Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə55/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   51   52   53   54   55   56   57   58   ...   143

 

 

163 



fəaliyyətdə şüur və onun rolu məsələlərində Əbu Nəsr Fərabi ir-

sinin  Nəsirəddin  Tusiyə daha güclü  təsir  göstərdiyi  aşkardır. 

Cəmiyyətin  quruluşunun  və  Şərq  xalqlarının ictimai-siyasi 

həyatının  öyrənilməsi  məsələlərində Orta Asiya mütəfəkkirinin 

Azərbaycan  aliminə  həlledici  təsiri  danılmazdır.  Dövlətçilik 

məsələlərində 

Xacə 

Nəsirəddin Tusi zəmanəsinin arif 



adamlarından biri kimi tanınmışdı. Onun məsləhətlərindən bir 

çox  hökmdarlar  faydalanmağa  çalışmışlar. Monqollar Əlamut 

qalasına  hücum  edərkən Kuhistan ismaililərinin son hökmdarı 

Rüknəddin  Hürşahın  baş  məsləhətçisi  Nəsirəddin Tusi 

olmuşdur. «Hülakunun  Ərəb  Xilafətinə son qoymaq üçün 

Bağdada hücum etməsinin də əsas səbəbkarı Tusi olmuşdur».

45

 

Nəsirəddin Tusi məhsuldar alim idi. Onun elmin müxtəlif 



sahələrinə  həsr  olunmuş 76 əsər  müəllifi  olduğu  məlumdur.

46

 



Nəsirəddin Tusinin «Əxlaqi-Nasiri» əsərindən  Yaxın  və Orta 

Şərqdə uzun müddət  ərzində etika (əxlaq)  dərsliyi kimi istifadə 

olunmuşdur.  Mütəfəkkir  məhz bu əsərinə  görə  cəzalandırılmış, 

həyatının 20 ildən  çox qismini Əlamut  qalasında  keçirmişdi. 

«Əxlaqi-Nasiri» 3 məqalə, 30 fəsildən  ibarətdir  və burada 

müəllifin  fəlsəfi,  əxlaqi, ictimai-siyasi baxışları  öz  əksini 

tapmışdır. Nəsirəddin Tusi yazdığı bu əsərinə tənqidi yanaşmış, 

1232-1273-cü  illər  ərzində onu ən  azı  üç  dəfə  yenidən 

təkmilləşdirmişdir. «Əxlaqi-Nasiri» demək olar ki, özündən 

əvvəl  Yaxın  və Orta Şərqdə  hökm  sürən  əxlaqi-fəlsəfi  fikirlərə 

yekun  vurmuş,  bunların  yığcam  icmalını  verməklə Tusi öz ori-

jinal  fikirlərini  də buraya əlavə  etmişdir. Ona görə  də  heç  də 

təəccüblü deyildir ki, biz son yeddi yüz il müddətində fars 

dilində  «Əxlaqi-Nasiri»  kimi ikinci bir orijinal əsərin 

yaranmasına  hələlik  təsadüf etmirik».

47

  Əsərin I məqaləsində 



əxlaqın 

saflaşdırılması, ikinci məqaləsində 

«evqurma» 

qaydaları,  üçüncü  məqaləsində  isə  «ölkə  (şəhərləri)  idarəetmə 

qaydaları  haqqında  bəhs olunur. «Əxlaqi-Nasiri»nin ictimai-

siyasi  məsələlərə  həsr olunan hissələri  xüsusilə  maraqlıdır. 

İctimai-siyasi  problemlərin  həllində  Nəsirəddin Tusi üçün 

«ədalət» başlıca prinsipdir. «Dövlət  yalnız ədalət əsasında uzun 

müddət  yaşaya  bilər.  Ədalətin birinci şərti odur ki, xalqın 



 

 

164 



müxtəlif  təbəqələri  arasında  uyğunluq  yaradılsın.  İnsanın 

sağlamlığı  dörd  ünsür  arasındakı  tənasüblükdə  olduğu kimi, 

cəmiyyət  arasındakı  uyğunluq da dörd sinfin qarşılıqlı 

müvafiqliyində olar».

48 

«Qələm  əhli» (ziyalılar); «qılınc  əhli» 



(ordu,  hərbçilər); «müamilə  əhli» (tacirlər,  sənətkarlar); «ziraət 

əhli» (əkinçilər, maldarlıqla məşğul olanlar) Nəsirəddin Tusinin 

nəzərdə  tutduğu  «dörd  sinfə» mənsub  idilər.

49

  Əsər  müəllifi 



xüsusilə qeyd edirdi ki, dövləti  hər bir şəxs  idarə  etmək 

iqtidarında deyildir: «Həqiqətdə hökmdarlıq o adama yaraşar ki

dünya  xəstələndikdə onu müalicə  edə bilsin, sağlam olduqda 

səhhətini qoruya bilsin, çünki hökmdar dünyanın həkimi yerində 

olar.  Xəstəlik  isə iki şeydən  törəyər: biri ölkədə  qəddar  şahlıq 

olanda,  digəri  ölkə  özbaşına  buraxılanda».

50

  Nəsirəddin Tusi 



dövrünün bir çox  ziyalıları kimi poetik yaradıcılıqla da məşğul 

olmuşdur. O, Elxani hökmdarı Abaqa xanla birlikdə  Bağdada 

səfəri zamanı vəfat etmiş, oradaca dəfn olunmuşdur. Nəsirəddin 

Tusinin qəbrinin üzərində «elmin köməkçisi, elm ölkəsinin şahı, 

dövr  anası  belə  oğulu  hələ  dünyaya  gətirməmişdir» fikirlləri 

həkk edilmişdir. 

XIV  əsrin  əvvəllərində  Təbriz  yaxınlığındakı  Şənbi-

Qazanda da böyük bir rəsədxana  tikilmişdi.  Tanınmış alim 

İzzəddin  Əbu  Məhəmməd  Əbdülvahab  nücum  elminə aid olan 

«ət-Təzkirə» («Tərcümeyi-hal») əsərini 

yazmışdı. 

Xacə 


Fəzlullah  Rəşidəddin (1247-1318) elmin müxtəlif  sahələrindən 

bəhs edən 24 cildlik «Əl-əhya vəl-əsar» («Əsrlərin bərpası») adlı 

ensiklopedik  əsər  yaratmışdı. O, habelə  «Cami  ət-təvarix» 

(«Salnamələr  məcmuəsi», «Tarixlər toplusu»), «ər-Risalət  əs-

sultaniyyə» («Sultanlar  haqqında  risalə») adlı  əsərlərin 

müəllifidir.  Rəşidəddin  Fəzlullah  Əbülxeyr  Həmədani elmi 

ədəbiyyatda  «İran alimi, dövlət xadimi»  kimi  təqdim olunsa da 

Azərbaycanın mədəni təkamülü prosesində bənzərsiz izi qalmış 

şəxsiyyətlərdəndir. O, alim, həkim,  tarixçi,  dövlət xadimi idi. 

Xacə  Fəzlullah  Rəşidəddin Abaqa xanın  dövründə (1265-1282) 

dövlət  işlərinə  cəlb  olunmuş, Qazan xanın, Ulcaytunun və  Əbu 

Səidin  vəziri  olmuş,  mərkəzi  dövlət  aparatına tabe olmayan 

monqol-türk  əyanlarına  qarşı  fəal  mübarizə  aparmış, Qazan 



 

 

165 



xanın  islahatlarının  təşəbbüskarı  olmuşdur. O, bir sıra  yaşayış 

mərkəzlərinin  yaradılmasında  və  abadlaşdırılmasında  iştirak 

etmiş, Ulcaytunun ölümündə 

günahlandırılaraq edam 

olunmuşdur. Ümumdünya tarixini əks etdirən, 24 cildlik «Cami 

ət-təvarix» əsəri onun başçılığı  ilə 1310-1311-ci illərin 

qovşağında  başa  çatdırılmışdır. Bu əsər  «orta  əsr  Şərqinin  ən 

əhəmiyyətli  yazılı  abidəsidir».

51

  Xacə  Rəşidəddin  «Cami  ət-



təvarix» əsərini Ulcaytu Sultan Məhəmmədə  təqdim  edərkən 

müqabilində o qədər soyurqal və hədiyyə aldı ki, heç bir padşah 

o qədər ənam verməmişdi».

52

 Bu əsər  «Təbrizdə  yazılmaqla bir 



növ Yaxın və Orta Şərqdə Azərbaycan tarixşünaslıq məktəbində 

yeni bir mərhələ  əmələ  gətirdi  və  sonrakı  tarixşünaslıq  üçün 

zəmin  yaratdı».

53

  Xacə  Rəşidəddinin  göstərişinə  əsasən 



«Tənsuqnamə» («Nadir  əşyalar  haqqında kitab») əsəri  Rəbi-

Rəşididə  Çin  dilindən  ərəbcəyə  tərcümə  olunmuşdu.  Fəzlullah 

Rəşidəddinin «Məkatibat» («Məktublar») adlı əsəri də mövcud-

dur. 


Alim, filosof və  əczaçı Mahmud ibn İlyas 1260-cı  ildə 

«Elmi tibb» (Tibb elmi») əsərini  yazmışdı.  Sədi  Ərdəbili  və 

Şükrullah  Şirvani  də  dövrün  tanınmış  həkimlərindən  olmuşlar. 

Şeyx Abdulla Şəbüstəri  və  Məhəmməd  Təbrizi  həmin  dövrün 

məşhur  riyaziyyatçıları  idilər.  Şeyx Mahmud ibn Əbdülkərim 

Şəbüstəri-Təbrizi (1287-1320) «Gülşəni-raz» («Sirlər  gülşəni»), 

«Səadətnamə» əsərlərinin  müəllifidir. O, fəlsəfədə panteizmin 

görkəmli nümayəndəsi, ensiklopedik alim, mütəffəkkir idi. Şeyx 

Mahmud  Şəbüstəri  Misirə, Suriyaya, Hicaza səyahət  etmiş, 

qədim yunan fəlsəfəsinin 

ərəbcəyə 

tərcümə 


olunmuş 

nümunələrini  mükəmməl  öyrənmişdi. Alim mütəzililik, sufilik, 

zərdüştilik, bütpərəstlik, xristianlıq, islam və başqa dinləri, dini-

əxlaqi  cərəyanları  təhlil  etmişdir.  Şeyx Mahmud Şəbüstəri 

«Şühədanamə» («Şəhidlər 

haqqında kitab»), «Miratül-

mühəqqəqin» («Həqiqət  axtarışlarının  güzgüsü»), «Həqqül-

yəqin fi-mərifəti 

rəbbül-aləmin» («Aləmləri 

yaradanı 

tanıtdırmaq üçün gercək həqiqət») əsərlərində başlıca fəlsəfi, di-

ni,  əxlaqi  baxışlarını izhar etmişdir. Onun «Səadətnamə» 

məsnəvisi 3 min beytdən  ibarətdir.  Şeyx  Şəbüstəri  «Gülşəni-



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə