Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə10/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   6   7   8   9   10   11   12   13   ...   143

 

 

29 



yaratmışdı. Hafiz Əbru (1430-cu ildə  vəfat  etmişdir)  və 

Tacəddin  əs-Səlmani  həmin  tarixçi-salnaməçilərin  arasında 

xüsusilə  fərqlənənləri  olmuşdur.  Tacəddin  əs-Səlmani 1409-cu 

ildə Teymurilər sarayında baş vermiş çevriliş cəhdində iştirakına 

görə bir dəstə  şəxslə  birgə  həbs  olunmuş,  ağır  cəzaya  məhkum 

edilmişdi.

55

  «Tarixnamə» əsəri  müəllifi  həbs  olunduğu, 



cəzalandırıldığı üçün  yarımçıq qalmışdır. Teymuri hökmdarının 

Azərbaycanı  işğal  etmək, onu öz  təsiri  dairəsində saxlamaq 

cəhdləri  Tacəddin  əs-Səlmaninin  əsərində  aşkar  şəkildə  təsdiq 

olunur.  Müəllif  əsas  diqqətini  dövrün  hərbi-siyasi fakt və 

hadisələrinə yönəltmişdir. 

Şərəfəddin  Yəzdi  XV əsrin  İran  tarixçisi  olmuşdur. O, 

Teymuri hökmdarı Şahruxun (1405-1447) sarayında yaşamışdır. 

Şahrux  dünyasını  dəyişdikdən sonra bu tarixçi bir müddət 

Yəzddə  yaşamış  və 1454-cü  ildə oradaca vəfat  etmişdir. O, 

əsərlərini fars dilində  yazmışdır. Onun 1424/25-ci ildə bitirdiyi 

əsər  müxtəlif adlarla tanınır: «Zəfərnamə», «Zəfərnameyi-

Teymuri», «Fəthnameyi-Sahibqrani», «Tarixe-cahanguşaye-

Teymuri». 3  «məqalə»dən ibarət olacaq (müəllifin fikrinə görə) 

bu  əsərin  yalnız  1 «məqalə»si (Əmir Teymura həsr  olunmuş 

qismi)  araşdırıcıların  ixtiyarındadır  (Güman olunur ki, əsərin 

sonrakı  2 «məqaləsi» ya  yazılmamış, ya da bizədək  gəlib 

çatmamışdır).  Mötərizədə olan «fikrin birinci hissəsi  ilə 

razılaşmaq olar».

56

  Beləliklə,  Şahruxa  xidmət  etmiş  tarixçi  «öz 



hökmdarının» və bu hökmdarın  oğlunun  «qələbələrini» qələmə 

almaq  imkanı  tapmamışdır.  Müəllif  dövrün  hərbi-siyasi 

çəkişmələrinə daha çox fikir vermiş,  Əlincə  qalasının 14 illik 

mühasirəsinə, Sultan Əhməd  Cəlairiyə  və Qara Yusifə  diqqət 

yetirmişdir.  Əsərin  Azərbaycana aid olan hissələri bunlarla 

məhdudlaşır. 

Əbdürrəzzaq  Səmərqəndi (1413, Herat-1482, orada) uzun 

müddət Teymurilərin sarayında (Səmərqənddə) xidmət etmişdir. 

1463-cü  ildən  isə o, Sultan Şahruxun  Heratdakı  xanəgahının 

şeyxi  olmuşdur. O, fars dilində  yazdığı  «Mətlə  əs-sədeyn  və 

məcmə  əl-bəhreyn» («İki  xoşbəxt ulduzun doğulması  və iki 

dənizin qovuşması») əsərində

57

 1304-1470-ci illərin hadisələrini 




 

 

30 



əks  etdirmişdir.  Əsərin II cildində  Çobanilər,  Cəlairilər, 

Qaraqoyunlular, 

Şirvanşahlar, 

Teymurilərin 

Azərbaycana 

yürüşləri,  onların  Şirvanşahlarla  münasibətləri,  Azərbaycanda 

baş vermiş üsyanlar haqqında məlumatlar vardır. 

Əbubəkr ət-Tihrani əl-İsfahani XV əsrin İran tarixçisi idi. 

O, öncə Teymuri Şahruxa, 1452-ci ildən sonra Qaraqoyunlulara 

xidmət  etmiş,  hərbi  yürüşlərdə  iştirak  etmiş,  Cahanşahın 

ölümündən sonra Qəzvində yaşamış, 1469-cu ildə Uzun Həsənin 

dəvətilə  Ərdəbildə onun xidmətinə  keçmiş, onun yaxın 

şəxslərindən birinə çevrilmişdi. Bu şəxs bir müddət Ağqoyunlu 

hökmdarı Uzun Həsənin sarayında münşi (katib) olmuş və onun 

sifarişilə  «Kitabi-Diyarbəkriyyə» əsərini  yazmışdır.  Əsərdə 

Uzun Həsənin hakimiyyəti illəri, Qaraqoyunlular və Teymurilər 

barədə  məlumat verilir. Bu əsər  Azərbaycan tarixini öyrənmək 

üçün mühüm mənbədir. 

Fəzlullah ibn Ruzbihan Xuncinin (yaxud Xunəcinin) vəfatı 

tarixi dəqiq bəlli deyildir. O, İsfahanda anadan olmuş, gənc ikən 

Hicaza  getmiş,  Məkkə  və  Mədinədə  təhsil  almış, 1487-ci ildə 

Təbrizə  (Ağqoyunlu Sultan Yaqubun sarayına)  gəlmiş  və 

Ağqoyunlu  dövlətinin tarixini yazmağa  başlamışdı. I İsmayılın 

hakimiyyətə  gəlməsindən sonra o, Kaşanda 3 il yaşamış, 

ölkədən  qaçaraq  Şeybani  Məhəmməd xana (Səmərqənddə) 

xidmət  etmişdir (1510-cu ilədək). O, 1512-13-cü  ildə  Şeybani 

Übeydulla xana xidmətə başlamış, 1514-1515-ci ildə onun üçün 

«Süluk əl-müluk» əsərini yazmışdır. «Onun «Tarixe-aləmaraye-

Əmini» adlı    əsəri  Əbubəkr Tihraninin əsərinin  bilavasitə 

davamı»  hesab olunur.

58

  «Tarixe-Əmini»də  Səfəvi  sülaləsinin 



əcdadlarının dini etiqadı,  onların  islamın  sünni  məzhəbinə 

mənsub olmasına dair ən nadir dəlillərindən biri vardır. «Tarixe-

Əmini» müəllifinin  Ərdəbil  şeyxlərinə  mənfi  münasibətinə 

baxmayaraq onun əsərində  heç bir digər  mənbədə  təsadüf 

etmədiyimiz xeyli çox  maraqlı  təfərrüata rast gəlirik.  Şeyx 

Heydərin  öz  ardıcıllarına  Şəriətin  qadağan etdiyi təlimi  və 

«Babək  Xürrəmilərinin»  qanununu  təbliğ  etməsi  haqqındakı 

məlumat  müstəsna  əhəmiyyətə malikdir ki, qızılbaşlar  arasında 

sosial  bərabərlik  haqqında  əski  Babəki  ideyaları  yayılmışdı. O 



 

 

31 



da təsadüfi deyildir ki, Səfəviləri Qaradağ və Talış vilayətlərinin 

əhalisi  dəstəkləyirdi. Bu vilayətlər  vaxtilə  Babəkin  başçılığı 

altında baş vermiş hərəkatın ocağı olmuşdur».

59

 Əsərin qızılbaş 



ideologiyasına,  Ərdəbil  şeyxlərinin  fəaliyyətinə  həsr  olunmuş 

hissəsində  müəllifin  öncə  sünni  olmuş  nəslin  nümayəndələrinə, 

hərəkata  düşmən  münasibəti  (əsər  müəllifi  qatı  sünni idi) 

aşkardır.

60

 Bu əsər  Azərbaycan tarixinin, milli mədəniyyət 



tarixinin öyrənilməsi üçün qiymətli mənbədir. 

Mir  Yəhya ibn Əbdüllətif  əl-Hüseyni  əl-Qəzvini (1481-

1555)  İran  tarixçisidir.  Onun farsca yazılmış  və 4 hissədən 

ibarət olan «Lübb  ət-təvarix» («Tarixlərin  özəyi») adlı  əsəri 

ümumtarix 

səciyyəsi 

daşıyır. 

Əsərdə Qaraqoyunlu və 

Ağqoyunlu sülalələri (III hissənin V fəsli), habelə Səfəvilər (IV 

hissə)  haqqında da məlumatlar verilir. Dövrün  başqa 

mənbələrində olmayan qısa, lakin dolğun ictimai-iqtisadi 

səciyyəli materiallarla zəngin olan bu əsərdə I İsmayılın 

fəaliyyətinə  xüsusi  diqqət yetirilir.

61

  Həmin  əsər  dövrün 



öyrənilməsi üçün mühüm mənbələrdən biridir. 

Ümumiyyətlə, təqribən XIV əsrdən etibarən Yaxın və Orta 

Şərq  bölgəsində,  eləcə  də  Azərbaycanda  baş  vermiş  hadisələri 

əks  etdirən tarixi mənbələr,  müxtəlif  məzmunlu  sənədlər fars 

dilində  tərtib  olunmuşdur.  Həmin  əsərlər  və  sənədlər  müxtəlif 

xalqların  nümayəndələri  tərəfindən  tərtib  edilmiş,  mövcud 

sülalələrin, hakim dairələrin siyasi-ideoloji mövqeyini  əks 

etdirmişdir. XVI-XVIII əsrlərdə 

də 

yazılmış 



əsərlərin 

əksəriyyətində müəlliflər əsasən müasiri olduqları dövrün hərbi, 

siyasi  faktlarına  diqqət  yetirmiş,  mədəniyyətin  inkişafına dair 

cüzi  məlumatlar  vermişlər. Dinamik hərbi-siyasi  mühitlə 

səciyyələnən orta çağlarda  tarixçilərin  əsasən siyasi məsələlərə 

üstünlük  verməsi  təbii hal idi. «Orta  əsrlərdə  tarixçilik  işinin 

əsasən saraylar nəzdində  təşkil  edilməsi  tarixçilərin  və 

vəqiənəvislərin  istər siyasi, istərsə  də maddi cəhətdən 

hökmdarlardan  asılılığı  ilə  əlaqədar idi. Belə  tarixçilərin  əsas 

vəzifəsi hökmdarı tərifləmək, onun mütləq hökmranlıq iddiasını 

əsaslandırmaq 

olduğundan, onlar əsərlərində 

dövrün 

nöqsanlarını ört-basdır etməyə, cinayətlərə bəraət qazandırmağa, 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə