Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə11/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   7   8   9   10   11   12   13   14   ...   143

 

 

32 



qəddarlıqları 

müsbət 


tədbirlər kimi qələmə 

verməyə 


çalışmışlar».

62

 Qeyd etmək lazımdır ki, indiyədək dövrünün fakt 



və  hadisələrinə tam, obyektiv qiymət  vermiş saray tarixçisi 

olmamışdır. «Nifrətsiz  və  tərəfkeşlik olmadan yazmaq tələbi 

antik tarixçilər, ümumiyyətlə bütün tarixçilər üçün əlçatmaz arzu 

idi».


63

 

Əsərlərindəki qeyri-obyektivlik təzahürlərinə 



baxmayaraq,  Həsənbəy Rumlu, İsgəndərbəy  Münşi  (Türkman), 

Şərəfxan Bidlisi kimi XVI-XVII əsr  müəlliflərinin  məlumatları 

Azərbaycan tarixinin araşdırıcıları üçün əvəzsizdir. 

1530-1531-ci illərdə anadan olduğu təxmin olunan, vəfatı 

tarixi  bəlli olmayan Həsənbəy Rumlunun «Əhsənüt-təvarix» 

(«Tarixlərin  ən  yaxşısı») adlı, farsca yazılmış  ümumtarix  əsəri 

«XVI əsrin  ən  qiymətli tarixi mənbələrindəndir».

64

 Qum 



şəhərində anadan olmuş Həsənbəy Rumlu Azərbaycanın Rumlu 

tayfasından idi. Uşaq  ikən  atasını  itirmiş bu şəxs I Təhmasibin 

(1524-1576)  məşhur  əmirlərindən  olmuş  babası  Əmir Sultan 

Rumlunun  himayəsində  böyümüşdür.  Həsənbəy bir müddət 

Qəzvin şəhərində yaşamış, 1539/40-cı ildə babasının ölümündən 

sonra  ailə  ənənəsinə sadiq qalaraq şah  qvardiyasında  (qorçi 

dəstəsində) xidmətə başlamışdı. O, I Təhmasibin bir neçə hərbi 

yürüşünün iştirakçısı olmuşdur. Həsənbəy Rumlu 1576-cı ilədək 

sarayda  yaşamış, II İsmayılın (1576-1577) hakimiyyəti  zamanı 

Qum  şəhərinə  köçərək saray mühitindən  uzaqlaşmağa 

çalışmışdı. 1578-ci ildə yeni Səfəvi şahı Məhəmməd Xudabəndə 

(1578-1587) onu yenidən saraya cəlb etmişdi. Həsənbəy Rumlu 

şah  tərəfindən  hörmətlə  qarşılanmış  və  «şaha  yaxın adamlar» 

zümrəsinə daxil olunmuşdu.

65

 Əsərdəki  «hadisələrin təsviri 985 



(1577/78)-ci ili də əhatə etdikdən sonra qırılır və əsər natamam 

qalır.  Təəssüf ki, Həsənbəy Rumlunun nə  qədər  yaşaması  və 

salnaməsini  nə  səbəbə tamamlaya bilməməsi  barədə  heç bir 

məlumat yoxdur».

66

 10 cilddən ibarət olan bu əsərin



67

 yalnız son 

2 cildi müasir araşdırıcıların ixtiyarındadır. XVI əsr Azərbaycan 

mədəniyyətinin  yüksəliş  xəttilə  inkişafı  zamanı  olduğuna  görə 

Həsənbəy Rumlu da həmin  gerçəkliyin  fraqmentlərini  öz 

əsərində  əks  etdirmişdir. «Mənbədə  məşhur  şəxsiyyətlər, o 

cümlədən  şairlər,  tarixçilər,  alimlər  haqqında bioqrafik qeydlər 



 

 

33 



edilmişdir».

68

  Əsərdə  Şirvan,  Şəki  və  Azərbaycanın  cənub 



vilayətləri  başlıca  diqqət  obyektləridir. «Dünyanın bir çox 

şərqşünaslarının «Əhsənüt-təvarüx»ə dönə-dönə müraciət etməsi 

faktı da onun əhəmiyyətini göstərən amillərdən biridir».

69

 



Səfəvilər  sarayında  xidmət  etmiş,  xəttat,  münşi  və  vəzir 

olmuş  İran  tarixçisi Qazi Əhməd Qumi (1546-təqribən 1606) 

dövrün  Azərbaycan  mədəniyyətinin  araşdırılmasına  yardım  edə 

bilən,  dəyərli  məlumatlar  verən orta əsr  müəlliflərindəndir. O, 

ömrünün sonunda Hindistana köçmüş, Moqol hökmdarı 

Cahangirin  sarayında  yaşamışdır. Qazi Əhməd Qumi «Xülasət 

ət-təvarix», «Gülüstani-hünər», «Məcmə əş-şüəra» kimi məşhur 

əsərlərin müəllifidir. Onun digər əsərləri də vardır. Qazi Əhməd 

Qumi 

«Xülasət  ət-təvarix» əsərini 6 cilddə  yazmağı 



planlaşdırmışdı, lakin VI cildi müəllifin bitirib-bitirmədiyi 

məlum deyildir.

70

 Qazi Əhməd Qumi əsərdə ilk dörd cildin adını 



çəkmir, lakin V cildin yazılmasına 12 il vaxt sərf etdiyini qeyd 

edir.


71

  Əsərin  dövrümüzədək  yalnız ilk Səfəvi  şahlarından 

başlamış 1591-ci ilə  qədərki  hadisələri  əks  etdirən son qismi 

gəlib  çatmışdır.  Əsərdə  Azərbaycanın siyasi, iqtisadi, ictimai 

tarixinə,  mədəni  həyatına dair məlumatlar  vardır.  Müəllif  Şərq 

tarix elminin ənənəsinə sadiq qalaraq əsərini  Səfəvilər 

xanədanının  geneologiyası  (nəsəb  səcərəsi)  ilə  başlayır. Qazi 

Əhməd Qumi sülalənin banisi Şeyx  Səfiəddinin  həyat  və 

fəaliyyətini  ətraflı  şəkildə  təsvir  etdikdən sonra onun varisləri 

barəsində  qısa  qeydlər  vermişdir.  Əsərdə  hadisələr xronoloji 

ardıcıllıqla  təsvir  olunmuşdur. Qazi Əhməd Qumi bildirir ki, o 

«Xülasət ət-təvarix» əsərini Şah II İsmayılın təklifilə yazmış və 

şahın istəyinə uyğun olaraq əsərini Əbdürrəzzaq Səmərqəndinin 

(1413-1482) «Mətlə  əs-sədeyn…» üslubunda  tərtib  etmişdir.

72

 

Qazi  Əhməd  Səfəvilər  sarayındakı  çəkişmələr,  fitnə-fəsadlar 



nəticəsində XVI əsrin  sonlarına  doğru  artıq saraydan 

uzaqlaşdırılmış,  Şah I Abbasın  «gözündən  düşmüş», şahın 

«xoşlamadığı» şəxslərdən birinə çevrilmişdi. O, dövrün tanınmış 

tarixçisi,  xəttatı  olmuş  İsgəndərbəy  Münşinin  müəllimi idi. 

«Onun  yazdığı  əsərlərdən  məlum olur ki, Qazi Əhməd 

Azərbaycana xüsusi rəğbət bəsləmiş və Azərbaycan (türk) dilini 




 

 

34 



mükəmməl bilmişdir».

73

 Farsca yazılmış  «Xülasət ət-təvarix»də 



xeyli  Azərbaycan  sözü, atalar sözləri,  türk  dilində bir neçə  şeir 

və  məktub  vardır. Qazi Əhməd  həm  «Xülasət  ət-təvarix», həm 

də  «Gülüstani-hünər» əsərində  azərbaycanlı  alimlər,  şairlər, 

rəssamlar,  xəttatlar  haqqında  böyük  həvəslə,  ətraflı  surətdə 

məlumat verir. Qazi Əhməd Qumi Azərbaycanda  baş  vermiş 

hadisələrə  xüsusi yer ayırır. Onun Sultan Məhəmməd,  Mirzə 

Əli, Mir Seyid Əli,  Sadiqbəy  Əfşar, Mir Əli  Təbrizi,  Cəfər 

Təbrizi,  Əli Rza Təbrizi  haqqındakı  məlumatları  xüsusilə 

diqqətəlayiqdir. Qazi Əhmədin 1597-ci ildə  tamamladığı 

«Gülüstani-hünər» əsərində  Azərbaycan  mədəniyyət  faktları 

daha çox xatırlanır. Müəllifin ilk əsəri olmuş «Məcmə əş-şüəra» 

6 cilddən  ibarət idi. Qazi Əhmədin  «Xülasət  ət-təvarix»də 

yazdığına görə, həmin traktatın əlyazması hələlik tapılmamışdır. 

Burada  «Azərbaycanın,  İran  və  Ərəbistanın alim və  şairlərinin 

həyatı  haqqında  məlumat verilir».

74

 Qazi Əhməd Qumi 



«Gülüstani-hünər» əsərini yazarkən özündən öncə yaşamış XVI 

əsr 


tarixçisi Mustafa Alinin «Mənaqibi-hünərvəran» 

(«İstedadlıların  ləyaqəti») adlı  əsərinin  quruluşundan  istifadə 

etmişdir. «Gülüstani-hünər»də Qum, Herat, Qəzvin  və  Təbriz 

şəhərlərindəki  memarlıq  obyektləri  haqqında da məlumatlar 

verilir. «Burada  Təbrizdəki  Dəməşq  mədrəsəsi,  Süleymaniyyə 

məscidi,  Çahar minar, Müzəffəriyyə, Mir Məftülbənd  binası, 

Mir Sabit məqbərəsi,  Cahanşah  binası,  Nəsriyyə  mədrəsəsi 

haqqında bəhs edilir».

75

 Əsərdə 1555-ci ildən etibarən Səfəvilər 



dövlətinin  paytaxtına  çevrilmiş  Qəzvin  şəhəri  haqqında  geniş 

məlumat vardır. Əsərdən məlum olur ki, Şah I Təhmasib Çehel 

sütun  eyvanını  şəxsən  öz  əli  ilə  işləyib  bəzəmişdir.

76

  Beləliklə, 



Qazi  Əhməd Quminin «Xülasət  ət-təvarix» və  «Gülüstani-

hünər» əsərlərində  Azərbaycanın XVI əsr  mədəniyyətinə dair 

zəngin materiallar vardır. 

Şərəfxan ibn Şəmsəddin Bidlisi (1543-cü  ildə anadan 

olmuşdur,  vəfatı tarixi bəlli deyildir) fars dilində  «Şərəfnamə» 

əsərinin müəllifi kimi tanınmışdır. Mənşəcə kürd olmuş bu şəxs 

ana tərəfdən Səfəvi sülaləsi ilə qohum idi və müxtəlif vaxtlarda 

Şirvan  və  Naxçıvan hakimi vəzifəsini icra etmişdir. Sonralar 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə