nəzərindən 

tədqiq 


etmiş 

araşdırıcıların,  fəlsəfi irsimizi araşdırmış  tədqiqatçıların elmi 

uğurları, orta əsrlərə aid olan qaynaqların Azərbaycana aid olan 

hissələrinin xeyli qisminin doğma  dilimizə  (və rus dilinə) 

tərcümə olunması əsas tədqiqat obyekti kimi seçilmiş mövzunun 

araşdırılması  işinə xeyli yardım edir. Lakin X.Qasımovun 

namizədlik  dissertasiyası

4

  və  monoqrafiyası



5

 istisna olunmaqla 

milli  mədəniyyətin orta çağlardakı  təkamül tarixi Azərbaycan 

tarixşünaslığında  xüsusi  araşdırma obyekti olmamışdır. Onu da 

qeyd 

etmək 


lazımdır ki, X.Qasımovun 

monoqrafiyası 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə