Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə47/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   43   44   45   46   47   48   49   50   ...   143

 

 

139 



qədər  zəiflədi ki, Beyləqan  nəzarət  altından  çıxdı  və  təqribən 

muxtar  əyalət  şəhərinə  çevrildi.

146

 1161-ci ildə  Beyləqan 



Azərbaycan  Atabəylərinin  nəzarəti  altına  keçdi.  Şəhər 

monqolların gəlişinədək bu hökmdarların nəzarəti altında qaldı. 

XIII  əsrin  əvvəllərində  Beyləqanda 40 minə  yaxın  əhali 

yaşayırdı. XII əsrin  sonlarına  doğru  Naxçıvan,  Şamaxı,  Təbriz 

şəhərlərinin  hərəsində 100 min və daha artıq  əhali  yaşayırdı. 

Beləliklə, monqol yürüşləri  ərəfəsində  şəhərlər  Azərbaycan 

mədəni  potensialının  cəmləşdiyi  və  həmin  potensialın  aşkara 

çıxdığı,  gerçəkləşdirildiyi ictimai-iqtisadi, siyasi mərkəzlər 

olmuşdur. 

Dövrün dekorativ-tətbiqi  sənət  nümunələri  Azərbaycan 

ərazisində  aparılmış arxeoloji qazıntılar  nəticəsində  aşkara 

çıxarılmış, araşdırıcıların elmi təhlil obyektinə çevrilmişdir. VII 

əsrin II yarısından X əsrədək olan tarixi dövrün  Azərbaycan 

yerüstü  abidələrinin  cüzi qismi qalmışdır.  Həmin dekorativ-

tətbiqi  sənət  örnəkləri  Qəbələ,  Beyləqan,  Şamaxı,  Gəncə,  Bakı, 

Naxçıvan,  Şabran  şəhərlərində, Xarabagilan, Gülüstan  və  Qız 

qalaları  sahələrində, bir sıra  qədim  yaşayış  məskənlərinin 

yerində  aşkar  olunmuşdur.  Beyləqanda  və  Qəbələdə  aparılmış 

arxeoloji  araşdırmalar  nəticəsində  müəyyən  edilmişdir ki, artıq 

bu  dövrdə xalq sənətinin keramika, misgərlik,  şüşə  məmulatı 

istehsalı, 

daşışləmə 

sahələrində 

müəyyən 


uğurlar 

qazanılmışdı.

147

 Elmi araşdırmalar isbat edir ki, XI-XII əsrlərdə 



Azərbaycan dekorativ-tətbiqi sənət sahələri arasında bədii kera-

mika  aparıcı  mövqedə  olmuşdur. Monqol işğallarına  qədərki 

dövrdə  Azərbaycanda bir neçə  dulusçuluq  mərkəzi var idi. 

Həmin  mərkəzlərdə  məişət  təyinatlı keramika məmulatı  və 

inşaat  üçün  zəruri olan məhsullar  hazırlanırdı.  Beyləqan,  Bakı, 

Qəbələ,  Şamaxı,  Naxçıvan,  Şabran,  Təbriz,  Gəncə,  Şəmkir, 

Marağa bu dövrün başlıca keramika istehsalı  mərkəzləri 

olmuşdur.

148

  Beyləqan bu mərkəzlər  arasında  xüsusilə  seçilirdi. 



Burada və ölkənin digər keramika mərkəzlərində aşkar olunmuş 

maye tutumlu və tutumsuz, şirli  və  şirsiz  dulusçuluq 

məmulatında  bəzək  müxtəlif texniki üsullarla  (möhür, 

həkketmə,  qabarıq yapma, kəsmə,  təsvirləmə  və s.) tətbiq 




 

 

140 



edilmişdir. Dekorativ incəsənətin  başqa  sahələrində  olduğu ki-

mi, keramikada da məmulatın  bəzədilməsi  işinə  təbiət,  gerçək 

olan  mühit  (quş, heyvan, bitki, məişət  əşyaları,  həndəsi, qrafik 

ünsürlər  və. s) başlıca  mövzu  mənbələri  olmuşdur.  Nəbati 

naxışlar  və sujetli rəsmlər  də keramika məmulatının  mühüm 

naxışlama ünsürlərindən idi. Keramika məmulatı üzərində insan 

təsviri bu dövrdə  nisbətən az olmuşdur.  İnsan  təsviri  adətən 

boşqab və fincanların dibində, iri planda, naxışlar içərisində ve-

rilirdi.  Azərbaycanla  qonşu olan ölkələrin  heç birinin keramika 

sənətində  rəsmlərin  (xüsusilə sujetli təsvirlərin) bu cür 

genişliyinə,  rəngarəngliyinə  təsadüf  olunmamışdır.

149


  Cənubi 

Azərbaycan  bədii keramika nümunələrinin  bəzəyində  quş 

təsvirləri üstünlük təşkil edir. 

Bu dövrdə daşın bədii oyma sənətinin ən parlaq örnəkləri 

Şirvanda, xüsusilə Abşeron abidələrində yaradılmışdır. Həndəsi, 

qrafik oyma naxışlarla  bəzədilmiş  «Sınıqqala»nın  (Məhəmməd 

məscidinin 

– 1078-1079) minarəsi,

150

 

Bakı 



qəbirüstü 

abidələrindəki qrafik, nəbati,  həndəsi  naxışlar bu sənətin 

bənzərsiz  örnəklərindəndir. «Ölkənin  şimalında  başlıca  inşaat 

materialı  əhəngdaşı  olduğuna  görə  memarlıq  obyektləri  daş 

üzərində oymalarla bəzədilirdi.  Cənubda  isə monumental 

inşaatda bişmiş kərpicdən istifadə olunurdu və buna görə də bu-

rada  bəzəmə  materialı keramika məmulatı idi. Beləliklə, 

Azərbaycan daş oyma sənətinin ən  yaxşı örnəklərinə bu dövrdə 

ölkənin  şimalında  təsadüf edilir».

151


 Bu dövrdə  metalın  emalı 

sahəsində  də  müəyyən  uğurlar  qazanılmışdı.  Azərbaycan  bədii 

metal  sənəti  nümunələri  arasında  Şirvanda  hazırlanmış fiqurlu 

bürünc  məmulatı  böyük elmi dəyərə malikdir. Bu dövrün 

Azərbaycan bürünc plastikasının elmi dəyəri ondan ibarətdir ki, 

həmin  nümunələrin  olması  ilə islam dövründə  müsəlman 

Şərqində fiqurlu qabların  olduğunu inkar edən  tətqiqatçıların 

müddəaları təkzib olunur, əks müddəanın düzgünlüyü sübuta ye-

tirilir. Bu dövrdə tuncdan hazırlanmış fiqurlu məmulat 

Azərbaycanın  başqa  bölgələrində  də  yayılmışdı.  Qəbələ  və 

Örənqala  (Beyləqan)  şəhərgahlarında  tapılmış tunc heykəlcik 

buna misaldır. Yenilik kimi qiymətləndirilən bu heykəlcik insan 




 

 

141 



simasına malik olan əfsanəvi  varlıq  şəklindədir.  Heykəlciyin 

başında  üçdişli tac vardır. Hal-hazırda  Gürcüstanın Gelati 

monastırında saxlanan Gəncə  şəhər  darvazası  bədii metal 

sənətinin nadir incilərindəndir.  Darvazanın 1063-cü  ildə 

hazırlandığı kufi xətti ilə tərtib olunmuş qısa mətndən bəlli olur. 

Ərəb  işğalları  ərəfəsində  Azərbaycanda  xalçaçılıq  yüksək 

səviyyədə  inkişaf  etmişdi  və bunu həmin  dövrün  ərəbdilli 

müəllifləri də qeyd etmişlər.

152

 Ümumiyyətlə, xalçaçılıq və bədii 



parça istehsalı milli dekorativ sənətdə mühüm yer tutur. XI-XII 

əsrlərə aid olunan Azərbaycan xalça məmulatı dövrümüzə gəlib 

çatmamışdır. Lakin orta əsr qaynaqlarında (əl-Müqəddəsi, Yaqut 

əl-Həməvi  və b.) bu sənətin  varlığı, onun yüksək  səviyyədə 

olması barədə məlumatlar vardır. «Kitabi-Dədə Qorqud»da, Ni-

zami  Gəncəvinin poetik əsərlərində  də buna dair məlumatlar 

mövcuddur. «Azərbaycan  xalçasının tarixini araşdıranlar  bədii 

və texnoloji xüsusiyyətlərinə  görə  xalçalarımızı  adətən  dörd 

böyük  növə  bölürlər: Quba-Şirvan,  Gəncə-Qazax,  Qarabağ  və 

Təbriz  xalçaları».

153

  Böyük Britaniyada saxlanan Azərbaycan 



bədii sənətkarlığı nümunələrinin təqribən 70-80 faizini xalça və 

xalça məmulatlarımızın təşkil etməsi

154

 bu sənətin milli mədəni 



sistemdə tutduğu yeri sübut edən faktdır. 

Beləliklə, ərəb işğalından XII əsrin sonunadək olan uzun, 

ziddiyyətli  və  zəngin,  dövlətlərin,  imperiyaların  yaranması, 

inkişafı,  tənəzzülü  və  süqutu, daxili (Azərbaycan  miqyaslı)  və 

regional  səciyyəli  çəkişmələri, etnik, dini, mədəni, ideoloji xa-

rakterli  prosesləri  ilə  fərqlənmiş tarixi mərhələdə  Azərbaycan 

mədəniyyəti  öz  təkamülünün yeni, keyfiyyətcə daha zəngin 

səviyyəsinə  yetmiş,  dünya  mədəniyyəti  xəzinəsinə elmin, 

ədəbiyyatın,  incəsənətin  müxtəlif  sahələrində  fərqlənmiş 

dahilərinin  bənzərsiz irsini əlavə  etmiş,  Şərq  – islam, türk 

mədəniyyəti 

məcmusunu 

Azərbaycan 

özəllikləri 

ilə 

zənginləşdirmişdir.  Azərbaycanın antik dövrünün,  atəşpərəstlik 



və xristianlıq mərhələsinin mədəni dəyərlər sisteminə islam də-

yərləri,  ərəb  dünyası  vasitəsilə  isə  qədim yunan və Roma 

mədəni  faktları da əlavə olundu. Azərbaycan bu zaman 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə