Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə16/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   12   13   14   15   16   17   18   19   ...   143

 

 

47 



Arue-Volter və Johann Qottfrid Herder) tərəfindən ümumdünya 

tarixinin universal təcrübələri  yaradıldı.  Qərb  və  Şərq 

mədəniyyətlərinin 

qarşılıqlı 

təsiri, varisliyi problemləri 

qaldırıldı. Bu sahədə Johann Qottfrid Herderin (1744-1803) rolu 

böyük idi. Onun «Bəşəriyyət tarixinin fəlsəfəsinə dair ideyalar» 

(1784-1791) adlı əsərində bəşəriyyətin bütün tarixi inkişaf yolu-

nu nəzəri cəhətdən təhlil etmək cəhdi göstərildi.

125


 Y.Herder he-

sab edirdi ki, tarixi inkişaf prosesinin başlıca  mənbəyi 

mədəniyyətdir. Herder tarix elminin əsas 

vəzifəsini 

mədəniyyətin  tədqiq  olunmasında  görürdü. O, dini və  mənəvi 

yaradıcılığın  bütün  növlərini,  insanların  təsərrüfat  fəaliyyətini, 

ictimai  münasibətləri  mədəniyyətin  başlıca  elementləri kimi 

tədqiq edirdi.

126

 Y.Herder qədim Şərq xalqlarının əski dövrlərdə 



yüksək mədəniyyətə malik olduqlarını sübut edir və etiraf edirdi 

ki, elmi biliklərin,  astronomiyanın ilk elementləri  məhz  Şərq 

ölkələrində  yaranmışdır. O, ərəb  (müsəlman)  mədəniyyətinin 

Qərbi Avropa mədəniyyətinə  böyük  təsirini  xüsusilə qeyd edir-

di.

127


 Herder mədəniyyətin  inkişafının  başlıca  əsasının 

şəhərlərdə olduğunu göstərirdi. 

XIX  əsrin 50-70-ci illərində Almaniya tarixşünaslığında 

«mədəni-tarixi  istiqamət» (məktəb) meydana gəldi  və  təşəkkül 

tapdı. Bu istiqamətə  mənsub olan tarixçiləri  mədəniyyətin 

inkişafı  tarixinə  xüsusi maraq və siyasi tarix problemlərinə 

etinasızlıq  səciyyələndirirdi.

128


  Həmin  məktəbin  nümayəndələri 

«mədəniyyət» anlayışına  cəmiyyətin maddi və  mənəvi 

dəyərlərinin  məcmusunu, dini inamları, etik idealları,  ənənələri 

daxil  edirdilər.  Tarixşünaslıqda bu istiqamətin  yaranması  təbii 

və qanunauyğun hal idi. «Mədəni-tarixi istiqamət» tarix elmində 

baş  verməkdə olan xüsusiləşmə prosesinin nəticəsi idi. 

Tarixşünaslıqda «mədəni-tarixi istiqamət»in meydana gəlməsini 

adətən Henrix Rilin (1854-1897) adı  ilə  əlaqələndirirlər. 

Mədəniyyət  nəzəriyyəsi  və  mədəniyyət tarixi problemlərinin 

tədqiqində Qustav Fraytaqın (1816-1895) da müəyyən rolu 

olmuşdur. Xarici ölkələrin  mədəniyyət tarixi elmində Yakob 

Bürkhardtın mövqeyi müstəsnadır. 50 il ərzində incəsənət tarix-

inin tədrisi ilə məşğul olmuş Yakob Burkhardt İtaliyada İntibah 



 

 

48 



(Renessans) probleminin ilk tədqiqatçısı idi. O, tarixşünaslıqda 

ilk  dəfə olaraq Avropa mədəniyyətinin  təşəkkülünün  müəyyən 

və tam sxemini vermişdir.

129


 Y.Burkhardt «mədəniyyət» 

anlayışına maddi və mənəvi dəyərlərin məcmusunu daxil edirdi. 

Ümumiyyətlə, Almaniya, Fransa, İngiltərə  tarixşünaslığında 

mədəniyyət tarixi nisbətən  müstəqil  sahəyə  çevrilmiş,  həmin 

ölkələrin  mədəni  inkişaf  tarixinə dair xeyli elmi əsər  nəşr 

olunmuşdur. 

Rusiyada  mədəniyyət tarixinin öyrənilməsi  prosesində 

mühüm  nəticələr  əldə  edilmişdir.  Hələ XIX əsrin sonunda-XX 

əsrin  əvvəllərində rus tarixşünaslığında orta əsrlərin ideya 

həyatının və mədəniyyətinin tədqiqi üzrə ixtisaslaşmış tarixçilər 

kütləsi  müəyyənləşməyə  başladı.

130


  Həmin  tarixçilər  arasında 

V.İ.Qeryenin yetirməsi olmuş M.S.Korelin (1855-1899) xüsusilə 

seçilirdi. M.S.Korelin Rusiyada İtalyan  İntibahı problemini 

tədqiq  etmiş ilk araşdırıcı idi. M.S.Korelin «İtalyan  İntibahının 

oçerkləri» adlı  əsəri (1896) ilə Rusiyada bu problemin 

tədqiqinin  əsasını  qoymuşdur. Qeyd etmək  lazımdır ki, rus 

tarixçiləri əlverişli obyektiv və subyektiv səbəblərə görə öz milli 

mədəniyyətinin  araşdırılması  sahəsində  keçmiş  SSRİ-nin  başqa 

milli tarixçilərinə nisbətən xeyli irəli getmişlər. 

Azərbaycan  tarixşünaslığında da mədəniyyət tarixinin 

inkişafına  güclü,  həyati ehtiyac və obyektiv zərurət hiss 

olunmaqdadır. Azərbaycanda mədəniyyət problemlərinin tədqiqi 

istiqamətində ilk təşəbbüs  Heydər  Hüseynova (1908-1950) 

məxsusdur.  İxtisasca filosof olmuş H.Hüseynov  Azərbaycan 

mədəniyyətinin  məşhur  nümayəndələrinin  fəlsəfi irsini tədqiq 

etməyə  xüsusi fikir vermişdir. O, çoxəsrlik  Azərbaycan 

ədəbiyyatının  görkəmli  nümayəndələrinin (Nizaminin, Xaqani-

nin,  Nəsiminin,  Füzulinin) eyni zamanda böyük  mütəfəkkir, fi-

losof olduqlarını sübut etmişdir. Heydər Hüseynov «Azərbaycan 

fəlsəfəsi  tarixində ilk dəfə olaraq göstərdi ki, Azərbaycan 

fəlsəfəsi  əsrlər  ərzində  ədəbiyyatla  sıx  əlaqə  şəraitində  inkişaf 

etmişdir.  Azərbaycan  xalqının  fəlsəfi fikri çoxəsrlik tarixi 

inkişaf  ərzində  yalnız  xüsusi  fəlsəfi traktatlarda deyil, habelə 

ədəbi  əsərlərdə izhar olunmuşdur».

131

 Lakin onun başladığı 




 

 

49 



mühüm  işin  yerinə  yetirilməsində  uzunmüddətli  fasilə  yarandı. 

Son dövrdə Azərbaycan mədəniyyəti nəzəriyyəsi ilə məşğul olan 

ən  məhsuldar  tədqiqatçı Z.Ə.Quluzadədir. Onun tədqiqat 

əsərləri


132

  mədəniyyət  nəzəriyyəsinin  və  mədəniyyət tarixinin 

nəzəri 

problemlərinin 



tədqiqində 

mühüm 


nailiyyətdir. 

Z.Quluzadə  problemləri  fəlsəfi  baxımdan  nəzərdən  keçirmişdir. 

Onun  əsərlərində  Şərq regionunun, Azərbaycanın  mədəniyyəti 

(orta əsrlər dövrü) fəlsəfi ümumiləşdirmələr səviyyəsində tədqiq 

olunmuşdur. 

Kulturoloji  ədəbiyyatda  «mədəniyyət» anlayışı, bu 

anlayışın mahiyyəti, məzmunu, başlıca elementləri, tarixi tipləri 

haqqındakı  fikirlər  müxtəlifdir.  Müasir kulturoloji tədqiqatlarda 

bu  anlayışın 250-dən  artıq  tərifi  vardır.

133


 Son zamanlar həmin 

anlayışa  verilmiş  təriflərin  sayı daha da artmışdır.  Anlayışa 

verilmiş  təriflərin  çoxluğu,  tərif  vermiş  müəlliflərin  sayı  və 

təriflərin  artım dinamikası  problemə olan sonsuz marağın 

göstəricisidir. «Mədəniyyət» qədər çoxmənalı və geniş yayılmış 

digər bir anlayışı  təsəvvür  etmək  çətindir.

134

  Mədəniyyət 



insanın, 

cəmiyyətin, 

bəşəriyyətin ictimai-mütərəqqi 

fəaliyyətidir. Bu fəaliyyət  gerçəkliyin  və  şüurun  bütün 

sahələrində  vardır.  Həmin  fəaliyyət maddi, mənəvi  dəyərlərin 

yaradılmasının  və  «istehlakının»  dialektik  vəhdəti  formasında 

gedən  ziddiyyətli prosesdir. «Çox  məhdud  mənada maddi və 

mənəvi  mədəniyyəti  nəzərdə tuturlar».

135

  «Mədəniyyət»  tarixi 



kateqoriyadır: Onun inkişafı tarixi şəraitin  dəyişməsindən 

asılıdır. 

Mədəniyyət nəzəriyyəsi sahəsində mübahisələr son 20 ildə 

daha da canlanmışdır.  Tədqiqatçıların  əksəriyyəti  mənəvi 

mədəniyyəti  ümumiyyətlə  mədəniyyətin sinonimi kimi başa 

düşür.  Mədəniyyət ictimai prosesdir. O, insanın meydana 

gəlməsi ilə yaranır, uzun inkişaf prosesində cəmiyyəti «müşayiət 

edir» və  öz  inkişafında  müxtəlif  mərhələlərə malikdir. 

Tədqiqatlardan birinin müəllifləri qeyd edirlər ki, «mədəniyyət» 

və  «incəsənət»  kimi  mürəkkəb,  çox  mənalı  anlayışlar 

ümumiyyətlə konkret tərifə  sıgmır. Bu anlayışların  mənasının 

tam  şəkildə  açılması  ehtimalı  çox  azdır

136

. Maddi və  mənəvi 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə