Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə23/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   19   20   21   22   23   24   25   26   ...   143

 

 

68 



tədqiqinə yardım edən araşdırmalar sırasında O.Əfəndiyevin ye-

ni  əsəri

206

 (bu əsər 1993-cü  ildə  Azərbaycan  dilinə  tərcümə 



edilərək  nəşr olunmuşdur)  mühüm yer tutur. Monoqrafiyada 

XVI  əsrdə  Azərbaycanın siyasi, ictimai-iqtisadi inkişafı  ətraflı 

şəkildə tədqiq olunur. Mənbə zəmininin genişliyi əsərin mühüm 

xüsusiyyətlərindəndir.  Müəllif  Səfəvilər  dövlətinin etnik 

mənşəyi,  müəyyənliyi  və  mənsubiyyəti  barədəki problemi tam 

həll  etmiş, bu dövlətin  Azərbaycan  xalqının  konsolidasiyası 

(bütövləşməsi)  prosesində,  mədəni  təkamülündə  həlledici rolu-

nu

207



 elmi dəlillərlə  əsaslandırmışdır.  Təbiidir ki, əsas  diqqəti 

mühüm 


problemlərin 

məcmusuna 

yönəlmiş 

müəllif 


Azərbaycanın XVI əsrdəki  mədəni  inkişafına konkret tədqiqat 

obyekti kimi yanaşa bilməzdi. 

Ə.Rəhmaninin  əsərləri

208


  Azərbaycanın 1590-1700-cü 

illərdəki ictimai-siyasi, iqtisadi inkişafı prosesinin tədqiqindən 

ibarətdir.  Müəllifin ikinci əsərinin bir fəslində XVII əsrdə 

Azərbaycanda elmin, incəsənətin, maarifin, ədəbiyyatın inkişafı 

probleminə toxunulmuşdur.

209


 

Orta  çağlarda  Azərbaycan  mədəniyyətinin  tərəqqisi 

probleminə S.Aşurbəylinin əsərində

210


 də toxunulmuşdur. Lakin 

«Şirvanşahlar  dövləti» monoqrafiyasının  geniş tarixi dövrü 

əhatə  etməsi (VI-XVI əsrlər), siyasi, ictimai, iqtisadi 

problemlərin  başlıca  tədqiqat obyekti olması S.Aşurbəyliyə 

mədəni  inkişaf  məsələlərinə daha çox  diqqət  yetirməyə imkan 

verməmişdir. Lakin müəllif orta çağların 

Azərbaycan 

mədəniyyətinin başlıca fakt və hadisələrinə Şirvanşahlar dövləti 

hüdudlarında,  kifayətedici  səviyyədə  nəzər  yetirə  bilmişdir. 

Həmin  müəllifin  digər  əsərlərində

211

 orta əsrlərdə  Bakının 



inkişafı,  Azərbaycanın Hindistanla iqtisadi və  mədəni 

əlaqələrinin  gedişi tədqiq olunmuşdur. Son monoqrafiyada Mo-

qol-Səfəvi mədəni əlaqələrinin xüsusilə güclənməsi faktı bir da-

ha  təsdiq edilir. S.Aşurbəylinin  Bakı  şəhərinin orta çağlardakı 

inkişaf  tarixinə  həsr etdiyi yeni əsərində  Azərbaycan 

mədəniyyətinə dair xeyli material vardır.

212

 

Orta  əsrlər  ərzində  Azərbaycan  şəhərlərinin  ziddiyyətli 



inkişafı, mədəniyyət potensialının cəmləşdiyi şəhərlərdə ictimai-


 

 

69 



iqtisadi  proseslər M.X.Heydərovun  əsərlərinin

213


  başlıca 

tədqiqat  obyektləridir.  Keçən  əsrin 60-cı  illərinin  əvvəllərində 

ilk  məqalələrlə tarix elminə  qədəm  qoymuş bu müəllifin  əsaslı 

səciyyə  daşıyan  monoqrafiyaları  çox  əhəmiyyətlidir.  Dövrün 

(XIII-XVII  əsrlərin) farsdilli mənbələrinə  istinadən  yazılmış 

həmin əsərlərdə ictimai, iqtisadi, siyasi, mədəni kompleks, daim 

dəyişən  gerçəklik kimi Azərbaycan  şəhərlərinin  əksəriyyətinin 

ətraflı mənzərəsi verilmişdir. 

Son dövrdə orta əsr Azərbaycan şəhərlərinə həsr olunmuş 

xüsusi əsərlərin say və keyfiyyəti artmışdır. Bu baxımdan S.M. 

Onullahinin, H.Ciddinin, V.Muradovun əsərləri

214


  diqqəti  cəlb 

edir. Kollektiv elmi fəaliyyətin  nəticəsi olan «Gəncə (tarixi 

oçerk)» əsəri

215


  Azərbaycanın  qədim  şəhərlərindən biri olan 

Gəncənin ictimai-iqtisadi, siyasi, mədəni  tarixinə  həsr 

olunmuşdur. Əsərin şəhərin qədim və orta əsrlərinə aid olan ta-

rixini  əks  etdirən  qismində

216

 memarlıq  abidələri,  digər 



mədəniyyət  faktları  haqqında  bəhs olunur. Qasım  Hacıyevin 

monoqrafiyasında

217

  Bərdə  şəhərinin bizim eradan əvvəl III 



əsrdən  eramızın  XVIII əsrinin  sonunadək olan təkamül tarixi 

araşdırılmışdır.  Əsərin IV fəslində

218

  nəzərdən  keçirilən  dövrün 



Bərdə mədəni mühitinə aid olan faktlardan bəhs olunur. Mono-

qrafiyada əslən bərdəli olan görkəmli alimlərin, din xadimlərinin 

haqqında da məlumatlar verilir.

219


 A.Nuriyevin və Ə.Babayevin 

monoqrafiyası

220

 da Bərdə şəhərinin  tarixini əks etdirir. Arxeo-



loji  tədqiqatın  nəticəsi olan bu əsərin III fəslində

221


  Bərdə 

şəhərinin tarixi-memarlıq  abidələrindən,  şəhərdə  yetişmiş 

görkəmli  şəxsiyyətlərdən  və elm xadimlərindən  bəhs olunur. 

A.Məmmədlinin  Balakən,  Şəki, Zaqatala bölgələrinin  tarixinə, 

etnoqrafiyasına,  həmin  bölgədə  yaşayan  əhalinin  adət  və 

ənənələrinə, islamaqədərki mədəniyyət faktlarına, əsasən təsadüf 

nəticəsində  aşkara  çıxmış  yeraltı tarixi abidələrinə,  yerüstü 

mədəniyyət  faktlarına  həsr  olunmuş 2 monoqrafiyası

222

 (elmi-


publisistik üslubda yazılmasına baxmayaraq) Azərbaycanın orta 

çağlar  mədəni  mühiti  haqqında  müəyyən  təsəvvür  yaratmağa 

imkan verir. 



 

 

70 



Keçən  əsrin 90-cı  illərindən  indiyədək S.Aşurbəylinin, 

N.Vəlixanlının, V.Piriyevin, Ş.Fərzəlibəylinin, N.Əliyevanın, 

M.Seyidbəylinin, Y.Mahmudovun, T.Nəcəflinin, E.Mirzəyeva-

nın, X.Qasımovun  monoqrafiyaları

223

  nəşr  olunmuşdur. Qeyd 



olunmuş  əsərlərin  hamısında  Azərbaycan  mədəniyyətinin orta 

çağlardakı  inkişaf  məsələlərinə az və ya çox  dərəcədə 

toxunulmuşdur. X.Qasımovun  monoqrafiyasında

224


  başlıca 

tədqiqat obyekti XVI-XVII əsrlərin Azərbaycan  mədəniyyətidir 

(müəllif bu mövzuda  namizədlik  dissertasiyasını 1992-ci ildə 

müdafiə etmişdir). X.Qasımovun bu monoqrafiyası Azərbaycan 

tarixşünaslığında orta çağların milli mədəniyyətinin  əsas 

tədqiqat  obyektinə  çevrildiyi ilk əsər kimi diqqəti  cəlb edir. 

Tarixşünaslığın  icmalından  görünür ki, keçən  əsrin 90-cı 

illərinin  əvvəllərinədək  Azərbaycan  mədəniyyətinin orta 

çağlardakı təkamül tarixi araşdırıcılarımızın əsas tədqiqat obyek-

ti  olmamışdır. Bu hal obyektiv gerçəklikdən  doğmuşdu: 

Azərbaycan tarixi problemlərinin  çoxluğu, bu problemlərin 

mürəkkəbliyi,  onları  həll  etmək  zərurəti  tarixçilərimizi 

mədəniyyət  tariximizə  əsas  tədqiqat obyekti kimi yanaşmaq 

imkanından  məhrum  etmişdi. Bir sıra elmi problemlərin  uğurlu 

həlli  sayəsində  əsrin  sonlarına  doğru  Azərbaycan  mədəniyyəti 

tarixinə  başlıca  araşdırma predmeti kimi yanaşmaq  imkanı 

yarandı. XX əsrin sonlarına doğru çoxcildlik «Azərbaycan tarix-

i»nin ilk cildləri  nəşr olundu. «Azərbaycan tarixi»nin II və III 

cildləri

225


  vətənimizin orta çağlarda ictimai-iqtisadi, siyasi, 

mədəni  təkamülü prosesini işıqlandırır.  Həmin  cildlərdə 

Azərbaycanın orta əsr  mədəniyyəti  məsələləri  də  öz  əksini 

tapmışdır. Lakin orta çağların  Azərbaycan  mədəniyyətinin 

ardıcıl surətdə, kompleks şəkildə araşdırılması problemi hələ də 

aktualdır  və bu əsər  müəllifinin  qarşısında duran başlıca 

vəzifədir. 

Azərbaycan  mədəniyyəti, onun mühüm  elementləri-

ədəbiyyat,  incəsənət, din və maarif, elm, fəlsəfə,  memarlıq, 

təsviri  incəsənət  və s. haqqında  müxtəlif  tədqiqatçıların  əsərləri 

vardır. Lakin orta əsrlərdə  Azərbaycanda  ədəbiyyatın, dilin və 

ədəbi dilin, dinin rolu, mövqeyi  və maarifin inkişafı, 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə