Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə14/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   10   11   12   13   14   15   16   17   ...   143

 

 

41 



Fridrixin  sarayında qulluq edərkən Moskva knyazlığına  və 

Səfəvilər  dövləti  ərazisinə  göndərilmiş alman elçiliyinin katibi 

və  müşaviri idi. A.Oleari 1636-1638-ci illərdə  Azərbaycan 

şəhərlərində  olmuşdur. O, «Moskoviya  və Moskoviyadan 

keçməklə  İrana, oradan da geriyə  səyahətin  təsviri» əsərini 

yazmışdır. Onun bu əsəri 1906-cı  ildə Sankt-Peterburqda rus 

dilinə  tərcümə edilib nəşr olunmuşdur.

105


 Adam Olearinin 

Şamaxıda dini kompleksin maarif və elmin inkişafındakı roluna 

dair 

məlumatları daha əhəmiyyətlidir. Orta əsrlər 



Azərbaycanında maarif işinin  təşkili  və elmi biliklərin  tədrisi 

prosesində dini idarələrin, din xadimlərinin rolu aparıcı 

olmuşdur. Adam Olearinin yol qeydləri bu obyektiv həqiqəti 

sübut edən mühüm mənbələrdən biridir. 

Övliya  Çələbi ibn Dərviş Mehmet Zilli 1611-1682-ci 

illərdə  yaşamış  Osmanlı siyasi xadimidir. O, 1646-1648-ci 

illərdə  Cənubi Qafqaza etdiyi ikinci səyahət zamanı  Cənubi  və 

Şimali  Azərbaycan  şəhərlərini,  əyalətlərini  çox  diqqətlə 

öyrənmişdi.  Təbiidir ki, onun qeydləri  və  hadisələrə  yanaşma 

tərzi  rəsmi  Osmanlı  dairələrinin  baxışını  əks etdirir. Övliya 

Çələbinin  «Səyahətnamə» adlı  əsəri 10 cilddən  ibarətdir. 

Azərbaycanla bağlı olan məlumatlar onun əsərinin ikinci cildinə 

daxildir.

106


  Övliya  Cələbi XVII əsr  Azərbaycan  şəhərlərinin 

(Təbriz,  Şamaxı  və s.) mədəni  potensialına dair əhəmiyyətli 

məlumatlar vermişdir. 

Macarıstanda anadan olmuş,  Osmanlı  tarixçisi  İbrahim 

Əfəndi  Peçevinin  «Tarix» əsəri 1520-1640-cı  illərin ictimai-

siyasi  hadisələrinin  təsvirini verir.

107

  Əsərdə  Təbrizin ictimai-



mədəni mənzərəsinə dair məlumatlar diqqəti cəlb edir. 

Yan Streys (1630-1694) holland dənizçisi  və  səyyahı idi. 

Səyyah Qaytaq hakimi tərəfindən  əsir  alınmış, 1670-1672-ci 

illərdə qul sifəti  ilə  Dərbənd,  Şamaxı  və  Ərdəbil  şəhərlərində 

yaşamışdır. O, vətənə  qayıdandan sonra «Ecazkar, olduqca 

başıbəlalı səyahətlər» adlı kitab yazmışdır. Onun bu əsəri Avro-

pa  ölkələrində 25 dəfədən  artıq  çap edilmişdir.

108


 Yan Streysin 

əsərində  Dərbənd,  Şamaxı,  Ərdəbil  şəhərlərinin  memarlıq 

baxımından  vəziyyətinə, maarifin inkişaf  səviyyəsinə aid 



 

 

42 



məlumatlar  vardır. Onun Ərdəbildəki  Şeyx  Səfi kompleksi 

barədəki fikirləri də maraqlıdır. 

Mənşəcə azərbaycanlı olan Orucbəy Bayatın əsəri

109


 tarix-

i-coğrafi traktat səciyyəsi daşıyır. O, 1599-1603-cü illər ərzində 

Səfəvi  səfirliyinin  tərkibində  təqribən  bütün Avropa ölkələrini 

gəzmişdi.  Həmin  səfərdən sonra Orucbəy Bayat vətənə 

qayıtmamış,  İspaniya  təbəəliyinə  keçmiş, xristianlığın katolik 

məzhəbini qəbul etmişdi. O, əsərini ispan dilində  yazmış və ilk 

dəfə 1604-cü  ildə  nəşr  etdirmişdir.  Əsər 1926-cı  ildə ingilis, 

1959-cu  ildə fars, 1988-ci ildə  isə rus dilinə  tərcümə 

olunmuşdur.

110


  Orucbəy Bayat XVI əsrin  Azərbaycan  şəhərləri 

(Təbriz,  Qəzvin,  Gəncə,  Şamaxı),  onların  mədəni-ictimai 

vəziyyəti  haqqında  dəyərli  məlumatlar  vermiş,  ölkənin  mədəni 

inkişafında şəhərlərin aparıcı rolunu xüsusilə qeyd etmişdir. 

1685-1694-cü  illərdə  İranda  və  Azərbaycanda  olmuş al-

man alimi və  səyyahı Engelbert Kempferin Azərbaycan  (türk) 

dilinin  Səfəvi  dövlətinin  hüdudlarında  aparıcı rolu, bu dilin 

zənginliyi  və eyni zamanda sadəliyi,  müsbət  keyfiyyətləri 

haqqındakı  məlumatları  çox  əhəmiyyətlidir.

111


 Avropa və 

Osmanlı  müəlliflərinin  bəzi  əsərlərində  dəqiq olmayan 

məlumatlar  (şəhər  əhalisinin  sayı  və s. haqqında)  vardır. Lakin 

bu cəhət həmin əsərlərin əhəmiyyətini azaltmır. 

XVIII  əsrin  əvvəllərindən Rusiya dövlətinin  hakim 

dairələri  «dənizlərə  çıxış  əldə  etmək» bəhanəsi  ilə  Cənubi Qaf-

qazda, 

eləcə 


də 

Azərbaycanda 

öz 

mövqelərini 



möhkəmləndirmək 

istiqamətində 

fəal 

tədbirlər 



görməyə 

başladılar.  Səfəvilər  dövlətinin  zəifləməsi buna əlverişli  şərait 

yaratmışdı. Moskva knyazı (1721-ci ildən  isə Rusiya imperato-

ru) I Pyotrun təşəbbüsü ilə Cənubi Qafqaza kəşfiyyat məqsədilə 

diplomatlar, «səyyahlar» göndərilirdi. XVIII əsrin  sonunadək 

Azərbaycanda  olmuş rus «səyyahları», «diplomatları» gördük-

lərini  tərtib  etdikləri yol qeydlərində,  gündəliklərində  əks 

etdirmişlər. 1716-1718-ci illərdə Azərbaycanda və İranda olmuş 

A.P.Volınskinin (1689-1740) fəaliyyəti bu baxımdan 

diqqətəlayiqdir.  Dövlət xadimi, diplomat olmuş A.P.Volınski 

1716-cı ilin martında Moskva knyazlığının  elçisi  sifətilə 



 

 

43 



Səfəvilər  dövlətinin  paytaxtı  İsfahana  gedərkən 3 aydan artıq 

Şamaxı şəhərində qalmış, I Pyotrun tapşırığı ilə Şirvan haqqında 

siyasi  və iqtisadi səciyyəli  məlumatlar  toplamışdı.

112


 O, I Pyo-

trun gizli tapşırığına  əsasən  Azərbaycanda  yubanmalı,  ölkə 

haqqında  müfəssəl  məlumat  toplamalı idi. A.P.Volınski geri 

qayıdarkən 8 aya yaxın  Azərbaycanda  qalmışdı.

113

  Başlıca 



diqqətini  hərbi, siyasi, iqtisadi, ticarət  məsələlərinə,  bölgədə 

yaşayan xristian əhalisinin sayına, bu əhalinin siyasi mövqeyinə 

yönəltmiş A.P.Volınskinin məlumatları Azərbaycanın XVIII əsr 

mühitinin öyrənilməsi üçün əhəmiyyətlidir. Həmin əsrin 20-60-

cı  illərində  Azərbaycanda  olmuş rus elçilərinin  məlumatları da 

əsasən siyasi, iqtisadi səciyyə daşıyır.

114

 

Azərbaycan  ədəbiyyatı  inciləri orta çağların  Azərbaycan 



mədəniyyətinin 

öyrənilməsi 

gedişində 

mütləq 


nəzərə 

alınmalıdır. «Kitabi-Dədə Qorqud» dastanı Azərbaycan tarixinin 

mühüm  mənbələrindən hesab oluna bilər. XV-XVI əsrlərdə 

yenidən  yazıda  maddiləşmiş bu şifahi  ədəbiyyat incisinin ilk 

dəfə  qələmə  alınması tarixinin X əsrdən  əvvəlki  dövrlə  bağlı 

olduğu təxmin olunur.

115

 VII-IX əsrlərdə tam təşəkkül tapmış bu 



dastanda  ən  qədim dini-mifoloji təsəvvürlər  və  bəzi  adət- 

ənənələr 

oğuzların ibtidai dövrünə (III-IV əsrlərə), 

islamaqədərki tarixi dövrə aiddir.

116

 12 boydan ibarət olan «Ki-



tabi-Dədə Qorqud» Azərbaycan  mədəniyyəti tarixinin misilsiz 

mənbələrindəndir. Orta çağlarda  yaşayıb-yaratmış  Azərbaycan 

ədiblərinin  (Əfzələddin Xaqani, Nizami Gəncəvi,  İmadəddin 

Nəsimi,  Şah  İsmayıl  Xətai,  Məhəmməd  Füzuli, Molla Vəli Vi-

dadi, Molla Pənah Vaqif və  başqaları)  əsərləri  də milli 

mədəniyyət  problemlərimizin  araşdırılmasına  yardım  edən 

mənbələr sırasındadır. 

 

 



 

 

§2. Problemin tarixşünaslıqda, elmi ədəbiyyatda 



tədqiqi səviyyəsi. 

 


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə