Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə4/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   2   3   4   5   6   7   8   9   ...   143

 

 

11 



hüdudlarında  əsasən  qapalı, bir-birindən  təcrid  olunmuş  şəkildə 

inkişaf etməsi faktı ilə əlamətdar olmuşdur. 

Monoqrafiyada Azərbaycan  İntibahı probleminə  müəyyən 

münasibətin bildirilməsi zəruri hesab olunmuşdur. Bu problemə 

yanaşma tərzi formalaşdırılarkən dünya elminin həmin məsələyə 

münasibəti qısaca nəzərdən keçirilmişdir. 



Araşdırmanın mənbə zəmini haqqında monoqrafiyanın I 

fəslində  ətraflı  şəkildə  bəhs olunur. Bu fəsildə orta çağların 

Azərbaycan  mədəniyyətinin  öyrənilməsinə  yardım  edə  biləcək 

ilkin qaynaqların əsas kütləsi nəzərdən keçirilmişdir. 



Tədqiqat işinin təcrübi dəyəri aşağıdakılardan ibarətdir. 

-

 Orta  çağların  Azərbaycan  mədəniyyəti  ölkənin III əsrə 



qədərki ictimai-iqtisadi, siyasi, etno-mədəni  təkamül 

tarixinə  istinadlanmışdı. Bu böyük tarixi dövrün 

Azərbaycan 

mədəniyyəti 

xalqımızın 

təkamülündə 

mühüm keyfiyyət mərhələsi idi və milli mədəni sistemin 

sonrakı  inkişafının  əsası  olmuşdur. Monoqrafiyada 

problemin nəzəri cəhətləri araşdırılır, bu sahədə mövcud 

olan kulturoloji və tarixi araşdırmalar  təhlil olunur, orta 

çağların 

mədəni-tarixi 

prosesləri 

tədqiq edilir. 

Mahiyyətcə,  bütün bunlar Azərbaycan  mədəniyyəti 

tarixinə aid olan qeyri-tarixçi 

araşdırmalarına 

əhəmiyyətli tarixçi əlavəsidir. 

-

 Monoqrafiyada  çox  böyük tarixi dövrün (III-XVIII 



əsrlər)  Azərbaycan  mədəniyyətinin  təkamülü prosesi 

başlıca  araşdırma  obyektinə  çevrilmişdir.  Məhz bu, 

Azərbaycan tarixinin öyrənilməsi  prosesində  təqdim 

olunan tədqiqat işinin əhəmiyyətini müəyyənləşdirir. 

-

 Araşdırma  nəticəsində  əldə  olunmuş  nəticələrdən 



tədqiqat  işində  göstərilmiş  istiqamətlərdə  (mədəniyyət 

nəzəriyyəsi 

və 

mədəniyyət tarixi, Azərbaycan 



mədəniyyətinin inkişafının ictimai-iqtisadi və siyasi ilkin 

şərtləri, orta çağların 

müxtəlif 

yüzilliklərində 

Azərbaycan  mədəniyyəti)  xüsusi  kursların  keçirilməsi, 

xalqın tarixinin tədrisi,  təbliği  zamanı  istifadə oluna 

bilər. 



 

 

12 



Monoqrafiya işi Azərbaycan MEA-nın A.Bakıxanov adına 

Tarix  İnstitutunun  «Azərbaycanın orta əsrlər tarixi» şöbəsində 

yazılmış və müzakirə olunmuşdur.  

Əsərin  yazılması  və  çapa  hazırlanmasında AMEA-nın 

müxbir  üzvü, tarix elmləri doktoru, professor O.Ə.Əfəndiyev 

başda olmaqla «Azərbaycanın orta əsrlər tarixi» şöbəsinin 

əməkdaşlarının bir sıra qeyd və  təklifləri  nəzərə  alınmışdır. 

Müəllif onlara, habelə  Azərbaycan MEA A.A.Bakıxanov  adına 

Tarix İnstitutunun rəhbərliyinə öz dərin minnətdarlığını bildirir. 

 

 



                                                           

1

 Дружинин Н.М. Воспоминания и мысли историка, с. 5 – бу вя бундан 



сонракы тяръцмяляр мцяллифиндир,  ясярлярин няшр или вя щяъми 

щаггында мялумат «Истифадя олунмуш мянбя вя ядябиййатын сийа-

щысы»нда верилмишдир. 

2

 Rəsulzadə M.Ə. Çağdaş Azərbaycan tarixi, s. 105. 



3

 Yenə onun. Azərbaycan Cümhuriyyəti, s. 95. 

4

 Бах: Гасымов Х.С. Культура Азербайджана в XVI-XVII вв. Авторефе-



рат диссертации на соискание ученой степени кандидата исторических 

наук. Баку, 1992, 23 с. 

5

 Бах: Yenə onun. Azərbaycan mədəniyyəti (XVI-XVII əsrlər). Bakı, Nurlan, 



2002, 170 s. 


 

 

13 



 

 

 

I FƏSIL 

 

BAŞLICA MƏNBƏLƏRİN VƏ ELMİ 

ƏDƏBİYYATIN İCMALI, AZƏRBAYCANIN 

İSLAMAQƏDƏRKİ MƏDƏNİ TƏKAMÜL 

PROSESİNƏ ÜMUMİ BİR BAXIŞ 

 

 

 

§ 1. Başlıca mənbələr. 

 

Azərbaycan  mədəniyyətinin orta çağlar  ərzindəki təkamül 

tarixinin 

araşdırılması 

prosesində 

dövrün 


yazılı ilkin 

qaynaqlarından  istifadə  olunması  labüd  və  zəruridir. Tarixi 

prosesi  əks  etdirən  və  xalqın  keçmişinin  öyrənilməsi  işini xeyli 

asanlaşdıran tarixi mənbələrə  dövrümüzə  qədər  gəlib  çatmış 

maddi  mədəniyyət  abidələri  və  yazılı qaynaqlar daxildir. 

Müxtəlifliyi  və  zənginliyi  ilə  fərqlənən maddi mədəniyyət 

abidələri arxeologiya elminin araşdırma obyekti olduğu  üçün 

onların  ətraflı  şəkildə  nəzərdən  keçirilməsini  zəruri hesab 

etmədik.  Təbiidir ki, araşdırma  gedişində maddi mədəniyyət 

abidələrinin elmi təhlilinin  nəticələri olan tədqiqat  əsərlərindən 

kifayət qədər istifadə olunmuşdur. Buna görə də başlıca diqqəti 

yazılı  mənbələrə  yönəltmək  fikrindəyik.  Nəzərdən  keçirilən 

çoxəsrlik tarixi dövrün yazılı qaynaqlarının əsas kütləsi ərəb və 

fars  dillərindədir.  Ərəb  və fars dillərində  tərtib  olunmuş  həmin 

əsərlərin 

(əsasən 


təsviri 

səciyyə 


daşıyan 

salnamələr, 

«ümumdünya» və regional miqyaslı tarixi hadisələri əks etdirən 

əsərlər, tarixi dastanlar və s.) xeyli qismi hələ Azərbaycan dilinə 

tərcümə  olunmamışdır. Bu mənbələrin  Azərbaycan  dilinə 

tərcümə  olunması  işi  yalnız son 10-15 il ərzində sürətlənmişdir 

və bu hal daha çox Azərbaycanın XX yüzilliyin sonlarına doğru 

yenidən siyasi müstəqillik  qazanması  ilə  bağlıdır. Orta çağlar 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə