Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə18/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   14   15   16   17   18   19   20   21   ...   143

 

 

53 



mümkünlüyü fikri elmi şəkildə sübut olundu,

149


 Cənubi Qafqaz-

da (Gürcüstanda,  Azərbaycanda  və  «Ermənistan»da)  İntibahın 

keçilmiş mədəni-tarixi mərhələ olduğunu isbat edən əsərlər nəşr 

edildi.


150

  Azərbaycan  Renessansı fikrini müdafiə  edən, onu 

əsaslandırmağa  çalışan  müəlliflərin  əsərləri meydana gəldi.

151


 

Azərbaycan 

tədqiqatçılarının 

əksəriyyəti 

Azərbaycanda 

Renessansın XII əsrin II yarısında– XIII əsrin  əvvəllərində  baş 

verdiyini isbat etməyə  çalışır, bu fenomenin Nizami Gəncəvi 

dövrü  və  ədəbi,  bədii,  fəlsəfi, elmi irsi ilə  bağlı  olduğunu qeyd 

edir. Lakin Azərbaycan İntibahı probleminin müsbət həllinə bir 

çox  tədqiqatçıların avropasentrist düşüncə  tərzi mane olur. 

Məsələnin müsbət həlli üçün vacib olan əsas şərt Qərbin, həm də 

Şərqin tarixinin mükəmməl  şəkildə  öyrənilməsi  və onlar 

arasındakı  oxşar,  fərqli  cəhətləri elmi surətdə  müqayisə 

etməkdir. «Nəinki  öz  xalqından  öyrənmək,  habelə  ardıcıl  və 

diqqətli  surətdə  digər  xalqların da tarixi təcrübəsini  nəzərdən 

keçirmək,  onların  inkişafındakı  oxşar  və  fərqli  cəhətləri 

müəyyələşdirmək zəruridir».

152


 Azərbaycanda İntibah problemi-

ni  «Şərq sentrizmi» mövqelərindən  həll  etmək  cəhdləri  də arzu 

olunan  nəticələri  verməmişdir. XVI-XVII əsrlərin  Azərbaycan 

mədəniyyətinin bir çox  faktlarının  öyrənilməsi  mədəni-tarixi 

inkişafımızda  İntibahın  məhz  həmin  dövrdə  baş verdiyini 

söyləməyə  əsas verir. Zənn edirik ki, problemə  Ümumtürk 

İntibahı  kontekstindən  yanaşmaq daha məqsədəuyğundur. XV-

XVI  əsrlər  türk  xalqlarının  mədəni-tarixi  həyatında  özünüdərk 

prosesi  ilə  səciyyəvidir. Siyasi dirçəliş  (Əmir Teymurun 

qurduğu  dövlətin,  Azərbaycanın Qaraqoyunlu və  Ağqoyunlu 

dövlətlərinin, Osmanlı və Səfəvi dövlətlərinin qüdrəti, Yaxın və 

Orta Şərq regionunda bu türk dövlətlərinin aparıcı mövqeyi), ic-

timai-iqtisadi 

sahədə canlanma, türk dilinin potensial 

imkanlarının daha aydın  şəkildə  aşkara  çıxması,  ədəbi  sahədə 

fars dilinin tədricən  sıxışdırılması, folklor faktlarının  xüsusi 

intensivliklə  məhz XVI-XVII əsrlərdə  artması,  incəsənətin bir 

çox sahələrində (təsviri incəsənətdə, dekorativ sənət sahələrində

memarlıqda, plastikada və s.) islam ehkamlarından geri çəkilmə, 

qədim  türk  irsinə,  dünyagörüşünə  «qayıdış», insanpərvərlik 




 

 

54 



ideyaları 

Ümumtürk 

İntibahının 

(oyanışının, 

əski 

irsə 


«qayıdışının», özünüdərkinin)  başlıca  xüsusiyyətlərindən idi. 

XV-XVII əsrlərdə baş vermiş bu universal prosesin mərkəzində 

Azərbaycan dururdu. Son dövrün bir sıra  tədqiqat  əsərləri 

Azərbaycan İntibahının XVI-XVII əsrlərin tarixi faktı olduğunu 

təsdiq edir. (Təbiidir ki, həmin əsərlərin müəllifləri Azərbaycan 

İntibahı  probleminə deyil, mədəniyyətin  müxtəlif  sahələrinə 

konkret tədqiqat obyekti kimi yanaşmışlar).

153


 

Renessans  haqqında  bütün  istiqamətlərdən olan bütün 

tarixçilər  danışırlar.  «Onları  birləşdirən  ümumi  cəhət  həmin 

mərhələnin ilk növbədə 

mədəni 

məzmununu 



nəzərdə 

tutmalarıdır. Fərqlər isə bundan ibarətdir ki, bəziləri Renessans-

da  mədəniyyət tarixinin yalnız bir mərhələsini  görür,  digərləri 

isə onun mədəni-tarixi məzmununu ictimai-iqtisadi məzmunu ilə 

əlaqələndirirlər,  yəni  Renessansı  ümumtarix prosesinin xüsusi 

vəsiləsi kimi nəzərdən  keçirirlər».

154

  Tədqiqatçılar  İntibaha 



müxtəlif meyarlarla yanaşmaqla  «İtalyan  İntibahı», «Qərb 

Renessansı», «Şərq  Renessansı», «Müsəlman  Renessansı», 

«Azərbaycan  İntibahı»  kimi  anlayışlar  irəli  sürmüş,  həmin 

mərhələnin başlıca cəhətlərini göstərməyə cəhd etmişlər. Avropa 

xalqlarının  mədəni-tarixi  inkişaf prosesini izləsək, onlarda 

İntibahın  yeniləşmə,  özgünləşmə  şəraitində, bir-birindən 

keyfiyyətcə ayrılıb müstəqil millətlərə (xalqlara) çevrilməsi pro-

sesinin  başlanğıcında  olduğunu  görərik.  İntibah (Renessans) 

universal,  qanunauyğun, xalqların  inkişafında  labüd olan 

mərhələdir. 

Vaxtaşırı 

yeniləşməyən, «özünəqayıtmayan», 

«oyanış» mərhələsi  keçirməyən  xalqın  mədəniyyət  faktları re-

gional,  ümumdünya  mədəni  sistemlərinin  içərisində itib-batır, 

«İntibah mərhələsi hər halda ilk növbədə, uzun, fasiləsiz inkişaf 

edən tarixi həyata və mədəniyyətə malik olan xalqlarda meydana 

gəlir».

155


  Tədqiqatçıların  əksəriyyəti  Renessansı  feodalizmdən 

kapitalizmə  keçid  dövrünün  mədəni-tarixi prosesi kimi təqdim 

edir.

156


 Renessansın yalnız kapitalist münasibətlərinin təşəkkülü 

ilə  əlaqələndirilməsi  problemə  bəsit  yanaşmanın  nəticəsidir  və 

habelə  «avropasentrizm»in  təzahürüdür.  İntibah  dövrü  hələ  də 

feodal erasına məxsusdur. «Hər halda bu, feodal cəmiyyəti tarix-




 

 

55 



inin  xüsusi  mərhələsidir».

157


  İntibahın  (Renessansın)  başlıca 

əlaməti nədir? Uzun, fasiləsiz, zəngin mədəniyyətə və tarixə ma-

lik olan xalqın  mədəni-tarixi  inkişaf  prosesində daha yüksək 

mərhələdə, yeni tarixi şəraitin  tələbatlarına  uyğun  şəkildə 

özünün qədim (antik) irsinə «qayıdışıdır», bu «qayıdış» əsasında 

yeniləşməsidir, «oyanmasıdır». Digər əlamətlərin (mədəniyyətin 

dünyəvi  səciyyə  daşıması, humanizm və s.) əhəmiyyətini 

mütləqləşdirməklə problemin həllinə nail olmaq mümkün deyil-

dir.  Mövcud olan tarixi material təsdiq edir ki, «Renessans  hər 

yerdə,  müxtəlif  mərhələlərdə,  müxtəlif  məzmunda  baş 

vermişdir».

158


  Müxtəlif  ölkələrdə,  müxtəlif tarixi mərhələlərdə 

və müxtəlif məzmunda baş vermiş İntibah mədəniyyətini İtalyan 

Renessans mədəniyyəti ilə müqayisə  etmək də düzgün deyildir. 

«Əgər  Renessansın tarixi təsadüf deyil, tarixi qanunauyğunluq 

olduğu məlum olarsa, onda bu qanunauyğunluğu öz keçmişində 

Qədim dövrü və orta əsrləri yaşamış xalqlara aid etmək olar».

159

 

Müxtəlif xalqlarda mədəni-tarixi  inkişaf prosesi ərzində 



bir  neçə  İntibahın  mümkünlüyü fikri də  maraqlıdır. Hindistan 

elmi  ədəbiyyatında bu problem daha intensiv surətdə  nəzərdən 

keçirilir.

160


 İntibah probleminə bu yöndən yanaşmada da rasion-

al  və  maraqlı  cəhətlər  vardır. Etnoslar uzun tarixi dövr  ərzində 

qarşılıqlı  təsir  prosesindədirlər. Onlar qarşılıqlı  mədəni  təsir 

prosesində daim «yeniləşirlər»,  yeni  keyfiyyət  mərhələlərini 

yaşayırlar. 

Azərbaycan İntibahı problemi yeni deyildir. Hələ XX əsrin 

40-cı  illərində M.Rəfili, M.İbrahimov monqol istilalarına 

qədərki  dövrdə (XII-XIII əsrlərdə)  Azərbaycanda  İntibah (Re-

nessans) elementlərinin  olduğunu  əsaslandırmağa  çalışırdılar. 

M.Rəfili  yazırdı: «Elm  indiyədək  «Renessans» anlayışını 

digərlərindən  üstün hesab edir. Azərbaycan  Renessansı  gercək 

ictimai-mədəni  hadisədir…  Bu, ilk növbədə iri milli 

monarxiyaların  yaranması,  şəhərlərin  və  demokratiyanın 

inkişafı, burjua münasibətlərinin artımı ilə şərtlənşmiş mütərəqqi 

çevriliş idi».

161


  Problemə  yanaşmada  mövcud meyarlardan 

hansının  üstün  olmasının qeyri-müəyyənliyi, avropasentrist 

düşüncə tərzi, XII-XIII əsrlərin ictimai-iqtisadi inkişaf səviyyəsi 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə