Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə51/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   47   48   49   50   51   52   53   54   ...   143

 

 

151 



Azərbaycan  və Arran mülkündə  ədalətsizliyə  başladı… Məlik 

Əşrəf gəldi və zülmü başdan aşdı… camaatdan zorla mal-dövlət 

topladı  və  xəzinəsini doldurdu… Ölkədə  üç  şey bol idi: zülm, 

bahalıq  və  vəba  …  camaat cana gəlmişdi,  ölüm  arzulayırdı. O, 

dünyada bir dirhəm qızıl qoymadı, hamısını güclə və haqsız ola-

raq  cəmlədi. Onun 14 xəzinəsi  vardı. Onun məzəmmət  olunası 

işləri çoxdur, əgər onlarla məşğul olsam, çox uzun çəkər… Ca-

maat ona nifrət edirdi…  On  üç il ərzində  zülmlə  topladığı 

xəzinədən  və  ləl-cəvahirdən onun payına iki dirhəm  belə 

düşmədi».

15

 Son Cobani əmirinin 13 illik özbaşınalıq dövrünün 



başlıca  cəhətlərini  Əbubəkr  əl-Qütbi  əl-Əhəri bu cür  nəzərə 

çatdırmışdır. 

Çobanilər  hakimiyyətə  qayıtmağa  çalışaraq siyasi tarix 

səhnəsinə çıxmış Cəlairilərlə bir müddət çəkişdilər. 1359-cu ildə 

Azərbaycan  ərazisi  Şeyx  Üveys (1360-1374) tərəfindən 

Cəlairilər dövlətinin tərkibinə daxil olundu. Bu dövlətin  əsasını 

1340-cı  ildə  Bağdadın  fəthi  ilə  Şeyx  Həsən  qoymuşdu.  Şeyx 

Üveysin  dövründə  Azərbaycanın iqtisadi, mədəni  həyatında 

nəzərəçarpacaq canlanma baş verdi. Cəlairilərin  Azərbaycanda 

hökmranlığı 1410-cü ilədək davam etdi. 

XIII  əsrdə monqol qoşunlarının  başlıca  hücum  obyektləri 

səhərlər  olmuşdur.  Şəhərlərin  tənəzzülə  uğraması  isə  öz 

növbəsində mədəni həyatda durğunluq üçün zəmin hazırlamışdı. 

Məsələn, 1231-ci ildə monqolların II hərbi yürüşü zamanı Gəncə 

şəhəri  tamamilə  dağıdılmış,  şəhər 4 il ərzində  əhalisi olmayan

viran  edilmiş  məntəqə kimi qalmışdı.  Həmin  dövrdə 

monqolların viranedici «fəaliyyəti» bölgənin  əhalisini  təbii 

fəlakət  təhlükəsi  qədər qorxuya salmışdı. «Monqol  işğalı 

dövründə  tətbiq  edilmiş  soyğunçu vergi siyasəti,  Qızıl Orda 

xanlarının XIII əsrin 60-cı  illərindən  başlanmış  yürüşləri 

Azərbaycanda şəhər həyatına mənfi təsir göstərmiş əsas amillər 

idi».


16

 Bu amillərə  Çobani-Cəlairi  çəkişmələrini, daxili feodal 

mübarizəsini  də  əlavə  etmək  lazımdır.  Hülakular  dövlətinin 

paytaxtına çevrilmiş Təbriz istisna olunmaqla bütün Azərbaycan 

şəhərlərinin  əhalisi bir neçə  dəfə  azalmış,  şəhərlərin  kəndlərə 

çevrilməsi meyli güclənmişdi. Lakin müəyyən  məqamadək 




 

 

152 



dağıdıcılıq  fəaliyyəti  göstərmiş monqollar yeni məkanda  dövlət 

qurduqdan sonra yaradıcılıq  fəaliyyətinə  keçid  etməli oldular, 

çünki bu fəaliyyət olmadan «yeni  vətəndə» möhkəmlənmək, 

qalmaq qeyri-mümkün olardı. 

XIII-XIV  yüzilliklər  ərzində  Şirvanşahlar  dövləti  bölgədə 

bir-biri  ilə  amansız  çəkişmələrdə olan dövlətlərdən  asılı olma-

maq  uğrunda  mübarizə  aparmalı  olmuşdur. XIII əsrin 20-ci 

illərinə 

doğru 

Şirvanşahların 



hakimiyyəti 

altında olan 

Azərbaycan ərazilərində şəhər həyatı, sənətkarlıq, ticarət, tikinti 

işləri  uğurla  inkişaf edirdi. Lakin 1220-ci ildən  etibarən  Şirvan 

üzərində  də monqol əsarəti  təhlükəsi  artmağa  başladı. 1221-ci 

ildə  Beyləqanı  ələ  keçirəndən sonra xarabazara çevirmiş mon-

qollar Arranın paytaxtı Gəncəni mühasirəyə aldılar. Onlar böyük 

ödənc  aldıqdan sonra hücum  istiqamətini  dəyişərək  Gürcüstana 

soxuldular. Monqollar bu ölkədə  dağıntılar,  qarətlər,  qətllər 

törətdikdən sonra Şirvana  doğru  yürüş  etdilər.  Şamaxı  şəhəri 

mühasirə edildi, sonra isə  ələ  keçirildi. Monqollar Şamaxını 

dağıntılara, şəhər əhalisini isə amansız əzablara məruz qoydular. 

Bakını  ələ  keçirməyə  çalışan monqollar uzun müddət bu 

məqsədə nail ola bilmədilər.

17

  İlk  yürüş  zamanı  monqolların 



Dərbənd şəhərini də ələ  keçirmək planı  gercəkləşmədi. Monqol 

hərbi  qüvvələri  Dərbəndi  yalnız 1239-cu ildə  ələ  keçirə 

bildilər.

18

  Bakı  qalası da bu tarixi məqamda yeni fatehlərə tabe 



edildi.  Həmin tarixi məqamda  baş  vermiş monqol hərbi 

yürüşləri,  gürcülərin  vaxtaşırı  təkrarlanan  təcavüzkar  həmlələri, 

xarəzmşah  Cəlaləddinin  ölkəyə  hücum  təhlükəsi  Şirvanşahlar 

dövlətinin  zəifləməsinə  gətirib  çıxardı.  Xarəzmşah  Cəlaləddin 

Azərbaycanın  şimal  qismində  möhkəmlənməyə  çalışarkən 

(1225-1231)  şirvanşahlar  itaətkarlıq  və diplomatik bacarıq 

nümayiş  etdirərək  öz  dövlətinin  müstəqilliyini,  Şirvanın 

abadlığını,  əmin-amanlığını qoruya bildilər. Lakin 1231-ci ildə 

monqolların ikinci gəlişindən sonra Şirvan  dövlətinin  vəziyyəti 

xeyli  gərginləşdi.  Kəşfiyyat  yürüşü  gedişində  hərbi, siyasi 

rəqiblərin  zəif  cəhətlərini  əsaslı  şəkildə  öyrənmiş monqollar II 

yürüşün 8 ili ərzində  Qafqazı,  eləcə  də  Şirvanı  fəth  etdilər. 

Ölkənin  (Şirvanın)  fəth  olunmasına baxmayaraq, şirvanşahlar 



 

 

153 



monqollardan tam asılı  deyildilər. XIII əsrin 50-ci illərinədək 

Şirvanşahlar monqollara bac verməklə kifayətlənmişlər. 1239-cu 

ildən sonra Şamaxıda,  Bakıda  və  Abşeron  yarımadasında 

müxtəlif  təyinatlı  mühüm  qurğuların  tikilməsi  işində  fasilə 

yarandı, bu fasilə XIII əsrin  sonlarınadək davam etdi.

19

  Əsaslı 



tikinti  işlərində  yaranmış  fasilə monqol hərbi  yürüşləri 

nəticəsində  Şirvanın  maliyyə, iqtisadi baxımdan  iflası  ilə  bağlı 

olmuşdur.  Elxanilər  dövlətinin  yaranması  və onun ərazisinin 

tədricən  artması  Qızıl Orda xanlarının  gərgin  müqaviməti  ilə 

qarşılandı.  İki  dövlət  arasındakı  uzunmüddətli  çəkişmələr 

zamanı Şirvan əhalisi, bu vilayətin əsrlər boyu yaradılmış mad-

di-mənəvi sərvətləri qarət, talan və zərbə obyektlərinə çevrilirdi. 

Qızıl Orda xanları Elxanilərə qarşı hərbi yürüşlər zamanı adətən 

Dərbənd  keçidi  vasitəsilə  Şirvana daxil olur, rəqib  hərbi 

qüvvələrin  toqquşmalarının  əksəriyyəti bu ərazidə  baş verirdi. 

Şirvan  (bəzən  Dərbəndin  şimal  hissəsi,  bəzən  isə  Bakıdan 

şimalda olan ərazilər) həmin rəqib dövlətlər arsında sərhədboyu 

zolağa  çevrilmişdi.  Şirvanşah II Əxsitan  Hülaku xana qeyd-

şərtsiz tabe olduğunu  bəyan  edərək  Şirvanı daha genişmiqyaslı 

dağıntılardan,  qarət  və talanlardan xilas etdi. Şirvanşahın 

qoşunları  Elxanilərin  bütün  hərbi  yürüşlərində  fəal  surətdə 

iştirak etməyə borclu idilər. 

II Əxsitanın hakimiyyəti dövründə Şirvanşahlar dövlətinin 

vəziyyəti  çox  ağır  olmuşdur. 1260-cı  ildə bu Şirvanşah  Hülaku 

xanın  əmrinə  əsasən  öldürüldü.

20

  Əsrin  sonlarınadək  Hülaku 



xanları  Şirvanı tam asılılıqda,  nəzarət  altında  saxladılar. Lakin 

XIV  əsrin  əvvəllərində  (xüsusilə elxan Əbu  Səidin hakimiyyəti 

zamanı)  Elxanilər  dövləti  zəifləyərkən  Şirvanşahların  öz 

mülklərində  hakimiyyəti  gücləndi.  Məhz bu zaman Şirvanın 

təsərrüfat həyatında yüksəliş, şəhərlərdə ticarətin inkişafı nəzərə 

çarpırdı. Şirvanşahların siyasi müstəqillik uğrundakı mübarizəsi 

«XIV  əsrin 40-cı  illərinə  doğru  Şirvanın  müstəqil  dövlət kimi 

fəaliyyət  göstərməsinə  səbəb oldu».

21

  Həmin  əsrin  ortalarına 



doğru Elxanilər dövlətinin tənəzzülü və süqutu Şirvanın yenidən 

müstəqilləşməsi prosesi üçün  əlverişli  zəmin  yaratmışdı. 

Elxanilərin  dövlət  aparatında  nəzarəti  ələ  keçirmiş  Çobani 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə