Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə5/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   2   3   4   5   6   7   8   9   ...   143

 

 

14 



ərzində  ərəb  və fars dillərində  yazılmış  əsərlərin bir qismi rus 

dilinə  tərcümə  olunmuşdur.  Ərəb  və fars dillərində  tərtib 

olunmuş orta çağ  salnamə  və  əsərlərinin  müəllifləri  müasiri 

olduqları  dövrün  faktlarını,  hadisələrini maddi və siyasi 

cəhətdən hakim olmuş  qüvvələrin  mənafeləri  baxımından 

işıqlandırmışlar. Orta çağların 

müxtəlif 

yüzilliklərində 

Azərbaycanda olmuş Şərq (əsasən ərəb) və Avropa səyyahları da 

dövrün fakt və  hadisələrinə  mənsub  olduqları ictimai-siyasi, 

etnik  mühitin  baxımından  yanaşmışlar.  Beləliklə, orta çağ 

qaynaqlarının obyektiv və subyektiv qüsurlara  və  üstünlüklərə 

malik  olması onlara elmi, tənqidi  surətdə  yanaşılmasını  zəruri 

edir. 


Moisey Kalankatuklunun «Albaniya tarixi» adlanan sal-

naməsi  Azərbaycanın  İslamaqədərki ictimai-iqtisadi, siyasi, 

mədəni  tarixinə aid olan qaynaqlardan ümdəsidir.

1

  Salnamədə 



Qafqaz  Albaniyasının siyasi, ictimai-iqtisadi, dini-ideoloji, 

mədəni tarixinin başlıca  məsələləri V əsrdən VIII əsrə

 

qədər


 

(Albaniya

 

çarlığının



 

süqutunadək)

 

izlənilmişdir. 



Əsərdə 

hadisələrin təsviri X əsrədək davam etdirilmişdir. Məlumdur ki, 

VII  əsrin  sonlarına  doğru  Azərbaycan  ərazisinin  əksər qismi 

ərəblər  tərəfindən  işğal olunaraq böyük  dövlətin-Ərəb 

Xilafətinin  tərkibinə daxil olunmuşdu.  Azərbaycanın  şimal 

vilayətlərində  yaşayan xristian albanların  çoxu islamı  qəbul 

etmiş,  Qarabağın  dağlıq  ərazilərində  yaşayan xristian albanlar 

isə  əski  dinə  etiqadlarını  saxlamış, lakin sonralar xristian 

ermənilərin  əhatəsində  olduqları  üçün  tədricən  doğma  dillərini 

itirmiş,  erməniləşmişdilər. Alban apostol kilsəsini  özünə tabe 

etmiş  erməni qriqoryan kilsəsi albanlara məxsus olan abidələri 

(xüsusilə yazılı abidələri) erməni dilinə tərcümə etdirərək onları 

«erməni  abidələri»  kimi  təqdim  etməyə  başladı. Qeyri-erməni 

yazılı  abidələri  tərcümə olunaraq, «özəlləşdirildikdən» sonra 

həmin  abidələrin  əsli  (orijinalı)  məhv  olunmuşdu. Moisey 

Kalankatuklunun «Albaniya tarixi» əsəri də bu cür «əməliyyata» 

məruz qalmış Albaniya (ərəb  işğalından sonra «Arran» 

adlandırılmışdır)  yazılı  abidələrindən biridir. Əsər  dəfələrlə 

erməni dilində, rus və Avropa dillərində nəşr olunduqdan sonra 



 

 

15 



Z.Bünyadov 

tərəfindən 

Azərbaycan 

türkcəsinə 

tərcümə 

olunmuş, kitab şəklində  işıq  üzü  görmüşdür. Qafqaz 

Albaniyasının Uti vilayətindəki Kalankat adlı 

yaşayış 


məntəqəsində  (Bərdə  şəhərindən  cənub-qərbdə,  Tərtər  çayının 

sahilində)

2

 anadan olmuş Moisey Kalankatuklu labüdən 



dövrünün  və  mühitinin dini, siyasi baxışlarının  daşıyıcısı idi. 

Onun anadan olduğu Kalankat kəndi erkən orta əsrlərdə Qafqaz 

Albaniyasının dini və siyasi həyatında müəyyən rol oynamışdır. 

Bu  yaşayış  məntəqəsindən olan zadəganlar  və din xadimləri 

Alban apostol, xristian kilsəsinin  yığıncaqlarında  fəal  iştirak 

etmişlər. Moisey Kalankatuklu 3 hissədən ibarət olan «Albaniya 

tarixi» əsərini alban dövlətinin  ən  qüdrətli  dövründə,  müasiri 

olduğu  Cavanşirin  və Varaz Trdatın  hakimiyyəti  zamanı yerli 

əfsanələr  və  rəvayətlər, alban agioqrafik ədəbiyyatı,  kilsə 

qanunları, Roma müəlliflərinin  əsərləri  və  şəxsi  müşahidələri 

əsasında  yazmışdır. Ehtimal olunur ki, 710-cu ildən  sonrakı 

tarixi  hadisələrin  təsviri  əsərə  başqa  şəxslər  tərəfindən  əlavə 

edilmişdir  (əsər  bizə  məhz  həmin  redaktədə  gəlib  çatmışdır). 

Əsərin birinci hissəsinin ilk 2 fəslində Bibliya tarixi şərh olunur, 

albanların mənşəyi Yafəs nəsli ilə əlaqələndirilir, albanlar yazısı 

olan 15 xalq sırasında  göstərilir.

3

  Salnamənin III hissəsində 



ərəblərin siyasi tarix səhnəsinə çıxmasından sonrakı hadisələr öz 

əksini  tapmışdır.

4

  Təbiidir ki, erməni qriqoryan kilsəsi 



«Albaniya tarixi»ni (habelə  digər alban yazılı  abidələrini) 

«özəlləşdirmək» sahəsində  çalışarkən onu maksimum dərəcədə 

«erməniləşdirməyə»  can  atmış, lakin istəyinə tam nail ola 

bilməmişdir.  Ümumiyyətlə,  Azərbaycanın X əsrə  qədərki tarixi 

haqqında müəyyən məlumatlar verən  yeganə yerli yazılı mənbə 

Moisey Kalankatuklunun bu salnaməsidir.  Məhz buna görə  də 

«Albaniya tarixi» Azərbaycanın 

mədəniyyət tarixinin 

araşdırılması  üçün  əvəzolunmaz  qaynaqdır. Albaniya (Arran) 

nəinki Qafqazda, habelə  Şərqdə ilk xristianlıq  mərkəzlərindən, 

ocaqlarından biridir. Qeyd etmək  lazımdır ki, Azərbaycan 

(Atropatena)  atəşpərəstliyin  (zərdüştiliyin)  də  ocaqlarındandır. 

Bu tarixi gerçəkliklər Azərbaycanın Şərq aləminə, bəşər mədəni 

sisteminə  üzvi  bağlılığını  təmin edir. Bu baxımdan  «Albaniya 




 

 

16 



tarixi» əsərinin  Azərbaycan  tarixinə dair qaynaqlar sırasında 

müstəsna mövqeyi vardır. 

Gəncədə anadan olmuş, ilk təhsilini bu şəhərdə  almış, 

sonralar  təhsilini Kilikiyada davam etdirmiş

5

 Mxitar Qoşun 



(təqribən 1120, başqa  məlumata  görə 1130-1213) «Alban 

salnaməsi» əsəri  Azərbaycanın  Səlcuqilər  dövrü tarixinin 

öyrənilməsinə  yardım  edən  mühüm qaynaqlardan biridir. 

Yarımçıq  qalmış bu əsərdə 1130-1162-ci illərdə  baş  vermiş 

hadisələrdən  bəhs olunur. Alban katolikosu Stepanos (1155-

1195)  ilə  münasibətləri  pozulduğuna  görə Mxitar Qoş 1184-cü 

ildə  Gəncəni  tərk  etmiş,  Xaçında  əsasını  qoyduğu Nor Getik 

monastırında rahib həyat  tərzi  keçirmiş  və oradaca vəfat 

etmişdir. O, «Təmsillər», hüquqi  məcəllə (Mxitar Qoş 

Qanunnaməsi)  və s. kimi onlarla əsərin  müəllifidir. Sultan 

Səncərin  hakimiyyəti  dövründə  Arranın  paytaxtı  olmuş  Gəncə 

Səlcuqilərin İraq sultanlığının tabeliyndə idi. «Alban salnaməsi» 

məhz bu tarixi dövrün  hadisələrini  əks etdirir. Bir çox alban 

yazılı  abidələri kimi bu əsər  də  erməni  saxtakarlıqlarının  güclü 

təsirinə məruz qalmış, erməni dilinə tərcümə edilmiş, əsərin əsli 

məhv  edilmiş,  salnamə  «erməni  mədəni  faktı»  kimi  təqdim 

olunmuşdur. Mxitar Qoşun 1139-cu ildə  Gəncədə  baş  vermiş 

güclü  zəlzələ  haqqındakı  məlumatları bir anda itirilmiş  mədəni 

potensial  haqqında  müəyyən  təsəvvür  yaradır: «Zəlzələdən 

paytaxt  Gəncə  şəhəri  də  əhalisi  ilə  birlikdə  cəhənnəmə vasil 

oldu.  Dağlıq mahallarda bir çox qalalar və  kəndlər  əhalinin 

başına  uçulub  tökülən  monastırlar  və  kilsələrlə (alban monastır 

və  kilsələri  ilə  – X.Q.) birlikdə  dağıldı. Viran olmuş binalar və 

qalaların  altında  saysız-hesabsız adam tələf oldu… Zəlzələnin 

baş verdiyi elə  həmin  gündə  çar Davidin oğlu  Gürcüstan  çarı 

Demetre  böyük bir qoşunla  hərəkət  edərək Arran vilayətinə 

gəldi… Onlar sağ qalmış şəhər əhalisi üzərinə amansızcasına və 

kobud surətdə hücum  edərək hamını qılıncdan keçirdilər, ya da 

özlərinə qul etdilər.  İşğalçılar… qızıl  və  gümüş  xəzinələrini 

qazıb  çıxararaq  özləri  ilə  apardılar.  İşğalçılar  öz  basqınları  və 

işgəncələri  ilə (xalqa) zəlzələdən daha çox  əzab  verdilər».

6

 



«Salnamə»də  əsasən  dövrün dini, siyasi fakt və  hadisələrinə 


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə