Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə3/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   2   3   4   5   6   7   8   9   ...   143

 

 



Azərbaycan  mədəniyyətinin  yalnız XVI-XVII yüzilliklərdəki 

inkişafı  problemlərinə  həsr olunmuşdur.  Müəllif orta əsr 

Azərbaycan  mədəniyyətinin (III-XVIII yüzilliklər) kompleks 

şəkildə  tədqiq  olunmasına yeni cəhd  göstərərək bu istiqamətdə 

tarixçi araşdırmalarının davam etdirilməsinin zəruriliyini nəzərə 

çatdırır. 

Monoqrafiya  müəllifi  qarşısına orta əsr  qaynaqlarına  və 

tarix elminin uğurlarına əsaslanaraq Azərbaycan mədəniyyətinin 

(ədəbiyyatın,  incəsənətin,  mədəni  həyatın  digər  sahələrinin, 

maarifin,  fəlsəfənin  və s.) orta çağlar  ərzindəki  əsas  təkamül 

mərhələlərini,  başlıca  cəhət  və  xüsusiyyətlərini  tədqiq  etmək 

məqsədini  qoymuşdur. Bu araşdırma  gedişində  hər bir tarixi 

mərhələnin ictimai-iqtisadi, siyasi, ideoloji şəraiti,  amilləri 

maksimum  dərəcədə  nəzərə  alınmışdır.  Araşdırma  gedişində 

aşağıdakı vəzifələrin yerinə yetirilməsinə nail olunmuşdur: 

1.

 Mədəniyyət  nəzəriyyəsinin  və  mədəniyyət tarixinin 



metodoloji  problemləri  araşdırılmış,  mədəniyyətin 

tərkib  elementləri  müəyyən  olunmuş,  Azərbaycan 

mədəniyyətinin VII əsrə qədərki təkamül tarixinə qısaca 

nəzər yetirilmişdir; 

2.

 Orta əsr Azərbaycan mədəniyyətinin VII əsrdən sonrakı 



təkamülünün başlıca mərhələləri müəyyənləşdirilmişdir; 

3.

 Hər bir tarixi mərhələnin  Azərbaycan  mədəniyyətinin 



təkamülünə  təsir  göstərmiş ictimai-iqtisadi, siyasi, 

ideoloji amillər nəzərdən keçirilmiş, təhlil olunmuşdur; 

4.

 Tədqiq olunan dövrün Azərbaycan ədəbiyyatı və dilinin, 



memarlığının, maarifinin, fəlsəfi  və elmi biliklərinin, 

miniatür  rəssamlığının  və  xəttatlığının, folklorunun və 

musiqisinin, dekorativ-tətbiqi  incəsənətinin  inkişafının 

mühüm xüsusiyyətləri müəyyən edilmişdir. 



Tədqiqat  işinin elmi yeniliyi bir  neçə  məqamı  ilə 

müəyyənləşir. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq: 

1.

 Böyük bir tarixi dövrün (orta çağların)  Azərbaycan 



mədəniyyətinin dinamikada, kompleks surətdə

xronoloji ardıcıllıqla araşdırılmasına; 




 

 



2.

 İntibah (Renessans), Şərq  Renessansı  və  Azərbaycan 

İntibahı problemlərinin tənqidi təhlilinə, avropasentrizm 

və Şərq sentrizminin tənqidinə; 

3.

 Ümumtürk  İntibahının  tərkib  hissəsi kimi XVI-XVII 



əsrlərdə Azərbaycanın mədəni həyatında İntibahın tarixi 

fakt olduğunun əsaslandırılmasına; 

4.

 Azərbaycan  xalqının etnogenetik təkamülünün  başlıca 



mərhələlərinin 

müəyyənləşdirilməsinə 

cəhd 

göstərilmişdir. 



Tədqiqat gedişində əsasən tarixi-tipoloji metoda, yanaşma 

tərzinə  üstünlük  verilmişdir.  Araşdırma  zamanı bir sıra ictimai 

elmlər  üçün  məqbul olan, habelə  sırf tarix elmi üçün  səciyyəvi 

hesab olunan tədqiqat  metodlarından da istifadə  edilmişdir. 

Müqayisəli-tarixi, tarixi-tipoloji, tarixi-genetik və retrospektiv 

metodlar orta çağların  Azərbaycan  mədəniyyəti  araşdırılarkən 

tətbiq  olunmuş, tarix elminə xas başlıca  metodlardır. 

Monoqrafiyanın  yazılması  prosesində xronoloji, konkret təhlil 

(analiz),  məntiqi  təhlil, problem-xronoloji, dövrləşdirmə, 

perspektiv, sinxron, struktur-sistem metodlarının  müsbət 

cəhətlərindən  də  istifadə  olunmuşdur.  Mədəniyyət  nəzəriyyəsi 

və  mədəniyyət tarixi sahəsində  əsasən xarici ölkələrin 

araşdırıcılarının müəyyən uğurları da tədqiqat prosesində nəzərə 

alınmışdır. 

Əsərin  tədqiqat obyekti orta əsrlərin  Azərbaycan 

mədəniyyətidir.  Mədəniyyətimizin orta əsrlərdəki  ziddiyyətli 

inkişafı, onun xüsusiyyətləri III əsrdən  əvvəlki  bütün tarixi 

təkamüllə  şərtlənmişdi  və yeni dövrün (XVIII əsrdən  sonrakı) 

mədəni-tarixi inkişaf yollarını müəyyənləşdirmişdir. 

Orta  çağların  Azərbaycan  mədəniyyətinin  inkişafı  ölkə 

ərazisi  ilə  məhdudlaşmırdı. Orta əsrlərdə  dövlət  sərhədlərinin 

qeyri-sabit  olması  səciyyəvi hal idi. Azərbaycan  xalqı bir çox 

yüzilliklər 

ərzində 


müxtəlif xalqlarla ümumi 

dövlət 


hüdudlarında  olmuş, bu isə  mədəniyyətin  qarşılıqlı  təsir 

prosesini təmin etmişdir. Azərbaycan bir çox hallarda Yaxın və 

Orta  Şərqin  qüdrətli  dövlətlərinin  mərkəzi  olmuş, bu gercəklik 

onun  aparıcı  mədəni  mərkəzə  çevrilməsində  həlledici rol 




 

 

10 



oynamışdır.  Mədəni  potensialın bir dövlətin  ərazisindən  digər 

dövlətin  hüdudlarına  kütləvi  axını  məhz orta çağlarda  xüsusilə 

intensiv olmuşdur. 

III-XIV  yüzilliklər  ərzində  özünəməxsus  inkişaf yolu 

keçmiş  Azərbaycan  xalqının  özgünləşməsi  və  yeniləşməsi 

prosesi  məhz XV əsrin  sonlarından  başlanır.  Həmin prosesin 

mühüm 

təzahürləri 



mədəniyyətin 

bütün 


elementlərində 

(ədəbiyyat və incəsənət, elm, maarif və s.) aşkara çıxmışdı. XVI 

əsrin I yarısı Azərbaycan Səfəvilər dövlətinin güclü siyasi vahid 

kimi meydana gəlməsi və yüksəlişi ilə səciyyəvi idi. Azərbaycan 

xalqının  inkişafında  «özünəqayıdış» (İntibah)  üçün bu siyasi 

gerçəkliyin  böyük  əhəmiyyəti  olmuşdur.  Bütün  Azərbaycan 

ərazilərinin vahid, mərkəzləşdirilmiş  dövlətdə  birləşməsi 

mədəniyyətin  inkişafına  güclü  təkan  vermişdi.  Türkdilli 

ədəbiyyatın,  türk dilinin yüksəlişi,  türk  dövlətlərinin  Şərq 

regionunda  aparıcı  mövqelərdə  olması XVI-XVII əsrlərin 

təsadüfi  hadisəsi deyildi, Türk  İntibahının  təzahürü idi. Şərq 

mədəni sisteminin, «islam  mədəniyyəti»nin  əhəmiyyətli 

dəyərlərini  daşıyan,  türk  dünyasına  mənsub olan Azərbaycan 

xalqı XVI əsrdə  qədim  irsə  «müraciət etdi».  Yeni  dövlət 

qurumlarının  təşəkkülü iqtisadi münasibətlərdə  baş  verən 

canlanma  ilə,  mədəni-ictimai  sahədə  isə  özünəqayıdışla 

müşayiət olunurdu. XVI əsrdə  türk  xalqlarının ictimai 

təfəkküründə  baş  vermiş  özünəqayıdış prosesi universal bir 

hadisə idi. Türk  İntibahı XVI-XVII əsrlərin  tələbatından 

doğmuşdu və bu prosesin gedişi çox ziddiyyətli idi. 

XVII 

əsrin 


əvvəllərindən 

etibarən 

Azərbaycan 

mədəniyyətinin  inkişafı  prosesində  Səfəvilər  dövlətinin rolu 

azaldı.  Mədəniyyətin  inkişafına  dövlət  qayğısının  azalması 

daxili  və xarici siyasi çəkişmələrin  nəticəsi idi. XVII əsrdə 

Azərbaycan  ədəbiyyatı,  incəsənəti, maarifi və elminin inkişafı 

tələbat, zərurət üzündən daha geniş ictimai zəminə keçdi. XVI-

XVII  əsrlər  Azərbaycan  mədəniyyətinin  inkişafı  prosesində 

mühüm  keyfiyyət  çevrilişi  ilə  səciyyələnən tarixi mərhələ idi. 

XVIII  əsrin  Azərbaycan  mədəniyyəti  müxtəlif  xanlıqların 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə