Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə53/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   49   50   51   52   53   54   55   56   ...   143

 

 

157 



anladılar.  Çünki  həmin  yaradıcılıq  fəaliyyəti olmadan onların 

qurduqları  dövlətin  varlığı  təhlükə  ilə  üzləşə  bilərdi.  Elxanilər 

Hülaku xandan başlayaraq saray, mədrəsə,  rəsədxana, 

şəhərətrafı  yaşayış  məntəqələri  saldırmağa  başladılar. 1290-cı 

ildə  Təbrizin  ətrafında  «Arquniyyə»  adlanan  şəhərin  əsası 

qoyuldu. Qazan xanın  hakimiyyəti  illərində  həmin  yaşayış 

məntəqəsi  «Şənbi-Qazan» adlanmağa  başlandı. Bu şəhərcik 

(«Qazaniyyə») sonralar xeyli inkişaf etdi. Arqun xanın 

hakimiyyəti  zamanında (1284-1291) qala divarlarının  ümumi 

uzunluğu 12 min addımdan (11,5 kilometr) ibarət olan 

Sultaniyyə şəhərinin əsası qoyuldu. Elxanilər Təbrizin inkişafına 

xüsusi  qayğı  ilə  yanaşırdılar.  Artıq XIII əsrin  sonlarına  doğru 

Təbriz  Yaxın  və Orta Şərqin  ən iri sənətkarlıq,  ticarət  və 

mədəniyyət  mərkəzinə  çevrilmişdi. Bu zaman Təbrizin qala 

divarlarının  ümumi  uzunluğu 25 min addım (24 kilometr) idi. 

«Ehtimal  edilə  bilər ki, bu dövrdə  Təbrizin  əhalisi 1 milyona 

yaxın  olmuşdur».

28

  Elxanilərin  yaradıcılıq  fəaliyyəti bir sıra 



aşağı səviyyəli dövlət xadimlərini də ilhama gətirmiş, onları da 

bu cür fəaliyyətə yönəltmişdi. Məsələn, Hülakular sarayında baş 

vəzir  olmuş  Fəzlullah  Rəşidəddinin  layihəsi  əsasınada  və 

pəhbərliyi  ilə  Təbriz  yaxınlığında  «Rəbi-Rəşidi» («Rəşidiyyə») 

adlı  yaşayış  məntəqəsi  yaradılmışdı. Bu məntəqədə 30 min ev 

vardı. «Rəbi-Rəşidi»də 24 karvansara, 1500 dükan, üçmərtəbəli 

karvansaralar,  məscid, bazar, hamam, zərbxana, 7 min tələbəsi 

və 450 müəllimi olan tədris  müəssisəsi  fəaliyyət  göstərirdi.

29

 

Lakin  memarlıq  və  şəhərsalma  sənətinin incisi olan bu yaşayış 



məntəqəsinin çiçəklənməsi uzun sürmədi. 1318-ci ildə baş vəzir 

Fəzlullah Rəşidəddin edam olunduqdan bir qədər sonra (1336-cı 

ildə) qəzəblənmiş əhali kütlələri şəhərciyi talan və viran etdilər. 

Bu kütləvi əməldən sonra Rəbi-Rəşidi süqut etdi.

30

 

Hülaku  xanları imperiyada mədəniyyətin  inkişaf etdiril-



məsi üçün geniş iqtisadi-maliyyə imkanlarına malik idilər. Onlar 

beynəlxalq  ticarətdən  və  Azərbaycan  şəhərlərində  sənətkarlıq 

fəaliyyətindən maksimum səviyyədə  gəlir  əldə  etməyə can 

atırdılar. Qazan xan Kür  çayının  mənsəbində,  Xəzər  dənizinin 

sahilində Mahmudabad şəhərini  saldırmış, yeni şəhərin  inkişaf 



 

 

158 



etdirilməsinə,  nəticədə  sarayın  xəzinəsinin  zənginləşdirilməsinə 

çalışmışdı. Lakin Elxanilərin  bağlıca  gəlir  mənbəyi  və  əsas 

sərmayə  qoyuluşu obyekti Təbriz  şəhəri  olmuşdur. «Təbriz 

şəhərində toplanan tamğa vergisi Elxanilərin Cənubi Azərbaycan 

vilayətlərindən  götürdüyü  gəlirin  ümumi  məbləğinin 50 faizini 

təşkil edirdi».

31

  Elxanilər  dövründə  şəhərlər  yarımaqrar  səciyyə 



daşısalar da, ölkənin  sənətkarlıq,  ticarət  və  mədəni  həyatında 

aparıcı rol oynamışlar.  Tədqiqatlar  sübut  etmişdir ki, XII əsrin 

sonu-XIV əsrin əvvəllərində Azərbaycanda 70-dən artıq müxtəlif 

(iri, orta, kiçik)  şəhər  olmuşdur.

32

  «Arazdan  şimalda  yerləşən 



Bərdə  və  Beyləqan istisna olmaqla…  bu  şəhərlərin  çoxunda 

olmuş, monqol hücumlarının nəticələrini öz gözləri ilə görmüş»

33

 

Yaqut  əl-Həməvi (1179/80-1229) qeyd edirdi ki, bu zaman 



Azərbaycanda 41 şəhər mövcud idi.

34

 Arazdan şimalda yerləşən 



bir  çox  Azərbaycan  şəhərlərində  olmamış  ərəb  səyyahının 

məlumatlarının  öz  gördüklərinə  uyğun  olduğunu buradaca qeyd 

etmək  lazımdır.  Mənşəcə  Kiçik  Asiyalı yunan olmuş Yaqut əl-

Həməvi 1224-cü  ildə  yazdığı  «Mucəm  əl-buldan» («Ölkələrin 

lüğəti») adlı  əsərində 16 min toponim, habelə  Azərbaycanın 

təqribən 90 yaşayış məntəqəsi barədə qısaca məlumat vermişdir

35

 

ki, həmin məntəqələrin yalnız 41-i «şəhər» kimi qiymətləndirilir. 



Ərəb  müəllifi,  həyatının 56 ilini islam Şərqinin 2 nəhəng 

kitabxanasında  (Marağa  rəsədxanasının  və  əl-Müstənsiriyyə 

mədrəsəsinin)  keçirmiş,  böyük  Azərbaycan alimi və  dövlət xa-

dimi Nəsirəddin ət-Tusinin şagirdi olmuş, 50 cilddən ibarət olan 

«Təlxis  məcmə  əl-ədəb fi mucəm  əl-əlqəb» («Ləqəblər 

lüğətindəki 

adların 

əlifba 


qaydasında 

tərtib 


olunmuş 

məlumatların  müxtəsər toplusu») əsərini  yazmış ibn-əl-Fuvati 

(1244-1326)  də  Azərbaycan  vilayətləri,  şəhərləri  haqqındakı 

məlumatları  ilə  dövrün  şəhər  həyatının  təsvirini  vermişdir. 

Həmin dövrdə paytaxta və yaxud iqamətgaha çevrilmiş şəhər iq-

tisadi inkişaf (habelə mədəni səviyyə) baxımından digər şəhərləri 

arxada qoyurdu. Belə  şəhərlər xeyli hərbi  qüvvə  ilə qorunurdu. 

Xüsusi inzibati və siyasi əhəmiyyətə malik olan bu şəhərlər iqti-

sadi məzmunlu imtiyazlara malik idilər.

36

 Bu şəhərlərə kənardan 




 

 

159 



daim əhali axını baş verirdi. Məhz buna görə də həmin şəhərlərin 

əhalisi gəlmələrin hesabına durmadan artırdı. 

Dağıntılar, iqtisadi həyatdakı qeyri-mütəşəkkillik  halları, 

aşkar  soyğunçuluq  faktlarının  çoxluğu,  təsərrüfat  həyatının 

idarəsi  işində  özbaşınalıq  və  nəzarətsizlik,  müəyyən  olunmuş 

vergi sisteminin əslində  nəzərə  alınmaması  «XIII əsrin II 

yarısında- XIV əsrin  əvvəllərində  Azərbaycanın bir çox 

şəhərlərinin  iqtisadiyyatını  dağıdan  ən  mühüm  səbəblər idi».

37

 

Azərbaycanın  şəhər  həyatında  müəyyən canlanma halları 



təqribən XIV əsrin 50-ci illərinədək  müşahidə  olunmuşdur. 

Əsrin 50-ci illərindən XV əsrin  əvvəllərinədək olan tarixi dövr 

«Azərbaycanda  şəhərlərin  aşkar  tənəzzülü  dövrü kimi 

qiymətləndirilə bilər».

38

 

Ümumiyyətlə, XIII əsrin 20-ci illərindən XIV əsrin 



sonlarınadək olan dövr  Azərbaycan tarixinin müharibələr, 

beynəlxalq  və daxili səciyyəli  çəkişmələr, saray çevirilişləri, 

dağıntılar,  əhali  üçün sonsuz əzablar  ilə  zəngin zaman kəsimi 

olmuşdur. Bu hadisələr  dövrün  mədəni-mənəvi  həyatında 

özünün adekvat əksini tapmalı idi. 

Mükəmməllikdən uzaq olan cəmiyyətdə  insanların 

kamilliyə, maddi həyatdan daha çox  mənəvi  aləmə meyli bariz 

şəkildə  aşkara  çıxır. Bu cür  cəmiyyətdə  ədəbiyyata,  fəlsəfi 

axtarışlara, səyahətlərə can atanların faizi yüksək olur. XIII-XIV 

əsrlərdə  Azərbaycanın  mədəni  həyatı  məhz bu cəhətləri, 

əlamətləri  ilə  diqqəti  cəlb edirdi. XIV əsrin  əvvəllərində 

Təbrizin  şimal-şərqində  yerləşən  Rəbi-Rəşididə  «Darülfünün» 

təsis olunmuşdu. Bu ali tədris müəssisəsində 7 min tələbə təhsil 

alırdı.  Çin, Hindistan, Misir və  Şirvandan  gəlmiş 50 tanınmış 

alim burada müxtəlif elmlərin tədrisi  işi ilə məşğul olurdu. Bu-

rada  təbiətşünaslıq, tarix, təbabət,  nücum,  məntiq, ilahiyyat 

şöbələri fəaliyyət göstərirdi. Təbabəti tədris edən hər müdərrisin 

12  tələbəsi olurdu, təhsil 5 il ərzində davam edirdi. Təhsil 

müddəti  başa  çatdıqdan sonra məzunlar bir il ərzində  Rəbi-

Rəşididə  xəstələri  müalicə  etməli,  əldə  etdikləri  nəzəri  bilikləri 

təcrübədə tətbiq etməli idilər. Təbabət şöbəsinin tələbələri bura-

da olan «Darüş-şəfa»da  («Şəfa  evində») təcrübə  keçirdilər. 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə