Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə22/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   18   19   20   21   22   23   24   25   ...   143

 

 

65 



Azərbaycan 

mədəniyyətinin 

də 

təkamül prosesini 



aydınlaşdırmağa xeyli yardım etdi. 

XX əsrin 60-cı illərindən etibarən Azərbaycan tarixinin or-

ta  çağlarının  tədqiqi  ilə  məşğul olan tarixçilərin bir çoxu 

problemlərin daha dərindən  araşdırılması  mövqeyinə  keçdi. 

Qafqaz  Albaniyası, onun ictimai-iqtisadi, siyasi, dini-ideoloji, 

mədəni inkişafının bir sıra məsələləri K.V.Treverin, K.Əliyevin, 

Z.Bünyadovun 

əsərlərində 

işıqlandırıldı. VII əsrin ilk 

onilliklərindən  ərəb  işğalları  nəticəsində yeni inkişaf  mühitinə 

düşmüş  Azərbaycanın  Xilafət  tərkibində  olduğu tarixi dövr ilk 

dəfə olaraq Z.M.Bünyadovun  monoqrafiyasında

184

 elmi əksini 



tapmışdır.  Əsərdə  Azərbaycanın  islamlaşması,  islamaqədərki 

baxışların  (atəşpərəstlik-zərdüştilik,  xristianlıq,  bütpərəstlik  və 

s.)  ölkənin  həyatında  təsir  dairəsinin  tədricən  azalması,  dövrün 

Azərbaycan  şəhərləri,  ərəb  işğalından sonra ölkədə  baş  vermiş 

etnik 

proseslər kimi mədəni 



səciyyəli 

məsələlər 

də 

araşdırılmışdır. XX əsrin 60-cı  illərində M.X.Şəriflinin 



Şirvanşahlar  dövlətinə  həsr  olunmuş bir sıra  məqalələrində 

Azərbaycan tarixinin zəif  öyrənilmiş  dövrünə (IX-XI əsrin I 

yarısı)  nəzər  salınmışdır. V.F.Minorskinin monoqrafiyası da

185


 

zəngin  mənbə  materialına  və  məzmunlu  şərhlərə malikdir və 

Azərbaycan tarixinin az öyrənilmiş dövrünə – IX əsrin II yarısı – 

XI  əsrin    əvvəllərinə  həsr  olunmuşdur. O.Ə.Əfəndiyevin 60-cı 

illərin  əvvəlində  nəşr  olunmuş  monoqrafiyasında  Azərbaycan 

tarixşünaslığında  İ.P.Petruşevskidən sonra ilk dəfə olaraq 

Səfəvilər dövləti xüsusi tədqiqat obyektinə çevrildi və bu dövlət 

Azərbaycan 

dövlətçiliyinin 

mühüm 


faktı kimi 

qiymətləndirildi.

186

 F.M.Əliyevin Şimali Azərbaycan şəhərlərinə 



həsr  olunmuş  əsərində

187


 XVIII əsrin II yarısında  şəhər 

həyatının  mühüm  məsələləri  araşdırılmışdır.  Keçən  əsrin 60-cı 

illərindən  Azərbaycan  tarixşünaslığında  ayrı-ayrı  şəhərlərin 

tarixinə  həsr  olunmuş  əsərlər  nəşr  olunmağa  başlandı. 

S.B.Aşurbəylinin 

monoqrafiyası

188

 bu baxımdan ilkin 



əsərlərdəndir. Monoqrafiyada Bakı  şəhərinin VIII əsrdən XIX 

əsrin əvvəlinədək olan inkişaf tarixi araşdırılmışdır. 60-cı illərdə 

Ə.Əlizadə, Z.Bünyadov, T.Musəvi,  Ə.Rəhmani, Y.Behzadi, 



 

 

66 



R.Hüseynov  Azərbaycan  tarixinə dair bir sıra orta əsr 

qaynaqlarını  tərcümə  etməklə  və  nəşr  etdirməklə  xalqın  

mədəni-tarixi irsinin öyrənilməsi işini davam etdirmişlər.

189


 

Keçən  əsrin 70-80-cı  illərində  Azərbaycan  tarixçiləri 

xalqın tarixinin araşdırılması istiqamətində  mühüm  uğurlar 

qazandılar. Təbiidir ki, tarixşünaslıqda mövcud olan problemlər 

məcmusunun ağırlığı bu zaman ərzində də mədəniyyət tariximi-

zin  başlıca  araşdırma  obyektinə  çevrilməsini qeyri-mümkün 

etmişdi. Lakin nəşr  olunmuş  əsərlərin  Azərbaycanın  mədəni 

təkamül prosesinin öyrənilməsi üçün əhəmiyyəti şübhəsizdir. Bu 

dövrdə  də  Azərbaycanın  tədqiqatçıları Qafqaz Albaniyasına, 

onun  mədəni  irsinə  xüsusi  diqqət  yetirmişlər. F.L.Osmanovun 

əsəri

190


 20-dək  yaşayış  məntəqəsində  aparılmış arxeoloji 

qazıntıların  nəticələrinə  əsaslanmışdır.  Əsər  müəllifi arxeoloji 

materiallar  əsasında  araşdırdığı  dövrün  sənətkarlığı,  ticarəti  və 

mədəni  əlaqələri, ictimai quruluşu,  təsərrüfat  həyatı  haqqında 

mülahizələrini  bildirmişdir. Qafqaz Albaniyasının  mədəni 

həyatına  xüsusi  diqqət  yetirmiş  araşdırıcılardan biri də 

R.Göyüşov olmuşdur. Onun əsərlərində arxeoloji materiallar və 

bəzi yazılı mənbələr əsasında Qafqaz Albaniyasında xristianlığın 

mövqeyi 

məsələsi 

tədqiqi 

olunmuşdur.

191

 C.Xəlilovun 



əsərində

192


 Qafqaz Albaniyasının maddi mədəniyyəti məsələləri 

tədqiqat obyektidir. T.M.Məmmədov Qafqaz Albaniyasının  və 

qismən  Atropatenanın tarixini erməni  mənbələrinə  əsasən 

araşdırmışdır.

193

 F.Məmmədovanın əsərləri



194

 Azərbaycan tarix-

inin Albaniya mərhələsinin  öyrənilməsinə  müstəsna  təkan 

verməsi  ilə  əlamətdardır. Bu əsərlərin  müəllifi Alban xristian 

kilsəsinin  ölkənin  mədəni  həyatındakı rolu, erməni qriqoryan 

kilsəsinin 

təcavüzkar 

mövqeyi, 

albanların 

tədricən 

qriqoryanlaşması,  erməniləşməsi, lakin onların etnik simasını 

tamamilə  itirməməsi  məsələlərini  də  araşdırmışdır. Bu dövrdə 

Qafqaz  Albaniyasının  mədəni  həyatına,  mədəni  irsinə  həsr 

olunmuş  əsərlər  arasında N.Y.Rzayevin monoqrafiyası

195

 da 


seçilməkdədir.  Əsərdə  sənətşünas Qafqaz Albaniyasında 

yaradılmış  bədii keramika, metalın  bədii  emalı,  şüşənin  bədii 

emalı, daş, sümük və ağac üzərində bədii oyma, qliptika, plasti-



 

 

67 



ka  nümunələrinin  tədqiqindən  doğmuş  nəticələri izhar etmişdir. 

IX əsrin II yarısında- XI əsrin I yarısında Azərbaycanda mövcud 

olmuş  dövlətlərin tarixi M.X.Şəriflinin  əsərində

196


  öz  əksini 

tapmışdır. M.Seyfəddininin 2 əsərində

197

 XII-XV əsrlərdə 



Azərbaycanda  sikkə  zərbi  və pul tədavülü  məsələləri  başlıca 

tədqiqat obyekti olmuşdur. A.Fazilinin monoqrafiyasında

198

 

Azərbaycanın  qədim  və ilk orta əsrlər tarixinin İran 



tarixşünaslığında  işıqlandırılması  məsələləri  tənqidi  şəkildə 

araşdırılmışdır. S.Y.Qasımovanın  monoqrafiyasında

199

  Cənubi 



Azərbaycanın III-VII əsrlərdə etno-siyasi və ictimai-iqtisadi ta-

rixinin bir sıra  problemləri  tədqiq  olunmuşdur. Orta çağların 

Azərbaycan mədəniyyəti problemlərinin araşdırılması gedişində 

M.A.Dadaşzadənin monoqrafiyasına

200

  müraciət  olunması 



zəruridir.  Müəllifin  etirafına  görə, monoqrafiya əsasən etnoqra-

fik  tədqiqatın  nəticəsidir.  Əsərdə  Azərbaycan  xalqının  mənəvi 

həyatında  mühüm yer tutan dini etiqadlar (zərdüştilik  və is-

lam),


201

 xalq bayramları,

202

 xalq oyunları  və  əyləncələr



203

 

başlıca  tədqiqat  obyektləridir. Burada müxtəlif  bayramların 



təşəkkülü problemləri təhlil olunur, xalq oyun və mərasimlərinin 

əhəmiyyəti  və rolu işıqlandırılır. Monoqrafiya müəllifi  İranda 

nəşr olunmuş  əsərlərə,  habelə Avropa müəlliflərinin  əsərlərinin 

fars  dilinə  tərcümə  variantlarına  xüsusilə  istinadlanmış, «mark-

sizm 

klassiklərini», 



M.Qorkini, V.Belinskini də 

«unutmamışdır». Azərbaycan  mədəniyyətinin  təkamül prosesi-

nin  erkən orta əsrləri  nəzərdən  keçirilərkən  İ.H.Əliyevin 

monoqrafiyasından

204

  istifadə  olunması  zəruridir.  Azərbaycanın 



cənub qisminin əski  keçmişi (antik dövrü) Atropatena, onun 

mədəni irsi ilə 

üzvi 

surətdə 


bağlıdır. 

İ.H.Əliyevin 

monoqrafiyasının VI və VII fəsillərində  Atropatenanın maddi 

mədəniyyəti, dini baxışlar, Avesta problemi, zərdüştilik və onun 

təşəkkülü,  inkişafı  məsələləri  tədqiq  olunmuşdur.

205


  Həmin 

dövrü  öyrənmədən  eramızın ilk əsrlərindən  başlanan  dövrün 

Azərbaycan  mədəniyyətinin  mahiyyətinin  dərk  olunması qeyri-

mümkündür. 

Keçən  əsrin 80-ci illəri  Azərbaycan  tarixşünaslığının 

inkişafında  məhsuldarlığı  ilə  əlamətdardır. Problemin hərtərəfli 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə