Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə36/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   32   33   34   35   36   37   38   39   ...   143

 

 

106 



vəfat  etmişdir),  Məkki  əl-Bərdəyi (965-ci ildə  vəfat  etmişdir). 

Əbdüləziz  əl-Bərdəyi (935-ci ildə  vəfat  etmişdir),  Cəfər  əl-

Marağı (889-967), Musa əs-Səlmasi (990-ci ildə vəfat etmişdir) 

də bu dövrdə Azərbaycan elmi potensialının zənginliyini yüksək 

səviyyədə  nümayiş  etdirmiş  alimlərdən olmuşlar. Onlar 

topladıqları  hədislərlə  müsəlman  hüququnun  baxışlar sistemini 

zənginləşdirmiş, buna görə  də islam Şərqində  tanınmışlar. 

Məsələn,  Əhməd  əl-Bərdici  «hədis  dayaqlarından biri», 

«fəzilətli», «zəkalı», «hafiz» (Quranı  əzbər  bilən), «nüfuz sahi-

bi», «inanılmış» kimi məşhurlaşmışdı. Mənbələrdə onun 3 əsəri 

haqqında  xüsusi  məlumat verilir, lakin onun «Əshabələr, 

ardıcıllar  və  hədis  müəlliflərinin nadir adlarının  təbəqələri» 

(ərəbcə  yazılmışdır)  əsəri daha çox  məşhurlaşmışdı.  Əsərdə 

peyğəmbər  Məhəmmədin 426 əshabəsi,  ardıcılı,  davamçısı 

haqqında  müfəssəl  məlumatlar toplanmışdır.  Həmin  dövrdə is-

lam dini ilə  bağlı olan araşdırmalarda  Bərdə  şəhərindən  çıxmış 

Azərbaycan alimlərinin çoxluğu, fəallığı təsadüfi deyildi. Bərdə 

vaxtilə  Xilafətin  Cənubi  Qafqazdakı  canişinliyinin  mərkəzi idi 

və islam aləminin    mərkəzində  (Bağdadda)  baş  vermiş  hərbi-

siyasi, dini-ideoloji səciyyəli  hadisələr bu şəhərdə  də  özünün 

əks-sədasını 

tapırdı. 

Ümumiyyətlə, 

Azərbaycan 

Xilafət 

dövründə də zamanın dini-ideoloji, elmi-fəlsəfi mübahisələrinin 

(bir çox hallarda mübarizənin) mərkəzində olmuşdur. 

VIII əsrdə Bəsrədə yaranmış mütəzililik Azərbaycanda da 

geniş  yayılmış, IX əsrin  ortalarından  etibarən hakim dairələr 

tərəfindən bidət elan olunaraq təqib edilmişdi. Mütəzililər islam 

dinində rasional istiqamətli ilk teoloji sistemin yaradıcıları 

olmuşlar. Onlar «kobud  antropomorfizmə  qarşı  çıxır, ilahi 

keyfiyyətləri inkar edir, Allahın  təkliyini  və onun saf mənəvi 

varlıq olduğunu təbliğ edirdilər»

42

. Quranı dini həqiqət mənbəyi 



hesab  edən  mütəzililər bu müqəddəs  kitabın sonradan 

yaradıldığını  göstərirdilər. Onlar Quranın  «alleqorik  təfsirini 

mümkün hesab edir və  rəvayətə kor-koranə  riayət  olunmasını 

rədd  edirdilər».

43

 IX əsrdə  mütəzililər  özlərinin ehkamlar siste-



mini  yaratmışdılar.  Həmin  vaxtadək islam dinində  ehkamların 

vahid sistemi, dövlət dini tərəfindən etiraf olunan və hamı üçün 




 

 

107 



məcburi olan bir sistem olmadığına  görə  xəlifə  Məmun (813-

833)  mütəzilizmi  ən  mükəmməl ilahiyyat sistemi kimi dövlət 

dini elan etmişdi. Lakin xəlifə  əl-Mütəvəkkilin  dövründə (847-

861) bu təlim  yenidən  «küfr»  elan olundu. Buna baxmayaraq, 

mütəzililiyin başlıca ideyaları X-XII əsrlərdə də yaşamaqda idi. 

Bu  təlimin  əsas  ideyaları (antropomorfizmin inkarı,  iradə 

azadlığı  haqqındakı  müddəalar,  Quranın sonradan yaradılması 

fikri və s.) sonralar şiə ilahiyyatçıları tərəfindən təbliğ olunmağa 

başlandı.  Ədalət  və  bərabərlik  ideyaları  ilə  zəngin olan 

mütəzillik  təlimi  yuxarıda  adları  çəkilmiş  Azərbaycan  alimləri 

tərəfindən də fəal surətdə təbliğ olunmuşdur. 

VIII  yüzillikdə  İraq  və Suriyada yaranmış, «zühd» (aske-

tizm)  əsasında  təşəkkül  tapmış sufizm (sufilik, təsəvvüf) 

Azərbaycanda da geniş yayılmışdı. Öncə sufilik passiv formada 

təzahür etdi (mənəvi kamillik ideyası maddi sərvətə qarşı qoyu-

lur, asket həyat  tərzinə  üstünlük verilirdi). Mistik cərəyan olan 

sufizmin səciyyəvi cəhətləri aşağıdakılardan ibarət idi: 

1.

 İrfanın (oxumaq və zehin işlətmək  sayəsində 



kamilləşmənin) 

xüsusi 


tərki-dünya 

təcrübəsi 

ilə 

birləşdirilməsi; 



2.

 Müridin mistik məhəbbət yolu ilə Allahı dərk etməyə və 

tədricən ona qovuşmağa yaxınlaşması təlimi;  

3.

 Müridi Allaha qovuşanadək mistik yol (təriqət)  ilə 



aparan ustadın (mürşidin, pirin) yolunun mühüm olması. 

Xüsusi  rəqslərin  və ya duaların sonsuz təkrarı yolu ilə 

intuitiv idraka, «nurlanmaya», ekstaza cəhd sufiliyin səciyyəvi 

əlamətlərindəndir. Sufizmin Azərbaycanda  yayılması IX-X 

əsrlərə  təsadüf edir. Şəriət,  mərifət,  təriqət  və  həqiqət (Allaha 

qovuşma) sufizm təliminin  başlıca  mərhələləridir.  Həllac 

Mənsura görə, sufinin ruhu Allah ilə gerçək qovuşa bilər. Ekstaz 

anlarında o, «ənəl-həqq» (yəni  «haqq, Allah məndədir»)  deyə 

qışqırırmış. Ona görə  də  Mənsur  bidətçilikdə (islam dininin 

başlıca 


ehkamlarına 

«yenilik» gətirmək 

cəhdində) 

təqsirləndirilərək 922-ci ildə edam olunmuşdur.  Müsəlman 

ilahiyyatçısı,  mütəkəllim, sufizmin böyük  nümayəndələrindən 

biri  olmuş  Əbu Hamid Məhəmməd ibn Məhəmməd  Qəzalinin 




 

 

108 



(1059-1111) islahatçılıq fəaliyyəti sayəsində ortodoksal islamda 

sufiliyin  təqibi  dayandırıldı. Lakin bu məqamadək sufilik təqib 

olunan  təlim  olmuşdur.  Sufizmdə  şamanizm, buddizm, 

zərdüştilik, xristianlıq baxışlarının da əlamətləri vardı. Bu təlim 

yarandığı andan ortodoksal islama qarşı  müxalifətçi ruhda 

olmuşdur. Sufi mütəfəkkirləri  şiələrdən  fərqli olaraq Allahın 

konkret bir şəxsdə  (peyğəmbər, imam, və b.) deyil, mistik 

özünükamilləşdirmə yolunu keçmiş  hər  hansı insanda təcəssüm 

etdiyini  bildirirdilər.  Hüseyn  əl-Mərəndi,  Əbubəkr  əz-Zəncani, 

İbrahim  ət-Təbrizi,  Əbülfərəc  əl-Varsani,  Səid  əl-Bərdəyi,  Əli 

əl-Urməvi,  Əbdülhüseyn  əl-Zəncani,  Məhəmməd  əl-Bakuvi  əl-

Şirazi IX-X əsrlərin tanınmış 

Azərbaycan sufi 

mütəfəkkirlərindən  olmuşlar.  Ömrünün son çağlarında  Şiraz 

yaxınlığındakı bir mağarada  tənha  yaşamış,

44

 96-97 il ömür 



sürdüyü ehtimal olunan Məhəmməd  əl-Bakuvi  («Baba Kuhi», 

«Bakuhi») həmin alimlər arasında xüsusilə fərqlənmişdir. Onun 

ərəb  dilində  yazılmış  üç  risaləsi  və  şeirlər  «Divan»ı  vardır. 

«Bakuvi  Azərbaycan sufi ədəbiyyatının  və  ümumiyyətlə sufi 

ədəbiyyatının bizə qədər gəlib çatmış ilk abidəsidir»

45

 Abdullah 



Ənsari (1006-1086) məlumat verir ki, Baba Kuhi (Bakuvi) xeyli 

səyahət etmişdir  və o, (yəni,  Ənsari) bu alimin sözləri  əsasında 

30 min hekayət  və 30 min hədis  yazmışdır.

46

  Mənsur  Həllacın 



ideyaları onun başlıca  təbliğat  obyektləri idi. «Həllacın 

həyatının  başlanğıcı  və sonu», «Sufilərin  hekayətləri», 

«Ariflərin  xəbərləri» (hamısı  ərəb  dilində  yazılmışdır)  adlı 

risalələr (traktatlar)

47

 bu Azərbaycan  mütəfəkkirinin dini, elmi 



və  fəlsəfi  baxışlarını  əks etdirir. Orta çağlarda islam Şərqində 

geniş  yayılmış  və  «Azərbaycanda minillik tarixi olan»

48

 

sufizmin  mahiyyətinin  anlaşılması  üçün Baba Kuhi Bakuvinin 



şeirlər  «Divan»ının  böyük  əhəmiyyəti  vardır.  Şirazda  vəfat 

etmiş bu Azərbaycan  mütəfəkkirinin islam Şərqində  fəlsəfi 

fikrin inkişaf axarına mühüm təsiri olmuşdur. 

Azərbaycanda  fəlsəfi fikrin inkişafı o zaman daha çox 

«Saflıq qardaşları» («İxvan əs-Səfa») cəmiyyətinin fəaliyyəti ilə 

bağlı olmuşdur. X əsrin II yarısında Bəsrə şəhərində yaranmış

49

 

bu dini-fəlsəfi  cəmiyyət gizli şəraitdə  fəaliyyət  göstərirdi. Orta 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə