Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə52/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   48   49   50   51   52   53   54   55   ...   143

 

 

154 



əmirlərini siyasi mübarizə  meydanından  uzaqlaşdırmaq  üçün 

Şirvanşah Kavus Qızıl Ordanın hərbi qüdrətindən faydalanmağı 

qərara  aldı  və  həmin  qüvvəni  Çobani  əmiri  Məlik  Əşrəf 

istiqamətinə  (Təbriz  şəhərinə)  yönəltdi.  Başlıca siyasi rəqibdən 

yaxasını  qurtarmış  Şirvanşah  tezliklə yeni rəqiblə  (Çəlairi 

hökmdarı ilə) üzləşməli oldu. Cənubi Azərbaycanda, Arranda və 

Naxçıvanda  möhkəmlənmiş  Cəlairi  hökmdarı  Şeyx  Üveys 

Şirvanı da tabe etməyə can atırdı. Şirvanşah Kavus rəqibin hərbi 

potensialı  ilə  hesablaşaraq  Şeyx  Üveysə tabe olduğunu  bəyan 

etdi. XIV əsrin 80-ci illərinədək  şirvanşahlar  Cəlairilərin 

xəzinəsinə illik xərac  ödəməli  və  Cəlairilərin  adları  həkk 

olunmuş  sikkələr  zərb  etdirməli oldular.

 22

  Şirvanşah Kavusun 



vəfatından sonra Şirvan  taxtına onun Cəlairi  hökmdarı Sultan 

Şeyx Üveysin sarayında girov saxlanmış oğlu Huşəng sahib ol-

du.  Şeyx  Üveysin  ölümündən (1374-cü  ildə) sonra Cəlairilər 

dövləti  daxilində  baş  vermiş  çəkişmələrdən  istifadə  edən 

Şirvanşah  Huşəng  özünün hakimiyyətini  və  Şirvan  dövlətinin 

mövqeyini  möhkəmləndirdi. Lakin numizmalik materiallar 

sübut edir ki, Şirvanşahlar  Cəlairilər  dövlətinin  süqutu 

məqamınadək Cəlairi sultanlarından vassal asılılığında olmuşlar. 

10 il hakimiyyətdə  olmuş  Huşəng  təhsilli,  şair kimi tanınmış 

şəxs idi. 1382-ci ildə bu Şirvanşah  Şirvanda  baş  vermiş  üsyan 

nəticəsində  öldürüldü.  Hakimiyyətə  Şeyx  İbrahim (1382-1417) 

gəldi.


23

 I İbrahim  də  ənənəvi xarici siyasət  yeridərək 

Şirvanşahlar  dövlətinin  varlığını qorumaq qayğısını  çəkirdi. 

Onun  hakimiyyəti  illərində  İslam  Şərqində  dövlətlərarası 

münasibətlər  yenidən  kəskinləşmişdi. Siyasi tarix səhnəsinə 

çıxmış  Əmir Teymurun sarsıdıcı  hərbi  yürüşləri  nəticəsində 

Cəlairilər  dövləti  tədricən  tənəzzülə  uğradı.  Bölgənin  digər 

dövlətləri, eləcə də Şirvanşahlar dövləti üçün siyasi müstəqilliyi 

itirmək  təhlükəsi  yarandı. XIV əsrin  sonlarına  doğru  Şirvan 

hökmdarı  cənubdan  Əmir Teymurun, şimaldan  isə  Qızıl Orda 

xanı  Toxtamışın viranedici hücumlarından qurtulmaq problemi 

qarşısında  qalmışdı. 1385-ci ildə Toxtamış 90 minlik qoşunla 

Şirvana doğru irəlilədi, ölkəni qarət və talanlara məruz qoyaraq 

Azərbaycanın  Cənub  vilayətlərinə soxuldu.

24

  Həmin  qoşun bir 




 

 

155 



müddətdən sonra Şirvan ərazisini viran edərək geri qayıtdı. Yeni 

tarixi  şəraitdə  Şirvanşah daha güclü  hərbi  və siyasi qüvvə  ilə 

yaxınlaşmaqla  Şirvanda  öz  hakimiyyətini  müdafiə etdi. 1386-cı 

ildə o, Qarabağa-Əmir Teymurun qərarlaşdığı  məntəqəyə 

gedərək bölgənin (Şərqin) yeni fatehinə tam itaət etdiyini bildir-

di. I İbrahimin itaətkar davranışı Əmir Teymura elə xoş gəldi ki, 

o, Şirvanşahı  «oğul» adlandıraraq ona fəxri libas bağışladı, onu 

Şirvanın  və  Şamaxının  hökmdarı  təyin etdi.

25

 Yeni müttəfiqlər 



1387-ci  ildə  yenidən  Şirvana  soxulmuş  Toxtamışın  qoşunlarını 

darmadağın etdilər, onları qaçmağa məcbur edərək Dərbənddən 

şimala  doğru  sıxışdırdılar.  Əmir Teymurun Toxtamışa  qarşı 

1395-ci ildə təşkil etdiyi hərbi yürüşdə Şeyx İbrahimin qoşunları 

da fəal iştirak etdilər. Toxtamış ağır məğlubiyyətə uğradı, Qızıl 

Orda ərazisi isə qarət və talan olundu.

26

 Yürüşdən qayıdan Əmir 



Teymur 1396-cı  ildə  Dərbənd  şəhərinin qala divarlarının  bərpa 

olunması  haqqında  əmr verdi. Teymur Dərbəndin  və  şimal 

sərhədlərinin  mühafizəsini  Şeyx  İbrahimə  həvalə etdi. 1399-

1404-cü  illərdə  Əmir Teymur Kiçik Asiyaya (Rum elinə) 

Osmanlı  sultanı  Bayəzidə  qarşı  hərbi  yürüşlər  təşkil  etdikdə 

Şirvanşah İbrahim də fatehin tərəfində olmuşdur. Əmir Teymu-

run ölümünədək (1405) Şirvanşah Şeyx İbrahim bölgədə hörmət 

olunan siyasi xadim olmuş,  Şirvan  dövləti  isə  hərtərəfli  inkişaf 

imkanları qazanmışdı. 

Nəzərdən  keçirilən  dövrdə  Şirvanşahlar  dövlətinin 

təsərrüfat  həyatı,  şəhərlərin  vəziyyəti daha çox  hərbi-siyasi 

proseslərin axarından asılı olaraq dəyişirdi. XII əsrdən XIII əsrin 

birinci  rübünədək  Şirvan  şəhərləri iqtisadi, siyasi və  mədəni 

çiçəklənmə  dövrünü  keçirmişdir.  Şamaxı,  Bakı,  Beyləqan  və 

Dərbənd həmin zaman ərzində islam Şərqində tanınmış, mühüm 

sənətkarlıq  və  ticarət  mərkəzlərinə  çevrilmişdi. Monqol 

yürüşləri və əsarəti nəticəsində Gəncə, Bərdə, Beyləqan, Şabran 

kimi  əski iri sənətkarlıq,  ticarət  və  mədəniyyət  mərkəzləri 

xarabazarlığa  çevrildi. XIII əsrin sonu- XIV əsrin  əvvəllərində 

İranın,  Azərbaycanın Uzaq Şərqlə,  Mərkəzi Asiya ölkələri  ilə 

beynəlxalq  ticarəti xeyli genişləndi  və bu amil Şirvanın 

təsərrüfat  həyatına da müəyyən  təsir  göstərdi. Bu zamandan 




 

 

156 



etibarən  Xəzər  dənizində  ən  əlverişli liman kimi Bakının 

əhəmiyyəti artmağa başladı. Lakin Şirvanın şəhər həyatında baş 

verən  canlanmanın  nəticələri  əzəmətli deyildi. «Mənbələrin 

məlumatlarına  əsasən  hətta XIV əsrdə onlar (şəhərlər  – red.) 

iqtisadiyyatın  və  mədəniyyətin XII əsrdə-XIII  əsrin  əvvəlində 

Şirvanşahların 

hakimiyyəti 

dövrünün 

səviyyəsinə 

çata 


bilmədilər».

27

  Beləliklə,  Azərbaycanın  şimal  və  cənub 



vilayətlərinin XIII-XIV əsrlərdəki ictimai-iqtisadi, siyasi 

təkamül  prosesinə  nəzər  yetirərkən  belə  qənaətə  gəlmək 

mümkündür ki, monqol işğalları  və  əsarəti  ölkənin  ümumi 

inkişafını xeyli ləngitmişdir. Lakin belə bir cəhəti də qeyd etmək 

lazımdır ki, Azərbaycan  həmin tarixi dövrün  nisbətən  tərəqqi 

edən ölkəsi olmuşdur. Bu isə Azərbaycanın Elxanilər dövlətinin, 

bölgədə  hegemonluğa  iddialı  olmuş  dövlətlərin  (Şirvanşahlar, 

Cəlairilər) iqtisadi, inzibati-siyasi mərkəzi olması ilə bağlı idi. 

 

 

 



§ 2. XIII-XIV əsrlərdə Azərbaycanın mədəni həyatı. 

 

Monqol  hərbi  yürüşləri,  işğalı  və  əsarəti  Azərbaycan 

mədəniyyətinin inkişaf  potensialının  gercəkləşməsini  də  lən-

gitmişdi. Monqollar Cənubi Qafqaza (eləcə  də  Azərbaycana) 

yalnız hərbi sahədəki uğurları ilə gəlmişdilər. Onlar dövlətçilik

ideologiya, inzibati idarə,  maliyyə,  mədəniyyət  və s. sahələrdə 

çoxəsrlik  təcrübəni yerli xalqlardan (eləcə  də  Azərbaycan 

xalqından)  əxz  etməli oldular. Lakin bu mənimsəmə, yerli 

mədəniyyətə uyğunlaşma bir çox onilliklər ərzində davam edən 

proses  olmuşdur.  Azərbaycan  hətta monqol işğalı  və  əsarəti 

dövründə islam Şərqinin  aparıcı  mədəniyyət  mərkəzi olaraq 

qalırdı.  Təbiidir ki, bu hal Azərbaycanın  Hülakular  (Elxanilər) 

dövlətinin inzibati-siyasi, ictimai-iqtisadi mərkəzi olması ilə da-

ha 


çox 

bağlı 


olmuşdur. 

Hülakular yerli feodallarla 

yaxınlaşdıqdan, islam dinini dövlət dini səviyyəsində  qəbul 

etdikdən  və bu əməllə  müsəlman  aləminə inteqrasiya olunduq-

dan sonra «artıq  yaradıcılıq  məqamının  yetişdiyini»  tam 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə