Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə12/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   8   9   10   11   12   13   14   15   ...   143

 

 

35 



Şərəfxan  Osmanlı  sultanı III Muradın  tərəfinə  keçmişdir.

77

 O, 



əsərində  Osmanlı-Səfəvi  müharibələrinə  geniş yer vermişdir. 

Əsərdə  Azərbaycanın XIV-XVI əsrlər  tarixinə  də aid olan 

mühüm  məlumatlar  vardır.  Osmanlı  sultanı III Muradın 

Azərbaycana təşkil etdiyi hərbi yürüşlərdə iştirak etmiş Şərəfxan 

Bidlisinin  əsərində  Osmanlı  məlumat  mənbələrinin  təsiri, 

müəllifin  Səfəvi  dövlətinə  mənfi  münasibəti  nəzərə  çarpır.

78

 

«Şərəfnamə» Azərbaycan  mədəniyyətinin  inkişaf etdiyi siyasi 



şəraiti öyrənmək baxımından dəyərli mənbədir. 

Mahmud bin Hidayətullah  Nətənzi (1531/32-ci ildə 

anadan olmuşdur) nəzərdən keçirilən dövr haqqında məlumatlar 

verən  müəlliflərdən biridir. Ruhani ailəsində anadan olmuş 

Mahmud  Nətənzi  gənc  ikən  tarixə  və  İlahiyyata dair kitablar 

oxumağa,  şeirlər  yazmağa mail idi. Onun ailəsi  Heratın  Səfəvi 

hakimi,  şah I Təhmasibin  qardaşı  Bəhram  Mirzə  tərəfindən 

himayə  olunmuşdu. Mahmud Nətənzi  «Nəqavat  əl-asar fi zikr 

əl-əxyar» (və ya «əxbar») («Ruhani  şəxslər  haqqında 

hekayətlərdən  ən  yaxşısı») adlı  əsərini 1590-1599-cu illər 

ərzində yazmışdır.

79

 2 cilddən ibarət olan əsərin I cildində 1576-



1587-ci  illərin  mühüm  hadisələri  öz  əksini  tapmışdır. II cilddə 

isə  şah I Abbasın  hakimiyyətinin ilk 11 ili ətraflı  şəkildə 

işıqlandırılmışdır. Şah I Abbasın taxta çıxmasına qədərki dövrün 

bir  çox  hadisələri Mahmud Nətənzidən  əvvəlki  salnaməçilər 

tərəfindən ya xatırlanmamış, ya da həmin  hadisələr  ətraflı 

şəkildə  təsvir  olunmamışdır.  Əsasən  şəxsi  müşahidələrinə 

istinadlanmış Mahmud Nətənzi  dövrünün siyasi fakt və 

hadisələrinə  xüsusi fikir vermişdir.  Müəllifin  nəinki  hadisələri, 

habelə  həmin  hadisələri  doğurmuş  səbəbləri  şərh  etməyə meyli 

əsərin nəzərəçarpan cəhətlərindəndir.

80

 

XVI-XVII  əsrlərin  Azərbaycan  mədəniyyətinin  mühüm 



faktları  barədə  dəyərli  məlumatlar  verən  digər  müəllif 

İsgəndərbəy  Münşidir. Bu Azərbaycan  tarixçisi  də  əsərlərini 

farsca  yazmışdır. O, 1560-1634-cü  illər  ərzində  yaşamış, saray 

tarixçisi,  şair  və  xəttat  olmuşdur.

81

  İsgəndərbəy  Münşi 



(Türkman) «Tarixe-aləmaraye  – Abbasi» («Aləmi  bəzəyən 

Abbasın tarixi») əsərini  təqribən 1630-cu ildə  tamamlamışdır. 




 

 

36 



Əsər müqəddimədən, girişdən və iki cilddən ibarətdir.

82

 Dövrün 



başlıca hadisələri onun əsərində öz əksini tapmışdır. Məhəmməd 

Xudabəndənin (1578-1587) və  Şah I Abbasın (1587-1629) 

dövründə divan katibi kimi yüksək vəzifədə olmuş İsgəndərbəy 

Münşi (Türkman) Səfəvi dövlətinin maliyyə işləri ilə də məşğul 

idi. O, bir sıra  hərbi  yürüşlərdə  və  səfərlərdə  iştirak  etmiş, 

minlərlə  azərbaycanlı  rəssamın,  şairin,  xəttatın  və  sənətkarların 

zorla  İranın  vilayətlərinə  köçürülməsinin  şahidi  olmuşdur. 

İsgəndərbəy 

Münşi 

«Tarixe-aləmaraye-Abbasi» əsərində 



Səfəvilər  dövründə  Azərbaycan  (türk) dilinin rolu haqqında da 

məlumatlar 

vermişdir. 

Həmin 


müəllifin 

«Zeyle-tarixe-

aləmaraye-Abbasi» («Aləmi 

bəzəyən 


Abbasın tarixinin 

davamı») adlı  digər,  yarımçıq  qalmış  əsəri  də  vardır.

83

  Əsərdə 



Şah I Səfinin hakimiyyətinin ilk 5 ili də təsvir olunur. 

XVI  əsrdə  naməlum  müəllif  tərəfindən fars dilində 

yazılmış  digər  mənbə  «Tarixe-Şah-İsmaile-Səfəvi» («Şah 

İsmayıl  Səfəvinin tarixi») əsəridir.  Əsərdə  Şah I İsmayılın 

fəaliyyəti, dövrün ictimai-siyasi çəkişmələri təsvir edilir. Əsərin 

adı  şərti  səciyyə  daşıyır.

84

  Şah I İsmayılın  əcdadları  haqqında 



məlumat  əsərin  giriş  hissəsini  təşkil edir. Əsərdəki  məlumatlar 

ictimai, siyasi, dini amillərin  mədəniyyətin inkişafına  təsirini 

öyrənmək baxımından maraqlıdır. 

Xondəmir  (Xandəmir)  Qiyasəddin ibn Hümaməddin  əl-

Hüseyni (1475, Herat-1535, başqa məlumata görə 1536/37) İran 

(fars)  tarixçisidir. O, öncə  Teymurilərin, 1507-ci ildən 

Səfəvilərin  və 1528-ci ildən  isə  böyük Moqol hökmdarlarının 

saray  tarixçisi kimi fəaliyyət  göstərmişdir. Bu cəhət onun 

ictimai-siyasi, tarixi görüşlərinin  genişliyinə  səbəb  olmuşdur. 

Tarixçinin 3 cilddən  ibarət olan «Həbib  əs-siyər fi əxbar  əfrad 

əl-bəşər» («Görkəmli adamlar haqqında  xəbərləri  təsvir  edən 

dost») əsərində  İranın  və  qonşu  ölkələrin  ən  qədim  dövrlərdən 

1524-cü  ilədək olan tarixi təsvir olunur.

85

  Əsər 1520-1524-cü 



illər arasında  yazılmışdır. «Kitabda nəzəri cəlb edən ən maraqlı 

məsələlərdən biri dinin iki məzhəbinə-şiəliyə  və  sünniliyə 

xidmət  edən  və bir-biriləri  ilə daim müxalifətdə olan Osmanlı-

Səfəvi dini-ideoloji mübarizəsinin əks etdirilməsidir».

86

 «Dəstur 




 

 

37 



əl-vüzəra» («Vəzirlərə  göstəriş») və  «Hümayunnamə»  əsərləri 

də onun hadisələrə  fəal  münasibətini  əks etdirir. Xondəmirin 

əsərlərində  Azərbaycanın  mədəni  inkişafına dair məlumatlar 

epizodik səciyyə daşıyır. Onun Səfəvilər dövlətinin banisi Şah I 

İsmayıl  Xətainin  fərdi  xüsusiyyətlərinə dair verdiyi məlumatlar 

daha maraqlıdır.

87

 

XVII  əsrin saray tarixçiləri  olmuş  Məhəmməd Tahir 



Vəhidin  («Abbasnamə» əsəri),  Vəliqulubəy  Hacı Davudqulu 

oğlunun,  Məhəmməd Yusif Qəzvininin,  Şeyx  Hüseyn ibn Şeyx 

Abdal Zahidinin fars dilində yazdıqları əsərlərdə

88

 dövrün hərbi-



siyasi  çəkişmələrinə daha çox fikir verilmişdir. Bu əsərlərdən 

XVII  əsrdə  mədəniyyətin  əlverişli olmayan siyasi şəraitdə 

inkişaf etdiyi bəlli olur. XVI-XVII əsrlərin  fərman  və 

sənədlərində

89

  Azərbaycan  mədəniyyətinin  inkişafına dair 



məlumatlar  çox  cüzidir. Bu fərman  və  sənədlərin  bəzilərində 

dinin, dini idarələrin rolu barədə məlumatlar vardır. 

XVIII  əsrdə  yaşamış alban katolikosu Yesayi Həsən-

Cəlalyanın  «Alban  ölkəsinin  qısa tarixi» əsərində 1702-1722-ci 

illərin tarixi fakt və  hadisələri  öz  əksini  tapmışdır.

90

  Əsərdə 



başlıca  diqqət  dövrün siyasi, hərbi  hadisələrinin  təsvirinə 

yönəldilmişdir. Əsər müəllifi XIII əsrdə Qarabağın Aşağı Xaçın 

ərazisində hakim olmuş  Həsən  Cəlalın  nəslindən idi. Həsən 

Cəlalın soykökü isə öz növbəsində Mehranilər sülaləsindən olan 

böyük alban knyazları  nəslinə  bağlı  olmuşdur.  Həsən  Cəlal 

nəslindən olan hökmdarlar uzun müddət ərzində ənənəvi olaraq 

Albaniyanın katolikosu vəzifəsini  də icra etmişlər. 1240-cı  ildə 

Xaçınçayın sol sahilində,  sıldırım  dağın  geniş  ərazisində  Həsən 

Cəlalın tikdirdiyi Qanzasar monastırı  əsrlərlə  erməni  kilsəsinin 

təzyiqinə  məruz qalan alban mədəniyyətinin  sığındığı  obyektə 

çevrilmişdi. Monqollar tərəfindən 1261-ci ildə  öldürülmüş 

Həsən  Cəlal bu monastırda  dəfn  olunmuşdur. 1511-ci ildən 

etibarən Qanzasar monarstırı alban katolikoslarının 

iqamətgahına  çevrilmişdi. Katolikos Yesayi Həsən-Cəlalyan 

alban patriarx taxtına 1702-ci ildə  seçilmış, bu vəzifəsini 

vəfatınadək (1728-ci ildə)  yerinə  yetirmişdir. Bu şəxs XVIII 

əsrin  əvvəllərindən  Cənubi  Qafqazı  işğal  etməyə can atan 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə