Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə17/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   13   14   15   16   17   18   19   20   ...   143

 

 

50 



mədəniyyət  bütöv, «mədəniyyət» adlanan sistemin iki tərəfidir. 

Onları nə bir-birinə qarşı qoymaq, nə də eyniləşdirmək mümkün 

deyildir.  İnsan  mədəni  fəaliyyətin subyekti, mədəni  dəyərlərin 

yaradıcısı,  aparıcısı  və eyni zamanda istehlakçısıdır.  Hər  hansı 

bir  mədəni  fəaliyyət ictimai səciyyə  daşıyır. Lakin hər ictimai 

fəaliyyət mədəni səciyyəyə malik deyildir. 

Mədəniyyətin inkişaf qanunauyğunluqlarından biri varislik 

əlaqəsidir. 

Mədəniyyətin 

tərəqqisində, 

müxtəlif tarixi 

mərhələlərin  arasında varislik əlaqəsi olmadan bu prosesin 

tamlığı  mümkün deyildir. «Varislik  sayəsində yeni nəsillərə 

məlum  olanları axtarmaq, kəşf  olunmuşları yenidən  aşkar 

etmək…, yenidən yaratmaq lazım gəlmir».

137


 Varislik prosesləri 

bir  xalqın  mədəniyyətinin  inkişafı  çərçivəsi  ilə  məhdudlaşmır. 

Əgər dil və ənənə kimi sahələrdə varislik prosesləri müəyyən bir 

xalqın  mədəni-tarixi  çərçivəsində daha tam şəkildə  baş verirsə, 

mədəniyyətin  digər  sahələrində  (elmdə, incəsənətdə) bir xalqın 

mədəni irsi digər  xalqların da mədəni  potensialına,  irsinə daxil 

olur. Bəzən bir xalqın mədəni irsi digər bir xalq tərəfindən daha 

artıq  dərəcədə  inkişaf etdirilir. Lakin bu və ya digər  xalqların 

mədəniyyətindəki 

inkişaf 


xüsusiyyətləri 

hətta 


kənar 

mədəniyyətin  güclü  təsiri  şəraitində  də  məhv olmur. «Əsil 

mədəniyyət  öz  ilhamını  dünyanın  müxtəlif  guşələrindən  alır. 

Lakin bu mədəniyyət  doğma  zəmində  yetişir  və  geniş xalq 

kütlələrinə dayaqlanır».

138


 Milli mədəniyyətin 

inkişafı 

prosesində  hər bir yeni mərhələ  keçmiş  mərhələ olmadan 

mümkün deyildir və eyni zamanda bu mərhələni inkar edir. Hər 

bir mərhələ keçmişdən özünə lazım olanları alır

139


, inkişaf etdi-

rir. Müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi və təsirinin labüd 

nəticəsi milli mədəniyyətlərin  əksəriyyətinin sinkretik səciyyə 

daşımasıdır.  Mədəniyyətlərin  qarşılıqlı  əlaqəsi  və  təsiri prosesi 

də obyektiv qanunauyğunluqdur. «Mədəni sintez müxtəlif  və 

bəzən bir-birinə  əks olan mədəniyyətlərin  qarşılıqlı  təsirinin 

nəticəsidir. Bu, tanışlıqdan  qavrayışa  və  mənimsəməyə  gedən 

prosesdir».

140

 Bu proses sayəsində mədəniyyətin inkişafında va-



rislik  əlaqəsi  nəinki  bilavasitə,  habelə  vasitəli  şəkildə  də ola 

bilər.


141

 



 

 

51 



Mədəniyyətin  tipləri  haqqında  mübahisələr  müxtəlif elmi 

fikirlərin  irəli  sürülməsi,  əsaslandırılması  ilə  müşayiət olunur. 

Fikir  ayrılıqlarının başlıca səbəbi mədəniyyət nəzəriyyəsinin və 

tarixi  problemlərin obyektiv mürəkkəbliyidir.  ABŞ  tədqiqatçısı 

F.Nortrop  belə hesab edir ki, indiyədək  mövcud  olmuş 

mədəniyyətləri iki böyük  qismə  –  Şərq  və  Qərb  mədəniyyəti 

tiplərinə  ayırmaq  lazımdır.

142


 O, Şərq  mədəniyyət  tipinə 

dünyanın 

bilavasitə 

qavranılması 

prosesində intuitivlik, 

emosionallıq  cəhətlərinin xas olduğunu  göstərir.  Tədqiqatçı 

Qərb  mədəniyyəti  üçün  isə  nəzəri konsepsiyalar şəklində 

dərketmənin səciyyəvi olduğunu qeyd edirdi. F.Nortrop belə he-

sab edir ki, Şərq  mədəniyyəti  yalnız qeyri-texniki sivilizasiya, 

təsvir səciyyəli elmlər və impressionist incəsənət yaratmağa qa-

bildir. Onun fikrinə görə, Şərq mədəni sistemində zaman konk-

ret, sona çatmış,  qapanmış  dairə  timsalındadır.  Həm tarix, həm 

də  təbiət bu qapalı  dairəyə  sığışdırılmışdır. F.Nortrop belə 

qənaətə gəlir ki, məhz buna görə də Şərq mədəniyyətində insan-

la  təbiətin  qovuşması ali fəzilət hesab olunur. Onun 

mülahizələrində  («avropasentrizm»in  təsiri olsa da) müəyyən 

həqiqət  vardır. C.Nehrunun fikri bu baxımdan F.Nortropun 

qənaəti ilə səsləşir: «Sanskrit poeziyasında və hind musiqisində 

olduğu kimi incəsənətdə  də  rəssam,  bəstəkar sanki özünü 

təbiətlə  eyniləşdirir,  bütün  əhvali-ruhiyyəsi  ilə insana xas olan 

təbiətlə  və kainatla həmahənglik  hisslərini  ifadə edirdi. Bu, 

bütün Asiya incəsənətinin leytmotiividir. Asiya incəsənəti məhz 

bunun  sayəsində  böyük  müxtəlifliklərə  və  aydın  sezilən milli 

fərqlərə baxmayaraq məlum vahidliyə, birliyə malikdir».

143

 

Mədəniyyətin bir sistem kimi qeyri-bərabər  inkişaf struk-



turuna malik olması onun inkişafında universal təmayüldür. 

Məlumdur ki, mədəniyyətə  incəsənətin  müxtəlif  sahələri, elm, 

maarif, dil, fəlsəfə, siyasi və hüquqi, etik baxışlar sistemi, din və 

s. daxildir. Mədəniyyətin sistem kimi fəaliyyəti cəmiyyətdə baş 

verən ictimai-siyasi, iqtisadi amillərdən  asılıdır.  Hər  hansı bir 

ictimai sistemin (bütövlükdə  bəşəriyyətin,  cəmiyyətin  və s.) 

dinamikası onun daxilində olan ziddiyyətli  proseslərlə  bağlıdır. 

Bu  mənada  mədəniyyətin  ayrı-ayrı  elementlərinin  gücü, 




 

 

52 



potensiyası da cəmiyyətdə olan ziddiyyətli proseslərin axarından 

irəli  gəlir.  Mədəniyyətin  (xüsusilə onun tərkib  hissəsi olan 

incəsənətin)  keyfiyyəti tam surətdə iqtisadiyyatın  və  texnikanın 

inkişaf  dərəcəsi  ilə  müəyyən edilmir. İqtisadiyyat  yalnız son 

nəticədə  mənəvi  həyat  sahələrinin  inkişafını  müəyyən edir. 

Məsələn, «incəsənətə  istehsalın  inkişaf  səviyyəsindən daha çox 

təsir  göstərən  amillər  siyasət,  əxlaq  və dindir».

144


 Dinin və 

siyasətin  mədəni  həyata  güclü,  bəzi hallarda həlledici  təsiri 

xüsusilə orta əsrlərdə  olmuşdur. Orta əsrlərdə ictimai həyatın 

müxtəlif 

sahələrinin 

zəif 


differensiasiyası 

(mədəniyyət 

elementlərinin  sıx  əlaqəsi,  çulğalaşması) da həmin  dövrün 

səciyyəvi 

xüsusiyyətlərindən biridir. Fəlsəfə, 

əxlaq, 


hüquqşünaslıq, qanunvericilik bir-birindən 

tamamilə 

ayrılmamışdı, bir-birinə çulğaşan sistem əmələ gətirmişdi.

 145


 

Mədəniyyətin 

başlıca 

elementləri olan, incəsənət 

sistemində  müstəsna  mövqeyi  və rolu olan ədəbiyyat, din, elm, 

fəlsəfə, folklor, dil və  ədəbi dil məsələləri,  Azərbaycan 

mədəniyyəti tarixinin xalqımızın təşəkkülü və inkişafı prosesi ilə 

üzvi  bağlılığı, «avropasentrizm» və  «Şərq sentrizmi» və  digər 

nəzəri-metodoloji  problemlər  təqdim olunan əsər  müəllifinin 

monoqrafiyasında

146

 və məqalələrində



147

 öz əksini tapmışdır.  

Xalqın  mədəniyyət tarixi araşdırılarkən  Azərbaycan 

İntibahı probleminin aktuallığını  və  əhəmiyyətini  nəzərə almaq 

vacibdir. XIX əsrin 60-cı illərinədək son orta əsrlərdə baş vermiş 

mədəni-tarixi proses –  İntibah  elmdə  xüsusi  tədqiqat obyekti 

olmamışdır. 1860-cı  ildə,  Leypsiqdə, alman tarixşünaslığında 

«mədəni-tarixi  istiqamətin» (XIX əsrin 50-70-ci illərində 

təşəkkül  tapmışdır)  nümayəndəsi olan Yakob Burkhardtın 

(1818-1897) «İtaliyada Renessansın tarixi» adlı əsəri nəşr edildi. 

Y.Burkhardt  «Renessans» anlayışını  müəyyən  mədəni-tarixi 

mərhələnin  adı kimi ilk dəfə  irəli  sürən  tədqiqatçılardandır.

148

 

Təbiidir ki, problemin həllinin ilk cəhdi  sonrakı  tədqiqatlara 



təkan verdi. İlk  tədqiqatlarda  İntibah (Renessans) sırf  İtaliya 

mədəni-tarixi fenomeni hesab edilirdi. Sonralar sübut olundu ki, 

İntibah Avropa ölkələrinin bir çoxunda (İspaniyada, İngiltərədə, 

Fransada  və s.) baş  vermişdir.  Şərq regionunda Renessansın 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə