Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə8/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   4   5   6   7   8   9   10   11   ...   143

 

 

23 



ərib» əsəri  xüsusi  yerlərdən birini tutur. Alimin digər  «Mücəm 

əl-buldan» və  «Kitab  əl-müştərik» əsərləri  isə bu janra aid 

olmasalar da, azərbaycanlılar və onların dili, dini, dünyagörüşü, 

incəsənət,  beynəlxalq  əlaqələr  və s. haqqında  məlumat 

verirlər».

29

  Müəllifin  «həm  coğrafi,  həm  də  ədəbi  lüğətləri 



Azərbaycanın  məşhur  şəxsiyyətlərinin  adlarını  üzə  çıxarmaqla 

yanaşı monqollara qədərki  dövrün elmi həyatı, o cümlədən 

Azərbaycanla  müsəlman  dünyasının  digər  ölkələri  arasında  baş 

verən elmi-ədəbi  əlaqələri  öyrənmək  baxımından olduqca 

qiymətli mənbələrdir».

30

 Coğrafi lüğət olan «Mücəm əl-buldan» 



böyük kompilyativ əsərdir.  «Burada  çoxu  bizə  gəlib  çatmayan 

yüzdən artıq ilk mənbədən istifadə edilmişdir».

31

 

Ərəb  müəllifi  İbn  əl-Füvatinin (1244-1326) «Təlxis  məc-



mə  əl-ədəb fi mücəm  əl-əlqəb» («Ləqəblər  lüğətindəki 

məlumatların  qısaldılmış toplusu») adlı  əsərinin  Azərbaycan 

mədəniyyətinin XIII əsrin II yarısında  – XIV əsrin  əvvəlindəki 

inkişafı prosesini öyrənmək  üçün  böyük  əhəmiyyəti  vardır. 

Araşdırıcıların ixtiyarında olan bu əsər vaxtilə 50 cilddən ibarət 

olmuş  böyük  əsərin  yalnız  müxtəsər  formasıdır.

32

  Bağdadda 



anadan olmuş, 14 yaşında monqollara əsir düşmüş ibn əl-Füvati 

dövrünün  məşhur astronomu və elm təşkilatçısı,  dövlət xadimi 

Nəsirəddin Tusinin təklifi  ilə  Marağa  rəsədxanası  nəzdində 

olmuş 


kitabxananın xazini (mühafizəçisi) 

vəzifəsində 

çalışmışdır. O, ömrünün 56 ildən  artıq qismini öncə  Marağa 

rəsədxanasının kitabxanasında (burada 400 min cild kitab vardı) 

və  əl-Müstənsiriyyə  mədrəsəsinin  kitabxanasında (80 min cild) 

çalışmış,  oradakı kitablardan lazımınca  bəhrələnmişdir.  İbn  əl-

Füvati mahir xəttat kimi tanınmış,  dövrün bir çox elmi 

biliklərinə  yiyələnmiş, bir sıra  dövlət  vəzifələrində  olmuş, 

tərcüməçi kimi də  fəaliyyət  göstərmişdir.

33

 Onun əsərində 



dövrün  tanınmış  Azərbaycan  alimləri,  mədəniyyət  xadimləri, 

ilahiyyatçıları,  onların  Azərbaycanda,  habelə  İslam  Şərqinin 

başlıca  mədəniyyət  mərkəzlərində  fəaliyyətinə dair mühüm 

məlumatlar  vardır. Bu əsərdə 19 mədrəsə,  xüsusilə  Bağdadda 

fəaliyyət  göstərmiş  mədrəsələr  haqqında  məlumatlar verilir.

34

 



Həmin  mədrəsələrin  çoxunda  dövrün  Azərbaycan  mədəni 


 

 

24 



xadimləri 

təhsil 


almış, 

müəllimlik etmişdir. «Təlxis» 

Azərbaycan  mədəniyyəti tarixi üzrə  qiymətli  mənbədir  və 

özündə  başqa  mənbələrdə olmayan, az tanınan  və nadir 

məlumatları ehtiva edir».

35

 



Dövrün 

Azərbaycan 

mədəniyyətinin 

araşdırılması 

gedişində  əhəmiyyət  kəsb  edən  ərəbdilli  mənbələrdən biri də 

Bədrəddin Mahmud əl-Ayninin (1363-1451) «İqd  əl-cuman fi 

tarix  əhl  əz-zaman» («Dövrün  şəxsiyyətlərinin tarixi haqqında 

mirvari  boyunbağı») əsəridir.

36

  «Öncə 24 cilddən  ibarət  olmuş 



bu  əsər 8 cild halına  salınmış, daha sonra isə 4 cilddə  təqdim 

olunmuşdur».

37

  Mənşəcə  türk  olmuş  Bədrəddin Mahmud əl-



Ayni Misirin türk mənşəli məmlük sultanlarına xidmət etmiş, bir 

neçə  məntəqədə  baş  qazı  vəzifəsini  yerinə  yetirmiş, uzun 

müddət diplomatiya sahəsində çalışmış, mədrəsədə tarix, hüquq, 

hədis, qrammatika fənlərindən  mühazirələr  oxumuşdur. O, 

Qahirə şəhərində Ayniyyə mədrəsəsini təsis etdirmişdi.

38

 Əsərin 



Azərbaycan  tarixilə  bağlı olan IV cildi 1224-cü il hadisələrinin 

təsviri  ilə  başlanır.

39

  Dövrün (XIII-XV əsrin I yarısı)  başlıca 



hərbi-siyasi, diplomatik hadisələri bu cilddə öz əksini tapmışdır. 

Bu  dövrdə  Azərbaycanda elmin müxtəlif  sahələrinin  əlverişli 

şəraitdə  inkişaf  etməsi  faktı  əl-Ayninin  əsərlərində  tədqiq 

olunur, dövrün tanınmış Azərbaycan alimlərinin adları sadalanır, 

Nəsirəddin Tusinin fəaliyyətinin  əsas  nəticəsi  olmuş  Marağa 

rəsədxanası 

barədə xeyli məlumat verilir.

40

 



Müəllif 

Azərbaycanda  memarlığın  inkişafı  faktına  xüsusi fikir vermiş, 

Əlişah  məsçidinin xarici görkəmi, daxili quruluşu,  fəaliyyəti 

haqqında  ətraflı  məlumat  vermiş,  Sultaniyyə  şəhərinin 

salınması, 

memarlıq 

komplekslərinin 

(«Arquniyyə», 

«Qazaniyyə», «Sultaniyyə» və s.) yaradılması məsələlərinə xeyli 

diqqət  yetirmişdir.  Əl-Ayni  inşaat  işlərində  minlərlə  insanın 

iştirak etdiyini xüsusilə qeyd edir.

41

 Bu mənbə məlumatlarından 



«belə bir nəticəyə  gəlmək olur ki, ilk monqol yürüşlərindən 

sonra potensialı zəifləmiş Azərbaycan mədəniyyəti tezliklə yeni 

inkişaf imkanları qazanmışdı… Əsrin II yarısından etibarən yeni 

qüdrətli dövlətin mərkəzinə çevrilən Azərbaycan mədəni inkişaf 

prosesində əski mövqeyini bərpa etdi. Vaxtilə Azərbaycanı tərk 



 

 

25 



etmiş alim və mütəfəkkirlər, mahir sənətkarlar vətənə qayıtdılar, 

hakim  sülalənin  himayəçiliyi  şəraitində  fəaliyyətlərini davam 

etdirdilər».

42

  Təbiidir ki, Bədrəddin Mahmud əl-Ayni  müasiri 



olmadığı  zamanların tarixi hadisələrini,  faktlarını  ərəbdilli, 

farsdilli  mənbələrdən  əxz  etmiş,  həmin  məlumatları  öz  əsərinə 

əlavə  etmişdir.  Beləliklə, uzun müddət  ərzində  həyat  və 

fəaliyyəti, başlıca əsəri xüsusi araşdırma obyektinə çevrilməmiş 

Bədrəddin Mahmud əl-Ayninin  Azərbaycan  mədəni  mühiti  ilə 

bağlı olan məlumatları bizim üçün çox mühümdür. 

İran  tarixçisi,  coğrafiyaşünası  Həmdullah Mustovfi əl-

Qəzvininin (1281/82-1349/50) «Tarixi-qozide» («Seçilmiş 

tarix»), «Nüzhət 

əl-qülub» («Qəlblərin 

əyləncəsi»), 

«Zəfərnamə» əsərləri  vardır. O, vəzir  Fəzlullah  Rəşidəddinin 

yanında  maliyyə  məmuru  işləmişdir. Onun birinci əsərində 

xürrəmilər  hərəkatı,  Şirvanşahlar  sülaləsi,  Səlcuq  sultanları, 

Eldənizlər  sülaləsi, II əsərində  Azərbaycanın iqtisadi vəziyyəti, 

şəhərləri, elm və  mədəniyyət  xadimləri, monqolların  hücumu 

haqqında  məlumatlar verilir.

43

  Əsərlərini farsca yazmış bu 



müəllifin «Zeyle-tarixe-qozide» əsəri də vardır.

44

 



Zəkəriyyə ibn Məhəmməd ibn Mahmud əl-Qəzvini (1203-

1283)  ərəb  tarixçisi  və  coğrafiyaşünasıdır. Onun «Asar  əl-bilad 

və  əxbar  əl-ibad»  («Ölkələrdəki  abidələr  və allah bəndələri 

haqqında  xəbərlər») əsərində (1275-1276-cı  ildə tamam-

lanmışdır)  Azərbaycanın  şəhərləri,  Xətib  Təbrizi, Nizami 

Gəncəvi, Xaqani Şirvaninin  həyat  və  fəaliyyətinə dair 

məlumatlar da vardır.  Azərbaycan alimi Əbdürrəşid Bakuvi 

özünün  «Abidələrin» xülasəsi  və  qüdrətli  hökmdarların  mö-

cüzələri» («Kitab  təlxis  əl-asar va acayib əl-malik  əl-qahhar») 

əsərini yazarkən Zəkəriyyə Qəzvininin bu coğrafi əsərinə istinad 

etmişdir.

45

 



Zeynəddin bin Həmdullah  əl-Qəzvini XIV əsrin  İran 

tarixçisidir, Həmdullah Qəzvininin oğludur. O, atasının «Tarixi-

qozide» əsərinə 1341-1392-ci illərdə  Azərbaycanda  və  İranda 

baş  vermiş tarixi hadisələrin  təsvirini  artırmışdır.  Əsərdə bu 

dövrün  başlıca  hərbi-siyasi  hadisələrinin  təsviri verilir və bu 

hadisələrin 

mədəni 

mühitə 


təsiri 

dərəcəsini 

öyrənmək 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə