Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə32/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   28   29   30   31   32   33   34   35   ...   143

 

 

94 



ki,  hələ  «islama  qədər o, ölkənin  paytaxtı  olmuşdur».

11

  Ərəb 



hökmranlığının ilk dövründə (VII əsrin 40-ci illərinədək) bu 

şəhər  Xilafətin  Azərbaycandakı  canişinliyinin  iqamətgahı 

olmuşdur. IX əsrin sonu– X əsrin əvvəlində Yusif ibn Əbu Sac 

Ərdəbili Sacilər dövlətinin paytaxtı etdi. Məhz bu dövrdə şəhər 

3  darvazası olan qala divarları  ilə  əhatə olundu. VIII əsrdən 

etibarən  Xilafət  canişini  Mərvan ibn Məhəmmədin  dövründən 

(732-744-cü illər) Azərbaycanın əsas şəhərinə, Xilafətin canişin-

lik mərkəzinə çevrilmiş Marağa da qala divarları ilə əhatə edildi, 

burada xeyli qoşun yerləşdirildi. 

Ərəb  işğalının ilk illərində  diqqəti  cəlb  etməyən  Təbriz 

artıq X əsrdən etibarən Azərbaycanın ən məşhur şəhərinə çevril-

di. VIII əsrin ortalarında xəlifənin əmrinə əsasən öz qəbiləsi ilə 

buraya  köçmüş  yəmənli  Rəvvad ibn Musanna əl-Əzdi  və onun 

varisləri  şəhərin  yüksəlişində  mühüm rol oynadılar. IX əsrin 

sonlarından  etibarən  Azərbaycan  şəhərlərinin  həyatında  dirçəliş 

və çiçəklənmə dövrü başlandı. «Azərbaycan şəhərləri məhz ərəb 

hökmranlığı dövründə iqtisadi cəhətdən inkişaf etmişdir».

12

 Tə-



biidir ki, Azərbaycan  şəhərlərinin iqtisadi baxımdan daha 

yüksək  inkişaf  mərhələsinə  qədəm  qoyması  ərəblərin  ölkədəki 

siyasi, ideoloji, iqtisadi mövqelərinin  möhkəmlənməsindən so-

nra mümkün oldu. 

Azərbaycanda  islamın  mövqelərinin  möhkəmlənməsi, 

ölkənin  Ərəb  Xilafəti  sisteminə  inteqrasiyası  sahəsində 

qazanılmış uğurlar, şəhərlərdə ticarət və sənətkarlıq fəaliyyətinin 

genişlənməsi ilə  yanaşı  xəlifələri bərk narahat edən (hətta Ərəb 

Xilafətinin varlığını təhlükə altına alan) gerçəkliklər də mövcud 

idi.  Xürrəmilər  hərəkatı bu «təhlükələrdən» ən  önəmlisi 

olmuşdur. Xürrəmilərin ilk məlum çıxışı 778-cı ilə aid olunur.

13

 



Bu  təlimin,  hərəkatın  atəşpərəstliklə  (zərdüştiliklə)  bağlılığı 

mübahisə  doğurmayan tarixi faktdır. 816-cı  ildə  Babəkin 

Cavidanı  əvəz  etməsindən sonra Xilafətə  qarşı  mübarizə daha 

fəal və ardıcıl xarakter aldı. «Bəzi mənbələrin verdiyi məlumata 

görə,  Babək guya bir vaxt islamı  qəbul  edibmiş  və onun 

müsəlman  adı  Həsən  imiş.  Babəkin islama müəyyən 

münasibətini  göstərən bu yeganə  məlumat  nəzərə  alınmazsa, 



 

 

95 



bütün  digər  mənbələr  təsdiq edir ki, Babək  ərəblərə  və  onların 

dininə  nifrət  bəsləyirdi,  bütün  ömrü boyu Xilafətə  qarşı 

mübarizə edirdi və  Azərbaycanda islamdan əvvəl  mövcud olan 

qayda-qanunları  bərpa  etməyə  çalışırdı»

14

. 816-837-ci illər 



ərzində daha fəal  və  ardıcıl  olmuş  xürrəmilər  hərəkatı  Ərəb 

Xilafətinin hakim dairələrinin başlıca qorxu və qayğı obyektinə 

çevrilmişdi.  Məğlubiyyətə  uğramasına baxmayaraq, bu hərəkat 

nəhəng  dövlətin  hərbi, iqtisadi potensialının  sarsılmasında 

mühüm rol oynamışdır.

15

 Xürrəmilər hərəkatı üzərindəki qələbə 



«Xilafətə baha başa  gəldi: 20 ildən  artıq  müddət  ərzində 

babəkilər  Xülafətin 225000 döyüşçüsünü  və xeyli sərkərdəsini 

məhv  etmişdilər…  bu  hərəkat  əl-Məsudinin dili ilə  desək, «az 

qala Abbasilər dövlətini məhv edəcəkdi».

16

 Xürrəmilər hərəkatı 



Xilafətin 

vəhdətini pozan, onun müxtəlif 

dövlətlərə 

parçalanması prosesini gücləndirən başlıca siyasi amilləridən bi-

ri idi. Məhz bu hərəkatdan sonra mərkəzi  hakimiyyətin 

zəifləməsindən 

istifadən 

edən yerli hakimlər 

(habelə 

Azərbaycanda) siyasi müstəqillik yoluna qədəm qoydular. Artıq 

IX  əsrin sonu – X əsrin  əvvəlləri  Abbasilər  Xilafəti  daxilində 

separatizm  meyllərinin  güclənməsi  ilə  əlamətdar  olmuşdur. 

Xürrəmilər  hərəkatı  «islamın  Azərbaycanda dinc yolla 

qərarlaşması»  fikrini  yaymağa  çalışanların qeyri-obyektiv 

mövqedə 

olduqlarını da təsdiqləyən, 

danılmaz tarixi 

gerçəklikdir. 

Xilafətin  zəifləməyə  başladığı  dövrdə  Azərbaycan 

ərazisində  Sacilər  sülaləsinin  yaratdığı yeni dövlət meydana 

gəldi (IX əsrin sonları – X əsrin birinci yarısı). Sülalənin banisi 

Əbu-s-Sac Divdad ibn Yusif ibn əl-Divdast  görkəmli  sərkərdə 

kimi Xilafət qarşısında xidmətləri müqabilində bir sıra əyalətlərə 

hakim  təyin  olunmuşdu.  Atası kimi Xilafətə  xidmət  etmiş  Əbu 

Übeydullah  Afşin  Məhəmməd 869-cu ildə  Azərbaycana hakim 

göndərildi. 898-ci ildə yeni Xəlifə onu yenidən hakim vəzifəsinə 

təsdiq etdi. 901-ci ildə Yusif ibn Əbu-s-Sac  hakimiyyəti  ələ 

keçirdi (901-927). 929-cu ildə  isə  dövlətə Divdad ibn 

Məhəmməd rəhbərlik etməyə başladı. Ərəb xəlifələri tərəfindən 

canişin  təyin  olunmuş bu sülalə  nümayəndələri  Xilafətlə 




 

 

96 



hesablaşmır, 

müstəqil 

siyasət 

yürüdürdülər. 

Sacilərin 

hakimiyyəti  dövründə (889-941) Azərbaycan  torpaqlarının 

böyük bir qismi vahid dövlət  tərkibində  birləşdirilmişdi, bu isə 

ölkədə iqtisadi və  mədəni  həyatın xeyli canlanması  üçün 

əlverişli  şərait  yaratmışdı.  Sacilər  sülaləsi  əslən  Mərkəzi 

Asiyanın  «Afşin»  titullu  türk  əmirləri  nəslinə  bağlı idi. Sülalə 

banisi  sərkərdəlik  qabiliyyətini  və inzibati idarəçilik  məharətini 

Xilafətin bir sıra  bölgələrinin  canişini  olarkən  nümayiş 

etdirdikdən sonra vəfat etdi. Onun böyük oğlu Məhəmməd də bu 

cür  uğurlar  qazandıqdan sonra (869-cu ildə)  Azərbaycanın ha-

kimi  təyin olundu. Qərbdə Ani və  Dvindən  Şərqdə  Xəzər 

dənizinədək,  cənubda  Zəncandan  şimalda  Dərbəndədək olan 

geniş  ərazi  Sacilər  sülaləsinin hakimiyyəti  altında  birləşdirildi. 

Şirvan,  Şəki,  Xaçın,  Sünik  hakimləri  Sacilərə vergi ödəmək 

məcburiyyəti  qarşısında  qalmışdılar. «Azərbaycan  torpaqlarını 

ilk dəfə vahid dövlət hüdudlarında birləşdirən Yusif ibn Əbu-s-

Sacin müstəqil hakimiyyəti 927-ci ildə sona çatır».

17

 941-ci ildə 



Sacilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 50 ildən artıq bir 

müddət  ərzində Qafqazda Xilafətin  dayağı  olmuş bu dövlət bir 

çox hallarda Xilafətin 

təsir 


dairəsindən 

çıxa bilirdi. 

Azərbaycanın etnik-mədəni,  içtimai-iqtisadi birliyinin təkamülü 

prosesində bu dövlətin mühüm rolu olmuşdur. 

«Şirvanşah»  titullu hakimlərin idarə etdiyi yeni siyasi qu-

rumun  təşəkkülü  üçün  əlverişli  zəmin VI əsrin  əvvəllərində 

yaranmışdı. «VI əsrdə  Şirvanda Sasani hökmdarları  ilə qohum-

luq  əlaqələrində  olmuş  sülalə  hakimiyyətdə  olmuşdur».

18

 

Ərəblərin Qafqaza gəlişindən sonra Şirvanda  təşəkkül  tapmış 



siyasi qurumun təkamülündə yeni dönüş  baş verdi. Xilafətin 

bütün Qafqaz mülklərini  idarə  etmiş, «Şirvan  məliki»  titulunu 

daşımış ilk rəsmi Şirvan hökmdarı ərəb rəbia qəbiləsinin şeyban 

nəslindən olan Yəzid ibn Məzyəd  əş-Şeybani  olmuşdur.

19

 Yeni 


sülalə banisi 801-ci ildə Bərdədə vəfat etmişdir.

20

 «Heysəm ibn 



Xalid  ərəb  mənşəli  Məzyədilər  sülaləsinin  «şirvanşah»  titulu 

daşımış ilk müsəlman 

Şirvan 

hökmdarı 



olmuşdur»

21



Məzyədilərin  (Şeybanilərin)  hökmdarlığı  qədim  bütpərəstlik 

inamlarını,  islamaqədərki  baxışları  mühafizə  edən  «Kafir 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə