Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə19/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   15   16   17   18   19   20   21   22   ...   143

 

 

56 



haqqındakı  təsəvvürün tarixi gercəkliklərə  uyğun  olmaması 

M.Rəfilinin bu fikri üçün  səciyyəvi idi. Bu, ilk növbədə  həmin 

dövrdə  Azərbaycan tarix elminin lazımi  səviyyədə  inkişaf 

etməməsinin təzahürü kimi qiymətləndirilə bilər. 

1550-ci ildə italyan rəssamı, memarı və incəsənət tarixçisi 

Corco Vazarinin «Rəssamların həyatı haqqında hekayələr»də ilk 

dəfə  işlətdiyi  «Renessans» istilahı,

162 


bu tarixi mərhələ

Azərbaycan  Renessansı  problemı  ətrafında  mübahisələr son 40 

ildə daha da intensivləşmişdir. «Azərbaycan  Renessansı tarixi 

gerçəklikdir  və bu haqda ehtiyatla danışmaq olmaz».

163

 Son 


dövrün  tədqiqatçıları  (Ə.Ağayev, Y.Qarayev, A.Hacıyev, 

A.Rüstəmova, Z.Quluzadə, D.Əliyeva) «XII-XIII  əsrlərdə 

Azərbaycan  İntibahı» ideyasını  inkişaf  etdirmiş,  əsərlərində 

həmin  dövrün  mədəniyyətinin Renessans səciyyəsi  daşıdığını 

göstərmişlər. Lakin həmin ideyaya avropasentrist meyarlarla 

yanaşma  tərzi hal-hazırda da aparıcı  mövqe  tutmaqdadır. 

Azərbaycan  Renessansı probleminin həllinə  «Şərqin tarixi 

inkişaf prosesinin kifayət  qədər  öyrənilməməsi  və  düşüncə 

tərzinin «avropasentrizmi»

164 


mane olur. Azərbaycan tarix elmi-

nin son 50 ildə  Azərbaycanın ictimai-iqtisadi və siyasi inkişaf 

problemlərinin həlli sahəsindəki uğurları şəraitində bu, xüsusilə 

təəssüf  olunası  faktdır.  Bəzi  tədqiqatçılar  «Şərq sentrizmi» 

(əslində  «avropasentrizm»in astar üzü)  mövqeyindən  çıxış 

edərək XII-XIII əsrlərdə 

Azərbaycanda 

Renessansın 

mümkünlüyünü  sübut  etməyə  çalışırlar. R.Əliyev Nizami 

Gəncəvinin  yaşadığı  dövrü  belə  təsvir edir: «Sosial  tərəqqinin 

başqa bir göstəricisi  feodalların  «burjualaşması»  idi… 

Monqolların  hücumundan qabaq Azərbaycanda  və  qonşu 

ölkələrdə feodal ictimai münasibətləri elə bir səviyyəyə çatmışdı 

ki, yeni, daha yüksək sosial-iqtisadi formasiyanın meydana 

gəlməsi üçün zəmin yaranmışdı…Şərqdən gətirilmiş mədəniyyət 

Avropanın  ümumi tarixi inkişaf prosesini xeyli sürətləndirdi. 

Sonralar Avropada İntibah dövrünü (Renessansı) doğuran bütün 

ilkin  şərtlərin  hamısı bu dövrdə  yaranmışdı».

165

 XII-XIII 



əsrlərdə  feodalların  «burjualaşması»  prosesinin  baş verdiyini 

sübut  edən tarixi faktlar yoxdur. Şəhər  həyatının  çiçəklənməsi 




 

 

57 



və pul tədavülünün  artımı,  sənətkarlığın  inkişafı  isə o dövrün 

bütün  Şərq  aləmi  üçün  səciyyəvi idi. R.Əliyev  «yeni, daha 

yüksək sosial-iqtisadi formasiya» ifadəsi  ilə  məhz kapitalizmi 

nəzərdə tutur. Hər  hansı bir xalqın  İntibahında kapitalist 

elementlərinin  təşəkkülünün  həlledici  olduğunu  sübut  etməyə 

çalışmaq  «avropasentrizmin» təzahürüdür. Biz bu problemə 

münasibətimizi  bildirərkən  ədəbiyyatda  mövcud olan Şərq 

Renessansını 

Qərb 

qəlibinə 



yerləşdirmək, onda Qərb 

Renessansının  oxşarını  görmək  cəhdlərinə  qarşı  çıxış edirik. 

XII-XIII əsrlərin Şərq Renessansı (Azərbaycan da həmin mədəni 

sistemin  tərkib  hissəsi kimi) gerçək tarixi fakt idi. XII-XIII 

əsrlərdə  Şərq  mədəni sisteminin dəyərlərinin  dirçəlməsi, 

«oyanışı» prosesi olan Azərbaycan İntibahı (Renessansı) region-

al səciyyə daşımış, Şərq Renessansının tərkib hissəsi olmuşdur. 

Həmin  dövr  Azərbaycan  mədəniyyətinin  inkişafında  əsaslı 

keyfiyyət  çevrilişi  ilə  səciyyəvi  olmuşdur. Lakin bu prosesdə 

Azərbaycan  xalqının  mədəni-tarixi  imkanları tam şəkildə 

gerçəkləşməmişdi. Ona görə  də  Azərbaycan  tədqiqatçıları bu 

dövrdə baş vermiş İntibah barədə daha ehtiyatlı mülahizələr irəli 

sürməyi, «Renessans 

elementləri»ndən, 

«Nizaminin 

yaradıcılığının Renessans təbiətli  olmasından»

166

  bəhs  etməyi 



üstün tuturlar. Mədəni  imkanların intensiv, kütləvi  şəkildə 

gerçəkləşməsi,  özəl tarixin qədim  dövrlərinə  «müraciət», 

islamaqədərki  inamların  incəsənətdə  aşkarlanması  və s. kimi 

İntibah  üçün  səciyyəvi olan cəhətlər XVI-XVII əsrlərdə 

Azərbaycan mədəni-tarixi mühiti üçün səciyyəvi idi. 

XVI-XVII  əsrlərdə  Azərbaycan  İntibahı  Ümumtürk 

İntibahı kimi universal bir hadisənin tərkib hissəsi olmuşdur. Bu 

İntibah ilk növbədə siyasi sahədə, türk (Azərbaycan) özünüdərki 

əsasında daha qabarıq idi. XV əsrdə Qaraqoyunlu və 

Ağqoyunlu, Şirvanşahlar dövlətləri, XVI əsrin əvvəllərindən isə 

Səfəvilər  dövləti siyasi dirçəlişin  mühüm  faktları kimi qeyd 

olunmalıdır. Bu dövlətlər monqol əsarətindən sonra Azərbaycan 

xalqının İntibahını təmin etmiş sabit siyasi birliklər idi. 

İntibah  prosesində  Azərbaycan  Səfəvilər  dövlətinin 

mövqeyi  və rolu böyük  əhəmiyyətə malik idi. «Səfəvilər 



 

 

58 



dövlətinin tarixi Azərbaycan  xalqının tarixi ilə, onun etnik 

konsolidasiyası  ilə  qırılmaz  surətdə  bağlıdır.  Azərbaycanın 

cənub  və  şimal  vilayətlərinin  nisbətən vahid, mərkəzləşmiş 

Səfəvilər dövlətinin hüdudlarında birləşdirilməsi bu vilayətlərin 

keçmişdəkinə nisbətən daha çox siyasi, iqtisadi, mədəni və etnik 

yaxınlaşması  üçün  əsas  yaratdı».

167

  Səfəvilər  dövləti (1501-



1736)  Şirvanşahlar  dövlətindən sonra Azərbaycanın  ən sabit 

siyasi  tarixə malik olan orta əsr  dövləti idi. Təxminən bir əsr 

ərzində 

Səfəvilər 

dövləti 

Azərbaycan 

mədəniyyətinin 

(müharibələrə  və  dağıntılara,  itkilərə baxmayaraq) yüksəlişini 

təmin etdi. Azərbaycan mədəniyyətinin vahid zəmində, yüksələn 

xətlə  inkişafında  türk  (Azərbaycan)  özünüdərkinin  gerçək 

faktının – Səfəvilər dövlətinin mühüm rolu olmuşdur. 

Azərbaycanda  İntibah  türk dilinin aparıcı  əhəmiyyət  kəsb 

etməsi, türkcədən ilk dəfə dövlətlərarası münasibətlər sistemində 

istifadə  olunması,  ədəbi  əsərlərin bu dildə  yazılması  və s. ilə 

səciyyəvidir. 

Azərbaycan 

xalqının etnogenetik inkişafı 

prosesində  aparıcı rol oynamış  qədim  türk dili məhz bu dövrdə 

öz  imkanlarını  aşkarladı. «Həmin  dövrdə  Azərbaycan  xalqının 

düşüncə tərzində, mədəni-maddi-siyasi həyatında dönüş yaranır, 

yeni  dövr  başlanır.  Ümumiyyətlə,  türk  dillərində differensiaa-

siya XVI əsrin axırlarından aydın hiss olunmağa başlayır. Bu da 

təsdiq edir ki, XVI əsr  həmin  xalqların  tarixində yeni mədəni-

mənəvi dövrün astanasıdır».

168

  «Azərbaycan dili» anlayışına XI 



əsrin  görkəmli  ədəbiyyatşünası  olmuş  Xətib  Təbrizinin 

yaradıcılığında təsadüf olunur. Lakin qədimlərdən əsrimizin 30-

cu  illərinədək bu dil «türk dili» adı  ilə  tanınmışdır.  Türk dili 

Səfəvilərin  və  qızılbaşların  doğma dili idi və XVIII əsrin ilk 

rübünə  qədər sarayda və orduda öz  aparıcı  mövqeyini 

saxlamışdır. 

Ədəbiyyat sahəsində bu İntibah türk dilində yazılmış bədii 

əsərlərin  artması  ilə  səciyyəvidir.  Əgər  Azərbaycanın XV-XVI 

əsrə qədərki peşəkar ədibləri ərəb və fars dillərində yazırdılarsa, 

XVI əsrdə şərait əsaslı surətdə dəyişdi. Türk özünüdərki prosesi 

ədəbiyyatda da özünü 

göstərməyə 

başladı. 

İmadəddin 

Nəsimidən  etibarən  güclənmiş bu proses XVI-XVII əsrlərdə 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə