Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə7/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   2   3   4   5   6   7   8   9   10   ...   143

 

 

20 



məcmuə səciyyəsi daşıyır. V.V.Bartoldun fikrincə, əl-Nədiminin 

bu  əsəri  «İslamın ilk dörd  əsrinin  ədəbiyyatı  və elmi haqqında 

daim  əsas  məlumat  mənbəyi olaraq qalacaqdır».

16

  Xürrəmilik 



təliminin,  hərəkatının  mənşəyi  və  Babək  haqqında  məlumatlar 

yalnız ən-Nədiminin bu əsərində qorunub saxlanmışdır. 

Əbu  İshaq  İbrahim ibn Məhəmməd  əl-Farisi  əl-İstəxri, 

951-952-ci 

ildə 

vəfat etdiyi ehtimal olunan



17

 

ərəb 



coğrafiyaşünası  və  səyyahı  olmuşdur. Onun İranın Fars 

vilayətindəki  İstəxr  şəhərində anadan olduğu  bəllidir. O, Yaxın 

və Orta Şərqin bir çox ölkələrini, eləcə də Azərbaycanı səyahət 

etmiş  və  təqribən 930-933-cü  illərdə  «Kitab  məsalik  əl-

məmalik» («Məmləkətlərin  yolları  kitabı») əsərini Orta Asiya 

coğrafiyaşünas alimi Əbu Zeyd ibn Səhl  əl-Bəlxinin (850-934) 

dövrümüzə  gəlib  çatmamış  «Süvar  əl-əqalim» («İqlimlərin 

təsviri») əsəri  əsasında  yazmışdır.  Əsərdə  İslam  ölkələrinin 

coğrafi, siyasi və iqtisadi vəziyyəti  barədə  məlumatlar  vardır. 

Əsərin  Azərbaycana aid olan hissələrini N.M.Vəlixanlı 

Azərbaycan  dilinə  tərcümə  etmişdir.

18

  Əsərdə X əsrin 



Azərbaycan  şəhərləri  haqqında  məlumatlar  vardır. 951-ci ildə 

Əbülqasım ibn Hövqəl tarixçi əl-İstəxrinin xahişilə onun əsərinə 

düzəlişlər  və  əlavələr  edərək  «Kitab  əl-məsalik  və-l-məmalik» 

(«Yollar  və  məmləkətlər  haqqında kitab») əsərini  tərtib 

etmişdir.

19

 



Əbülqasım  Übeydullah ibn Abdullah ibn Xordadbehin 

(Xurdazbih) «Kitab əl-məsalik və-l-məmalik» («Yollar və məm-

ləkətlər  haqqında kitab») əsəri

20

  dövrün  öyrənilməsi  üçün 



mühüm  mənbələrdən biridir. Mənşəcə fars olmuş  müəllif 

Bağdadda  təhsil  almış,  müxtəlif inzibati vəzifələrdə  çalışmış, 

xəlifə  Müstəsimin  dövründə (833-842) poçt  rəisi  («sahib  əl-

bərid  və-l-xəbər») olmuşdur.  Vəfatı tarixi dəqiq  bəlli olmayan 

bu  müəllifin  əsərində  Azərbaycanın iqtisadi həyatı, inzibati 

bölgüsü, vergi sistemi, şəhərləri  (Marağa,  Ərdəbil,  Bərdə, 

Təbriz, Urmiyə, Bərzənd, Varsan və b.) haqqında da məlumatlar 

vardır.  Coğrafi  səciyyə  daşıyan bu əsər  dövrünün  bütün  yazılı 

mənbələri  ilə  tanış  olmuş  və onlardan tam istifadə  etmiş  şəxsin 

fəaliyyətinin  nəticəsidir.  Əsər  müəllifinin 2 nisbəsi  vardı:  «Əl-




 

 

21 



Xorasani»  onun bu vilayətdən  olduğunu,  «əl-Farisi» isə  sadəcə 

fars  olduğunu bildirirdi.

21

  Məlumat  zənginliyi  baxımından ibn 



Xordadbehin  əsəri  ərəb  coğrafi  ədəbiyyatının  elə  əsərləri 

sırasındadır ki, «bunlarsız orta əsrlər  Xilafətinin tarixini tədqiq 

etmək olmaz».

22

  İbn Xordadbehin dövrün  tələblərinə  uyğun 



surətdə  tərtib  olunmuş  «Kitab  əl-məsalik  və-l-məmalik» əsəri 

tədqiqaçının ona lazım olan məlumatları tapa biləcəyi,  bizədək 

gəlib çatmış, təsviri səciyyə daşıyan ilk coğrafi əsərdir».

23

 



Şəmsəddin ibn Abdullah Məhəmməd ibn Əbubəkr  əl-

Müqəddəsi  (Əl-Məqdisi) 946/47-1000-ci illərdə  yaşamışdır. O, 

«Əhsən  ət-təqasim fi mərifət  əl-əqalim» («İqlimləri  dərk  etmək 

üçün  ən  yaxşı  bölgü») adlı  əsərini  yazmışdır.  Əl-Müqəddəsi 

Qüdsdə anadan olmuşdu,  ərəb  coğrafiyaşünas-səyyahı idi. O, 

islam  ölkələrini  gəzmiş,  şəxsi  müşahidələri  və tarixi məxəzlər 

əsasında 985/986-cü  ildə  qafiyəli  nəsrlə bu əsəri  yazmış, 

Azərbaycanı,  Arranı  və ona qonşu olan qərb  ərazilərini bir 

iqlimdə  birləşdirərək onu «ər-Rihab»  (geniş  ərazi,  zəngin yer) 

adlandırmışdır.  Əsərdə  Azərbaycanın  vilayətləri,  nahiyə  və 

şəhərləri  (Bərdə,  Bakı,  Şamaxı,  Dərbənd, Varsan, Təbriz, 

Urmiyə,  Marağa,  Ərdəbil,  Miyanə  və b.), sənətkarlıq  sahələri, 

əhalinin  məişəti  və s. barədə  məlumatlar  tədqiq olunan dövrün 

mədəni  həyatının  öyrənilməsi  üçün  əhəmiyyətlidir.  Əsərdə 

Azərbaycan  şəhərləri  əhalisinin dili, dini, mədəniyyəti, 

şəhərlərin  salınma tarixi haqqında

24

  dövrün  tələblərinə  uyğun 



məlumatlar vardır. 

Əbu Əli əl-Həsən ibn Əli ibn İshaq ət-Tusi (Nizaməlmülk) 

1019-1092-ci illərdə yaşamışdır. O, Səlcuq dövlət xadimi olmuş, 

Sultan Alp Arslanın (1063-1072) və  Məlikşahın (1072-1092) 

vəziri  vəzifəsini  tutmuşdır.  Nizaməlmülk  Səlcuq  dövlət 

aparatının yaranması və inkişafında mühüm rol oynamış, elm və 

mədəniyyət xadimlərinə himayəçilik etmiş, 1065-1067-ci illərdə 

imperiyanın bir çox  şəhərlərində  «Nizamiyyə» mədərəsələri 

təsis etdirmişdi (1067-ci ildə Bağdadda açılmışdı). O, ictimai və 

siyasi  görüşlərini fars dilində  yazdığı  «Siyasətnamə» əsərində 

əks etdirmişdir. Əsərdə Azərbaycan, Xürrəmilər, Babək hərəkatı 

haqqında da məlumat vardır. Nizaməlmülk bu əsəri 1076-cı ildə 




 

 

22 



«30 fəsildə  yazıb  Məlikşaha  təqdim  etmiş»,  sonralar  isə  əsərə 

əlavələr  olunmuş, «kitab 50 və ya 51 fəslə  çatmışdır».

25

 

Nizaməlmülk  Babək  hərəkatının  Ərəb  Xilafətinin  varlığı  üçün 



böyük  təhlükə  oluduğunu  və  Xilafətin bu təhlükədən 

qurtulduğunu bu cür  ifadə  etmişdir: «Mötəsim  üç  qələbə 

çalmışdır, hər üçü də İslamın qüvvətlənməsinə səbəb olmuşdur. 

Biri – Rum (Bizans – red.), ikincisi Babək, üçüncüsü təbəristanlı 

Maziyar  Qəbr  üzərindəki  qələbə idi. Bu üç  qələbədən biri belə 

baş tutmasaydı, İslam məhv olub gedərdi».

26

 

Ərəb tarixçisi İzzəddin Əbülhəsən Əli ibn Məhəmməd ibn 



əl-Əsir (1160-1233/34) 12 cildlik «Əl-Kamil fi-t-tarix» 

(«Mükəmməl tarix») əsərinin  müəllifidir.  Əsərdə  ən  qədim 

dövrlərdən 1231-ci ilədək  baş  vermiş  hadisələr  şərh olunur. 

Müəllif Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatına 

dair (ərəblərin  Azərbaycanı  işğal  etməsi  və bundan sonrakı 

faktlar) zəngin məlumatlar vermişdir.

27

 «İbn Əl-Əsirin ət-Təbəri, 



əl-Bəlazuri  və  digər  müəlliflərə etdiyi əlavələr onun əsərlərini 

Azərbaycan  tarixinə aid mühüm  müstəqil  mənbə kimi 

qiymətləndirməyə haqq verir».

28

 



Tarixçi, coğrafiyaşünas, səyyah, dilçi Yaqut ibn Abdullah 

ər-Rumi  əl-Həməvinin (1179-1229) «Mücəm  əl-buldan» 

(«Ölkələrin  əlifba  sırası  ilə  siyahısı») adlı  coğrafi  lüğəti 

Azərbaycanın  və  Arranın tarixinin tədqiqi  üçün  mühüm 

qaynaqlardandır.  Müəllif  mənşəcə  Kiçik  Asiyalı yunan idi. O, 

başlıca  əsərini 1224-cü  ildə  yazmış,  əsərində 16 min toponim, 

habelə  Azərbaycanın  təqribən 90 yaşayış  məntəqəsi  və s. 

haqqında  məlumatlar  vermişdir. O, VII-VIII əsrlərdə  yaşamış 

təqribən 1100 nəfər elm, mədəniyyət  və din xadimlərinin həyat 

və yaradıcılığından bəhs edən «İrşad əl-Ərib ilə mərifət əl-ədib» 

(«Ağıllı adamlara yazıçıları  tanıtmaq  üçün  öyüd») və ya 

«Mucəm  əl-udəba» adlı  əsərini 1218-ci ildə  tamamlamışdır 

(Əbdələziz  əl-Bərdəi,  Xətib  Təbrizi,  Məkki  əl-Bərdəi,  Səid  əl-

Əzdi  və  digər  Azərbaycan  alimləri  haqqında da məlumat 

vermişdir).  Dövrün  Azərbaycan  mədəni  həyatı,  mədəniyyət 

xadimləri haqqında məlumat verən mənbələr arasında «Yaqutun 

bilavasitə bu janra (bioqrafik janra – red) həsr edilmiş «İrşad əl-



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə