Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə37/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   33   34   35   36   37   38   39   40   ...   143

 

 

109 



Asiya, Azərbaycan, Suriya mütəfəkkirləri həmin cəmiyyətin fəal 

üzvlərindən olmuşlar.  Cəmiyyət  üzvləri  təbii-elmi  bilikləri 

yayır, dini fəlsəfələşdirməyə can atırdılar.  Şəriətin  fəlsəfə  ilə 

nizamlanması  əsasında insan kamilliyinin hasil olunması 

cəmiyyətin başlıca məqsədi olmuşdur. Bu məqsədlə cəmiyyətin 

üzvləri  «Rəsail-İxvan  əs-Səfa  və  Xüllan  əl-Vəfa» («Saflıq 

qardaşlarının  və  vəfa  münsiflərinin  risalələri») adlı  böyük 

ensiklopediya hazırlamışdılar. Dörd hissədən ibarət olan bu əsər 

51 (mövcud  nüsxələrdə 52) traktatdan (risalədən)  ibarətdir.

50

 



Əsərin  məlum 5 müəllifindən biri Azərbaycan alimi Əbülhəsən 

Əli  İbn Harun əz-Zəncanidir.

51

  Risalələrdən 13-ü (14-ü) 



riyaziyyata, 17-si təbiət  elmlərinə, 10-u metafizikaya, 11-i isə 

ilahiyyat  məsələlərinə  həsr  olunmuşdur. Kitab müəllifləri 

mütəzililər kimi özlərini  «əhl  əl-adil» («ədalət  əhli») 

adlandırırdılar. «Saflıq  qardaşları» cəmiyyətinin  üzvləri  bütün 

dinlərin  və  fəlsəfi  təlimlərin  birləşdirilməsi  tərəfdarı  idilər»

52

 



Rəsmi islam ideoloqları bu əsərin  yandırılmasına fitva 

vermişdilər. Lakin əsər  artıq  geniş  yayılmışdı. Bu əsər  artıq 

təbiət,  cəmiyyət  və idrak haqqında  düşünən  insanların daxili 

aləminə, beyinlərinə sirayət etmişdi və məhz buna görə də tarix 

səhnəsindən  çıxarıla  bilmədi.  Cəmiyyət  üzvləri iddia edirdilər 

ki, «kamilliyin əldə olunması üçün yunan fəlsəfəsi ilə müsəlman 

şəriətini (Qurana əsaslanan dini, məişət  və  mülki qanunlar 

külliyyatını)  birləşdirmək  zəruridir».

53

  Cəmiyyət  üzvlərinin 



fəlsəfi  baxışları  Şərq  peripatetizminə  yaxın  olmuşdur.

54

 Bu 



dövrdə 

Azərbaycanda 

islamaqədərki 

adət-ənənələr, 

əski 

baxışlar, xüsusiyyətlər bir çox  mədəniyyət  faktlarında  (xüsusilə 



elmi-fəlsəfi  baxışlarda,  ədəbiyyatda)  öz  əksini  tapmışdı. 

Xürrəmilik  (işığa  vurğunluq),  şüubilik (el-obanın  üstünlüyü  ilə 

fəxr  etmə)  və azadfikirlilik Azərbaycan  mədəni  həyatının 

gerçəkliklərindən idi.  «Bu  dövrdə  Azərbaycanda islam Şərqi 

üçün  səciyyəvi olan başlıca  fəlsəfi  cərəyanlar  yayıldı,  inkişaf 

etdi və Azərbaycan mütəfəkkirlərinin simasında bu cərəyanların 

öz  böyük  nümayəndələri  vardı. Peripatetizm Bəhmənyarla, 

panteizm Baba Kuhi ilə və Eynəlqüzzatla, işraqiyyə Sührəvərdi 

ilə  təmsil olunurdu. Bu dövrdə  Şərqin  digər  ölkələrində  olduğu 



 

 

110 



kimi  Azərbaycanda da daha geniş  yayılmış mistik-bidətçi 

cərəyan sufizm idi».

55

 Sufilik Azərbaycanda IX əsrdən etibarən 



geniş  yayılmağa  başlamışdı. Lakin nəzərə almaq zəruridir ki, 

sufizm vahid cərəyan deyildi: R.Nikolson XI əsrədək olan yazılı 

mənbələri 

araşdıraraq 

«təsəvvüf» anlayışının 

və onun 


məzmununun 78 tərifini  aşkara  çıxarmışdı.

56

  «Bütün islam 



Şərqində olduğu kimi Azərbaycanda da məhz sufizm zəminində 

fəlsəfədə panteist istiqaməti  yarandı  və  inkişaf  etməyə  başladı. 

Tədqiq olunan dövrdə (X-XII əsrlərdə)  Azərbaycanda 

panteizmin  ən  böyük  nümayəndələri  Məhəmməd  Əli Bakuvi 

(Baba Kuhi) və  Əbülfəzail Abdulla ibn Məhəmməd  Miyanəci 

(Eynəlqüzzat 

Həmədani) 

olmuşlar».

57

 XI-XII əsrlərdə 



Azərbaycanda  fəlsəfi fikir fiqhə  (hüquqşünaslığa),  kəlama 

(sxolastikaya)  və  təsəvvüfə (mistikaya) aid olan risalələrdə

xüsusilə  peşəkar  filosofların  əsərlərində  öz  əksini  tapırdı. 

Mütəkəllimlər  adətən  dövlət  işlərində  çalışır,  hüquq  məsələləri 

ilə də məşğul olurdular. Təbriz qazisi Büdeyl əl-Bərzəndi (1082-

ci ildə vəfat etmişdir), «Bağdad fəqihi» fəxri adını almış, ədalətli 

hüquqşünas Əbu Ömər Osman əl-Dərbəndi (1106-cı ildən sonra 

dünyasını dəyişmişdir), Əbdüləziz əl-Uşnuhi (1111-ci ildə vəfat 

etmişdir),  Əbülfəzl  Məhəmməd  əl-Urməvi (1067-1152), 

Əbuhəfs  Ömər  əz-Zəncani  əl-Xətibi (1098-ci ildə anadan 

olmuşdur) bu dövrün 

tanınmış 

Azərbaycan 

fəqihləri-

mütəkəllimləri  olmuşdur. XI-XII əsrlərdə  Azərbaycanda  rəsmi 

əqidə  islamın  sünnilik qolu, xüsusilə onun şəfiilik  məzhəbi idi. 

Bu  dövrün  başlıca mistik cərəyanı  təsəvvüf idi və o, iki 

istiqamətdə (mötədil və ifrat) inkişaf edirdi. 

1066-cı  ildə  vəfat  etmiş  Əbülhəsən  Bəhmənyar ibn 

Mərzban  əl-Azərbaycani  Şərq peripatetizminin ən  böyük 

nümayəndələrindən biri idi. Bu Azərbaycan  mütəfəkkirinin 

anadan  olduğu yer və il məlum deyildir. İlkin qaynaqlarda 

Bəhmənyar  məcusi  (yəni  zərdüşt,  atəşpərəst) kimi təqdim 

olunur. Bir sıra müəlliflər isə onun islam dinini sonradan qəbul 

etdiyini  bildirirlər.

58

  Əbülhəsən  Bəhmənyar  İbn  Sinanın (980-



1037) bilavasitə  şagirdi  və  davamçısıdır.

59

  O, «Təhsil  kitabı» 



(«Kitab  ət-təhsil»), «Məntiqə dair zinət  kitabı» («Kitab  əz-zinə 


 

 

111 



fi-l-məntiq»), «Gözəllik və səadət kitabı» («Kitab əl-bəhcə və-s-

səadə»), «Musiqi  kitabı» («Kitab fi-l-musiqa»), «Metafizika 

elminin mövzusuna dair risalə» («Risalə fi maidi ilm ma bəd ət-

təbiə»), «Mövcudatın  mərtəbələrinə dair risalə» («Risalə fi 

məratib  əl-maucidat») əsərlərinin  müəllifidir. Alimin «Təhsil 

kitabı»  orta  çağlarda  metafizikanı  və  təbiyyatı  araşdırmaq  üçün 

başlıca qaynaqlardan biri olmuşdur. Artıq XII əsrdə bu əsər ərəb 

dilindən farscaya tərcümə  olunmuşdur.  Böyük  mütəfəkkirin 

fəlsəfəsində varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq məsələləri 

sistemli  surətdə  işıqlandırılmışdır. O, Yaxın  və Orta Şərq 

ölkələrində daha çox  məntiqçi kimi tanınmışdı.  Bəhmənyar 

məntiqi həm elm, həm də sənət baxımından qiymətləndirmişdir. 

Əbunnəcib  Əbdülqahir ibn Sührəvərdi (1097-1168), 

Eynəlqüzzat  Əbülməali Abdulla ibn Məhəmməd  Miyanəci 

(1099-1131),  Əbusəid  Urməvi  (təvəllüdü  və  ölümü tarixi bəlli 

deyildir, XI-XII əsrlərdə  yaşadığı  məlumdur),  Şihabəddin 

Əbuhəfs  Ömər ibn Məhəmməd  Sührəvərdi (1145-1234) bu 

dövrün  tanınmış  Azərbaycan  filosoflarından  olmuşdur. Onlar 

Azərbaycanda  mötədil sufizmin görkəmli  nümayəndələrindən 

idilər.  Əbusəid  Urməvi filosof, ədəbiyyatçı,  nəzm  və  nəsr 

əsərlərinin  müəllifi idi. Məntiq, riyaziyyat, ilahiyyat onun 

başlıca 


araşdırma 

obyektlərindən 

olmuşdur. 

Əbunnəcib 

Sührəvərdi Nizamiyyə mədrəsəsində dərs demiş, bir müddət bu 

mədrəsəyə  başçılıq  etmişdir. Yaqut əl-Həməvi onun halal 

zəhmətlə  yaşamış  mütəfəkkir  olduğunu qeyd edirdi. Zəncan 

yaxınlığındakı 

Sührəvərd 

qəsəbəsində anadan olmuş, 

Bağdaddakı  Nizamiyyə  mədrəsəsində  təhsil  almış,  gənclik 

illərində yoxsul həyat  tərzi  sürmüş,  müdrik  çağında  böyük sufi 

şeyxi kimi tanınmış  və buna görə  də hakim dairələr  tərəfindən 

toxunulmaz elan olunmuş  Əbunnəcib  təqib olunan bir çox 

mütərəqqi şəxslər üçün xilaskar rolunu oynamışdır.

60

 Mütəfəkkir 



qeyd edirdi: «Təsəvvüfün  əvvəli elm, ortası  əməl, sonu ilahi 

vergidir. Elm muradı  aşkar edir, əməl  tələbi  müəyyənləşdirir, 

ilahi vergi ümid  qayəsinə  çatdırır», yəni  təsəvvüf  şəriətdən 

başlanır,  təriqətdən  (mənəvi kamillik yolundan) keçərək 

həqiqətdə sona yetir.  



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə