Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə33/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   29   30   31   32   33   34   35   36   ...   143

 

 

97 



qonşulara» qarşı  hərbi  yürüşlərlə  əlamətdar  olmuşdur. «İslam 

dinini yaymaq»,  «dinsizləri islam yoluna dəvət  etmək»  şüarları 

altında  gerçəkləşdirilmiş bu yürüşlər  əslində  dövlətin  ərazisini 

genişləndirmək  məqsədinə  xidmət edirdi. Yəzid ibn Əhmədin 

hakimiyyəti 

dövründə (991-1027) Yəzidilər 

sülaləsinin 

iranlılaşması prosesi başlandı.  Şirvanda  gedən bu prosesin 

başlanmasında  Ərəb  Xilafətinin  müxtəlif  yerlərində  İran 

mənşəli, yerli sülalələrin  yenidən siyasi hakimiyyətə  qayıtması, 

islamaqədərki  İran  mədəniyyətinin  (xüsusilə  ədəbiyyatın) 

vaxtilə Sasanilərin tabeliyində olmuş vilayətlərdə dirçəlişi, eləcə 

də vətənpərvər ruhlu, ziyalı iranlıların apardıqları geniş təbliğat 

az rol oynamamışdır. «Sasani  dövrü nisgili şeybani  nəslindən 

olan  ərəb  söykökü  haqqındakı  xatirələrdən daha cəlbedici ol-

du»


22

. Bu əməllə  əslən  ərəb olan sülalənin  nümayəndələri 

Azərbaycan, 

Şirvan 


zəmininə 

bağlandıqlarını, Sasani 

ənənələrinə  hörmət  bəslədiklərini  sübut  etməyə  çalışır, siyasi 

hakimiyyətlərinin sosial zəminini 

möhkəmləndirməyə, 

genişləndirməyə can atırdılar. «Yəzid ibn Əhmədin hakimiyyəti 

zamanı hökmranlıq edən xanədanın daxilində ilkin qaynaqlarda 

öz  əksini  tapmamış,  məchul  hadisələr  baş verirdi. Lakin bir 

cəhət  şübhəsizdir:  Şirvanşahların  adları  dəyişdi-Yəzid ibn 

Əhməddən sonra ərəb  adlarının  əvəzinə  qədim Sasani adlarına 

qayıdış  baş verdi (yəzidin  oğlulları  Ənuşirəvan  və  Mənuçöhr 

adlanırdılar). Ola bilər ki, artıq X əsrin I yarısında  Məzyədi 

sülaləsindən olan Şirvanşahlar Sasani mənşəli,  nəcabətli 

xanədanlarla nikah əlaqələri  yaratmış  və  həmin  xanədanların 

qadın nümayəndələri əski ənənəni dirçəltmişlər».

23

 Şirvanşahlar 



X-XI  əsrlər  ərzində  rusların  qəfil  həmlələrinə,  bölgədə 

hegemonluğa can atan digər  dövlətlərə  (Sacilərə,  Şəddadilərə, 

gürcü  hökmdarlarına,  Dərbənd  əmirlərinə,  Salarilərə)  qarşı 

müqavimət göstərməli olmuş, bir çox hallarda həmin siyasi qu-

rumlardan  asılı hala düşmüş,  əlverişli siyasi məqamlarda  isə 

dövlət  ərazisini  genişləndirməyə can atmışlar. 1066-cı  ildən 

Şirvan Səlcuqilərin hücum və təsirinə məruz qaldı. Şirvanı vas-

sal  tabeliyinə  salmış  «Səlcuqilər  Şirvanşahların  hakimiyyətini 

zəiflədə  bilmədilər.  Artıq XI əsrin sonunda Şirvanda siyasi 



 

 

98 



yüksəlişin  başlanğıcı  nəzərə  çarpırdı.  Bü  yüksəliş XII əsrədək 

davam etdi. XII yüzildə Şirvanşahlar dövləti özünün çiçəklənmə 

dövrünə  qədəm qoydu»

24

 Bu baxımdan I Əxsitanın  (Axsitanın) 



hakimiyyəti  dövrü (1160-1197) daha əlamətdardır.  Həmin 

şirvanşahın  uğurlu daxili və xarici siyasəti,  mərkəzi 

hakimiyyətin  gücləndirilməsi  Şirvanşahlar  dövlətinin iqtisadi, 

siyasi  və  mədəni  həyatının  inkişafı  üçün  əlverişli  şərait 

yaratmışdı.

25

 1192-ci ildə  baş  vermiş  güclü  zəlzələ  nəticəsində 



Şirvanşahlar  dövlətinin  paytaxı  Şamaxı  dağıldı, xeyli əhali, 

habelə  şirvanşahın  ailə  üzvləri  həlak oldu. Bu hadisədən sonra 

şirvanşah  öz  iqamətgahını  Bakıya  köçürmək  məcburiyyəti 

qarşısında  qaldı. Bu dövrdə  Şirvan  dövlətinin  İraq  Səlcuq 

sultanlığından  –  əslində  sultanlıqda hakim olmuş  Azərbaycan 

Atabəylərindən vassal asılılığı formal səciyyə  daşıyırdı. 

Şirvanşahlar dövləti XII əsrin sonunadək Azərbaycan ərazisində 

mövcud olmuş ən güclü siyasi qurum olmuşdur (bir sıra hallarda 

qonşu dövlətlərdən formal asılılıqda olmasına baxmayaraq). Bu 

dövlət ölkənin müəyyən qisminin mədəni, ictimai-iqtisadi, siyasi 

təkamülü prosesinin fasiləsizliyini təmin etmişdir. 

Dərbənd  Haşimi  əmirliyi bu dövrün  Azərbaycan siyasi 

həyatında  nəzərə-çarpacaq rol oynamışdır.  Dərbəndi uzun 

müddət  ərzində  xəlifənin  təyin etdiyi ərəb  sərkərdələri idarə 

etmişlər. IX əsrin ortalarınadək bu vəzifə xüsusi təyinatla yerinə 

yetirilirdi. 851-ci ildə  isə  xəlifə  əl-Mütəvəkkil  şəhəri  və onun 

ətraf  ərazilərini o zaman Azərbaycan, Arran və  Ərminiyyə ha-

kimi olan Məhəmməd ibn Xalid ibn Yəzid  əş-Şeybaniyə iqta 

payı kimi bağışladı. 869-cu ildə  mənşəcə  ərəb olan, Sulaym 

nəslinə  mənsub  Haşim ibn Suraka əs-Suləmi  Dərbənddə 

əmirliyin  əsasını qoydu. Əmir  Xilafətin  və  Şirvanşahların 

tabeçiliyindən çıxdı. Dərbəndi özünün qanuni mülkü hesab edən 

Şirvanşahlar bu əmirliyi tabe etməyə, onun varlığına son 

qoymağa çalışırdılar. Lakin şimaldan baş verən hücumlara sipər 

olan ən yaxın qonşuları ilə münasibətləri gərginləşdirmək Şirvan 

hökmdarları  üçün  sərfəli deyildi. Ona görə  də onlar Dərbənd 

əmirliyinin nisbi müstəgilliyi faktı ilə barışmalı oldular. XI əsrin 

60-70-ci  illərində  Dərbəndin ictimai-siyasi həyatına  Səlcuqilər 




 

 

99 



də fəal müdaxilə etdilər. "Mənbələrdən aydın olur ki, Dərbənddə 

Haşimilər sülaləsinin hakimiyyətinin sonu təxminən 1077-ci ilə 

– XI əsrin  axırlarına  təsadüf edir».

26

 XII əsrin  sonlarına  doğru 



Dərbənd  şəhəri  və onun ətrafı  Şirvanşahlar  dövlətinin  tərkibinə 

daxil edildi (qaytarıldı). 851-ci ildən XI əsrin sonlarınadək (200 

ildən  artıq bir müddət  ərzində)  müstəqil  mövcud  olmuş, daha 

100 il isə  Haşimilər  sülaləsi  ilə  şəhər  rəisləri  arasındakı  hərc-

mərclik  şəraitində olduqdan sonra Dərbənd  Haşimi  əmirliyi  də 

siyasi tarix səhnəsini tərk etdi. 

Salarilər  dövləti  nəzərdən  keçirilən  dövrdə  Azərbaycanın 

siyasi  həyatında  mühüm rol oynamış  gerçəklik  olmuşdur. 941-

981-ci (başqa  məlumata  görə 983-cü)  illərdə  mövcud  olmuş bu 

dövlətin  paytaxtı  Ərdəbil  şəhəri idi. Dövlətin  əsasını  Deyləm 

hakimi Salar Mərzban ibn Məhəmməd (941-957) qoymuşdu. 

Yüksəliş  dövründə bu dövlətin  ərazisi Qafqaz sıra  dağlarından 

İraq  və Mesopotamiya, Xəzər  dənizindən  Göyçə  gölünədək 

böyük ərazini öz sərhədləri daxilində ehtiva edirdi. Bu dövrdə də 

Azərbaycanın cənub və şimal vilayətləri vahid dövlət tərkibində 

birləşmişdi.  Şirvanşahlar  və  Dərbənd  əmirləri  də  Salarilərdən 

asılı  vəziyyətə  düşmüşdülər. X əsrin  sonlarına  doğru  zəifləmiş 

bu dövlətin varlığına Rəvvadilər nəslindən olan Təbriz və Əhər 

hakimi  Əbul-Hica son qoydu. Salarilər  dövründə  Azərbaycanın 

iqtisadi  həyatında nisbi dirçəliş  nəzərə  çarpırdı. Bu dövrdə 

ölkədə  memarlıq,  sənətkarlıq, elm və  mədəniyyətin  digər 

sahələri nisbətən inkişaf etmişdir.

27

 

Hələ VIII əsrdən Azərbaycanda məskunlaşmış Rəvvadilər 



Salarilərin  tabeliyində olan Əhər  və  Qaradağda  müstəqillik 

uğrunda  mübarizə  aparırdılar. X əsrin sonundan etibarən 

təqribən bir əsr  ərzində  Rəvvadilər  dövləti  Azərbaycanın siyasi 

tarixində  çox  mühüm rol oynamışdır. Bu dövlət X əsrin I 

yarısından 1116/17-ci ilədək mövcud olmuşdur. Paytaxtı Təbriz 

şəhəri olan bu dövlətin əsasını Vəcnə ibn ər-Rəvvad qoymuşdu. 

Rəvvadilər mənşəcə Əzdi ərəb nəslinə mənsub idilər. Rəvvadilər 

Salarilər  dövlətinin  varlığına son qoyaraq Azərbaycanın  cənub 

və  cənub-qərb  ərazilərində  hakimiyyəti  ələ  keçirmişdilər. 

1070/71-ci  ildə  Rəvvadilərin  hakimiyyəti  səlcuqilərin  zərbələri 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə