Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə45/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   41   42   43   44   45   46   47   48   ...   143

 

 

133 



Əlincə  qalası, Amaras monastırı  (təqribən IX əsrdə  inşa 

olunduğu ehtimal edilir) da bu dövrün  diqqətəlayiq  memarlıq 

incilərindəndir. Qazax bölgəsinin  Əskipara  kəndi  yaxınlığında, 

meşədə-əlçatmaz  dağlıq  yerdə V-XI əsrlər  ərzində  formalaşmış 

monastır kompleksi bu zaman Azərbaycanda alban-xristian 

mədəni dəyərlərinin yaşadığından xəbər verir. 

Səlcuq  yürüşləri  Azərbaycanda  şəhər  həyatının  ümumi 

inkişaf meylinin qarşısını ala bilmədi. Bu dövr  Azərbaycanda 

şəhərlərin  və  şəhər  mədəniyyətinin  çiçəklənməsi,  memarlığın 

tərəqqisi  ilə  səciyyəvi  olmuşdur. Yeni «səlcuq  üslubu» 

incəsənətin  memarlıq  sahəsində  xüsusilə  nəzərə  çarpırdı. 

Azərbaycan  memarlığının 3 üslub  istiqaməti  (Şirvan-Abşeron, 

Naxçıvan-Marağa, Arran memarlıq məktəbləri) mövcud idi. «Bu 

dövrdə  Azərbaycan  memarlığında iki istiqamət  təşəkkül  tapdı. 

Lokal (yerli) memarlıq məktəblərinin Azərbaycan memarlığının 

sonrakı  inkişafında  mühüm rol oynamış  Naxçıvan  və  Şirvan-

Abşeron  məktəblərinin  yaranması prosesi başa  çatdı».

129


 

Abşeronda  inşası tarixi dəqiq  müəyyən  olunmuş  ən  erkən 

memarlıq  abidəsi olan, xalq arasında  «Sınıqqala» adı  ilə 

tanınmış, 1078/79-cu ildə inşa olunmuş məscid Şirvan-Abşeron 

memarlıq məktəbinin nadir incilərindəndir. Bu məscid ustad-rəis 

Məhəmməd ibn Əbubəkrin göstərişi ilə tikilmişdir. Abidənin daş 

kitabəsində  «əl-ustad  əl-rəis» ifadəsinin  olması XI əsrin II 

yarısında Şirvan və Arran şəhərlərində şəhər rəislərinin ictimai-

siyasi  həyatdakı rolunun yüksək olduğunu sübut  edən örnəkdir. 

Bu dövrdə rəislər şəhər tacirlərinin və sənətkarlarının mənafeləri 

naminə fəaliyyət göstərmiş, siyasi mübarizədə onlara arxalanmış 

şəxslər  olmuşlar.  Daş  kitabədə  Şirvanşahın  adının  olmaması I 

Fəribürzün  Səlcuqilərə tabe olduğunu  və  rəislərin siyasi 

mövqeyinin bu zaman gücləndiyini  göstərir. XII əsrin 30-cu 

illərində  Azərbaycan  Atabəyləri  dövlətinin  tərkibində  olmuş 

İraqi-Əcəm  vilayətinin  Həmədan  və  Qəzvin  şəhərləri  ətrafında 

təşəkkül  tapmış  Qəzvin-Həmədan  memarlıq  məktəbi  də 

Azərbaycan  memarlığının  ümumi  inkişaf  prosesinə  öz  təsirini 

göstərmişdir.  Azərbaycan  memarlıq  məktəblərinin  başlıca 

materialları  əhəngdaşı  (Şirvan-Abşeron),  daş  və  kərpic (Arran) 




 

 

134 



və bişmiş kərpic (Naxçıvan-Marağa) olmuşdur. Daha dayanıqlı, 

sadə  və  çox zaman asimmetrik (qeyri-mütənasib) kompozisiya-

lar  Şirvan-Abşeron  məktəbi  abidələrinə,  yaraşıqlı kompozisiya, 

daha  zərif  ayrıntılar  və  incə  görkəm Arran məktəbi  memarlıq 

obyektlərinə,  hər yandan fasadlı  olması,  bəzəkdə  həndəsi orna-

mentin üstünlüyü,  şirli kərpiclərin işlədilməsi, epiqrafikanın ro-

lunun  artması,  gövdənin karkas sxemi, üzləmə  bloklarının 

işlədilməsi,  memarlıq obyektinin əsas tikinti kütləsinə  və  üzlük 

örtüyünə 

ayrılması 

Naxçıvan 

abidələrinə xas olan 

cəhətlərdəndir.  Memarlıq  obyektlərinin  bəzəyində  həndəsi, 

nəbati  naxışlardan  (habelə  ərəb  qrafikasından)  həmin  dövrədək 

görünməmiş miqyasda istifadə  olunması  zamanın  sənətlərində 

dekorativliyə və rəmziliyə olan güclü tələbatla bağlı idi. Bu isə 

islam  ehkamlarının  tələblərindən  törənmiş  gerçəklik kimi mey-

dana  çıxmışdı. Bu dövr  «məscidləri  mehrablarının  önündə 

günbəzli salonun-məqsurənin  olması  Səlcuq  dövrünün monu-

mental dini tikililəri  üçün  səciyyəvidir».

130

  Məhz buna görə  də 



Səlcuq 

dövrünün 

məscidləri 

«səlcuq 


köşkü», «səlcuq 

məqsurəsi» adları 

ilə 

tanınmışdı. 



Əsrin 

əvvəllərində 

Azərbaycanda  olmuş Yaqut əl-Həməvi  olkədə  mövcud olan 

«çoxlu qalalar»dan  bəhs  etmişdir.  Qalaların  çoxluğu  isə 

ölkədəki siyasi qeyri-sabitliyin göstəricisi idi və  ərəb  səyyahı 

bunu  xüsusilə qeyd edirdi. Bu dövrün  müdafiə  qurğularını iki 

qrupa bölmək olar: Qala divarları və qalalar (qəsrlər). «Yaqutun 

bir  çox  Azərbaycan  qalaları  haqqında  məlumatı orijinal və 

əvəzsizdir.  Belə ki, vəfatından sonra baş  vermiş ikinci monqol 

yürüşü, eləcə də sonrakı əsrlərdə olmuş başqa hadisələr Yaqutun 

olduğu və gördüyü qalalardan çoxunu yerlə-yeksan etmiş, onlar 

haqqında  bizə  yalnız Yaqut kimi alimlərin  məlumatı 

qalmışdır».

131


 Bir cəhəti qeyd etmək  lazımdır ki, Yaqut yalnız 

ölkənin  cənub  qismində  olmuşdur. Bu ərəb  səyyahı qeyd edir: 

«Bu  ölkədə  qarışıqlıq  və  müharibələrin  araları  kəsilmir. Buna 

görə  də  şəhərlərinin  çoxu xaraba, kəndlər  isə  boş  (əhalisiz) 

dir».

132


  Dövrün  Azərbaycan  şəhərlərinin  əksəriyyəti  (Şamaxı, 

Bakı,  Gəncə,  Təbriz  və b.) qala divarları  ilə  əhatə  olunmuşdu. 

Qala-qəsrlərin  ən  mühüm  obyektləri bu dövrdə  Abşeron 



 

 

135 



yarımadasında inşa edilmişdi. «Abşeron qəsrləri» adlanan həmin 

kompleksə saray, məscid  və  müvəqqəti  sığınacaq  üçün  nəzərdə 

tutulmuş qala daxil idi. Mərdəkan qəsri bunlardan ən qədimidir 

və 1187-ci ildə tikildiyi abidədəki daş kitabədə qeyd edilmişdir. 

Buradakı qala isə  daş  lövhədəki  yazıya  əsasən 1204-cü  ildə 

tikilmişdir.

133

 XII əsrdə Bakı şəhəri qala divarları ilə əhatə olun-



du.  Belə  güman da vardır ki, bu işi I Əxsitanın  atası III 

Mənuçöhr  gördürmüşdü: ya qala divarları  tikdirilmiş, ya da 

mövcud qala divarları  bərpa  etdirilmişdi.

134


 XII yüzillikdə-XIII 

yüzilliyin  əvvəllərində  Şirvan  memarlığında  çiçəklənmə  baş 

verdi.  Mənbələrin  çoxunda  Şamaxı  yaxınlığında XII əsrdən  də 

xeyli  əvvəl  inşa  olunmuş  Gülüstan  qalası  xatırlanır. «Bakı 

şəhərinin qala hissəsində XI əsrdən  əvvələ aid olan yerüstü 

memarlıq  abidələri  qalmamışdır. VIII əsrə  və daha əvvələ aid 

olan müxtəlif tikililərin qalıqları şəhərin daha qədim hissəsində-

Bakı təpəsinin zirvəsində, torpaq altında qalmışdır».

135

 

Bakıdakı  Qız  qalasını  Şumer  dövründən  eramızın XII 



əsrinədək aid olan bir zamana aid edirlər. Bu abidənin tikilməsi 

tarixi,  təyinatı  barəsindəki  mübahisələr  hələ  də davam 

etməkdədir.  Araşdırıcıların  əsas qrupu bu obyekti müdafiə 

məqsədilə  tikilmiş  qüllə  – qala hesab edir. Onun XII əsrdən 

Bakının müdafiə sisteminə daxil olduğu şübhəsizdir.

136


 28 metr 

ucalığı olan bu memarlıq obyekti Bakı  və onun ətrafında 

yerləşən  müdafiə  qurğuları  sistemində  mərkəzi  mövqeyə malik 

idi.  Araşdırıcıların  müəyyən qismi bu abidənin  islamaqədərki 

dövrdə  inşa  olunduğunu  və  səcdəgah rolunu oynadığını qeyd 

edir.


137

  Hər bir halda Qız  qalası  bənzərsiz  və nadir memarlıq 

abidəsi kimi Azərbaycan memarlığında müstəsna mövqeyi olan 

obyektlərdəndir. 

1148-ci  ildə  Marağada  tikilmiş  qülləvari  Qırmızı  günbəz 

türbəsi Azərbaycan ərazisində inşa olunmuş ən qədim müsəlman 

xatirə tikililərindən biridir. Azərbaycan memarlıq bəzəyində kaşı 

işlədilməsinin ilk məlum  nümunəsi bu türbədədir. 1186-cı  ildə 

Naxçıvan  şəhərinin  qərbində  ucaldılmış,  «Atabəy  günbəzi» adı 

ilə  tanınan  «Möminə Xatun türbəsi» bişmiş  kərpiclə 

hörülmüşdür.  Abidənin  memarı  Əcəmi Naxçıvani  olmuşdur. 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə