Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə9/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   5   6   7   8   9   10   11   12   ...   143

 

 

26 



baxımından o, qiymətli  mənbələrdən biridir. Ümumiyyətlə, 

«XIII-XIV əsrlərdə, Şərq ölkələrində, o cümlədən Azərbaycanda 

və İranda tarix elmi nəzərəçarpacaq dərəcədə irəliləmişdi. Akad. 

V.V.Bartold bu dövrü «Fars (İran) tarixşünaslığının qızıl əsrləri» 

adlandırmışdır».

46

 



Əlaəddin  Əta  Məlik ibn Bəhaəddin  Məhəmməd  əl-

Cüveyni (1225/1226-1283) İran  tarixçisi, siyasi xadimi 

olmuşdur. 1259-cu ildə Hülaku xan onu Bağdad hakimi (məlik) 

təyin  etmişdi. 1281-ci ildə o, vəzifəsindən uzaqlaşdırıldı. 1282-

ci  ildə Elxan Əhməd Tekudar onu dövlət  vəzifəsinə  qaytardı, 

lakin  tezliklə o, əmlakı  müsadirə olunaraq vəzifədən  çıxarıldı. 

Cüveyni Arranda vəfat  etmişdir. O, 1260-cı  ildə 3 cildlik 

«Tarixi-cahanguşay»  («Dünya fatehinin tarixi») əsərini (farsca) 

tamamlamışdır.  Əsərdə  monqolların  Azərbaycana  hücumları, 

Xarəzmşah  Cəlaləddinin ölkəni işğal etməsi, monqolların vergi 

siyasətinə  qarşı  Təbriz  əhalisinin  çıxışı  barədə  məlumatlar 

vardır.  

İran alimi, həkim  və  tarixçi,  dövlət xadimi Rəşidəddin 

Fəzlullah  Əbülxeyr  Həmədani (1247, Həmədan-1318,  Təbriz) 

«Cami ət-təvarix» («Tarixlərin toplusu») əsərinin (1300 1301-ci 

ildə başlanmış, 1310-1311-ci ildə tamamlanmışdır) müəllifi kimi 

tanınır. O, Abaqa xanın (1265-1282) dövründə dövlət işinə cəlb 

olunmuş, Qazan xanın, Olcaytunun və  Əbusəidin  vəziri 

vəzifələrini icra etmişdir.  Rəşidəddin  mədəniyyətin  inkişafına 

himayəçiliyi 

ilə 

məşhurlaşmış, Olcaytunun ölümündə 



günahlandırılıb edam edilmişdir. Onun əsas  əsəri  Azərbaycan 

tarixinin mühüm qaynaqlarındandır.

47

 

«Cami ət-təvarix» əsərində türk xalqlarının tarixinə xüsusi 



diqqət yetirilir. XI əsrdən  etibarən  «türkman» adını  daşıyan 

oğuzların  arasından  Səlcuqilər  və  Osmanlı  sülalələrinin 

nümayəndələri çıxmışlar. Əsərdə oğuzların tarixi ilk dəfə olaraq 

ümumdünya tarixi kontekstində  şərh olunur. «Oğuzların 

tarixi»nin («Cami  ət-təvarix»ə daxil olan hissədir)  və ya 

«Oğuznamə»nin  xüsusiyyəti ondan ibarətdir ki, o, yazılı 

mənbələrə deyil, əfsanə  ilə  gerçəkliyin  çulğaşdığı  şifahı xalq 

yaradıcılığı əsasında yaradılmışdır. «Cami ət – təvarix» əsərinin 




 

 

27 



2 babdan (hissədən)  ibarət olan xüsusi qismi türk  və monqol 

tayfalarının tarixinə həsr olunmuşdur və bu qism əsərin I cildinə 

daxildir.  Oğuzların  Şirvana,  Şamaxıya, Arrana, Muğana, 

Azərbaycana yürüşlərinə həsr olunmuş hissələr «Oğuznamə»nin 

maraqlı fraqmentlərindəndir.

48

 



Məhəmməd bin Hinduşah  Naxçıvani (XIII əsrin sonu – 

XIV  əsrin II yarısı) bir müddət  Elxanilərin  sarayında  maliyyə 

işində  çalışmış,  Fəzlullah  Rəşidəddinin  oğlu  vəzir  Qiyasəddin 

Məhəmməd  Rəşidi  ilə dostluq etmiş  və onun göstərişilə fars 

dilində «Dəstur əl-katib fi təyin əl-məratib» («Dərəcələrin təyin 

olunmasında  katiblər  üçün  göstəriş») əsərini  yazmışdır.  Əsərdə 

iqtisadi-maliyyə  məsələlərindən  başqa  görkəmli  dövlət, elm və 

mədəniyyət xadimlərinin həyatı və s. barədə məlumatlar verilir, 

buna  görə  də  Azərbaycan  mədəniyyət  problemlərinin  tədqiqi 

gedişində istifadəsi zəruri olan mənbələrdəndir.

49

 

XIV  əsrin  Azərbaycan  tarixçisi  Əbu  Bəkr  əl-Qütbi  əl-



Əhərinin  «Tarixe-Şeyx  Üveys» ümumtarix  əsəri  Cəlairi  sultanı 

Şeyx  Üveysə (1356-1374) həsr  olunmuşdur. Fars dilində 

yazılmış bu əsərin 1304-1359-cu illərdə  baş  vermiş  hadisələrə 

həsr  olunmuş qismi Azərbaycan tarixinin öyrənilməsi  üçün 

qiymətli  mənbədir.  Əsərdə  Elxanilər  dövlətinin  tənəzzülü  və 

Cəlairilər dövlətinin təşəkkülü prosesi izlənilir.

50

 

Haqqında  bəhs  olunmuş farsdilli «mənbələrin  hamısı 



ümumi monqol tarixi, daha doğrusu, Hülakular dövlətinin tarixi 

nöqteyi-nəzərindən  yazılmışdır  və  tək-tək  vilayətlərin, o 

cümlədən  Azərbaycanın  tarixindən  ayrılıqda  bəhs etmir. Lakin 

bir  sıra  mənbələrdə  Azərbaycana  xüsusi  diqqət  yetirilmiş, 

burada  baş  vermiş  hadisələrin  təsvirinə  geniş yer verilmişdir. 

Bu, bir tərəfdən  Azərbaycanın  Hülakular  dövlətinin  mərkəzi 

vilayəti  və  Təbrizin paytaxt şəhəri  olmasından  irəli  gəlmişdisə, 

digər tərəfdən əsərin müəllifinin özünün Azərbaycana bəslədiyi 

səmimi  münasibətdən  doğmuşdur…  Bu  cəhətdən  Azərbaycan 

tarixçisi  Əbu  Bəkr  əl-Qütbi  əl-Əhərinin  «Tarixe  Şeyx  Üveys» 

əsəri müstəsna əhəmiyyət kəsb edir».

51

 



Gəncəli Kirakos (Kirakos Qandzaketsi) təqribən 1200/01-

1271/72-ci  illərdə  yaşamış,  tarixçi  olmuşdur. O, erməni  dilində 




 

 

28 



yazılmış  «Tarix» əsərinin  müəllifidir.

52

  Əsərdə IV əsrin 



əvvəllərindən 1265-ci ilədək  baş  vermiş tarixi hadisələr  öz 

əksini  tapmışdır.  Həmin  əsərdə  Xarəzmşah  Cəlaləddinin  və 

monqolların  Cənubi Qafqaza, Azərbaycana  hücumları, bu 

hücumların  nəticələri  haqqında  dəyərli  məlumatlar  vardır. 

Müəllif Qafqaz Albaniyasına  xüsusi  fəsil  ayırmışdır. Qeyd 

etmək  lazımdır ki, əsrlər boyu dövləti olmayan ermənilərin bir 

çox (siyasi, mədəni və s.) ehtiyaclarını erməni  Qriqoryan kilsəsi 

yerinə  yetirmiş, tarix elmini daimi nəzarət  altında  saxlamış, 

çoxəsrlik  saxtakarlıq  ənənələrinin  qorunmasına can atmışdır. 

Kirakosun bu əsərində də həmin təsir hiss olunmaqdadır. 

Nizaməddin Şami (Şənbi, Şənbi-Qazani) Təbrizdə anadan 

olmuşdu,  doğulduğu yerin adı  ilə  «Şami» nisbəsi  daşıyırdı. O, 

1392-ci  ilədək  Bağdadda  yaşamış,  Əmir Teymur bu şəhəri 

tutduqdan sonra yeni fatehin sarayında  xidmətə  başlamışdı. O, 

hərbi  səfərlərdə  Əmir Teymuru müşayiət  etmişdir. 1401/02-ci 

ildə o, Əmir Teymurun göstərişilə fars dilində yeni dövlətin 

tarixini  yazmağa  başladı.  Nizaməddin Saminin əsəri  «Tarixe-

fütahate-Əmir Teymur Gurqan»,  yaxud  «Zəfərnamə» adlanır.

53

 

1404-cü ilədək baş vermiş tarixi hadisələri əks etdirən bu əsərdə 



Əmir Teymurun yaratdığı yeni dövlət,  İran,  Azərbaycan  və bir 

sıra  qonşu  ölkələrin iqtisadi, siyasi tarixinə dair dəyərli 

məlumatlar  toplanmışdır. «Əmir Teymurun hərb  və  zəfərlər 

tarixçəsini  əks  etdirən»

54

 bu kitab Azərbaycanın XV əsrin 



əvvəlindəki vəziyyətini öyrənmək üçün çox əhəmiyyətlidir. 

Tacəddin  əs-Səlmaninin  «Tarixnamə» (şərti  adıdır) 

əsərində 1405-1409-cu illərin tarixi hadisələri  təsvir olunur. 

«Tarixnamə»də  həmin  dövrdə Orta (Mərkəzi) Asiyada, İranda 

və  Azərbaycanda  baş  vermiş  hadisələr  öz  əksini  tapmışdır. 

Müəllif  şərh olunan tarixi hadisələrin  şahidi  olduğuna  görə bu 

əsər 

tədqiq olunan dövrün 



müstəqil 

və 


qiymətli 

mənbələrindəndir.  Bütün  hökmdarlar kimi Əmir Teymur və 

onun  xələfləri  də  özlərinin  hökmdarlıq  və  sərkərdəlik 

fəaliyyətlərinin tarixi salnamələrdə  əks  etdirilməsi  qayğısına 

qalırdılar. Teymurun varisi Şahrux bir çox  istedadlı  tarixçiləri 

Herata  cəlb  etmiş,  onların  fəaliyyəti  üçün  əlverişli  şərait 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə